Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə43/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Yüklərin sığorta müqaviləsi

Yüklərin sığorta müqaviləsinin bağlanma şərtləri digər növ sı­ğorta müqavilələrinin bağlanmasının mövcud şərtləri ilə eynidir. Sığorta müqaviləsi bağlanan zaman sığortaçıya sığorta riskini qiy­mətləndirilməsi hüququ verilir. Sığorta olunan sığortaçının nümayəndəsinə göndərmə müddətində yükün vəziyyəti ilə tanış olmaq imkani verir, həm də yüklənmə hüququnu təsdiqləyən zəruri sənədləri təqdim edir. Tərəflər arasında zərərin səbəbi və ölçüsü barədə mübahisə düşərsə hər tərəf ekspertiza tələb etmə hüququna malik olur. Ekspertiza xərcləri onun keçirilməsini tələb edən tərəfindən ödənilir. Sığorta məbləği yükün hər kiloqramına görə müəyyən edilir və bu sığorta ümumi məsuliyyət sığortasının tərkibinə daxil edilir. Yük təyyarəsində isə adətən yükə görə məsuliyyət üçüncü şəxslər qarşısında məsu­liyyətdən ayrı olaraq sığortalanır, bu halda sığorta məbləği hava gəmisinin götürə biləcəyi maksimum yükün çəkisinə müvafiq olaraq hesablanır.

Yüklərin sığorta müqaviləsi yükün bir dəfəlik daşınması və ya eynicinsli (eynitipli) yüklərin partiyalı daşınması üçün, başlanğıc şərtlərdə müəyyən edilmiş müddət üçün bağlana bilər. Eyni tipli yük partiyalarının sığortalanmasında sığortalıya baş polis verilir.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin