Azərbaycan Texniki Universiteti



Yüklə 126,07 Kb.
səhifə6/9
tarix22.06.2022
ölçüsü126,07 Kb.
#62101
1   2   3   4   5   6   7   8   9
Gasim.Shirinov.hesabat (voL 2)

Normativ-sərəncam motodu
Hakimiyyət hərfi və həqiqi mənada kiminsə, nəyinsə üzərində sərəncamvermə hüququ və imkanı mənasında başa düşülür. Hakimiyyət formal hakimiyyət (vəzifə hakimiyyəti, idarəetme sisteminde rəsmi mövqe) va real hakimiyyətdən (nüfuzun hakimiyyəti, qeyri rəsmi sistemdə olan mövqe) ibarətdir. Hakimiyyətin həyata keçirilməsində məcburetmə (qorxutma, qanuna əsaslanma, cərimələmə, mükafatdan məhrumetmə, işdən çıxarma ve s.), inandırma (davranışın məqsədəuyğun ve əlverişli olmasına tabeçilikdə olanı inandırma, məqsədlərin ümumiliyi, etimad və s.).
Təsərrüfatın idarə edilməsində hakimiyyətçilik səciyyəli təsir etmək subyektin idarəetme obyektinə birbaşa təsir göstərən inzibati, normativ-sərəncam metodları vasitəsilə həyata keçirilir. Rəhbər işçilərin ve mütəxəssislərin fəaliyyeti həmçinin sərəncam metodlara əsasən yerinə yetirilir. Onlar tərəfindən bütün idarəetme funksiyaları həmçinin idarəetmənin inzibati metodu əsasında icra edilə bilər.
Bu metod hakimiyyətçilik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam xarakteri daşıyır ve onun yerinə yetirilməsi mecburidir. Burada qərarların yerinə yetirilməməsi inzibati, maddi və başqa formada məsuliyyətə cəlb olunma və ya idarəetme intizamının pozulması kimi qiymətləndirilir. Bunun üçün müvafiq tədbirler verilir.
Normativ-sərəncam metodlardan dövlətin, cəmiyyətin qanunları, habelə sahibkara verilen səlahiyyət, hüquqa, əmək qanunvericiliyinə, nəzarət və nəzakət qaydalarına və başqa aktlara, qaydalara əsasən istifadə edilməlidir. Öz növbəsində, bu qanunları, qaydaları və aktları pozan sahibkarlar və mütəxəssislər də müəyyən cəza almalıdırlar. Beləliklə normativ-sərəncam metodunun başlıca xüsusiyyətləri aşağıdakılardan ibarətdir: a) idarə olunan obyektə birbaşa, bilavasitə təsir etməsi qaydası; b) idarəçiliyin üstün olaraq müvafiq qərar ve sərəncamların normativ qaydada gönderilməsi; c) bu və ya digər situasiyanın eyni qaydalı həlli; d) qərar və sərəncamların operativ qaydada işlənilməsi və həyata keçirilməsi; e) bu, rəhbər işçinin, menecerlərin, sahibkarların tabeçilikdə olan işçilərin, icraçıların iradəsinə müstəqim təsir edə bilməsi və həmin sahibkarların, menecerlərin müəyyən nüfuza malik olmasına əsaslanır.
Normativ-sərəncam metodunun təsir vasitələri əsasnamə təlimatları, normativ göstərişlər və s. ibarətdir. Bu vasitələr idarəetmənin daha çevik təsir vasitesi olub idarəedən və idarəolunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzim edilməsi qaydalarını müəyyən edir. Təsirin başqa formalarından biri - normalaşdırma, təşkilati, iqtisadi, texnoloji ve texniki normativlərdir. Onların vasitesilə istehsalın gedişi, bütövlükdə idarəetmə işlərinin yerinə yetirilməsi ümumiyyətlə müəyyən fəaliyyət qaydalarının tənzim edilməsi həyata keçirilir və bu, idarəetmədə müəyyən müddetlərdə təsir vasitəsinə çevrilir, məcburedici xarakter daşıyır.
Normativ-sərəncam metod müəssisə aparatı ve istehsalda çalışan bütün işçilərin səmərəli, intizamlı işləmələri, əmək, istehsal və dövlət intizamına əməl edilməsini, təşkilatçılıq fəaliyyetini yerinə yetirir. Bu metod müxtəlif formalardan, vasitələrdən, alətlərdən istifadə edilməklə fəaliyyət gösterir.
Sərəncamverme metodu idareetrnenin bütün fəaliyyetinə aiddir. Onlardan bütün funksional fəaliyyetdə istifadə edilməsinin öz spesifikliyi vardır. İdarəetmənin funksiyaları bu metodun tətbiqi olmadan yerinə yetirilə bilməz.
İdarəetmənin normativ və təşkilati-sərəncam metodu istehsal prosesində işçilər arasında baş verən təşkilati münasibətlərin, əlaqələrin, onların fəaliyyetinin nizama salınmasının bilavasitə idarəedici təsir üsulları və vasitələrinin məcmusundan ibarətdir.
İdarəetmənin, təşkilati-sərəncam təsiri metodları idarəetmə obyekti və subyekti arasında rəhbərlik və tabeçilik münasibətlərinin olmasını təmin edir. Bu metodlar idarəolunan sistemin ünsürleri (istehsalın texnologiyası, texnikası, əmək təşkili və müxtəlif funksiyalar və s.), idarəeden sistemin daxilindəki əlaqələr və münasibətlər və bu sistemler arasındakı qarşılıqlı təsir formalarına görə istiqamətlənir. Həmin münasibətlər, əlaqələr tənzim edilərkən təşkilati-sərəncam təsiri metodlarından istifadə edilir, onlara təşkilati-sərəncam təsiri göstərilir. İdarəetme subyekti (idarəedən) və idarəetme obyekti (idarə olunan) arasında daimi qarşılıqlı münasibətlər baş verir və onlar inzibati, təşkilati, hüquqa, iqtisadi normativ aktlarda öz əksini tapır və onların asasında bütün sistem ve yarımsistemlər fəaliyyət göstərir və tənzim edilir. Onlar arasında keyfiyyət uyğunluğu baş verir. Bu isə öz növbəsində müxtəlif işlər, proseslər arasında uyğunluq, səmərəli propopsiya, nisbət yaradır və qarşıda qoyulmuş məqsəd müvəffəqiyyətlə yerinə yetirilir. Nəticədə gündəlik idarəetmə, birgə fəaliyyət baş verir, yerinə yetirilməli olan iş vaxtında, müəyyən qaydalar, normativlər çərçivəsində həll edilir. Bu təsir vasitələri işləri əməli surətdə təşkil etməyi tələb edir. Çünki nəticə etibarilə işin müvəffəqiyyəti ən əvvəl onun təşkilindən, təşkilatçısından asılı olur.


Yüklə 126,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin