Azərbaycan Texniki Universiteti



Yüklə 126,07 Kb.
səhifə7/9
tarix22.06.2022
ölçüsü126,07 Kb.
#62101
1   2   3   4   5   6   7   8   9
Gasim.Shirinov.hesabat (voL 2)

İqtisadi metod
İdarəetmənin iqtisadi metodları istehsal münasibətlərinin, obyektiv iqtisadi qanunların, kateqoriyaların dərindən başa düşülməsi, onlardan geniş istifadə olunması və ümumxalq, kolektiv və şəxsi marağın vahid sisteminin təmin edilməsinə əsasən həyata keçirilir. Bu metodun köməyi ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, kredit, maddi həvəsləndirmə və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir.
Təsərrüfatın iqtisadi mexanizmi olan əmək haqqı, qiymət, kredit, mənfəət, maliyyələşmə, mükafatlandırma iqtisadi metodun mexanizminə daxildir. Bu sistemə daxil olan iqtisadi vasitələrlə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində kollektivin və onun ayrı-ayrı üzvləri arasında maddi həvəs yaratmaq, istehsalın səmərəliliyini artırmaq imkanı əldə edilir.
İqtisadi metodlar bazar sistemində aparıcıl mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır. Burada kommersiya hesabı metodu mühüm yer tutur. Kommersiya hesabı metodu xərclərin azaldılması, mənfəətin artırılması, mənfəətə təsir edən amillərin nəzərə alınması, maliyyələşdirmə və kreditləşmə, qiymətin əmələ gəlməsi, təchizat, satış, rəqabət qabiliyyətli məhsul buraxılışı, əməyə qənaət və s. kimi mühüm problemlərlə hesabı firmadaxili hesab metodu ilə üzvü şəkildə əlaqələndirilir. Çünki Kommersiya hesabı ilə firmadaxili hesab göstəriciləri onların bir-birilə əlaqələndirilməsi və bir-birini tamamlaması vacibdir. Belə əlaqələndirmə həm də firmadaxili və firma üzrə (xüsusilə transmilli şirkətlər üzrə) vahid iqtisadi siyasət yeritməyə imkan verir. Məsələn, böyük şirkətlərdə qiymətin əmələ gəlməsi mexanizmi ilə rəqabət mexanizmi optimal halda əlaqələndirilir, hətta dəyər qanunu və tələb və təklif qanunlarının tələbləri məhdudlaşdırıla bilir. Bu isə şirkətlər, firmalar əlverişli üçün əlverişli bazar şəraitinin yaranmasına imkan verir. Burada marketinq funksiyaları, son məhsullara qiymətqoymada nəzərə alınır. Qiymətlərin səviyyəsi müəyyənləşən zaman bir qayda olaraq möhkəm qeydə alınmış qiymətləri və yaxud dərc edilmiş qiymətlər (preysturant qiymətləri, qiymət haqqında məlumatlar-sorğular, faktiki sövdələşmə qiymətləri, birja kotirovka qiymətləri) və hesablama qiymətləri (avadanlıqlar və s.-yə mal göndərənlərin qiymətləri) nəzərə alınır. Firmadaxili hesab metodunun həyata keçirilməsində, xüsusilə firmadaxili planlaşdırma, nəzarət, istehsalın ixtisaslaşması, kooperasiyası, istehsal əlaqələrinin müəyyən edilməsində transfert qiymətlərdən istifadə edilir. İstər kommersiya hesabı və istərsə də transfert qiymətlər şirkətlərin vahid, həm də çevik iqtisadi siyasəti üzrə müəyyənləşir. Siyasətin özü isə bir çox amilləri ( iqtisadi qanunçuluğu, idxal kvotaları, gömrük rüsumlarını, dividentlərin səviyyəsini, vergi dərəcələrini, bazarda inflyasiya səviyyəsini və s.) nəzərə almaqla formalaşır. Həm də burada istehsalçının qiymətləri (preyskurant, kontrakt, hesablaşma), bazar qiymətləri (dünya, inhisar, kartel, təklifin qiyməti, tələbin qiyməti), alıcılar üçün qiymətlər (istehsal qiyməti, topdansatış, pərakəndə, məlumat qiymətləri ), statistik qiymətlər (orta statistik idxal, ixrac, cari, dəyişilməz), yeni və yaxud təkmilləşmiş məhsullar üçün qiymət siyasəti (artırılmış, azaldılmış) bir-birilə əlaqələndirilir və nəzərə alınır.
İqtisadi metoda müxtəlif baxışlardan yanaşanlar da vardır. Bu baxışlarda iqtisadi metodların rolunu sırf təsərrüfat hesabı metodları kimi məhdudlaşdırmaq yaxud sərəncam-normativ metodlara qarşı qoymaq kimi ziddiyyətli fikirlər irəli sürülür. Lakin iqtisadi metod bütün iyerarxiya səviyyəsində idarəetmə münasibətlərini, onun spesifik mənafeyini və bu mənafeyə, məqsədə səmərəli təsir göstərən vasitələri əhatə edir.
İdarəetmə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, maya dəyəri, mənfəət, gəlir, qiymət, rentabellik, kredit, həvəsləndirmə kimi vasitələrdən geniş istifadə olunur. Belə təsir vasitələri idarəetmə obyektinə mühüm təsir göstərir, onun vəziyyətini müəyyənləşdirir. Sözün geniş mənasında, iqtisadi metodlar bu vasitələrlə müəssisənin təsərrüfat fəaliyyətini yüksəltməklə az xərclərlə yüksək nəticənin əldə edilməsini təmin edir, idarəetmə obyektinə bilavasitə təsir göstərir və nəticədə müəyyən iqtisadi münasibətlər formalaşır. Demək olar ki, bu vasitələri tətbiq etmədən iqtisadi baxımdan istehsal prosesləri baş verə bilməz və hətta baş vermiş olsa belə axıra kimi davam etməz.
İdarəetmənin iqtisadi metodları iqtisadi müddəaların praktikada istifadə edilməsi mexanizmidir. Bu mexanizmin vəzifəsi iqtisadi mənafe birliyini, iqtisadi şəraitin yaradılmasını təmin etməkdən ibarətdir. İqtisadi metodlar istehsalın inkişafını təmin edir, bu məqsədi axıra çatdırmaq üçün işçilərdə və əmək kollektivlərində fəallıq yaradır. Burada maddi həvəsləndirmə sistemi və dəyər vasitələri tətbiq edilir ki, bu da bilavasitə istehsalın səmərəliliyini təmin edir. Təsərrüfat mexanizminin hər bir ünsür və ya həlqəsinin özünəməxsus nisbi müstəqilliyi və funksional rolu vardır.
İqtisadi mexanizm haqqında müxtəlif fikirlər, mühakimələr vardır. Onlar əsasən aşağıdakılardan ibarətdir:

  1. Təsərrüfat mexanizmi iqtisadi bazis, iqtisadi səciyyəli hadisədir;

  2. Təsərrüfat mexanizmi üstqurum səpkili hadisədir;

  3. Təsərrüfat mexanizmi həm bazis, həm də üstqurumu əhatə edən inteqrasiya səpkili bir sistemdir;

  4. Təsərrüfat mexanizmi sosial idarəetmə mexanizmidir;

  5. Təsərrüfat mexanizmi sosialist istehsal münasibətlərinin strukturunu əks etdirir;

  6. Təsərrüfat mexanizmi maddi mənafelərin məcmusudur;

  7. Təsərrüfat mexanizmi təsərrüfat proseslərinə rəhbərliyin iqtisadi formasıdır;

  8. Təsərrüfat mexanizmi dəyər formalarının məcmusudur;

  9. Təsərrüfat mexanizmi planlaşdırmanı, əmək haqqını, maliyyəni və s. əhatə edən bütöv, vahid bir sistemdir;

  10. Təsərrüfat mexanizmi iqtisadi, təşkilati, hüquqi və s. forma və metodların inteqrasi-yasıdır.

Təsərrüfat mexanizminə belə müxtəlif mövqedən yanaşılması, birinci növbədə, ayrı-ayrı müəlliflərin “təsərrüfat mexanizmi” , “iqtisadi mexanizm” və “idarəetmə mexanizmi” kimi anlayışları eyniləşdirmələrindən irəli gəlmişdir. Aydındır ki, “iqtisadi mexanizm” anlayışı iqtisadi kateqoriya olmaqla sırf obyektiv prosesləri göstərir. Təsərrüfat mexanizmi isə iqtisadi proseslər və vasitələrdən əlavə təşkilati, texniki, təşkiletmə, planlaşdırma, uçot, nəzarət və s. məsələləri də özünə daxil edir. İdarəetmə isə bütün idarəçilik fəaliyyət, idarəetmə prosesi, idarəetmə funksiyaları, idarəetmə metodları ( iqtisadi, inzibati-sərəncam, sosioloji-psixoloji, kompleks metodları və s. ) ilə bağlıdır.
Ən problem məsələlərdən biri təsərrüfat mexanizmi ünsürlərinin vəhdətliyinin təmin edilməsidir. Vəhdətliyin təmin edilməsi burada prinsipial əhəmiyyət kəsb edir. Onu hətta vəhdətliyin təmin edilməsi prinsipi adlandırmaq olar. Təsərrüfat mexanizminin formalaşması və inkişafında dövlət siyasəti fəal rola malikdir. Burada ən vacib məsələlərdən biri də təsərrüfat mexanizmi məslələrinə sistem halında yanaşılmasıdır.
Sistem halında yanaşılma əsasən aşağıdakı məsələləri əhatə edir:

  1. planlaşdırma və idarəetmənin elmi, nəzəri, metodoloji səviyyəsinin yüksəldilməsi;

  2. mövcud istehsal potensialından səmərəli istifadə olunmasında, planların yerinə yetirilməsində xalq təsərrüfatının bütün vasitələrinin maddi marağı və məsuliyyətinin gücləndirilməsi;

  3. iqtisadi vasitələrin və normativlərin rolunun gücləndirilməsi;

  4. idarəetmənin metodlar sisteminin təkmilləşdirilməsi;

  5. maliyyə-kredit, əmtəə-pul mexanizminin səmərəliliyinin artırılması, tam təsərrüfat hesabına keçilməsi;

  6. müəssisə və istehsaldaxili bütün iqtisadi fəaliyyətin genişləndirilməsi, dərinləşməsi;

İdarəetmənin iqtisadi metodları arasında maliyyə, qiymət, planlaşdırma və təsərrüfat hesabı mühüm yer tutur. Planlaşdırma idarəetmənin bir funksiyası olduğu kimi, idarəetmənin iqtisadi metodlarında iqtisadi vasitələrdən və metodlardan biridir. Planlaşdırma metodları vasitəsilə ictimai-iqtisadi mənafelər, idarəetmə və təsərrüfat fəaliyyəti nizamlaşdırılır. İstehsalın idarəedilməsi sistemində planlaşdırma da əsas idarəetmə metodu kimi direktiv xarakter daşıyır, o toxunulmazdır, qanun qüvvəsindədir. Mərkəzləşdirilmiş planlaşdırma obyektiv zərurətdir.
Dövlətin makroiqtisadi metodları tənzimləyici metodlardır. Makroiqtisadi metodlar sistemində iqtisadi normativ metod əsas yer tutur. Bu metod başlıca olaraq xalq təsərrüfatı və sahələrarası səviyyələrdə tətbiq edilir.
İqtisadi metodlar aşağıdakı göstəricilər sistemi vasitəsilə həyata keçirilir: dövlət sifarişi, hesablama göstəriciləri, müəssisə (birlik) daxili göstəricilər, cinsi göstəricilər, dəyər göstəriciləri, kəmiyyət və keyfiyyət göstəriciləri. Bu göstəricilər indikativ plan, uçot və tənzimetmə əhəmiyyətli göstəricilər sistemidir.
İqtisadi metodların hər birinin öz məzmunu və tətbiq edilmə qaydası vardır. Bütövlükdə bu metodların planlaşdırma və iqtisadi təhlilinin elmi səviyyəsinin yüksəldilməsinin, dinamik inkişafda optimal variantların seçilməsinin, resursların həmin variantlar üzrə bölüşdürülməsinin, firma və şirkətlərin vahid strateji iqtisadi inkişaf istiqamətlərinin seçilməsi üçün böyük əhəmiyyəti vardır. Cəmiyyətə lazım olan məhsulların istehsalının daha səmərəli, sərfəli yollarını müəyyən etmək olduqca vacibdir. Bunu yalnız mərkəzləşdirilmiş planlaşdırmanın, iqtisadi normativlərin köməyilə yerinə yetirmək olar.
İstehsalın planlaşdırılmasının obyektiv imkanlılığı hər bir təsərrüfatın, kollektivin və onun ayrı-ayrı üzvlərinin mənafelərinin uyğunluğundan irəli gəlir. Bu planlar təsərrüfatların azad sahibkarlıq təşəbbüsünə və fəallığına əsasən həyata keçirilməlidir.
Planların kollektiv tərəfindən işlənib hazırlanması onu hərtərəfli əsaslandırmağa, təsərrüfatın, kollektivin imkanlarını, tələb və təklifi tam nəzərə almağa imkan verir. Planların tərtib edilməsi prosesi, onun yarımsistemləri təsərrüfat fəaliyyətilə bilavasitə əlaqədardır. Bu fəaliyyətin bütün cəhətlərini bir il üçün planlaşdırmaq kifayət deyildir. Bütün fəaliyyəti və başqa tədbirləri həyata keçirmək üçün bir neçə il tələb olunur. Təsərrüfatın tam inkişafını təmin etmək üçün perspektiv, strateji planların tərtib edilməsi qarşıya qoyulur.
İstehsalın daha da inkişaf etdirilməsi vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsində firmadaxili planlaşdırmadan istifadə edilməsinin böyük əhəmiyyəti vardır. Firmadaxili planlaşma perspektiv, illik (cari) və operativ iş planlarını əhatə edir.
Təşkilat-təsərrüfat planında istehsalın səmərəli təşkili nəzərdə tutulur. Təşkilat-təsərrüfat planında istehsalın inkişafının başlıca göstəriciləri və maddi-texniki bazası və başqa cəhətlər öz əksini tapır. Təşkilat-təsərrüfat planı çərçivəsində təsərrüfatın sosial-iqtisadi, sosial inkişafı planı işlənib hazırlanır. Bu planda əmək şəraitinin, mədəni-məişət xidmətinin təşkili və yaxşılaşdırılması, təsərrüfat kadrlarının ixtisas və peşə, ümumi təhsili və başqa əsas məsələlərin konkret həlli verilir.
Planlaşdırmanın ən yaxşı növlərindən olan plan sənədlərindən geniş istifadə edilməsi məqsədyönlüdür. Onu, tətbiqi yerinə yetirilən işin dəqiq uçota alınması və icraçının əməyinin ödənilməsi üçün sənəddir. Belə planlaşdırma növü işin ahəngdarlığını təmin edir, işçilərin daha yaxşı işləmələrinə şərait yaradır. Planlar istehsal ehtiyatlarını aşkara çıxarmağa, onun planlaşdırma zamanı nəzərə alınmasına ümumiyyətlə, istehsalın ahəngdarlığının, səmərəliliyinin təmin edilməsinə, məsuliyyətin, işçinin öhdəsinə düşən vəziyyətin yerinə yetirilməsinə və bununla da istehsalın idarəedilməsi ahənginin yaxşılaşmasına səbəb olur. Planlar müəssisə və onun əmək kollektivinin təşəbbüsü, istehsalın daxili ehtiyatlarının nəzərə alınması, gərgin planlar qəbul edilməsinə görə iqtisadi stimullaşdırma əsasında həyata keçirilir. Planlaşdırma metodu iqtisadi vasitələrin fəaliyyətini nəzərə almaqla müəssisə kollektivinə həm də dövlət sifarişi əsasında təsir göstərməkdir.
Müəssisənin iqtisadiyyatına rəhbərlikdə iqtisadi metodların və iqtisadi vasitələrin rolunu xeyli artırmaq, planlı rəhbərliyi təmin etmək, onu daha da təkmilləşdirmək, elmi proqnozlara, uzunmüddətli planlar tərtib etməklə, onların nəticələrini qabaqcadan təhlil etmək bazar iqtisadiyyatı şəraitində də çox vacibdir.


Yüklə 126,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin