Qasımova Səbinə Sərməs qızı 2 fevral 1981-ci ildə
Zəngilan rayonunda anadan olmuşdur. 1999-cu ildə
Azərbaycan Tibb Universitetinə daxil olmuş, 2005 ci
ildə həmin universiteti bitirmişdir. 2005-2006-cı illərdə
3 saylı klinik xəstəxanada anestezioloq-reanimatoloq
ixtisası üzrə internatura keçmişdir. 2006-cı ildə Türkiyə
Cümhuriyyəti Ankara şəhəri, Gülhanə Tibb Akademi-
yasında 6 aylıq nefrologiya, 2008-2009-cu ildə Anka-
ra şəhəri Bayandır xəstəxanasında Anesteziologiya və
reanimasiya, 2009-2010-cu illərdə İstanbul şəhəri, Şiş-
li Eftal Eğitim Araşdırma xəstəxanasında hemodializ
kursu üzrə, 2010-cu ildə isə Akademik M.Mirqasımov
adına həkimləri təkmilləşdirmə institutunda nefrolo-
giya ixtisası üzrə kurslar keçib. 2011-2012-ci illərdə
İstanbul Universiteti, Tibb fakültəsi Daxili xəstəliklər
kafedrasının nefrologiya ana bilim dalında nefroloji
xəstələrlə işləmə, müayinə, müalicə üsulları, böyrək bi-
opsiyası, periton dializi, periton kateteri və qalıcı hemodializ kateterlərin qoyulması
istiqamətində təkmilləşmişdir.
S.Qasımova 2012-2013-cü illərdə Antalya şəhəri, Akdeniz Universitetində Orqan
Nəqli Eğitim Araşdırma və Uygulama Mərkəzində 6000-ə qədər böyrək transplanta-
siyası olunan xəstənin əməliyyat öncəsi və sonrası təqibi, son müalicə protokolları,
həmçinin müxtəlif təcili hallarda müdaxilələr üzrə təkmilləşmişdir. Hər il mütəmadi
olaraq müxtəlif elmi konqreslərdə iştirak edir. İxtisası üzrə iştirak etdiyi konfranslar
arasında Avropa Nefroloji Dializ və Transplantasiya Konqresi, Uluslarası Türk Nefroloji
Hipertansiyon və Transplantasiya Konqresi xüsusi əhəmiyyət daşıyır.
Türk Nefroloji Dərnəyi, Orqan Nəqli Kuruluşları Kordinasiyon Dərnəyi, Türk Dahili
və Cərrahi Yoğun Bakım Dərnəyinin üzvüdür. 2007-ci ildən etibarən Mərkəzi Klinikada
nefro-reanimatoloq kimi fəaliyyət göstərir.
Nadirov Tariyel 26 iyul 1982-ci ildə anadan olmuş-
dur. 2000-ci ildə Azərbaycan Tibb Universitetinə daxil
olmuş, 2006-cı ildə həmin universiteti bitirmişdir. 2006-
2007-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardım
Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura kursu
keçmişdir.
2007-ci ildə T.Nadirov Mərkəzi Klinikada həkim-cərrah
kimi fəaliyyətə başlamışdır.
2012-2013-cü illərdə Türkiyə Cümhuriyyətində orqan
transplantasiyası üzrə yüksək ad qazanmış klinikalardan
olan Ağdəniz Universitetinin Orqan Nəqli Klinikasında or-
qan transplantasiyası təhsili almışdır. Həmin dövrdə 150-yə
yaxın böyrək köçürülməsində iştirak etmiş, bu xəstələrin
əməliyyatdan əvvəl və sonrakı təqiblərini öyrənmişdir. Or-
qan köçürülən xəstələrin 30-nu operator doktor olaraq icra
etmişdir.
Tariyel Nadirov Azərbaycana qayıtdıqdan sonra ilk
böyrək transplantasiyasını 2013-cü ilin iyun ayında uğurla həyata keçirmiş və həmin ildə
yenidən Mərkəzi Klinikada fəaliyyətini davam etdirməyə başlamışdır.
2014-cü ildə Türkiyə Cümhuriyyəti Ege Universitetində Ümumi Cərrahiyyə Klinikasın-
da Hepatobliar və Orqan transplantasiyası şöbəsində ixtisasartırma kursu keçmişdir. Burada
təhsil aldığı dövrdə qaraciyər, öd yolları, mədəaltı vəzdə aparılan ən ağır əməliyyatlarda iştirak
edərək bu əməliyyatların ən müasir üsullarla aparılma qaydalarını öyrənmişdir. Eyni zamanda
canlıdan və meyiddən qaraciyər transplantasiyası əməliyyatlarında aktiv iştirak edərək, orqan
transplantasiyasındakı müasir biliklərə yiyələnmişdir. Həmin müddətdə Türkiyənin müxtəlif
şəhərlərində keçirilən konqres və simpoziumlara qatılmışdır. İzmirdə keçirilən "Öd yolları yara-
lanmalarına müasir yanaşma" simpoziumunda çıxış etmişdir.
T.Nadirov 2015-ci ildən Mərkəzi Klinikada mütəxəssis həkim-cərrah olaraq fəaliyyətini
davam etdirməkdədir.
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-3 | YANVAR 2015
4
Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri
doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev
1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının
Hamamlı kəndində anadan olmuşdur. Əziz Əliyev 8
yaşında rus-tatar məktəbinə daxil olmuş və
orada ibtidai təhsil almışdır. 1908-ci ildə
o İrəvandakı gimnaziyaya daxil olur,
1917-ci ildə buranı bütün fənlər
üzrə əla qiymətlərlə bitirir. Mad-
di cəhətdən təhsilini davam
etdirmək üçün məktubla
Bakı milyonçusu, xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevə
müraciət edir və tezliklə
həmin vaxt üçün kifayət
qədər dəyərli vəsait he-
sab olunan 300 rubl
kömək alır.
Elə həmin il o Sankt-
Peterburqda tələbkar
alimlərin iştirakı ilə
aparılan müsabiqədən
müvəffəqiyyətlə keçir və
Rusiyanın ən nüfuzlu ali
tibb məktəblərindən sayı-
lan Hərbi Tibb Akademiya-
sına daxil olur.
1923-cü ilin mayında Əziz
Əliyev Bakıya köçür. Bu andan
etibarən onun həyatının yeni
mərhələsi başlanır. Bakıda ilk vaxt-
lar Azərbaycan SSR Xalq Komissar-
ları Şurasında iş icraçısı, həmin idarənin
ümumi şöbə müdirinin müavini, katibin mü-
avini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının
katibi vəzifəsini icra edir. 1923-cü ildən etibarən yarım-
çıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində
davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin
tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər
kafedrasında saxlanılır.
Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra
isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir.
O 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun
rektoru vəzifəsinə təyin olunur.
Əziz Əliyev İkinci Dünya Müharibəsindən həm
əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin
təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu
sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk
olunub
1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universite-
tinin tibb fakültəsinin bazası əsasında Azərbaycan
Dövlət Tibb İnstitutunun yaradılması və bun-
dan sonrakı çətin mərhələlərdə instituta
rəhbərlik etmək böyük cəsarət tələb
edirdi. Əziz Əliyev bu illərdə ADTİ-
nin yaradılmasının təşkilati işlərinin
yerinə yetirilməsində mühüm rol
oynayan əsas simalardan biri
olub və 1932-ci il iyunun 1-dən
etibarən həmin institutun rek-
toru vəzifəsində çalışmağa ra-
zılıq verir.
Əziz Əliyev 1934-cü il
mart ayının 30-da respubli-
kamızda səhiyyə işlərini can-
landırmaq məqsədilə Bakı
Şəhər Səhiyyə Şöbəsinin
müdiri təyin edilib. Ancaq
az keçməmiş, 1935-ci il yan-
varın 14-də Azərbaycanda
yüksəkixtisaslı milli tibb kadr-
larının hazırlığını gücləndirmək
məqsədilə o, yenidən ADTİ-
nin rektoru vəzifəsinə qaytarılıb.
ADTİ-yə rektor təyin edildikdən az
sonra onun rəhbərliyi altında həlli va-
cib sayılan bütün məsələlər üçün geniş
tədbirlər planı hazırlanıb. O, azərbaycanlı
kadrları işə cəlb edərək onların fəaliyyət
dairəsini genişləndirib və ana dilində dərsliklər,
dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına
nail olub.
1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi
altında əməkdaşlar tərəfindən Azərbaycan dilində la-
tın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib
edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu
o dövrün texniki imkanları üçün çox böyük göstərici
idi. Ə.Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən
onun özünün "Klinik analizlər" kitabı, K.Ə.Balakişiyevin
"İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobi-
ologiya kursu", C.Hüseynovun "Patoloji anatomiya",
Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəyovanın "Göz
xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov
və Ə.Həsənovun "Bioloji kimya" və digər dərsliklər,
eləcə də M.A.Mirqasımovun, M.A.Topçubaşovun,
M.M.Mirsəlimovun, M.Ə.Əfəndiyevin, Z.M.Məmmədovun
və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb
tarixində ən qiymətli nəşrlərdəndir.
1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnsti-
tutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs
vəsaiti nəşr olunur. Onun 55-i Əziz Əliyevin instituta
rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar
dövrə təsadüf edir.
Ə.Əliyev institutu bitirdikdən iki il sonra 1929-cu
ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiya-
sını müdafiə edib. Əziz Əliyevin doktorluq disserta-
siyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Aka-
demiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına
layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il
mayın 13-də (Azərbaycan SSR xalq səhiyyə komissarı
işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan fi-
lialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şu-
ranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilib
və həmin ildə də professor elmi adı təsdiq olunub.
Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP
MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR
Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində
çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə
bilib. O, 1949-1950-ci illərdə Moskvada ÜİK P MK-
nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR
Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə
Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa
Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru
vəzifələrində işləyib. Ə.Əliyev I-II çağırış SSRİ Ali Sove-
tinin deputatı seçilib. O, həmçinin Azərbaycan SSR Ali
Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II ça-
ğırış deputatı olub.
Əziz Əliyevin vətən və xalq qarşısındakı misil-
siz xidmətləri görkəmli həkim və alim, əla səhiyyə
təşkilatçısı və səriştəli rəhbər və təcrübəli dövlət xa-
dimi kimi yüksək qiymətləndirilib. O, iki dəfə Lenin
ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən
müharibəsi ordeni, "Səhiyyə əlaçısı" döş nişanı, bir
çox medallar, o cümlədən 1948-ci ildə "Moskvanın
yaranmasının 800 illik xatirə medalı" və çoxsaylı fəxri
fərmanlarla təltif edilib. Əziz Əliyev 27 iyul, 1962-ci
ildə vəfat etmişdir.
Dr. Səbinə Qasımova
həkim-reanimatoloq
Dr. Tariyel Nadirov
həkim-cərrah
Əziz Məmmədkərim oğlu Əliyev
Azərbaycan səhiyyəsinin tarixi
Həkimlərimizi tanıyaq
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-3 | YANVAR 2015
5
- Belə bir fikir var: tibb sahəsində qadınlara daha yaxın olan
ginekoloqlardır. Təkcə ona görə ki, onlar qadınların sağlam
doğuşlarında və dünyaya uşaq gətirmə prosesində yaxından
iştirak edirlər?
- Bu fikir tamamilə doğrudur. Bizim pasiyentlərin hamısı qa-
dınlardır. Biz sonsuzluq problemi ilə məşğul olduğumuza
görə, çox vaxt qadınları tək deyil, həyat yoldaşları ilə birgə
qəbul edib söhbət aparırıq. Bilirsiniz ki, həkimlərin payına
təkcə tibbi xidmət, müalicə və müayinə işinin aparılması və
əməliyyat edilməsi prosesi düşmür. Uzun illik iş təcrübəmdən
deyə bilərəm ki, xəstələrimizi qəbul etdikdə təkcə onların tib-
bi tərəflərini deyil, həmçinin sosial və psixoloji problemlərini
dinləyirik. Bilirsiniz ki, sonsuzluqdan əziyyət çəkən ailələrdə
qadınlara bəzən ailə, bəzən də cəmiyyət tərəfindən təzyiq olu-
nur. Onlar bəzən həmin problemləri kiminləsə bölüşə bilmirlər.
Azərbaycanda psixoloji dəstək son illər fəaliyyətdədir və hələ
də istənilən inkişaf səviyyəsinə çatmayıb. Ona görə də qadın-
lar həmin problemlərini, hisslərini ginekoloqları ilə bölüşürlər.
Düzdür, ginekoloqların arasında kişi həkimlər də var. Ancaq
mənə elə gəlir ki, qadınları daha yaxından anlayan, onlara daha
düzgün istiqamət verən və onları daha düzgün müayinə və
müalicə edən qadın ginekoloqlardır. Çünki biz qadın olaraq on-
ları daha yaxşı anlayırıq.
- Müasir dünyada sonsuzluq problemi daha tez həllini tap-
maqdadır. Bizim ölkəmizdə, o cümlədən Mərkəzi Klinikada da
problemin həlli üçün süni mayalanma əməliyyatları həyata
keçirilir. Belə demək olarmı, sonsuzluğun tam aradan qalxa-
cağı gün çox da uzaqda deyil?
- Kişi və qadınların həyatda vəzifəsi öz gələcəklərini yaşatmaq
üçün dünyaya insan gətirmələridir. Sonsuzluq insanın yaranışın-
dan mövcud olan problemdir. Problemin mövcud müalicəsi də
süni mayalanmadır. Artıq bu müalicə 10 ildir ki, Azərbaycanda
mövcuddur. 2004-cü ildə ilk dəfə olaraq Mərkəzi Klinikada süni
mayalanma həyata keçirilib. Süni mayalanma nəticəsində bizim
klinikada yüzlərlə uşaq dünyaya gəlib. Bu gün Azərbaycanda
süni mayalanmanın həyata keçirilməsi onu göstərir ki, ölkə
səhiyyəsində inkişaf gedir. Çünki bu əməliyyat zamanı istifadə
olunan xüsusi avadanlıqlar dünya ölkələrindəki səviyyədədir.
Dünyada cütlüklərin 15-20 faizi sonsuzluq problemi ilə üzləşir.
Baxmayaraq ki, bu rəqəm süni mayalanmada icra edilir və biz
bu proseslərdə çox dərinliklərə getmişik. Bununla belə sonsuz-
luğun sayı dünyada azalmır. Son 10 illikdə isə problemdə kişi
faktoru çox artıb. Məsələn, əvvəllər sonsuzluğun səbəblərini
araşdıranda deyərdik ki, 40 faiz kişilərə, 40 faiz qadınlara, 20 faiz
hər iki cütlüyə aiddirsə, 20 faizinin də səbəbi bilinməzdi. İndi isə
kişilərin sonsuzluq problemi qadınları üstələyib. Bu bizi daha
çox narahat edir. Çünki kişi sonsuzluğunun müalicəsi, hətta süni
mayalanma ilə belə daha çətindir.
- Süni mayalanmanın əsasən hansı yaş dövründə həyata
keçirilməsi məsləhətdir?
- Ümumiyyətlə, biz istərdik ki, qadınlarımız ən yaxşı halda 35
yaşa qədər, ya da 38-40 yaşlarına qədər doğumu başa vursun-
lar. Qadın cavan qala, 50-60 yaşında çox gözəl görünə bilər,
ancaq onun reproduktiv funksiyası əvvəlki fəaliyyətində ol-
maz. Qadın yaşa dolduqca onun hamilə qalmaq şansı azalır.
Yumurta hüceyrələri qocaldığına görə genetik xəstə uşaqların
dünyaya gəlmə riski artır. Ona görə qadınlarımız çalışmalıdır-
lar ki, müəyyən yaş dövrünə qədər hamilə qalıb dünyaya uşaq
gətirsinlər. Eyni zamanda, bu süni mayalanmaya da aiddir. Düz-
dür, bu gün süni mayalanma elə bir inkişaf səviyyəsinə çatıb
ki, yumurta hüceyrələrin donasiyası həyata keçirilir. Tutaq ki,
qadın həyat yoldaşından ayrılıb, hələ ki, yenidən ailə qurmaq
şansı yoxdur, ancaq əmindir ki, o nə vaxtsa ailə qura biləcək
və o zaman hamilə qala bilməyəcək. Buna görə biz xüsusi
dərmanlar vasitəsi ilə qadınlarda yumurta hüceyrələri yetişdirir,
onları toplayır və dondurub saxlayırıq. Tutaq ki, qadın bunu 35
yaşına qədər həyata keçirir. Bu yaşdan sonra ailə qurduqda isə
o xanım öz dondurulmuş yumurta hüceyrələrindən istifadə edə
bilər. Bununla da o qadın genetik olaraq öz övladını dünyaya
gətirmək şansını əldə edir. Artıq dünyada bu praktika var və
biz iki ildir ki, bunu Azərbaycanda da tətbiq etməyə başlamışıq.
- Ailə qurmaq şansı olmayan qadınlar necə, bu üsuldan
istifadə edirlərmi?
- Təbii ki, biz tənha qadınları da süni mayalanma edə bilirik.
Bununla bağlı, təcrübələrimiz var. Tənha qadınlar bizə müraciət
edir və biz bu əməliyyatı həyata keçiririk. Mən bunu hər zaman
alqışlayıram. Dünyaya uşaq gətirmək çox önəmlidir. Bunun
üçün də bu cür donasiya proqramları var və bunun üçün yaş
məhdudiyyəti yoxdur.
- Qiymətlər necə, pasiyentlərə uyğundurmu?
- Süni mayalanma dünyanın hər yerində bahalı əməliyyatdır.
Çünki bu əməliyyat zamanı istifadə olunan cihazlar, laborato-
riya və dərmanlar bahalıdır. Eyni zamanda, bu sahədə çalışan
mütəxəssislərin də yetişdirilməsi baha başa gəlir. Mərkəzi Klini-
ka şəhərin digər embroloji klinikaları ilə müqayisədə əməliyyatı
ən aşağı qiymətlərlə həyata keçirir. Bəzən bizə cinsiyyət seçimi
ilə də bağlı müraciət edirlər. Biz buna yaxşı baxmırıq. Ancaq
onu da deyim ki, bəzən cinsiyyət seçimi ilə də bağlı xəstəliklər
olur. Ona görə biz bəzən cinsiyyəti seçmək məcburiyyətində
qalırıq.
- Bu gün uşaq ölümləri ilə bağlı baş verən hadisələrdə
daha çox həkimləri günahlandırırlar. Bu fikirlərdə nə qədər
həqiqət var?
- Mən həmişə deyirəm ki, mamalıqla məşğul olmaq çox çətin
sahədir. Çünki biz iki cana – həm anaya, həm də uşağa görə
məsuliyyət daşıyırıq. Hamiləlik fizioloji hal olsa da, onun poto-
loji tərəfləri də var. Təbabətdə də statistik olaraq ana ölümü də,
uşaq ölümü də ola bilər. Hamiləlik fizioloji hal olduğu üçün biz
həkimlər çalışmalıyıq ki, bu hallarda minimal səviyyəni qoru-
yaq. Bəzən elə problemlər yaranır ki, onların qarşısında təbabət
də aciz qalır. Orada həkim səhlənkarlığı da ola bilər. Ancaq hər
zaman ona bağlı olmaya da bilər. Məsələn, əgər xəstədə qa-
naxma olursa və həkim onun öhdəsindən gələ bilmirsə, təbii ki,
burada həkimin günahı vardır. Və yaxud müəssisənin yetərincə
şəraiti yoxdur ki, o xəstəyə yardım etsin. Doğuşu həyata keçirən
həkim həm də cərrah olmalıdır. Yalnız onda potoloji problemlə
gələn qadınlarımızı xilas edə bilərik. Uşaqlara gəlincə, bəzən
müəyyən xəstəxanalarda yetərincə neanotoloji xidmət olmur. O
zaman o uşaqlar itirilir. Mərkəzi Klinikada neanotoloji bölməsi
yüksək səviyyədə çalışır. Bu gün 800 qramlıq uşağı vəziyyətdən
çıxarmaq imkanımız var. Burada təkcə söhbət həkimin
peşəkarlığından getmir. Xəstəxananın xüsusi tibbi avadanlıqla
təchiz olunması və yüksək səviyyəli kadrların olması önəmlidir.
Əgər xəstəxana bunları təmin edirsə, o zaman ana və uşaq ölü-
münün sayını azaltmış olur. Uşaq ölümü də çox minimal olmalı-
dır. Düzdür, bəzən uşaq elə qüsurlarla doğulur ki, onun həyatda
qalması mümkün deyil – bu ayrı məsələdir. Ancaq uşaq 1 kq
200 qr ya bir kq doğulursa, “sırf balaca olduğuna görə bu ya-
şamamalıdır” söhbəti olmamalıdır. Əgər bu səhv ucbatından
uşaq itirilirsə, onda müəssisənin və həkimin burada günahı var.
Mərkəzi Klinikanın Qadın Mərkəzinə təkcə fizioloji hamilələr
deyil, həmçinin potoloji – ürək, endokrin əməliyyatları keçirmiş
və s. hamilələr daxil olur. Bizim bu potoloji hamilələr qrupu
ilə işləməkdə böyük təcrübəmiz var. Biz bu təcrübələrin həyata
keçirilməsi üçün dünya səhiyyəsində olan bütün yenilikləri bu-
rada tətbiq edirik. Şükür Allaha ki, bizdə hələ belə hadisələr
olmayıb və əminəm ki, bundan sonra da belə hadisələr olma-
yacaq. Düzgün iş prosesi qurularsa, dünyanın təcrübəsi hər gün
tətbiq edilərsə, daha sıx təqib aparılarsa, demək, bu problemi
minimuma endirmək mümkündür.
- Tibb sahəsindəki yeniliklərin tətbiq edilməsi çox gözəldir.
Bəs əyalətdə yaşayan bir qadın necə bilməlidir ki, hamiləlik
dövründə müayinələrdən keçsin, həkim nəzarətində qalsın.
Onu gözləyəcək təhlükələrdən özünü qorusun?
- Səhiyyə Nazirliyinin böyük bir təşkilatı var. Onlar gündəlik
fəaliyyət göstərir. Rayonlarda qadın məsləhətxanaları, do-
ğum evlərində ginekoloji xidmət kabinetləri var. Həmçinin
rayonlardakı özəl xəstəxanalarda da bu xidmətlər mövcud-
dur. Amma mən düşünürəm ki, bu gün KİV-in üzərinə böyük
məsuliyyət düşür. İndi hər yerdə insanlar internetdən, sosial
şəbəkələrdən istifadə edirlər. Biz də çalışırıq ki, internet vasitəsi
ilə öz fikirlərimizi, təcrübələrimizi paylaşaq. Düşünürəm ki.
maariflənmə çox böyük rol oynayır.
- Zərurət olmadan aparılan keysəriyyə əməliyyatları qanunla
qadağan olunub. Nə üçün qadınlar bəzən bu qadağaları poz-
maq istəyirlər?
- Hərdən fikirləşirəm ki, keysəriyyə və təbii doğuş Şekspirin
«Olum və ya ölüm» deyiminə yaxınlaşıb. Biz ginekoloqları çox
vaxt qınayırlar ki, keysəriyyə əməliyyatlarına üstünlük veririk.
Tam səmimi deyirəm ki, belə deyil. Hər bir həkim istəyər ki, onun
əlindən yaxşı iş çıxsın. Ola bilər ki, həkim bu sırada hiper diaq-
nostikaya da yol versin. Deyək ki, qadın doğa da bilərdi, amma
həkim hiper diaqnostikada əməliyyata getmiş oldu. Düzdür, bu
ona zərər verməz, yəni sonucda dünyaya uşaq gələcək və qadın
da qurtulacaq. Amma bu məsələnin kökünə gəlsək, təbii bir do-
ğuş çox gözəldir. Ona görə də biz həkimlər də fizioloji doğuşa çox
üstünlük veririk. Qadın bu prosesi keçirəndə onun analıq hisləri
çox yüksək olur. Biz istəyirik ki, qadınlarımız təbii yolla uşaq dün-
yaya gətirsinlər. Amma elə hallar olur ki, xəstəni keysər əməliyyatı
etməzsənsə, ya uşaq ölə bilər, ya da ana. Belə olan halda sən təbii
ki, keysəriyyə əməliyyatına üstünlük verməlisən. Bəzən qadınla-
rımız özləri keysəriyyə əməliyyatına üstünlük verir. Bəzən 22 yaşlı
bir qadının təbii doğuşla uşağı dünyaya gətirmək üçün orqaniz-
mi imkan versə də o təkidlə keysəriyyə əməliyyatına getmək
istəyir. Qadının öz istəyi keysəriyyə əməliyyatına göstəriş sayılır.
Qadınlar bəzən ağrıdan qorxurlar. Ancaq bu gün biz ağrısız do-
ğuşlar icra edirik. Biz bunu təklif etsək belə, bəzən qadınlar yenə
keysəriyyə əməliyyatı etməyə üstünlük verirlər. Mənə elə gəlir ki,
biz bir qədər komfortlu həyata qaçırıq.
- Dünya ölkələrindəki kimi kişilərin doğuşda iştirakına necə
baxırsınız?
- Bu, çox normal haldır və bizdə də belə bir xidmət var. Biz buna
partnyor doğuşlar deyirik – doğuşlarda kişilərimiz iştirak edə
bilər. Azərbaycanda kişilər buna az meyllidirlər. Ancaq xarici
vətəndaşlar burada uşaq dünyaya gətirərkən onlar doğuşda
çox iştirak edirlər. Ancaq hər kişi qadının həmin proses zamanı
ağrılarını sona qədər seyr edə bilmir. Bu onlara pis təsir edir.
Ancaq kişilərimiz bunu görsələr daha yaxşı olar. Mən hər zaman
deyirəm ki, qadın o zaman anasının qədrini bilir ki, o özü də
doğuş ağrılarından keçir. Çünki doğuş ağrıları həyatda heç bir
ağrıya bərabər deyil. Ancaq buna ona görə dözür ki, dünyaya
uşaq gətirir. Əgər kişilər qadınların hansı ağrılardan keçdiyini
görsələr, onlar həyat yoldaşlarına qarşı daha anlayışlı olar və
onları daha çox sevərlər.
- İndiyə qədər nə qədər uşaq doğuşları həyata keçirmisiniz,
onların hamısı uğurlu olubmu?
- Minlərlə doğuş, keysəriyyə əməliyyatı həyata keçirmişəm.
Minlərlə uşaqlar var ki, indi onlar artıq böyüyüblər. Bir məclisə,
ticarət mərkəzinə gedəndə bəzən valideynlər mənə yaxın-
laşıb deyirlər ki, onların dünyaya uşaq gətirməsində iştirak
etmişəm. Çox nadir hallarda uğursuz əməliyyatlar olub – o
da onunla nəticələnib ki, uşaq yaşamayıb. Təbii ki, bu insana
mənfi təsir göstərir. Biz heç bir zaman o cür xəstələrimizdən
vaz keçməmişik, onları həmişə izləmişik və ikinci dəfə övladla-
rının dünyaya gəlməsinə yardımçı olmuşuq. Bu mənə hardasa
qurur və rahatlıq gətirir ki, daha sonra onlara kömək edə bilmi-
şik. Ona görə sevinirəm ki, mənim həyatımda ciddi uğursuz bir
hadisə olmayıb.
- Siz həm ginekoloq, həm də Qadın Mərkəzinin rəhbəri kimi
çox məşğulsunuz. Bəs ailənizə nə zaman vaxt ayırırsınız?
- Biz ginekoloqların telefonları 24 saat açıqdır. Təkcə doğuş
deyil, bizim təcili ginekoloji əməliyyatlarımız olur. Mən həm də
cərraham və tez-tez də bu əməliyyatları icra edirəm. Bizdən tez
bir zamanda xəstəyə müdaxilə edib, diaqnoz qoymaq tələb
olunur. Mən səhər gəlib xəstələrimə baş çəkirəm, daha sonra
əməliyyatlarım olur, sonra poliklinikada işim başlayır. Düzdür,
ailəyə az vaxt çatır. Oğlumun 12 yaşı var. Mən ona o qədər də vaxt
ayıra bilmirəm. Cərrah-ginekoloqun, süni mayalanma həkiminin
həqiqətən də ailəyə ayırmaq üçün az vaxtı olur. Mənim kimi gi-
nekoloqların həyat yoldaşları da artıq bununla barışıblar. Bunun-
la bərabər, qadın özünü nə qədər işə sərf etsə də, öz qadınlıq
funksiyalarını qoruyub saxlamalıdır. Biz ginekoloqlar daim qadın-
ların içindəyik. Ona görə də geyimimiz də, xarici görünüşümüz
də baxımlı olmalıdır, yəni özümüzə də vaxt tapmalıyıq. Üzərimizə
düşən şəxsi və ailə funksiyalarını da yola verməliyik.
- Sizcə, xoşbəxt qadın kimdir?
- Məncə, xoşbəxt qadın səhər yüksək əhval-ruhiyyə ilə, sevinclə
işə tələsən və sonra da eyni əhval-ruhiyyə ilə evinə tələsən qa-
dındır.
- Siz həmin qadınsınız?
- Bəli, mən elə qadınam…
Leyla Mirzəzadə
T.e.n., Dr. Mahirə İsmayılova: "Biz iki cana – həm
Dostları ilə paylaş: