Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə38/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Ümumi qəzaümumi təhlükəsizlik naminə, ümumi təhlükədən əmlakın: gəminin, yükün və s. qorunması üçün məqsədli və məntiqli fövqəladə xərclərin çəkilməsi və ya ianələrin verilməsidir.

Zərərlərin ümumi qəzaya aid edilməsi üçün, xərc və zərər:



  • məqsədli olmalıdır;

  • məntiqli olmalıdır;

  • fövqəladə olmalıdır;

  • gəmi, yük və fraxtın onlar üçün ümumi təhlükədən qorunması üçün çəkilməlidir.

Ümumi qəzada itkilər gəmi, yük və fraxt arasında onların qiymətinə mütənasib şəkildə bölüşdürülür. Yük, gəmi və fraxtın hər birinin sığortaçısı müvafiq olaraq öz üzərinə düşən itki payını qeyd-şərtsiz ödəyir.

Ümumi qəza maraqlı şəxslərin bəyanatıəsasında müəyyənləşdirilir və onun bölüşdürülməsi üzrə hesablama(dispaşa) dəniz hüququ sahəsində təcrübə və biliyə malik olan şəxslər (dispaşerlər) tərəfindən tərtib edilir.

Ümumi qəzanın xarakterik halları: yükün bortdan kənara atılması, yanğının söndürülməsi, gəminin bilərəkdən dayaza oturdulması, gəminin sığınacaq yerinə girməsi, yükün gəminin bortu üzrə hərəkət etdirilməsi, yükün boşaldılması və yenidən yüklənməsi, ümumi təhlükəsizlik naminə gəminin gecikdirilməsi, gəminin üzmək üçün yarasız sayılması, yüklü gəminin xilas edilməsi, ətraf mühitə vurulan zərərin aradan qaldırılması və ya azaldılması, gəminin məhv olması.

Ümumi qəza əlamətlərinə uyğun gəlməyən zərər gəmi, yük və fraxt üzrə fərdi qəza hesab edilir. Fərdi qəza gəmi, yük və fraxt arasında bölüşdürülmür. Belə zərərlər üzrə məsuliyyəti ona məruz qalanın özü və ya onun baş verməsi üzrə məsuliyyət kimin üzərinə qoyulursa o daşıyır.

Dəniz daşımalarında iki növ müqavilə istifadə edilir: yüklərin daşınma müqaviləsi və fraxtetmə müqaviləsi.

Yüklərin daşınması üzrə müqavilədə daşıyıcı yük göndərən tərəfdən ona etibar olunmuş yükün təyinat məntəqəsinə çatdırılmasını və yükün alınmasına vəkil edilmiş şəxsə (alıcıya) verilməsini, yük göndərən (fraxtedən) isə yükün daşınması üçün haqqın (fraxtı) ödənməsini öz üzərinə götürür. Burada fraxt və fraxtedən sözləri müxtəlif mənalarda işlənir. Fraxt nəqliyyat vasitəsi sahibinə verilən haqqı ifadə edir, fraxtedən isə icarəçidir (nəqliyyat vasitəsini müəyyən vaxta icarəyə, kirayəyə götürən şəxs).

Fraxtetmə müqaviləsinə görə bir tərəf (daşıyıcı, fraxtçı) ödənişə görə digər tərəfə (fraxtedənə) yüklərin və ya baqajın daşınması üçün nəqliyyat vasitəsini verməyi öhdəsinə götürür. Dəniz daşıyıcısı kimi gəmi sahibi və ya gəmini idarə etməyə hüququ olan digər hüquqi şəxs ola bilər. Fraxtedən malı alan və ya satan, multimodal daşımanın operatoru, broker və ya ekspeditor ola bilər.

Dəniz daşınmasının bağlanması yük göndərənə konosamentin verilməsi ilə, fraxtetmə müqaviləsi isə reys çarteri ilə təsdiq olunur.

Konosament dəniz daşımaları müqaviləsi kimi adətən, xətti gəmiçilikdə kiçik partiyalı yüklərin daşınmasında istifadə edilir.

Çarterdə tərəflərin adı, gəminin adı, yükün mənşəyi və növü, fraxtın ölçüsü, yükləmə yerinin adı, təyinat yeri və ya gəminin hərəkət istiqaməti göstərilməlidir.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin