Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Daşıyıcı– daşımanı yerinə yetirən və ya yerinə yetirməyi öz üzərinə götürən şəxs və ya kompaniyadır. Daşıyıcının məsuliyyəti



Yüklə 230,72 Kb.
səhifə53/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Daşıyıcı– daşımanı yerinə yetirən və ya yerinə yetirməyi öz üzərinə götürən şəxs və ya kompaniyadır. Daşıyıcının məsuliyyəti – müqavilə şərtlərini və ya daşıma qaydalarını pozmuş sürücüyə, qanunvericilik əsasında tətbiq olunan məcburi əmlak təsirli tədbirdir. Daşıyıcının mə­suliyyəti cərimə alınması və ya zərərin ödənilməsi ilə ifadə olunur. Daşıyıcının mülki məsuliyyətinin sığortalanması sərnişinlərə, yük sahiblərinə və digər üçüncü şəxslərə dəyən zərərə görə sığortalının (daşımanı yerinə yetirən şəxs və ya nəqliyyat müəssisəsinin) məsuliyyəti ilə əlaqədar əmlak maraqları­na yönəldilir.

Nəqliyyat-ekspedisiya fəaliyyəti gedişində, xüsusilə də qa­rışıq daşımalarda bir neçə nəqliyyat növünün tətbiqi zəruriliyi daim yaranır: hava, dəniz, avtomobil və s.Buna görə də "daşıyıcının mülki məsuliyyət" anlayışı hər bir konkret nəqliyyat növündə daşımanın təşkili zamanı baxıla bilər.

Aviasiyaya tətbiqdə mülki məsuliyyət subyekti (sığortalı, gəlir əldə edən və s.) zərər anında gəmini,əmlak sahibliyi və ya digər qanuni əsaslarla istifadə edən hava gəmisinin sahibidir. Sığorta hadisəsi– hava gəmisinin gövdəsinin, on­dan yıxılan şəxsinin və ya düşən əşyanın fiziki təsiri nəticəsində yerdə və ya gəmidən kənarda olan üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərdir. Sığorta şərtlərinə əsasən sığor­taçı, bir qayda olaraq, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, sağlamlığına və həyatına vurulan zərərə görə daşıyıcının ödəməli olduğu sığorta ödənişini ödəyir. Sığorta məb­ləği tərəflərin razılığı əsasında müəyyən edilir və sığorta hadisəsi zamanı ödənişin son həddi hesab olunur. Sığorta tarifinin ölçüsü məsuliyyətin həcmindən, hava gəmisinin tipindən, müqavilənin qüv­vədə olduğu müddətdən asılıdır. Sərnişinlər qarşısında mülki məsuliyyətin sığortasına yüklərin (baqajın) saxlanılması da daxil edilə bilər.

Dəniz nəqliyyatında sığortaya gəmi sahibinin risk öhdəlikləri qəbul edilir, onlar sərnişinlərin həyatına, sağlamlığına, gəmi heyəti üzvlərinin həyatına, limanda yükləyici fəhlələrə, digər şəxslərə, habelə üçüncü şəxslərin əmlakına (digər gəmilərə, yüklərə, heyət üzvlərinin şəxsi əşyalarına, sərnişinlərin baqajına, liman qurğularına və s.) vurulan zərərlə bağlıdır.Sığorta üçün aşağıdakı risklər də qəbul edilir: ətraf mühitə vurulan zərərlə bağlı; liman administrasiyasının, gömrük və karantin xidmətlərinin iddialarına görə yaranmış; dəniz müqavilələrinin xüsusi növü üzrə (məsələn, qəzaya uğrayan gəminin xilası üzrə müqavilə, dayaza oturmuş gəminin yedəyə alınması üzrə müqavilə və s); zərərin aradan qaldırılması, onun azaldılması, zərərin müəyyən edilməsi üzrə xərclər və s.

Sadalanan qanunvericilik aktlarına uyğun olaraq daşıyıcı yükün daşınma üçün qəbulu anındanonun təhvil verilmə anınadək yükün tam və ya qismən itirilməsi və ya zədələnməsinə görə, həmçinin çatdırılmanın gecikməsinə görə məsuliyyət daşıyır.

Avtomobil daşıyıcısının mülki məsuliyyətinin yük sahibi qarşısındaqüvvədə olan sığortalanma praktikası sığorta mükafatlarının daşıma həcmindən (fraxtın qiymətindən) asılı ödənilməsi ilə, müəyyən müddət üçün sığortalanmanı nəzərdə tutur. Lakin birdəfəlik daşımalar zamanı da məsuliyyətin sığortalanması ehtiyacı var. Belə sığorta mahiyyətcə yükün qorunması üzrə sığortanın analoqudur. Lakin yükün qorunması sığortası yalnız daşıyıcısı tərəfindən deyil, həm də yük sahibi tərəfindən də aparıla bilər, o sığortalanmanın kompleksliyini nəzərdə tutmur.

Avtomobil daşıyıcısının mülkü məsuliyyətinin sığortalanması və ya CMR sığortalanma könüllü xarakter daşıyır və 1956-cı il, Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında Konvensiyanın(CMRKonvensiyası) şərtləri əsasında yerinə yetirilir.

Yüklərin beynəlxalq avtomobil daşımaları ilə daşınması zamanı bu sığorta növü geniş inkişaf edilir, çünki yük sahibi üçün avtomobil daşıyıcısının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə əlavə təminatdır.

Sığorta obyekti CMR müddəaları əsasında yerinə yetirilən yüklərin daşınma müqaviləsi üzrə öhdəliklərdən yaranan, həmçinin yüklərin daşınması zamanı üçüncü şəxslərə vurulan zərərə görə sığortalının məsuliyyətidir, zərərin ödənilməsi vəzifəsi daşıma həyata keçirilən ölkənin milli qanunvericiliyində nəzərdə tutulur.

Sığorta halı sığortalının məsuliyyətinin başlama faktı hesab olunur:



  • yükün səlahiyyəti olmayan alıcıya verilməsi nəticəsində itirilməsi istisna olunmaqla, CMR Konvensiyasına və ya sığorta müqaviləsinin bağ­landığı anda qüvvədə olan beynəlxalq yük daşımaları haqqında hökumətlər arası ikitərəfli sazişlərə uyğun daşımaya qəbul edil­miş yüklərin zədələnməsi, tam və ya qismən itirilməsi üçün məsuliyyət;

  • CMR Konvensiyasına uyğun daşı­maya qəbul edilmiş yükün səlahiyyəti olmayan alıcıya verilməsi nəticəsində itirilməsinə görə məsuliyyət, yalnız o şərtlə ki, sığortalı yükü göstərilən ünvana çatdırıb, CMR-də və Carnet-TIR-də (BYD kitabçası) alıcının qeyd olunmuş göstəricilərini yükalanın nümayəndəsinin sənədləri ilə tutuşdurub (etibarnamənin əsli, yük göndərən tərəfindən ona verilmiş vəsiqə);

  • idxal (ixrac) zamanı və ya idxalla (ixracla) əlaqədar tutulan gömrük rüsumlarının, vergilərin, yığımların və digər məbləğlərin ödənilməsi ilə əlaqədar gömrük orqanları qarşısında (Carnet-TIR-in tətbiqi ilə Beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının təsiri altına düşən əməliyyatlarla bağlı pozuntuya görə məsuliyyəti təmin etmir) (BYD Konvensiyası/TIR 1975 il)

  • sığortalının müştərisinin, CMR Konvensiyasına uyğun daşımaya qəbul edilmiş yükün çatdırılmasında gecikdirilmə ilə əlaqədarvurduğu maliyyə zərərinə görə məsuliyyət;

  • daşınan yükün yüklənməsi, düşməsi, partlaması, sızması, ərazinin yüklə çirklənməsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlam­lığına və əmlakına dəyən zərərə görə üçüncü şəxslər qarşısında məsuliyyət (dəf ediləbilməyən qüvvələrin təsiri, yükgöndənin yükün təhlükəlilik dərəcəsi və lazımi ehtiyat tədbirlərinin görülməsi ilə əlaqədar daşıyıcıya məlumat verməməsi nəticəsində üçüncü şəxslərə dəymiş zərər sığorta halı hesab olun­mur). Ümumiyyətlə, avtomobil daşıyıcısının məsuliyyətinin həcmi və baş vermə şərti konkret ölkənin qanunvericiliyi və beynəlxalq hü­quq normaları ilə müəyyən olunur.

Bir qayda olaraq, aşağıdakı səbəblərdən yaranan zərər ödənilmir:

  • texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı;

  • sığortalı (müvəkkil etdiyi şəxslər) öz vəzifə təlimatlarını yerinə yetirmədiyi;

  • yedəkçi avtomobildən ayrı yerləşdirilmiş qoşqu və/və ya yarımqoşquların yük ilə birlikdə oğurlanması;

  • qablaşdırılmanın olmaması və ya qablaşdırılmada qüsurlar, qablaşdırılmamış və ya lazımi qaydada qablaşdırılmamış daşınanyüklər korlanarsa və ya zədələnərsə;

  • təbii xassələri nəticəsində tam və ya qismən itirilə və ya zərərə məruz qala bilən bəzi yüklər, məsələn,sınma, korroziya, öz-özünə çürümə, normal sıxlaşma və ya gəmiricilərin və parazitləritəsiri nəticəsində;

  • yük yerlərinin az və ya qeyri-qənaətbəxş nömrələnməsivə ya markalanması;

  • uyğun gəlməyən nəqliyyat vasitələrinin istifadəsi, əgər belə istifadə yük qaiməsində xüsusirazılaşdırılıb və göstərilibsə;

  • canlı heyvanların daşınması;

  • qiymətli yüklərin (qiymətli metalların, daşların və zərgərlik məmulatları; banknot və sikkələrin; istiqraz və başqa növ qiymətli kağızların; incəsənət əsərlərinin, ev əmlakının və s.) daşınması.

Əgər sığortalı (səlahiyyətli şəxs) aşağıdakı şərtlər yerinə yetiribsə sığorta müdafiəsi təmin olunur:

  • bu daşımaların həyata keçirilməsi üçün zəruri olan bütün icazə və lisenziyalar alınmışdır;

  • əmtəə-nəqliyyat qaiməsi müəyyən edilmiş formada doldurulub;

  • daşınma həyata keçirildiyi dövlətlərin, bütün dövlət və inzibati-hüquqi normaları yerinə yetirilmişdir;

  • daşınma dövlət və inzibati orqanların göstərdiyi yollarla həyata keçirilir və s.

Sığorta şirkəti yalnız, bu dövlətin ərazisində sığorta hadisəsi baş verdikdə zərərlərin ödənilməsi üçün sənədləşmənin rəsmiləşdirilməsi üzrə müqavilə olduğu halda, sığorta müqaviləsi bağlayır.

Daşıyıcının məsuliyyətinin sığorta müqaviləsinə adətən aşağıdakı əsas risklər daxil edilir:



  • yükün daşınması zamanı faktiki zədələnməsi və/və ya məhvinə gö­rə və yaxud bu səbəblərdən yaranan dolayı zərərlərə görə daşıyıcının məsuliyyəti;

  • işçilərin (qulluqçuların) müştərilər qarşısında səhvləri və ya diqqətsizliyinə görə, sonuncuların maliyyə zərərinə və başqa ayrı-ayrı risklərə görə daşıyıcının məsuliyyəti;

  • daşıyıcının gömrük orqanları qarşısında (bir müqavilə üzrə gömrük qanunvericiliyinin pozulmasına görə sığortaçı tərəfindən ödəniş, adətən, 50000 ABŞ dollarından çox olmur) məsuliyyəti;

  • yükün (yüklərin) vurduğu zərərə görəüçüncü şəxslər qarşısında mə­suliyyət. Bütün sığorta halları üzrə bütün sığorta müddəti ərzində məsuliyyətin limiti tərəflər arasında razılaşdırılır, lakin adətən 2 mln avronu ötmür. Müəyyən edilmiş məsuliyyətin limitləri sığorta polisində göstərilir.

Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalı ilə razılaşdırılmaqla şərtsiz franşizanın məbləğini (bir qayda olaraq, 200 avrodan az olmamaqla) müəyyən edir.

Sığortaçının məsuliyyəti sığortalı yükü daşınma üçün qəbul edildiyi andan başlanır, bütün daşınma boyu davam edir və yükün yükalana verilməsi anında başa çatır.

Yükün daşınma üçün qəbulu, onun yük daşınması üçün yük göndərəndən daşıcıya keçməsi və sonuncuya yükü müşayiət edən sənədlərin verilməsi sayılır.

Yükün təhvil verilməsi yükün daşıyıcıdan yükalana keçməsi sayılır, məsələn:

yükün boşaldılması üçün ona bilavasitə əlçatmanın təmin olunması və yükü müşayiət edən sənədlərin yükalana verilməsi. Daşınma sığorta müqaviləsi qanuni qüvvəyə minənədək başlayarsa, onda o, sığorta müdafiəsi ilə təmin edilmir, lakin əgər daşıma müqavilə hələ qüvvədə olduğu müddətdə başlayıb, onun qüvvədəolma müddəti bitdikdən sonra başa çatırsa, onda belə daşınma sığorta ilə təmin edilir.

Zərərin məbləği müəyyən edilərkən yükün dəyəri yükün daşınma üçün qəbulu zamanı yükgöndərənin sığortalıya təqdim etdiyi hesab-fakturaya (invoysa) əsasən təyin oluna bilər, hesab-faktura (invoys) olmadıqda – birja qiymətlərinə, bu olmadıqda, eyni cür və keyfiyyətli malın, daşıma üçün qəbul edilən yerdə və müddətdə adi qiyməti əsasında qəbul edilir. Əmtəə-nəqliyyat qaiməsində qiyməti qeyd olunmuş yükün itirilməsi, zədələnməsi zamanı sığorta ödənişinin məbləği, elan olunmuş maraqdan çox olmamaqla təsdiq olunmuş zərərə uyğun olur.

Sığorta müqaviləsi aşağıdakı şərtlərlə bağlana bilər:

1) Daşımaların müəyyən dövr üçün bəyan (rəsmi elan) edilməsi. Bu halda sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə bütün daşımalar sığorta olunan hesab edilir. Sığorta haqqı bütün sığorta dövrü üçün nəzərdə tutulan fraxta əsaslanaraq hesablanır.

2) Hər daşımanın bəyan edilməsi. Bu halda bəyan edilməmiş daşınma sığorta edilməmiş sayılır.

3) Hər bir nəqliyyat vasitəsi üçün təsbit (fiksə) edilmiş sığorta haqqı. Bu halda, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsində göstərilən nəqliyyat vasitələri ilə həyata keçirilən bütün daşınmalar, sığorta dövrü ərzində faktiki fraxt haqqında məlumatların sonradan verilməsi tələb olunmadan sığortalanmış sayılır.

4) Kombinə edilmiş üsul. Bu halda sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalının nəqliyyat vasitələri ilə həyata keçirilən bütün daşımalar, hər daşımanınbəyan edilməsi tələb edilmədən sığortalanmış sayılır.

Tarifin hesablanması: tarifin baza məbləği, bir sığorta hadisəsinə görə məsuliyyətin limiti; franşizanın məbləği; daşıma regionu, daşıma məsafəsi; nəqliyyat vasitələrinin parkı və onların istismar müddəti; beynəlxalq daşımalarda təcrübə; daşınan yüklərin növü; seçilmiş risklər; sığorta müddəti; zərərin və ya sığorta hadisələrinin olmaması və s. nəzərə alınmaqla həyata keçirilir.


Daşıyıcının sərnişinlər qarşısında mülki məsuliyyətinin sığortası

Bu sığorta növündə sığorta obyekti – sərnişinlərin həyatı və sağ­lamlığına və ya baqajın itirilməsinə, əskik olmasına və ya zədələnməsinə görə dəyən zərərin ödənilməsi ilə bağlı sığortalının mülkiyyət maraqları­dır. Beynəlxalq daşımalar üçün sığortanın bu növü könüllüdür və sərnişinlərin bədbəxt hadisələrdən sığortası ilə birlikdə həyata keçirilir (və ya əvəz olunur).

Sığorta müqaviləsinin bağlanması üçün daşıyıcı sığortaçıya,aşağıdakılar əks olunan ərizə verir:



  • daşıyıcının – hüquqi şəxsinadı və olduğuyer, daşıyıcı fərdi sahibkarolduqda soyadı, adı, atasının adı və yaşayış yeri, həmçinin onun cari bank hesabı;

  • sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinin sayı və onların texniki xarakteristikaları haqqında məlumat;

  • sığorta müqaviləsi bağlandığı ildən əvvəlki təqvim ili üçün sərnişin dövriyyəsi və sərnişinlərin daşınmasından əldə olunan pul vəsaitlərinin ümumi məbləği haqqında məlumat;

  • sığorta müqaviləsi bağlandığı ildən qabaqkı iki təqvim ili ərzində baş vermiş sığorta hallarının sayı haqqında məlumat.

Sığorta müqaviləsi yazılı formada bağlanır və sığortalıya,sı­ğorta müqaviləsinin əsas şərtləri göstərilmiş, müəyyən edil­miş formada sığorta polisi sığorta şəhadətnaməsi) təqdim olunur.

Əgər daşıyıcı sığorta müqaviləsi imzalamyıbsa və ya müəyyən şərtlərlə müqayisədə, sərnişinlərin vəziyyətini pisləşdirən şərtlərlə onu bağlayıbsa, o, sərnişinlər qarşısında lazımi qaydada sığorta müqaviləsi bağlanıldığı haldakına uyğun məsuliyyəti daşıyır.

Sığorta müqaviləsi, əgər onda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta mükafatı və ya onun birinci haqqı ödənildiyi andan qüvvəyə minir.

Hava, dəmir yolu, su, avtomobil nəqliyyatı vasitələrinə bilet alan Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan və xarici vətəndaşlar gediş (uçuş) zamanı və ya minmə elan edildiyi andan etibarən vağzalda, limanda, stansiyada olma zamanı bədbəxt hadisələrdən sığortalanmış sayılır.

Yolda olduğu müddətdə bədbəxt hadisə nəticəsində sərnişinin həyatına, sağlamlığına vurulmuş zərər və/və ya sərnişinlərin minməni, daşımanı, düşməni həyata keçirərkən baqajın itirilməsi, əskik olması və ya zədələnməsi sığorta hadisəsi sayılır.

Sığorta hadisəsi baş verdikdə zərərçəkmiş şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərə görə sığorta məbləğinin minimal məbləği 3000 avro, onun baqajının itirilməsi, əskik olması və ya zədələnməsi üzrə minimal məbləğ isə 1000 avro təşkil edir.

Sığorta ödənişinin məbləği zərər zərərçəkənin həyatına və sağlamlığına dəyən zərərin ağırlıq dərəcəsindən, sığorta məbləğinin ölçüsündən asılıdır, lakin müəyyən edilmiş minimum sığorta məbləğindən az ola bilməz.

Zərərə uğrayana məxsus baqajın itirilməsi, əskik olması və ya zədələnməsi zamanı sığorta ödənişi, müqavilə tərəflərinin müəyyən etdiyi sığorta məbləği hədlərində, real zərərə görə ödənilir.



Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin