Konteynerlərin sığortalanması
Beynəlxalq təcrübə göstərir ki, yüklərin mühafizəsi nöqteyi-nəzərdən ən effektiv yol yüklərin konteynerlərdə daşınmasıdır. Buna görə də son 20 ildə konteynerlərlə daşıma beynəlxalq ticarətdə geniş tətbiq olunur. Müxtəlif ölçülü və kütləli konteynerlərdən istifadə olunması onların standarlaşdırılmasına səbəb olmuşdur. Daşıma praktikasında 3,5,10,20,25 və 30 tonluq konteynerlərdən geniş istifadə olunur. Konteyner daşımaları həmişə dəniz, dəmiryolu, hava və avtomobil nəqliyyatı ilə fasiləsiz ardıcıl nəqletmənin yerinə yetirilmə imkanı ilə təmin olunur.
Dostları ilə paylaş: |