Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Sığortalanma obyekti konteynerdir



Yüklə 230,72 Kb.
səhifə51/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Sığortalanma obyekti konteynerdir.Konteynerlərin sığortalanması özünəməxsus xüsusiyyətlərə malikdir. Gəmilərdə daşınma zamanı onlar gəminin hissəsi hesab olunur. Konteynerlərin sığortalanması xüsusi sığorta müqavilələri əsasında yerinə yetirilir. Sığortalanma həm bütün risk­lərə, həm də yalnız müəyyən risklərə görə aparıla bilər. Bir konteynerin qiyməti çox olmasa da (ölçüsündən və materialından asılı olaraq 2 – 10 min dollar) orta yükgötürmə qabiliyyətli konteynerdaşıyanın bortundakı konteynerlərin ümumi qiyməti 3 – 4 milyon dollar təşkil edir ki, bu da böyük riskdir.

Statistikaya əsasən müəyyən olunmuşdur ki, konteynerin ilk ildə istismarı nəticəsində amortizasiyası ən çoxdur və 30% təşkil edir. Sonrakı iki ildə amortizasiya 20%, daha sonrakı 3 və 5 il ərzin­də isə 10% təşkil edir. Konteynerin məhv olma riskini öz üzərinə götürən zaman sığortaçılar məsuliyyətlərini məhdudlaşdırırlar. Bun­dan əlavə sığortaçını xırda zərərlərdən azad etmək üçün 100 – 500 dollarlıq franşiza nəzərdə tutulur.

Konteynerlərin sığortalanmasının mütləq şərti onların üzərin­də nömrələnmə və digər tanınma nişanlarının dəqiq görüntüsü­nün olmasıdır. Sığortaçı konteynerin tədrici təbii yeyilməsi və keyfiyyətinin pisləşməsinə görə, həmçinin reysin ləngiməsi və ya sığorta obyektinin təbii xüsusiyyətləri ilə əlaqədar mümkün itkilər, konteynerin məhvi, zədələnməsinə görə məsuliyyət daşımır.

Konteytner zədələnmişdirsə, lakin bu onun tam məhvinə səbəb olmamışdırsa sığorta ödənişinin məbləği onun təmirinə sərf olunan vəsaitdən çox olmamalıdır. Əgər təmir yerinə yetirilməmiş zədələn­miş konteyner başqa bir səbəbdən tam məhv olmuşdursa sığortaçı konteynerin tam məhvi üçün məsuliyyət daşıyır, konteynerin yerinə yetirilməyən təmiri üçün pul ödəmək məcburiyyətində deyil.

Konteynerin bərpası üçün yerinə yetirilən təmirin qiyməti sığorta məbləğindən çox olarsa konteyner tam konstruktiv məhv olmuş hesab olunur və tam məhvə görə kompensasiya verilir.

Konteyner satıldıqda satılma günündən sığorta müqaviləsi ləğv olunmuş hesab olunur.

Vətəndaş müharibəsi, hərbi çevriliş, üsyan, dəniz quldurlarının hücumu, vətəndaş qarşıdurması nəticəsində konteynerə dəyən zi­yana görə sığortaçı məsuliyyət daşımır. Sığortaçı həmçinin radio­aktiv, toksiki və yanğın təhlükəli maddələrin təsirindən yaranan zi­yana görə məsuliyyətdən azaddır.

Nəqliyyat sığortaçılarının fikrinə görə qeydə alınmış itkilərin təxminən 70%-i qablaşdırmanın keyfiyyətini yüksəltməklə aradan qaldırıla bilər.

Sığorta müqaviləsinin bağlanması sığorta edənin yazılı ərizəsi əsasında aparılır, ərizədə obyekt haqqında əsas məlumatlar: konteynerin tipi, həcm göstəriciləri, qiymət, daşıyıcı-gəminin adı, gəminin reysə çıxma tarixi, yola düşmə məntəqəsi, təyinat və boşaltma-yükləmə məntəqələri və s. olmalıdır. Sığorta olunmuş konteynerin sığorta üçün qəbul olunmuş öhdəliklər səbəbindən baş verdiyinin sübutu, adətən sığorta olunanın üzərinə düşür.

Konteynerlərin emalı, daşınması, boşaldılıb-yüklənməsi və anbarlaşması zamanı üçüncü şəxslərə zərər dəyə biləcəyini nəzərə alaraqsığortaçılar konteynerlərin istifadəsi ilə zərər vurulması ilə bağlı konteyner sahiblərinin, icarədarların mülki məsuliyyət riskini sığortaya qəbul edirlər. Bu sığorta bir və ya bir neçə şəxsin xəsarət alması və ya ölümünə görə; üçüncü şəxslərin əmlakının məhv olması və ya zədələnməsinə görə məsuliyyət həddinin əvvəlcədən müəyyən olunduğu, məsuliyyət sığortası növünəaiddir. Beləliklə, nəqliyyat əmlak sığortası, bir qayda olaraq, birbaşa faktiki zərərin ödənilməsini və ya məhv olmuş sığorta obyektlərinin bərpa edilməsini təmin edir, lakin əvvəlcədən razılaşdırılmış şərtlərlə məsuliyyətə dolayı zərər də daxil edilə bilər. Məsələn gəmi sahibləri, neft məhsulları dağıldıqdaliman tikililərinə, su hövzəsinə və sahilə dəyə biləcək ziyana görə məsuliyyəti sığortalayırlar. Əvvəllər gəmi sahibinin məsuliyyətinin sığortası, gəminin sığortasına əlavə kimi nəzərdə tutulurdu, sonradano müstəqil sığorta növü oldu.

Mühazirə 11.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin