Təcrübə keçdiyi bölmələr
1. Kərgüzarlıq
2. İnsan resursları
3. Layihələr departamenti.
İdarəetmənin metodları anlayışı və onların təsnifatı.
İdarəetmənin metodları anlayışı
İdarəetməyə müxtəlif tərəflərdən yanaşmaq olar. Məsələn, istehsalın idarəedilməsi dedikdə, optimal texniki-iqtisadi nəticələr əldə etmək üçün müxtəlif üsullar (iqtisadi, inzibati-təşkilati, ictimai-psixoloji və tərbiyəvi) və vasitələrin köməyi ilə həyata keçirilən fasiləsiz məqsədəuyğun ictimai-iqtisadi və təşkilati-texniki proseslər sistemi başa düşülür.
İdarəetmə metodları, birinci növbədə strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İstər iqtisadi, istərsə də digər qanunların tələbləri avtomatik olaraq həyata keçirilmir; bu, iqtisadiyyatın dinamik vəziyyət alması, xüsusilə planauyğun fəaliyyət göstərməsi obyektiv olaraq, müəyyən təsiredici vasitələr sisteminin işə salınmasını tələb edir.
İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır. Burada prinsip metoda nisbətən çıxış nöqtəsini təşkil edir və istiqamətverici rola malik olur. İdarəetmənin elmilik, sosial və təsərrüfat rəhbərliyinin vəhdətliyi prinsipləri və digərləri müəyyən, müvafiq metodların seçilməsi və tətbiqini tələb edir. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakterindən, məzmunundan asılıdır. Məsələn, maliyyə, kredit, iqtisadi əlaqələr, mənafelər və s. ilə əlaqədar olaraq iqtisadi metodlar tətbiq olunur. Həm də bu metodlar mərkəzləşdirilmiş, direktiv və qeyri-mərkəzləşdirilmiş qaydada icra edilir. əmək kollektivlərinin formalaşması, dövlət intizamının təmin edilməsi üçün isə digər metodlar tətbiq edilir.
Anlayış etibarilə metod – fənd, girəvə, priyom və ya hər hansı idarəetmədə insan fəaliyyətinin fəndlərinin məcmusu, hər hansı məqsədə çatmaq imkanı, hər hansı vəzifənin, tapşırığın, sərəncamın, göstərişin, təlimatın həlli yolları və onların yerinə yetirilməsi vasitəsidir. Bu vasitə ilə müəyyən məqsədə çatmaq üçün adamları fəallaşdırmaq, istiqamətləndirmək, tənzim etmək, təşkil etmək mümkündür. Daha doğrusu, müəyyən bir məqsədi qarşıya qoyduqdan sonra onun yerinə yetirilməsinin daha yaxşı, sərfəli, səmərəli vasitələrini, yollarını, geniş mənada üsullarını axtarmaq lazımdır və bu özü-özlüyündə bir zərurətdir. Bu, birinci növbədə, idarəetmənin mürəkkəb və dinamiki vəziyyətində, digər tərəfdən, hər hansı bir məqsədin müəyyən bir təsirə, vasitəyə, vasitəçiyə möhtac olmasından irəli gəlir. Heç də təsadüfi deyil ki, idarəetmə metodlarını idarəetmə prosesinin əsas ünsürü adlandırırlar. İdarəetmə metodları və onlardan istifadə edilməsi idarəetmənin təşkilinə, istehsalın ahəngdarlığına və səmərəliliyinə çox böyük təsir edir. Metodlar idarəetməyə və istehsala, onu həyata keçirən kollektivin fəaliyyətinə, onların yaradıcılıq, işgüzarlıq, səriştəlik fəallığının yüksəlməsinə, səfərbəyliyinə, qarşıya qoyulmuş müəyyən fəaliyyət proqramının vaxtlı-vaxtında yerinə yetirilməsinə kömək edir.
Ümumiyyətlə, hər hansı proseslərin idarəedilməsi müxtəlif metodların köməyi ilə həyata keçirilir. Odur ki, idarəetmə metodları başqa metodlardan texniki, texnoloji, bioloji metodlar prinsipcə fərqlənir və insanların istehsalat-təsərrüfat və birgə əmək fəaliyyətinə təsir etməklə bu və ya digər vəzifənin yerinə yetirilməsində kompleks istifadə olunur. İdarəetmənin ən başlıca əhəmiyyəti idarəetmə proseslərinin dəqiq və düzgün təşkili üçün müasir texnikadan, texnologiyadan, istehsalın və əməyin mütərəqqi formalarından istifadə edilməsinə şərait yaratmaqdan, qarşıya qoyulmuş məqsədi yerinə yetirmək üçün maksimum fəallıq göstərməyi təmin etməkdən ibarətdir. Demək olar ki, metodlar mahiyyətinə görə idarəetmə fəaliyyətinin mühüm vasitəsi hesab olunur, idarəetmənin subyekt tərəfini daimi əks etdirir, onlar müəyyən olunmuş qaydalar və prinsiplər üzrə praktikada istifadə edilir.
İdarəetmənin metodlarının təsnifatı
Dostları ilə paylaş: |