Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə27/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   23   24   25   26   27   28   29   30   ...   108
kitab20100401060824470

A r s i a n ş i
(er. əv VIII əsr). Y.B.Yusifovun şifahi mə lu matına görə, 
Arsi dağ adıdır və bəlkə də şam ağaclığı ilə fərq lənirmiş. M ixi yazıda qeyd edilir ki, 
Arsiyanşi Arsi dağının yanında yerləşir. Buna uyğun olaraq Y.B.Yusifov toponimi 
―Arsi enişi‖, ―Arsi yanı kənd‖ kimi mənalandırır. Bizcə ad türkcə 
arça
- ―ardıc
kolu‖, ―şam ağaclığı‖ və 
enşi –
―malikanə‖, ―padşahlıq mü lkü‖ (166, 1, 361) 
sözlərindəndir. Urartu mənbələrindən Urmiya gölü ətrafında ―Harsi‖, ―Arsita‖ və 
―Arsindu‖ toponimləri də məlu mdur. Cənubi A zərbaycanda Savalan dağın ın 
ərazisində Ərçə, Ərçistan, Əcir, Ərcan və b.yaşayış məntəqələrinin adları ilə 
müqayisə oluna bilər. 
D u r d u k k a
(Zurzukka, Sirdakka, Zirda kka variantla rı da vardır). 
Mannada bir qalanın adı. Toponimin mü xtəlif yazılış formaları onun əslinin 
müəyyən olunmasını çətinləşdirir. Durdukka (asur dilində ―k‖ səsinin 


57 
qoşalaşdırılması ilə) ehtimal ki, türkcə 
tur,
tura
– ―dayanacaq‖, ―düş ərgə‖, ―şəhər‖ 
sözündən və 
- duk
(-luk )
şəkilç isindən ibarətdir. Sirda kka (Zirdakka) forması ilə
türkcə sirt – ―dağ beli‖ və dağ (taq) ―dağ‖ sözlərindən ola bilər. 
S u k k a
. Mannada bir qalanın adı. Türkcə 
çoku 
(özbəkcə 
çukki,
qaza xca
şoki
), ―konusvarı yüksəklik‖, ―dağın şiş zirvəsi, təpəsi‖ (145,618) sözündəndir. 
A b i t i k n a
(er. əv. VIII əsr) Mannada bir qa lanın adı. Na mə lu m ―ba‖ və
türkcə 
tiqey
-―dağ zirvəsi‖, ―təpə‖ (145,552) sözündəndir (?).
U a ş d i r i k k a
(er. əv. 714-cü il). Mannada bir qa lanın adı. Y. B. 
Yusifov ―Baş darak‖ kimi bərpa edir və onu ―dişli dağ‖ kimi mənalandırır 
(187
b
,93). Bizcə, toponim türkcə yoğuş – 
“yoxuş”
və 
terek
–―dişli dağ zirvəsi‖ 
(145,330) sözlərindəndir. Altayda Tas -Terek, Krımda Tara k-Daş, Tuvada Saaday-
Terek toponimlə ri ilə müqayisə olunur. Quru luşca Həmdullah Qə zv ininin (XIV 
əsr) qeyd etdiyi Təbriz yaxın lığındakı Culandarak toponimi (32) ilə eynid ir. 
İ z i r t a
(e r. əv. VIII əsr). Mannada bir ş əhərin adı. Türkcə
izir, izer

―aşırım‖, ―dağ keçidi‖, ―dağ çökəyi‖ (145,230) və tay – ―tərəf‖ sözlərindəndir. 
Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqailə müqayisə olunur. 
Y. B. Yusifov qədim toponimlərdə ―ta‖ ko mponentini türk dillərindəki 
too, tuu
(dağ) sözü ilə bağlayır (183,21-22). 
Qeyd edilmə lidir ki, Manna və Midiya toponimlərinin bə zilə ri (Arsita, 
İzirta, Meista, Parta, Şurda və b.) üçün 
“ta”
sonluğu səciyyəvidir. Bizcə bu 
ko mponent türkcə 
“tay”
sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, 
Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O. T. Molçanova Orta Asiya və 
Altay toponimiyasında ―tay‖ sözünə xüsusi tədqiqat həsr etmişdir. O yazır ki, 
Yakutiyadan Qazaxstanın və Özbəkistanın qərb əyalətlərinə qədər toponimlərdə 
yayılmış bu söz ―tərəf‖, ―yer‖ mənasındadır (147,81). V. V. Bartolda görə, qədim 
türk toponimlərində (məsələn, ―A ltay‖) bu söz ―ölkə‖ anlamını ifadə edir (68). 
U a u ş
(er. əv. VIII əsr). Mannada bir dağın ad ı. Assur mənbəyində bu 
dağ ―əlçatmaz (sıldırım mənasında) dağ‖ adlandırılır. İ. M. Dyakonova görə, indiki 
Səhənd dağının bir h iss əsinin adıdır (102,290). Ehtima l ki, oronim q ədim türk 
dillərindəki 
yoquş
(yo xuş), yəni ―dağ zirvəsi‖, ―yüksəklik‖, ya xud
youş,
yəni ―p is‖, 
―düşmən‖ (160,III,I,20) sözlərinin təhrifid ir. Fikrimizcə, İ. M. Dyakonovun Uauş 
dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıld ırım dağ Yaş 
adlanmasına görə gü man ki, assur mənbəyindəki Uauşdur. 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin