Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə96/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   92   93   94   95   96   97   98   99   ...   108
kitab20100401060824470

darvaza
– ―keçid‖, ―qapı‖ 
kimi izahı səhvdir. Gu man ki, türkcə 
tör, tər 
– ―dağ vadisinin ən uca hissəsi‖, 
―yüksək dağ örüşü‖, ―yayla‖ və Bəzz toponimində olduğu kimi, 
baz 
– ―təpə‖ 
sözlərindən ibarət olan ad danışıqda təhrifə uğrayaraq ―Darvaz‖ formasına 
düşmüşdür.
Ərəb coğrafiyaçısı İbn əl Fəqih Cənubi A zərbaycanda Səfidrud çayının
sahilində Tarm adlı mahal qeyd edir (I, 38,). Bu toponim q ədim türkcə
tarim
– 
―çay sahili‖, ―çayın qollara ayrılan yeri‖ (100; 145, 544) sözünd ən ibarətdir. Orta 
Asiyada Tarim – Də rya, Təkla- Məkanda Ta rim, Tyan – Şanda Ta rim (145, 544) 
türk toponimləri ilə müqayisə olunur. Şah İsmayıl Xətai ilə bağlı hadisələrdə XV 
əsrin axırında Qızıl Üzən çayının sahilində Taro m, Taru m kimi çəkilir.
Yaqut Hə məvi Cənubi Muğanda Bəzz qalasının ya xınlığında Abraştavim 
adlı dağın adın ı çəkir (32, 7). Bu toponim ―Abraştarim‖ kimi o xun malıdır: 
katiblə rin səhvi üzündən ərəb əlifbasının 
“re”
işarəsi 
“vav” 
işarəsi kimi yazılmış 
və demə li, 
“tarim”
ko mponenti
 “tavim” 
kimi getmişdir. Toponim farsca 
ab
– ―su‖, 
―çay‖, Ərəs (Araz çay ının tələffü z forması) və türkcə 
tarim
– ―çay sahili‖, ―çay ın 
qolları ayrılan yeri‖ sözlərindən ibarətdir.
Şübhəsiz, bu toponimlər əvvəlki əsrlərdə yaran mış adlard ır.
Gətird iyimiz misallar Atropatena ərazisində əhalinin türk – azə rbaycanlı 
olduğunu aydın göstərir.
A t r o p a t e n a n ı n t ü r k t a y f a l a r ı. Yu xarıda biz albanların b ir 
hissəsinin Atropatenada Midiya dağlarında yaşaması barədə Strabonun məlu mat ını 
gətirmişik. Strabonun vaxt ında Midiya dağla rı dedikd ə şübhəsiz ki, Atropatena 
dağları nəzərdə tutulurdu. Müəllif yazır ki, albanlar kellər, kaduslar, utilər və 
mardların qonşuluğunda yaşayırlar (Strabon, XI, 7, 1). ―M idiya dağları‖ Xəzərin 
cənub- qərbindəki indiki Talış dağlarıd ır. Astaraçayla Qarasu çayı arasında 
yerləşən bu dağlar Bağrov dağları da adlanır. De mə li, türk a lbanların bir hissəsi 
talışların ulu əcdadları sayılan kaduslarla b ir ərazidə yaşayırdı. Bu ərazi 
Atropatenaya mə xsus id i. Bunu ―Midiya dağları‖ ifadəsi də göstərir. Bu qiy mət li 
mə lu matı toponimik fakt lar da təsdiq edir. XIX əsrdə Yard ımlı rayonunda Albani 
adlı kənd vardı. Peştasar dağ silsiləsinin cənub – qərb yamacı indi də Alvana 


166 
adlanır. Cənubi Azərbaycanda əhalisi azərbaycanlılardan ibarət Alvan və Alvanaq 
adlı yaşayış məntəqələri vard ır (200). (Qədim türk dilləri üçün ―v‖ səsi səciyyəvi 
deyil, alban etnoniminin ―a lvan‖ formasına düşməsi səciyyəvi b- v 
əvəzlən məsindən irəli gəlir).
Yaqut Hə məv i Cənubi Azə rbaycan əra zisində indiki Qaradağ bölgəsində 
Arşak adlı mahal adın ı çəkir. XIV əsr müəllifi Həmdullah Qəzvin i tərəfindən 
Ardjak kimi yazılmış bu toponim Artsak – ―Sak yüksəkliyi‖ adın ın fonetik 
formasıdır. Yaqut Həməvi yazır ki, Arşak Bəzzin yaxınlığında dağlıq ərazi adıdır. 
Bu toponim cənubda Qaradağ mahalında Ərş ə formasında qalmışdır. Ərş ə Savalan 
dağından şimalda Qaradağ silsiləsilə Talış dağları silsiləsinin b irləşdiyi yerin adıd ır. 
Cənubi Azə rbaycan ərazisində Qarqar, Qərqər – Nəsir, Baba Qa rqar, 
Karkara k, Kə rkə rə, Kə rkə r, Ala mdar – Qarqar adlı kəndlə r vard ır (200). Bu 
toponimlə r Atropatenada yaşamış türk qarqarların adı ilə bağlıdır.
Albaniyada və Ermən istanda yaşamış türkdilli 
Şirak tayfasının
Atropatenada da yaşadığını V əsr müəllifi Feofilakt Simo kattanın Atropatenada 
Siraqan yaşayış məntəqəsini qeyd etməsi təsdiq edir. Həmin müəllif Muğanda türk 
tayfaların ın yaşadığını yazmışdır (bax: 85). Hazırda Cənubi Azərbaycanda Şirac – 
Xeyl və Şirac məhəllə ad lı kəndlə r vard ır və bu toponimlə rdə ―şirak‖ etnonimi 
―şirac‖ şəklində qalmışdır. Yu xarıda b iz dedik ki, siraklar A zərbaycanda Çiraq və 
Çiraqlı da adlan mışlar. Cənubi Azərbaycanda Çirak, Çiraq – Abdal, Çeraktəpə, 
Çirakçi, Çeraq lu, Çeraqil (―Çirak‖ etnonimi və 
il
– ―tayfa‖ sözündən), Sira k və 
Şirakdeh kəndləri vardır (200).
Albaniyada erkən orta əsrlərdə yaşamış Aran adlı türk tayfasının adı 
Cənubi Azə rbaycanda Arançı, Orancaq, Oranar (― Oran‖ etnonimindən və 
ər- 
―kişi‖, 
―igid‖, ―döyüşçü‖ sözündən), Aran , Aranlı kəndlərinin (bax: 3, 85) adlarında iz 
qoymuşdur. Qeyd etmək lazımd ır ki, hələ X əsr müəllifi Əbu Dulaf Cənubi 
Azərbaycanda Şiz (yəni, Gəncə) ya xın lığında Arran adlı kəndi qeyd etmişdi (I, 79) 
ki, bu da ərəb dili əsasında 
“r” 
səsinin qoşalaşması ilə Aran toponimidir.
Cənubi Azərbaycanda ―hun‖ etnonim ilə bağlı olan ―Unar‖ (―hun‖ 
etnonimi və ə r – ―kişi‖, ―ig id‖, ―döyüşçü‖ sözündən), ―Xuniabad‖ və ―Xunan‖ 
toponimlə rin i hələ Yaqut Hə məv i (XIII əsr) qeyd etmişdir (32).
Şimali Azərbaycanda Biləsuvar, həm də Şabran toponimlərində əksini 
tapmış türk ―Sabir‖ (Savar, Suvar) etnonimi Cənubi Azərbaycanda Bala Savar, 
Savar – Ka late, Savarabad, Savaran və Savarçı yaşayış məntəqələrinin (200) 
adlarında qalmışdır.
Türkmənşəli Sadak tayfasının adı isə Sadiq, Sadaqian və Sadak 
kəndlərinin (200) ad larında aydın görünür.
Yu xarıda Şimali Azərbaycanda türk dondarlarla bağlı toponimləri 
göstərmiş və ―Şuşu‖ toponiminin dondarlarla bağlı olduğunu demişik. Maraq lıd ır 
ki, Cənubi Azə rbaycanda da Tundar, Şiş ə və Şişəvan kəndləri var (200).
Aydın olur ki, erkən orta əsrlərdə A lbaniyada yaşamış Gorus (Xorus, 


167 
Xurs) tayfası Cənubi Azərbaycanda Qerus, Xeris, Xurzan, Xerusan və Xersabad 
kənd adlarında iz qoy muşdur (200).
Albaniyanın şimal – şərqində eranın ilk əsrlərində Çul tayfası yaşayırdı. 
Bu tayfanın müəyyən hissəsi hələ erkən orta əsrlərdə cənubda da məskunlaşmışdı. 
IX əsr müəllifi Ət –Təbəri Sasani şahlarının Çul tayfasını A zərbaycana (Cənubi 
Azərbaycan nəzərdə tutulur) köçürdüklə rin i ya zır (ba x: 85).
Peçeneqlərin qapan, qarabaq, göyərçi və kul tayfaları cənubda Qaban, 
Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar - Taqi, Qullar – 
Qara, Sufi və Qullar Məhə mməd Hüseynkənd adlarında qalmışdır (200). 
Cənubi A zərbaycandakı Xa zarian, Xə zərkəndi, Xə zərgəran, Xə zərabad, 
Xəzə rli, Xə zər- Böyük, Xə zər- Çoban və Xəzərşa x (200) kənd adları isə, şübhəsiz, 
erkən orta əsrlə rdə Atropatenada yaşamış xə zərlərlə ə laqədardır.
Be ləliklə, e rkən orta əsrlərdə Şima li A lbaniya ərazisində yaşamış türkdilli 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin