Konosament – yük daşıyıcı tərəfindən yükün sahibinə (yük göndərənə) verilən və yükün dəniz daşımaları üçün qəbul edildiyini, yükün təyinat limanına çatdırılaraq onu qanuni saxlayıcıya çatdırması haqda öhdəliyi bildirən sənəddir. Göndərilən yükə görə mülkiyyət hüququnun olmasını təsdiq edir. Konosament eyni zamanda bir neçə funksiya yerinə yetirir:
Sığorta şirkəti narazılıq və iddianı yükün verilməsi günündən, yük verilməmişdirsə yükün verilməli olduğu gündən bir il müddətində təqdim edə bilər. Yükün qorunmaması səviyyəsinin qiymətləndirilməsi üçün gəlmə limanında tərtib olunmuş sənədin xüsusi əhəmiyyəti var. Limanda yükün vəziyyətini göstərən iki sənəd tərtib oluna bilər. Birinci sənədi gömrük orqanları, liman rəhbərliyi, gəmi sahibinin və yükalanın agentləri və s. verə bilər. İkinci sənəd qəza sertifikatıdır və baxış üçün müraciət etmiş şəxsin xahişi və vəsaiti hesabına qaza komissarı tərəfindən verilir. Qəza sertifikatı - dünya təcrübəsində sığortalanmış əmlaka dəyən zərərin ölçüsünü, səbəbini, xarakterini təsdiq edən sığorta sənədidir.
Dəniz sığortasında iddia və iradların irəli sürülməsində əhəmiyyətli amil daşıyıcının məsuliyyətinin qanunla müəyyən edilmiş həddidir, daha doğrusu elə bir həddir ki, istənilən halda daşıyıcı ondan yuxarı məsuliyyət daşımır. Haaqa qaydalarına görə bir yerə görə məsuliyyət həddi 100 funt sterlinq həcmində müəyyən olunmuşdur.
Dənizlə daşıma həyata keçirən şirkətə qarşı narazılıq vermək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
konosamentin əsli
sığorta şəhadətnaməsinin əsli;
yükə görə hesab-fakturanın əsli və ya surəti;
yükün sertifikasiyasının əsli və surəti;
təyinat limanında yükün qəbulu aktları;
qəza sertifikatı;
subroqasiya qəbzi.
Dostları ilə paylaş: |