qəhrəmanlığı ilə bağlı çox mətləblər açılır, hikmət heyrətə qarışır. Selcan xatun
gözəldir, tədbirlidir, qorxmazdır, qəhrəmandır. Bu qız Qanturalı ilə birlikdə namərd
97
kafirlərə qənim kəsilir. "Selcan xatun at oynatdı. Qanturalının önünə keçdi. Qanturalı
aydır: - Görüklüm, qanda gedərsən? - dedi. Aydır: - Bəy yigit! Baş əsən olsa, börk
bolunmazmı olur? Bu gələn kafir çox kafirdir. Savaşalım, döyüşəlim, ölənimiz ölsün,
diri qalanımız odaya gəlsin, - dedi". Gəlin ərinin qan-tər içində düşmənlə ölüm-dirim
meydanında cəngavər tək vuruşduğunu görəndə dəhşətə gəlir. "Selcan xatun bunu
böylə gördü, içinə od düşdü. Bir bölük qaza şahin girmiş kimi kafirə at saldı. Bir
ucundan qırıb kafiri, ol biri ucuna çıxdı".
Qanturalı yağıları qırıb-qurtaran Selcanı tanımadı:
Qalxıban yerindən duran
Yigit, nə yigitsən?!
Yelisi qara qazlıq atıma minən
Yigit, nə yigitsən?!
Qafillicə başlar kəsən,
Distursuzca mənim yağıma girən
Yigit, nə yigitsən?!
Selcan xatun "Yigitim, bay yigitim, yağının bir ucu mana, bir ucu sana" - dedi.
Qanturalı bildi ki, bu yağı basıb dağıdan Selcan xatundur. Bir tərəfinə dəxi kəndi
girdi, qılınc dartıb yürüdü, kafir başını kəsdi. Yağı basıldı, düşmən sındı. Selcan xatun
nə qədər cəngavərlik göstərib kafir başı kəssə də, düşmənə qan uddursa da hünərli,
təpərli nərini özündən üstün tutur, onun şərəfinə ibrətamiz hikmətlər söyləyir:
Bəy yigit?
Öyünərsə ər öyünsün - aslandır,
Öyünməklik övrətlərə böhtandır.
Öyünməklə övrət ər olmaz.
Bəli, qəlblər bir döyünəndə, arzular qoşalaşanda ana vətən də var, ülvi sevgi
də, böyük qələbə də. Ağbirçəklərimiz dərs alıblar Selcan xatundan. Selcan xatun dərsi
keçiblər qadınlarımız. Selcan xatun olun deyiblər qızlarımıza, gəlinlərimizə.
Orta əsrlərin qaynar çağlarında ailəyə, el-obaya, xalqa, dövlətə layiq çox
ağbirçəklərimiz hünər göstəriblər, tərbiyə veriblər, uzaqgörənlərimiz sayılıb, seçilib,
şərəfə layiq olublar...
Dostları ilə paylaş: