FPA(Free of Particular Average)– fərdi qəzaya görə məsuliyyət olmadan;
WPA(With Particular Average) – fərdi qəzaya görə məsuliyyət daxil olmaqla;
ALL RİSKS – malın tipinə uyğun olaraq bütün risklərə görə sığorta.
Əgər gəminin üzməsi və ya dayanması zamanı gəmi sahibinə qarşı əmlak iddiası qaldırmağa əsas verən hadisə baş verərsə, gəmi kapitanı sübutu təmin etmək məqsədi ilə müəyyən olunmuş qaydada dəniz protesti (sığorta halı barədə bəyanat) verir.
Dəniz protesti bəyanatında hadisənin baş vermə şəraiti və səbəbləri, həmçinin zərər və zərərin aradan qaldırılması və azaldılması üzrə görülmüş tədbirlər barədə informasiya daxil olur. Dəniz protesti barədə bəyanat edilir, əgər hadisə:
- limanda – hadisə anından 24 saat ərzində baş veribsə;
- üzmə zamanı – çatma anından 24 saat ərzində baş veribsə.
Baş vermiş hadisənin gəmidə olan yükə zərər vurduğunu güman etməyə əsas olduqda, dəniz protesti haqda bəyanat lyukların açılmasına qədər edilir. Dəniz protesti olunana qədər yükün boşaldılması olduqca zəruri hallarda başlaya bilər. Gəmi jurnalı məhv olduğu halda dəniz protesti bəyanatında dəniz jurnalının məhv olma şəraiti və səbəbləri qeyd olunmalıdır.
Dəniz hüququnda qəza dedikdə dəniz müəssisəsinə hadisə nəticəsində dəymiş zərər və xərclər nəzərdə tutulur. Bu zərər dəniz müəssisəsinin bütün iştirakçıları arasında bölünə (ümumi qəza) və ya zədələnmiş məhsulun sahibinin üzərinə (fərdi qəza) düşə bilər.
Dostları ilə paylaş: |