Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə70/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   66   67   68   69   70   71   72   73   ...   108
kitab20100401060824470

аборигенов

бывших в стране бо 
него,
о чем повествуют древние сказания‖ (23, I, 21). Bu mə lu mat 
“ölkədə 
ermənilərə qədər aborigenlər”
ifadəsi yu xarıdakı fikrimizi aydınlaşdırır. Erməni 
tarixçisi Mo isey Xorenasi Ermən istanda çarlıq etmiş çarların adlarını qədim 
ermənicə be lə verir: Pa ruyr (müəllif yazır ki, o, Skaordinin oğludur v ə 
Ermənistanda hakimiyyətə Midiya ça rı Arbak tərəfindən təyin edilmişdir), Hraçeay, 
Parauas, Paçuiyc, Kornak, Panos, Haykak II, Ervand, Tiqran (23, I, 21) və b.Qədim 
erməni dilinin xüsusiyyətlərinə görə təhrifə məru z qaldıq larından Paruyr, Kornak 
və Parauas adlarından başqa qalanların ın əsl formala rın ı bərpa et mək və 
aydınlaşdırmaq çətindir. Paruyr şəxs adı haqqında yuxarıda demişik. Korna k adı 
türkcə 
k ur
– ―möhkə m‖, ―cəsur‖, ―səbatlı‖ (ər) (166, II, 106) və 
ınak
– ―dost‖ 
sözündən ibarətdir. Parauas şəxs adı bizcə Barayaş, yaxud Borayaş kimi bərpa 
edilə bilər və gü man ki, börü – ―canavar‖, ―qurd‖ və 

– ―dost‖ sözlərindən ibarət 
olmaqla Midiyada Buriaş şəxs adı ilə eynidir. Göstərilən adların türkmənşəli 
olması N.Y.Marrın belə bir fikri ilə təsdiqlənir ki, Ermən istanın bir bölgəsində 
saklar məskunlaşmışdıla r (132, V, 195). Erməni tarixç isi Q. Kapanasyan açıq yazır 
ki, Hayasa ölkəsinin cənubunda və cənub şərqində hərəkatın başında saklar 
dururdular (III, 150).
Sakların digər hissəsi Şimali Azərbaycan ərazisində yaşayırdı. İndiki 
coğrafi koordinatlarla göstərilsə, burada saklar Şəki, Şakaşen, Sisakan və Arsak 
bölgələrində məskun id ilər. Oxucu diqqət yetirsə görər ki, bu toponimlərin 
dördündə də Sak, Şak etnonimi əks olun muşdur.
1. Ş ə k i. Burada hələ II əsr müəllifi Ptolemey Osika adlı şəhər qeyd 
etmişdir (V, XI, 4). Tədqiqatçılar bu adı Şəki adının təhrifi hesab edirlər. Daha 
sonra III əsrə a id parfiya dilindəki mənbədə bu bölgədə Sukn (103), ― VII əsr 
Erməni coğrafiyası‖nda Sekan (19), VI əsrə mənsub mənbədə Şəki, IX-X əsr ərəb 
coğrafiyaçılarının əsərlərində Şəkkan toponimləri çəkilir ki, bütün bunlar indiki 
Şəki adın ın təhrif fo rmalarıdır.
2. S a k a s e n a . I əsr müəllifi Strabon Kürdən cənubdakı ə ra zidə
Sakasena əyalətinin adın ı çəkir. Alban tarixç isi Musa Kalan katlının əsərindən 
aydın olur ki, həmin Sakasena indiki Gəncə bölgəsidir, çünki o, Gəncə şəhərinin 
Şakaşendə yerləşdiyini yazır (22, II kitab, 23-cü fəsil). Onu da deyək ki, bu 
əyalətin sakları ―sakesin‖ adı ilə er. əv. IV əsrdən məlu mdur. II əsr müəllifi Flav iy 
Arrian yazır ki, sakesinlər və albanlar İran ordusunun tərkibində sağ cinahda 
İskəndərə qarşı döyüşlərdə iştirak edirdilər (Arrian, III, 84). Oxucu yəqin hiss etdi 
ki, Strabon ―Sakasen‖ adında iki toponim qeyd edir: biri Atropatenanın, dig əri 
Albaniyanın ərazisində. Qeyd edilməlidir ki, mənbələrdə üçüncü Sakasena indiki 
Türkiyənin şərqində çəkilir (191, 177). Bu faktın aşağıdakı qiy mətli cəhəti var. 
Azərbaycan tarixşünaslığında deyilir ki, Sa kasena ―Saka‖ etnonimind ən və yer 
mənasında İran mənşəli 
“şayana” 
sözündən (bu fikri keçən əsrin axırlarında alman 
şərqşünası Hubşman ortaya atmış, sonra İ.M.Dyakonov mənimsəmiş, tarixçilərimiz 


122 
də tapıntı kimi əsərlərinə salmışlar) yaran mışdır, başqa sözlə guya toponimin 
sonluğu ―şauana‖nın fonetik ş əkli o lan ―
şen”
dən ibarətdir (102, 251). Erməni 
tarixçiləri bundan bərk yapışır və 
“şen”
sözünü ermənilərin qədimdə Gəncə 
bölgəsində yaşadığını göstərən fakt kimi qələmə verirlər. Lakin ‖Sakasena‖ 
toponimin in Albaniyada, Atropatenada və həm də Kiç ik Asiyada (Qarsda) olması 
(191, 177) göstərir ki, bu adda nə İran mənşəli 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin