Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə13/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   9   10   11   12   13   14   15   16   ...   139
Tomris. Tarixin sonrakı mərhələsində qadın öz aparıcı rolunu qismən itirsə də, 

ruhunu itirmədi,  saxladı,  yaşadı,  yaratdı.  Şərəfli adını,  əməlini  uca tutdu. Tariximizə 

yaraşıq oldu, onu daha  da  zənginləşdirdi.  Təkcə elə-obaya deyil,  dövlətə də  başçılıq 

etdi.  Dövlət  başçılarına  yol  göstərdi,  məsləhət  verdi,  əməlini,  istəyini  uğurladı.  Dar 

gündə, dar ayaqda arxa durdu, at belində qılınc-qalxan gəzdirdi, qanlı döyüşlərə atıldı, 

qələbəni təmin etdi... 

Qafqazın  cənub  yamaclarında  qərar  tutan  Azərbaycanın  qədim  sakinləri 

massagetlərin  at  minən,  düşməndən  qisas  alan  ağbirçək  anaları  olsa  da,  onların  heç 

biri Tomrisə bərabər olmamışdır. Ölkənin azadlıq  çırağını  yandıran, əmin-amanlığını 

və  müstəqilliyini  qoruyan  Tomris  ana  həmişə  qələbə  bayrağını  uca  tutmuşdur.  O, 

mübarizəli  tariximizdə  el  anası,  inadlı,  cəsarətli  sərkərdə,  uzaqgörən  diplomat, 



96 

 

təmkinli, tədbirli, inamlı hökmdardı... 



Eradan  əvvəl VI  əsrin ortalarında neçə-neçə ölkələri  fəth  edən İran dövlətinin 

başçısı Kir Tomrislə əlaqəyə girmək və massagetləri ələ keçirmək üçün hiyləyə əl atır. 

Dul  qadın  Tomrislə  həyat  qurmaq  istədiyini  bəyan  etsə  də,  rədd  cavabı  alır.  Belə 

olduqda  Kir  qəzəblənir,  hədə-qorxuya  əl  atır  və  massagetlərin  üzərinə  hücum 

edəcəyini bildirir. Tomris cavabında "Gəl bu işindən əl çək, öz dövlətinə şahlıq et və 

bizim  öz  ölkəmizdə  hökmranlıq  etməyimizə  paxıllıq  eləmə...  Əgər  sən  bizim 

üzərimizə  yürüş  etmək  həvəsindəsənsə,  onda  Araz  çayı  üzərində  körpü  saldırmağı 

dayandır.  Müqavimətsiz  çayı  keç,  gəl  ölkəmizə,  biz  çaydan  üçgünlük  məsafəyə  geri 

çəkilərik. Əgər sən bizi öz torpağına buraxmaq istəsən, onda sən də belə et". Ana səbri 

tükənməz, ana hökmü yenilməz, nifrəti güclü, ana intiqamı sonsuz. 

Şah,  Tomris  ananın  bu  məsləhətini  və  qənaətini  eşidən  kimi  təşvişə  düşür. 

Əyanlarını  başına  toplayaraq  məsləhət-məşvərət  keçirir.  Kir  Araz  çayını  keçir  və 

hücuma  başlayır.  Hiylə  nəticəsində  Tomrisin  oğlu,  qoşununun  sərkərdəsi  Sparqapis 

namərdcəsinə əsir alınır. Tomris ana "Qisası qiyamətə qoymazlar" inadını yaşayır. El-

obanı silaha sarınmağa, düşməndən intiqam almağa səsləyir. 

Elin  razılığı  ilə  öz  carçılarını  yenidən  Kirin  yanına  göndərib  dedirtdirir: 

"Qaniçən  Kir,  bu  hünərinlə  öyünmə,  şərab  sənin  də  əqlini  başından  alar.  Şərabın 

təsirilə  sərxoş  olanda  siz  iranlılar  da  nalayiq  sözlər  işlədərsiniz.  Sən  mənim  oğluma 

döyüş  meydanında  mərdi-mərdanə,  kişi  kimi  yox,  zəhərin  gücünə,  hiylə  ilə  qalib 

gəldin.  İndi  gəl  mənim  xeyirxah  məsləhətimi  dinlə:  sən  massaget  qoşununun  üçdə 

birini namərdcəsinə məhv etdin, yaxşısı budur ki, oğlumu geri qaytar və  nə qədər ki, 

əlim  dəyməyib  sağ-salamatsan,  üzüsulu  mənim  torpağımdan  çıx  get!  Əgər 

dediklərimə əməl etməsən, onda and olsun massagetlərin günəş tanrısına ki, nə qədər 

acgöz olsan da səni qanla doyduracam". 

Tomris  dərhal  qoşununu  çəkdi,  düşmən  üstünə  yeridi.  Döyüşdə  qan  su  yerinə 

axdı.  Tarixdə  görünməmiş  qırğınlar  oldu.  Bu  dəhşətli  döyüşdə  massagetlər  qələbə 

çaldılar. 

Kir  döyüşdə  həlak  oldu.  Qan  çanağı  qanda  çatladı.  Tomris  Kirin  cəsədini 

basdırdı  və  onun  başının  şərab  tuluğuna  soxulmasını  əmr  etdi.  Kirə  istehza  ilə  dedi: 

"Mən döyüş meydanında qələbə çalıb sağ qalsam da, hər halda sən məni məhv etdin - 

oğlumu  hiylə  ilə  əsir  aldın.  İndi  bax  budur  aqibətin.  Hədələdiyim  kimi  də  edirəm: 

"Səni qanla doyururam". 

Minilliklərdən  xəbər  verən  ilk  orta  əsrlərdə  kamilləşən,  dastanlaşan  "Kitabi-

Dədə  Qorqud"  xalqımızın,  türk  dünyasının  əzəmətli  abidəsidir.  Bu  qəhrəmanlıq, 

vətənpərvərlik  çələngi  ağbirçək  analarımızın,  qız-gəlinlərimizin  etibar-ilqar  ucalığı, 

ismət,  sədaqət  örpəyidir.  Dastanda  ana  övlad  məhəbbətilə  alışıb  şölələnən  şam- 

çıraqdır, öyüd-nəsihət verən, kamala yetirən, düzgün, işıqlı yol göstərəndir. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin