Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə23/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Risklərin qiymətləndirilməsi

Sığorta riski müəyyən ölçüyə malikdir. Onun ölçüsü sığortaçının müəyyən etdiyi bir sıra faktorlardan asılıdır. Buna görə də sığortaçı əm­lak sığortası müqaviləsi bağlamazdan əvvəl sığortalanan əmlaka baxış keçirə, bəzi hallarda isə onun həqiqi dəyərini müəyyən etmək üçün ekspertiza təyin edə bilər. Şəxsi sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalının sağlamlığının faktiki vəziyyətini qiymətləndir­mək üçün baxış keçirə bilər.

Risk sabit kəmiyyətdeyil. Onun dəyişməsi, əsasən iqtisadiyyatdakı dəyişikliklər və bir çox başqa amillərlə əlaqədardır.Riskin mümkün inkişafı haqqında əldə olunmuş informasiyalar­dan istifadə edərək sığortaçı onu qiymətləndirir. Müvafıq risk qrup­ları seçilir ki, bu da qiymətləndirmə kriteriyası və ölçüsü rolunu oy­nayır. Qiymətləndirmə nəticəsində bu və ya başqa obyektin hansı risk qrupuna aid olması, hansı tarif dərəcəsinin baxılan riskə daha uyğun olması haqqında qərar verilir.

Sığorta obyektinin qiymətləndirilməsi sığorta məbləğinin mü­əyyən edilməsi üçün vacibdir. Bu qiymətləndirmə müqabilində sı­ğorta ödənişinin maksimal məbləği sığortaçı tərəfindən müəyyən olunur. Sığorta ödənişinin məbləği dəymiş zərərin məbləğinə əsasən təyin edilir. Bu məbləğ sığorta məbləğinin hamısı və ya müəyyən hissəsi qədər ola bilər. Bundan əlavə sığorta məbləği konkret riskin sığorta oluna bilənvə ya oluna bilməyən olduğunu müəyyən edir.

Riskin qiymətləndirilməsi zamanı onun aşağıdakı növləri ayırdedilir:


  • sığorta olunması mümkün olan risklər;

  • sığorta olunması mümkün olmayan risklər;

  • əlverişli və qeyri-əlverişli risklər;

  • sığortaçının texniki riskləri.

Sığortası mümkün olan risklər daha böyük qrup təşkil edir. Sığorta təcrübəsində riskin qiymətləndirilməsi üçün müxtəlif üsullar istifadə olunur, onlardan ən çox məlum olanı aşağıdakılardır:


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin