Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə20/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   16   17   18   19   20   21   22   23   ...   108
kitab20100401060824470

aşrak
-―müdrik‖, 
dakaş-
―ulduz‖, 
haşmar
-―şahin, qartal‖ sözləri 
də mə lu mdur. 


48 
Aşrak-―müdrik‖sözünün 
“aş”
hissəsi güman ki, qədim türkcə 
as-
‖ağıl‖, 
―zəka‖, ―dərrakə‖ (166,I,306),
us-
―müdrik‖, ―usta‖ (166, I, 607) sözləri ilə 
əlaqədardır. Sö zün ―rak‖ hissəsinin mənasını aydınlaşdırmaq çətindir. Bəlkə də 
bəzi türk d illə rindəki 
ıra-
―rəh mli ruh‖, ―mərhəmətli başlanğıc‖ (166,I,185) sözü və 

k
şəkilçisindən, yaxud qədim türkcə 
ar, aris
-―tə miz‖ (100,53) sözlərindən 
ibarətdir. 
Kas dilindəki 
dakaş
- ―ulduz‖ sözü bizcə qədim türkcə 
tanq 
(sonu 
“nq”
qovuşuq səsi ilə və bu səsin ―q‖, ―g‖ səsinə keçməsilə, A zərbaycan dilində 
“dan”)
–―sübh‖, ―o başdan‖ və 
yaşu
– ―parıltı‖ , ―şəfəq‖ (L. Q. Tuquşeva, s. 387) 
sözlərindən ibarət olmaq la dan ulduzunu ifadə etmişdir; başqa sözlə, gü man ki, 
dakaş ―Dan parıltısı‖ mənasında Zöhrə ulduzunun adı idi. 
Kas dilindəki 
haşmar
-―şahin‖, ― Qartal‖ sözü tə miz türkmənşəlid ir. Bizcə, 
sözün əvvəlindəki ―h‖ səsi protezdir və deməli, əslində bu söz ―asmar‖ kimi 
olmaqla qədim türk dillərində as- ―dişləyib qoparmaq‖, ―bir neçə dəfəyə didib 
qoparmaq‖ (166, I, 672), yaxud es -―yırtıcı heyvanların və quşların qurbanı‖ 
(100,183) və 
umar
-―arzu et mə k‖, ―gözlə mək‖ ,‖ummaq‖ (166,I,595) sözlərindən 
ibarətdir. Gü man ki,bütövlükdə asmar (s-ş əvəzlən məsi akkad dilinə aid edilə 
bilər)-―d imdikləyib qoparmaq istəyən‖ mənasını verir ki, bu da ümu miyyətlə, 
yırtıcı quşun ovunu didib- parçalayıb yeməsi xassəsinə uyğundur. Qədim türk 
dillərində səciyyəvi 
a-u
əvəzlən məsinə görə Mah mud Qaşqarin in lüğətindəki 
us
-
―kərkəs‖ (leş yeyən yırtıcı quş) sözünü bizcə məh z 
as
sözünün fonetik ş əkli 
saymaq olar.
Kasların türk mənşəli o lmasını sübut edən digər fakt bəzi qədim türk 
etnonimlə rində Kas etnoniminin ə ks olunmasıdır. Mə rkə zi Asiyada yaşayan 
uyğurların qədimdə 6 tayfasının Kas adlanması məlu mdur (58,114). Yu xarıda 
kasların iki şəxs adlarında ―kadaş‖ sözünün iştirak etdiy ini demişik. Maraqlıdır ki, 
erkən orta əsrlə rdə ―kadaş‖ sözü sosial termin kimi uyğurlarda geniş yayılmışdı və 
xaqana (onun nəslinə) mənsub və vərəsəlik hüququna malik olan ş ə xsi ifadə ed irdi 
(168,172-175). Yu xa rıda deyildiy i kimi, kasların Mid iya əra zisinə Mərkə zi 
Asiyadan gəlməsi göstərilir. Mə rkə zi Asiyanın ən qədim türk xalq larından biri də 
qırğızlar sayılır. ―Qırğ ız‖ etnonimin in mənası indiyədək açılmamışdır. Bəlkə də bu 
adın 
“kız”
ko mponenti türk d illəri üçün səciyyəvi 
a-ı
əvəzlən məsinə görə qədim 
Kas etnoniminin fonetik şəklid ir. Xakaslarda Kızıl tayfasının adı əslində Kazal 
(Kasal) etnonimində 
a-ı
əvəzlən məsi ilə əlaqədar o laraq Kas adı əksini tapmışdır. 
Xakasiyada Kaşlık şəhərinin adı 
kas, kaş
etnonimi ilə bağlıd ır. Son tədqiqatlar 
―xakas‖ adının Kas etnonimindən yarandığını göstərmişdir (123,61-63). Qədim çin 
mənbələ rində Mərkə zi Asiyada qırğızların dövlətinin Xa-Qas adlanması ( 38,297) 
da mə lu mdur. Çin Türküstanındakı Kaşqar ş əhərinin qədim türk runi ya zıla rında 
Kaş adlanması da d iqqəti cəlb ed ir. Erkən orta əsrlərdən məlu m olan Xəzər, Qazax, 
Qazan türk tayfalarının adları əslində Kasar, Kasak və Kasan olmuşdur (bax,85). 
Er. əvvəl VI əsrdən mə lu m o lan Qa fqaz oroniminin Kas etnonimi ilə bağlılığı fikri 


49 
hələ keçən əsrdə deyilmişdir (67). XVII əsrdə Sibirdə Udin mahalında türk 
tayfaları məlu mdur. (99,247,254). Aşağıda haqqında danışacağımız kaspilər də 
kaslar ilə mənşəcə eynidir. Kasların kaspilərlə mənşəcə eyni etnos sayılması (bunu 
bir sıra tədqiqatçılardemişlər) və kaspilərin türk mənşəli olması kasların Elamidilli 
olması baxışını rədd edir. Elamlıların və kasların dillərində bəzi sözlərin eyniliyi 
heç də kasların bu sözləri Elam d ilindən mənimsəməsi demək deyildir, əksinə də 
ola bilər. 
Deyilənlərdən aydın olur ki, Ön Asiyada guya uzaq keç mişd ə lulubi-kuti-
ela m-hürrit-kassit dil ailəsinin mövcud olması fikri (183,38) təsdiqlənmir. Ya ln ız 
Hürrit və Urartu dilləri qohumdur, elam dilinin isə Hindistanın Dravid d il ailəsinə 
mənsub olması güman ed ilir. Bə zi tədqiqatçıla ra görə, qədim kaslar tarix səhnəsinə 
sonra kaspi adı ilə çıxırlar. Kaspilər Azərbaycanın hər iki hissəsində yaşamış 
qədim etnoslardan biridir. ―Kaspi‖ etnonimind ən 
“pi”
şəkilç isinin e la mmənşəli 
sayılması fikri ağla batmır. 
“Kaspi
‖ etnonimin in Gürcüstanda qədimdən 
azərbaycanlılar yaşayan Kaspi yaşayış məntəqəsinin adında əks olunması göstərir 
ki, 
“kaspi
‖ özünüadlandırmadır, başqa sözlə, elamların 
“pi”
şəkilç isi Gü rcüstanda 
kaspilərin etnik adında əks o luna bilmə zdi. Kasların A zərbaycanda və 
ümu miyyətlə, Ön Asiyada tarixi rolu məsələsində tarixşünaslıqda qaranlıq ço xdur. 
Onların Maday və Manna etnosları ilə etnik mənsubiyyətcə yaxınlığın ın dərəcəsi 
aydın olmasa da Kas, Maday və Manna toponimlərin i və şəxs adlarını Azərbaycan 
dilinin ən qədim le ksik vahidlə ri saymaq ola r. Be ləliklə , er. əv. III minillikdən 
Cənubi Azə rbaycan ərazisində və ona bitişik əyalətlərdə A ltaymənşəli etnosların 
yaşaması ehtimal edilə bilər. A zərbaycan türklərin in birbaşa ulu əcdadları olan 
Manna və Maday etnosları belə bir etnik mühitdə tarix səhnəsinə çıxmışdır. 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin