Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə97/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   93   94   95   96   97   98   99   100   ...   108
kitab20100401060824470

alban, aran, qarqar, sirak ,
sadak, hun, savar, çul, peşeneq, xəzər 
və b. türk 
tayfaların ın müəyyən hissəsi cənubda da yaşayırdı. VII əsr ərəb müəllifin in 
―Azərbaycan qədimdən türklər ölkəsidir‖ sözü də bununla əlaqədardır.
Atropatenada İrandilli etnoslar da yaşayırdı. Onların ən böyüyü talışların
ulu əcdadları olan kaduslar idi. Bu etnosu ilk d əfə He rodot qeyd etmişdir (Herodot, 
III, 92). Sonrakı antik müəlliflər də kaduslar haqqında məlu mat verirlər və onları 
dağ yerlərində ço x döyüşkən olduqların ı qeyd edirlər. Strabon kadusların ―dəniz 
kənarında‖ (Strabon, XI, 8, 4) yaşadığını yazır. O, kadusların ə razisinin Xə zər 
dənizinin sahili boyu 500 stadij (tə xminən 190 km) uzunluqda olduğunu göstərir 
(Strabon, XI, 7, I).
Talışlar İran mənşəli köklü xalqdır və onların türkdəndönmə fikri yanlışdır. 
Azərbaycanın hər iki h issəsində getmiş tarixi hadis ələrdə fəa l iştirak et miş talışlar 
Azərbaycan xa lqının milli mədəniyyətinin forma laşmasında müəyyən rol 
oynamışlar. Bilavasitə talışlarla yanaşı, Atropatenada kürdlər yaşamışlar. Strabon 
onları ―kirt‖ kimi yazır. Bu kürdlərin bir hissəsi sonralar talışlara qarışmışdır. 
Yaqut Hə məvi Balasakanda kürd lərin yaşadığını yazır. Onla r Beyləqanda da 
yaşayırdılar və s.
Atropatenada tatlar, yəhudilər, gurganlar, pa rslar və mard lar da
yaşayırdılar. Onların b ir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür (bax: 85). 
Yu xarıda deyilən lərdən görünür ki, artıq er. əv. I minilliy in əvvəllərindən 
Azərbaycan ərazisində 
yerli
türkmənşəli
etnoslar – mannala r, madaylar, kaslar, 
kaspilər, albanla r məskun id ilə r. Bununla da xalq ımızın təşəkkülündə iştirak et miş 
etnik ko mponentlərin etnik 
mənsubiyyətləri 
müəyyən edilmiş oldu və 
azərbaycanlıların o rta əsrlərdə iranlıla rdan və dağıstanlıla rdan dönmə olması 
haqqındakı konsepsiyanın puçluğu üzə çıxd ı. Er. əv.VIII əsrdən başlayaraq ta 
eramızın XII – XIII əsrlərinədək A zərbaycan ərazisinə dalğalarla mü xtəlif türk 
etnosları da gəlmişdir. Bu da faktdır. Lakin bu dalğaların dəqiq vaxtları və gəlmə 
etnosların tərkibində türk tayfalarının adları məlu m deyil. Onların adların ı yalnız 


168 
qədim və erkən orta əsrlərə aid yaşayış məntəqə adları və etnotoponimik para lellər 
əsasında təxmin i müəyyən etmək o lur. Bu göstərir ki, Azərbaycan ərazisində ço x 
mürəkkəb etnik p roses getmişdir: bir tərəfdən yerli türk tayfaları ilə gəlmə etnoslar 
arasında qaynayıb – qarışma - konsolidasiya prosesi, digər tərəfdən həm yerli, həm 
gəlmə türk etnoslarının Qafqa zdilli və İrandilli tayfaların müəyyən hissələrini 
özünə qatması – assimilyasiya prosesi getmişdir. Ümu miyyətlə, etnik proses 
çoxsaylı prosesdir. Nəzərdə tutulmalıdır ki, yeni prosesdə iştirak edən hər bir 
etnosun özü qabaqkı dövrlərin etnik prosesinin məhsuludur; başqa sözlə, bir tarixi 
mə rhələdə gedən etnik proses qabaqkı mə rhələlə rdə başlanmış prosesin davamıd ır 
və deməli, etnik prosesdə iştirak edən hər bir etnosun özü qabaqlar bu prosesi 
keçirmiş etnosdur. Etnik prosesin hər bir mərhələsi yeni etnosun yaranması ilə 
nəticələnir. Etnoqrafiya elmi bu əsas götürür ki, hər bir xa lqın təşəkkü lü 
konsolidasiya və assimilyasiya proseslərini əhatə edən mürə kkəb prosesin 
nəticəsidir. La kin bu proses vahid qanunauyğunluğa tabedir: t əşəkkü l tap mış yeni 
etnos konsolidasiya və assimilyasiya proseslərində aparıcı rol oynamış və nəticədə 
yeni keyfiyyətlər kəsb etmiş həmin etnosdur.
Azərbaycan xalq ının formalaş masını tə min et miş etnik prosesin 
mə rtəbələri, ya xud layla rı tarixşünaslığımızda indiy ədək xüsusi tədqiqat predmeti 
olmamışdır. Əslində heç buna təşəbbüs də göstərilməmişdir, çünki Azərbaycan 
xalq ının XI – XII əsrlərdən sonra türkləşmiş İrandilli atropatenlilərin, Qafqazdilli 
albanların və bu etnoslara öz dilin i qəbul etdirmiş səlcuq – oğuz türklərin in varisi 
hesab edilməsi ilə bu mürə kkəb proble m həll o lunmuş sayılmışdır.
Yu xarıda biz A lban və Atropaten xalq larının türkdilli etnoslar olduğunu 
göstərən faktları vermişik. Burada ço x mühü m bir məsələni – atropatenlilərin 
―azəri‖ adlanan dili haqqında mülahizələri q ısaca nəzərdən keçirməliyik.
Atropaten xalqın ın İrandilli olması fikrinin yaran ması iki s əhv baxışdan 
irə li gəlir.
1. Deyilir ki, midiyalılar İrandilli etnos idi. Hətta qədim fars dilində 
İrandilli tayfaların d ialektlərinə mənsub olan, lakin o zamankı rəs mi fars dilindən 
fərqlənən dia lekt sözlərin i ― midizm‖lə r adlandıraraq madayların İrandilli o lmasını 
göstərən faktlar kimi göstərmişlər (114, 39- 40). Bununla da Maday etnosunu 
azərbaycanlıların soykökündən ayırmış, nəticədə Midiya dövləti İran mənşəli 
etnosun dövləti kimi səciyyələndirilmişdir. Bu fikirdə dolaşıqlıq açıq- aşkar 
görünür: Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada 
İrandillilər – müasir farsların, kürd lərin, talışların, giləklərin, tatların və b. u lu 
əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli M idiya dövlətinin, 
farsmənşəli Əhə mənilər və Sasanilə r dövlətlə rin in əra zilərində heç va xt İrandilli 
əhali əksəriyyət təşkil etməmişdir. Əgər İrandillilər mənasında ―Midiyalı‖ dedikdə, 
―Maday‖ etnik adın ı daşıyanları nəzərdə tuturlarsa, bu, ancaq nağıldır, 
qondarmadır. Yu xarıda M idiyada ş əxs adların ın və toponimlərin türkmənşəli 
olduğunu göstərən faktlarla o xucunu tanış etmişik.


169 
Manna ərazisində bə zi türkmənşəli şə xs adların ın İran dilləri əsasında izah
edilməsi nəticəsində belə yanlış nəticə çıxarmışla r ki, guya artıq er. əv. IX əsrdə 
Mannada İrandilli əhali də yaşayırdı. İqrar Əliyev Atropatenanın tarixinə dair 
əsərində E.A. Qrantovskiyə istinad edərək Mannada kifayət qədər İrandilli 
ünsürlərin o lduğunu yazmışdır (50, 22). Onun fikrincə Atropatenanın əhalisi 
əsasən İrandilli idi (yenə orada). Odur ki, S.Qasımova III – VII əsrlərdə Cənubi 
Azərbaycanda ―qədim İran Mid iya dia le ktləri‖ ifadəsini işlət mişdir (114, 181). 
Cənubi A zərbaycan əra zisində əhalinin İrantip li a zəri dilində danışması fikri də 
bununla bağlıdır.
X əsr ərəb müəllifi Yəqubinin Azərbaycanda yaşaması haqqında 
mə lu mata əsaslanırla r: ―Azərbaycanın şəhər və mahallarının əhalisi əcə m azə rilə ri 
ilə Babəkin olduğu əl – Bə zz şəhərinin sahibləri qədim Cavidanilərin qarışığıd ır‖ (I, 
34). Bu mə lu matda atropatenlilərin ha mısının a zəri d ilində danış ması göstərilmir. 
Sübut olunmuşdur ki, azəri dilinə aid materiallar Cənubi A zərbaycanın şimal – şərq 
kuncünə - Ərdəbil mahalına aiddir (142, 208). Həm də qeyd olunur ki, bu dildə 
mə lu matla r XIV əsrə qədər gə lir, halbuki XIV əsrdə Cənubi A zərbaycan ərazisində 
əhalinin İran mənşəli dildə danışdığını demək yalnız elmi naşılıqdır, heç o lmasa 
ona görə ki, artıq bu zaman Azərbaycan ədəbi dili mövcud idi. A zəri dilini müasir 
talışların dili saymaq olar və bir sıra tədqiqatçılar, o sıradan rus və fars alimləri 
belə də ya zırlar. La kin Azə rbaycan tədqiqatçısı yazır ki, Atropatenanın əhalisin in 
böyük hissəsi azəri dilində danışırdı (114, 43). A zərbaycan xalqın ın tarixi haqqında 
belə qondarma fikirlə r yüzlərcəd ir, qoy birisi də o lsun, bu fikirlə r qayaya atılan 
kəsəklərd ir.
Atropatenada əhalinin türkmənşəli d ildə (la lin əhali bu dili ―türk d ili 
adlandırmayıb‖, Manna və Midiya tayfaları türkmənşəli ellər id i, lakin onlarda 
―türk‖ etnonimi yo x idi) danışdığını sübut edən ən tutarlı fakt budur ki, mannalar er. 
əv. VIII – VII əsrlərdə iranlılaşmamışdır; Mid iya xalqı İran mənşəli o lmadığ ına 
görə, mannaları assimilyasiya edib iran lılaşdıra bilməzd i. Atropaten xalqı Manna 
və Maday etnoslarının b irbaşa varisi, atropatenlilərin d ili isə əsrlə r boyu davam 
etmiş etnik prosesin nəticəsində təşəkkül tapmış türktipli d il idi. Eradan əvvəl IV 
əsrdən sonra isə bu türkdilli etnos İrandilli o la bilməzd i. Ədər belə proses getsəydi, 
onda atropatenlilə r e lə farsdilli o lardılar. Madayların d ili İrantipli deyildi və biz 
onların da türkdilli olduğunu yuxarıda demişik. Deməli, Manna ərazisində ənənəvi 
dil heç bir assimilyasiyaya məru z qalmamışdır. VII əsr ərəb mənbəyində 
Azərbaycan ―türklə r ö lkəsi‖ adlanırsa, Bu türklə rin dili necə İran mənşəli ola
bilərd i? İran tədqiqatçıları Sə fa Rəhimzadə və Əh məd Kəsrəvi yazırlar ki, a zəri d ili 
talışların və kürd lərin dili idi (bu barədə bax: 85). Əgər talışlar erkən orta əsrlərdə 
Atropatenanın əhalisinin əksəriyyətini təşkil etməmişsə, məntiq i nəticə aydındır: 
onda bu azəri dili bütün atropatenlilə rin dili ola bilmə zdi. Ona görə də Cənubi 
Azərbaycanın böyük hiss əsində əhalinin azə ri dilində danışması haqqında A. 
P.Novoseltsevin fikri (150, 41) yanlışdır. XI əsr şairi Qətran Təbrizin in 


170 
poeziyasındakı ço xlu A zərbaycan – türk sözləri səlcuq – oğuzlarına qədər 
formalaşmış ü mu mxalq türk dilin in mövcud olduğunu göst ərir. Dey ilən lərdən 
başqa nəticə də alınır: əgər azəri dili Atropatenanın şimalında yaşayan talışların, 
kürdlərin, tatların və b. dilidirsə, və əgər bu tayfalar azlıq təşkil edirdisə, onda 
Atropatenada İrandilli Atropaten xalqı mövcud ola b ilməzdi. Beləliklə, İ. H.Əliyev, 
E. A.Qrantovski və A.P.Novoseltsev Atropatenxalq ını İrandilli saymaqda haqlı 
deyillə r. Əgər Atropaten xalq ı İran mənşəli idisə, de mə li, İran əra zisində iki 
İrandilli xalq varmış: farslar və atropatenlilər. Bəs necə oldu ki, səlcuq – oğuz 
işğalı nəticəsində farslara nisbətən çoxsaylı atropatenlilər türkləşdilər, farslar, 
kürdlər, talışlar yo x? A xı bütün İran səlcuqların işğalı altında id i?
Deyilənlərdən görünür ki, Cənubi Azərbaycan əra zisində er. əv. IV əsrdən 
XI – XII əsrlərə qədərki Atropaten xa lqı tə miz türkmənşəli idi və səlcuq oğuzla rı 
orada heç kimi assimilyasiya etməmişdilər. Unudulur ki, səlcuq oğuzların ın 
tərkib ində gəlmiş tayfala rın ço xu (əfşarla r, qacarlar və b.) İranda indi də etnoqrafik 
qruplar şəklində yaşayırlar.
La kin erkən orta əsrlərdə Cənubi Azə rbaycan ərazisinə b ir sıra yeni türk 
tayfaları gəlib məskunlaşmışdır. Bunu Cənubi A zərbaycanda ço xlu etnotoponimlər 
də aydın göstərir. Gəlmə türk tayfalarının etnik prosesdə iştiraketmə dərəcələ ri 
mü xtəlif olsa da, onların hamısı azərbaycanlıların təşəkkülündə rol oynamışlar. 
La kin bu prosesdə yerli türk etnosları hə mişə aparıcı rola ma lik o lmuşlar, çünki 
şəhərlər və mədəni mərkəzlər bu etnoslara məxsus id i. Atropatenada ümu mxalq 
dili Manna və M idiya dövründə əsası qoyulmuş özül üzə rində təşəkkü l tap mışdı və 
X əsrdə artıq ―Azərbaycan dili‖ adlan ırdı. Çünki əgər biz Atropaten xa lqın ın 
mövcud olduğunu qəbul ediriksə (xoşbəxtlikdən əksər tədqiqatçılar bunu 
danmırlar), onda bu xalqın ü mu mxalq danışıq dili də olmalı idi. Deməli, ―azəri‖ 
sözünün Azərbaycan türk etnosu və Azərbaycan türk dili anlayışları ilə heç b ir 
əlaqəsi yoxdur, yalnız A zərbaycanda yaşadıqlarına görə, həm İrandillilərə, həm 
Türkdillilərə şamil edilə bilən addır. ―A zəri türkcəsi‖ anlay ışı da məhz 
―Azərbaycan türk dili‖ mənasındadır.
Bəs atropatenlilərin d ili necə adlan ıb? Bunun üçün iki qiy mət li məlu mat
var. Əl – Biruninin (973- 1048) ―Azərbaycan dili‖ və Xətib Təbrizin in (1012- 
1088) ―A zərbaycan dili‖ ifadələri göstərir ki, ―A zərbaycan dili‖ dedikdə VII əsrə 
qədərki dövrə a id etsək ―Atropatena (ölkəsinin) dili‖ mənasındadır. De mə li, 
―azərilər‖, ―azəri dili‖ anlay ışları ilə ―azərbaycanlılar‖ və ―A zərbaycan dili‖ 
anlayışları eyni deyil. A zəri d ili Atropatenada İrandilli əhalinin dili, Azərbaycan 
dili isə burada yaşayan və çoxluğu təşkil edən türkmənşəli əhalin in dili idi.
Alban və Atropaten (Azərbaycan) xa lqların ın etnik mənsubiyyətləri 
barədə demək istədiyimiz q ısaca bunlardır.
Yu xarıda deyilənlərə yekun vuraraq belə nəticəyə gəlmək olar ki, 
Azərbaycanın qədim və erkən orta əsrlə rə dair yazılmış etnik tarixinin indiki 
vəziyyəti qəti surətdə tarixi həqiqəti ə ks etdirmir. Buna görə xalq ımızın 


171 
çoxmin illik etnik tarixin in tədqiqi tarixçilərimizin qarşısında duran ümdə vəzifədir. 
Azərbaycan xa lqın ın etnogenezi ilə bağlı mövcud qondarma konsepsiyalar rədd 
olunmalı və araşdırma aşağıdakı ana xətlər üzrə aparılmalıd ır:
Ön Asiyada er. əv. III minillikdə A ltaymənşəli etnosların yaşaması 
ehtimalı. Bu barədə mövcud baxışlar. Şu mer, Elam və Urartu dillərində 
türkmənşəli leksik vahidlər. Bu alın maların gu man oluna bilən mənbələri;
Azərbaycan ərazisində kuti, lulube və kas etnoslarının Altay mənşəli 
olması ehtimalı. Bu ehtimalı doğuran amillər:
1) Kutilərə, lulubelə rə və kaslara mə xsus şəxs adların ın və toponimlə rin
Altay dilləri əsasında izah o lunması;
2) Kutilərin, lulubelə rin və kasların məskun olduqları əra zidə er. əv. I 
minillikdə Manna və Maday etnoslarının yaran ması;
Manna və Midiya etnoslarının türkmənşəli olması. Bunu sübut edən 
faktla r:
1) Mannaların və madayların şəxs adları və toponimlərin in türkmənşəli 
olması;
2) Mannaların və madayların yaşadıqları ərazidə er. əv. IV əsrdən 
Atropaten xalqın ın təşəkkül tapması;
Atropaten 
xalqın ın 
türkmənşəli 
etnos 
olması. 
Atropatenlilər 
azərbaycanlıların b irbaşa ulu əcdadlarından biridir;
Er. əvvəl VIII – VI əsrlə rdə indiki Şima li Azə rbaycanın, Ermənistanın və 
Mannanın ərazilərinə gəlmiş kimmer, skif və sak etnoslarının türkmənşəli olması;
Azərbaycan 
xalq ının, o cü mlədən A zərbaycan və Gürcüstan 
azərbaycanlıların ın təşəkkülü p rosesində kimme rlə rin, sakla rın, quqarla rın, 
şirakların və b. etnosların iştirak etməsi;
Şimali Azərbaycan ərazisində və indi Ermənistana mənsub olan Göyçə və 
Zəngəzur bölgələrində er. əv. I minillikdə türkmənşəli etnosların yaşaması;
Alban etnosunun türkmənşəli o lması;
Şimali A zərbaycanda türkmənşəli etnoslarla yanaşı, Dağıstandilli 
etnosların yaşaması;
Uti (udin) etnik ad ını daşıyanların Azərbaycanda mənşəyi problemi:
1) Türkmənşəli utilər və onların arealları;
2) Dağıstandilli utilərin mənşəyi;
Alban (Arran) d ilinin türkmənşəli olması;
Erkən o rta əsrlərdə Azərbaycan əra zisinə gəlmiş türk tayfala rı və onla rın
Azərbaycan xalq ının və A zərbaycan dilinin forma laşmasında rolla rı;
Azərbaycan dilinin cənubda atropatenlilə rin, şima lda isla ma keç miş 
albanların türk dillərinin XI – XII əsrlərdə gəlmiş oğuz tayfalarının d illəri ilə 
konsolidasiyası əsasında formalaşması;
Oğuzlar A zərbaycan xalqın ın təşəkkülündə həlled ici ro l oynamamışlar. 


172 
Biz etnik tariximizin yeni konsepsiyasının yalnız s xemini verdik. Bu
sxemin müəddalarının hər biri xüsusi tədqiqat mövzusudur.
Azərbaycan xalq ının tarixi və mədəniyyəti gənc nəsildə vətənpərvərlik 
hissi aşılamalı və onda vətənin bütövlüyünün müqəddəsliyi əq idəsini əmələ 
gətirməlid ir. Bunun üçün orta və ali mə ktəblərdə tarix dərsliklə rin in məhz 
göstərilən konsepsiya əsasında yazılması təmin o lunmalıdır.
Hər hansı bir ta rixi mərhə lədə bir etnosun dili və mədəniyyəti tarixi 
vərəsəliyə ma lik deyilsə, həmin mərhə lədə həmin etnosun tarixi yo xdur: 
etnoqrafiya elminin ço xdankı hökmlərindən biri budur.
VI Fəsil 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin