Məhsəti xanım. El anası hüququnu hünərilə, siyasətilə, uzaqgörənliyilə
qazanaraq, xalqının unudulmazı adını yaşadan, mənəvi dünya sahibi olanlardan biri də
Məhsəti xanım Gəncəvidir. XII əsrdə Gəncədə dünyaya gələn Məhsəti xanım
xalqımızın musiqi-şeir aləmində qol-qanad açan, nur saçandı. Təkcə Azərbaycanda
deyil, Yaxın Şərq ölkələrində onun rübailəri geniş yayılmışdır. Məhsəti xanım mərdlik
nümunəsi, rübai şahzadəsidi. Onun bizə gəlib çatan o qədər də çox olmayan, lakin
əvəzsiz könül inciləri - rübailərində çox mətləblər aşkarlanır. Dövranla, zamanla,
həyat və kainatla bağlı məlumatlar daha çox diqqəti cəlb edir.
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömür,
Əcəl köhlənində hazırdır yəhər!
Məhsəti xanımın könüloxşayan, qəlbə nüfuz edən rübailərində təlim-tərbiyə
məsələlərilə əlaqədar ibrətamiz fikirlər də diqqəti çəkir. O, valideynlərə övlad
tərbiyəsilə ciddi məşğul olmağı, bəzi pis adət-ənənələrdən çəkindirməyi tövsiyə edir.
Zəngin biliyi, geniş müşahidə qabiliyyəti, istedadı ilə seçilən Məhsəti xanımın
rübailərində həyatı, gözəlliyi, sevgi-məhəbbət yanğılarını daha dərindən duyan, sevən
qadının ürək çırpıntılarını, iztirablarını, uğurlarını, sevincini oxuyuruq. Onun
elmin
müxtəlif sahələri ilə bağlı rübailəri də çox maraqlıdır.
Şairin bizə məlum olan könül əmanəti el anasının cəsarətindən, hünərindən,
istəyindən, məşəqqətlərə sinə gərməsindən, dözülməzliyə düçar olmasından xəbər
verir. Nəsillərin gör-götür dünyasına cevrilir.
Dostları ilə paylaş: |