Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə22/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Karqo nəqliyyat risklərihava, dəniz, çay, dəmiryolu və avtomobil nəqliyyatı ilə daşınan yüklərin sığortasını nəzərdə tutur. Karqo nəqliyyat riskləri yüklərin hamısının və ya bir his­səsinin aşağıdakı hallarda məhv ola bilməsini və ya zədələnməsini əhatə edir:

  • yanğın, partlayış;

  • ildırım, fırtına, vulkan püskürməsi və digər təbii fəlakətlər;

  • gəmilərin, təyyarələrin və digər nəqliyyat vasitələrinin bir-bi­ri ilə və ya başqa istənilən obyektlə toqquşması;

  • körpü və tunellərin uçması;

  • nəqliyyat vasitəsinin və ya uçan aparatın, yaxud da hissələ­rinin yükün üzərinə düşməsi;

  • yükün yüklənməsi-boşaldılması və yığılması, nəqliyyat vasi­tələrinin yanacaqla doldurulması zamanı qəzaları;

  • yükün nəqliyyat vasitəsi ilə yoxa çıxması və s.

Yüklü avtomobil qatarının marşrutunun dəyişməsi və ona hü­cum, avtomobilin qorunmayan duracağa qoyulması, yük yerinin zədələnməsi ilə yükün oğurlanması, yükün batırılması və s. əlaqədar risklər də karqo nəqliyyat risklərinə aiddir.

Nəqliyyatda məsuliyyət riskləri:



  • nəqliyyat vasitələri sahibləri­nin vətəndaş məsuliyyətinin;

  • CMR konvensiyasına uyğun daşımaya qəbul edilmiş yüklərin itməsi və zədələnməsinə görə daşıyıcının məsuliyyətinin;

  • yüklərin sərhəddən keçirilməsinə görə gömrük haq­larının, vergilərin, yığım və digər məbləğin ödənilməsi ilə əlaqədar gömrük orqanları qarşısında məsuliyyətinin;

  • sığortaçının müştərisi tərəfindən törədilən maliyyə itkilərinə görə məsuliyyətinin;

  • daşınan yükün boşaldılması, aşması, partlayışı, sızması nəticəsində üçüncü şəxsin sağlamlığına və əmlakına dəyən zərərə görə üçüncü şəxslər qarşısında məsuliyyətinin;

  • daşıyıcının sərnişinlər qarşısında məsuliy­yətinin, gömrük daşımaçılarının gömrük orqanları qarşısında məsu­liyyətinin sığortalanması ilə əlaqədardır.

Bundan başqa, xüsusi qiymətli yüklərin, məsələn nəcib metallar, qiymətli daşlar, incəsənət əsərləri, nağd pulun daşınmasıyla bağlı xüsusi risklər mövcuddur. Riskin bu növü sığorta müqaviləsinin xüsusi şərtləri ilə razılaşdırılır və sığorta edənin məsuliyyət həcminə daxil edilə bilər.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin