Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə15/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   11   12   13   14   15   16   17   18   ...   139
Mömünə  xatun.  Sultan  Eldənizə  əmir  rütbəsi  verir,  sonra  da  azyaşlı  oğlu 

Arslan  şaha  onu  qəyyum  təyin  edir.  Lakin  1135-ci  ildə  Sultan  II  Toğrul  vəfat  edir. 

Hakimiyyətə gələn Sultan Məsudun təşəbbüsü ilə Eldəniz II Toğrulun arvadı Mömünə 

xatunla evlənir.  Arslan  şahın  həm qəyyumu,  həm də  atalığı olur. Mömünə  xatundan 

Eldənizin iki oğlu – Nüsrəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman 

Qızıl Arslan ataya layiq oğullar, anaya layiq balalar. Müdam ataya arxa, anaya nurlu 

işıq olurlar. 

Mənbələrin  və  araşdırmaların  çoxundan  öyrənirik  ki,  Sultan  Arslan  şah  geniş 

ərazidə  qüdrətli  dövlətin  başçısı  olsa  da,  əslində  onun  bütün  işlərini  Eldəniz  görür, 

hamıya  qarşı  öz  hökmünü,  gücünü  göstərirdi.  O,  qulluqdan  hökmdarlığa  ucalmış 

Şərqin  ən  böyük  dövlətlərindən  sayılan  Azərbaycan  Atabəylər  dövlətinin  yaradıcısı 



98 

 

kimi tanınmışdır. Sultan Arslan şah Atabəy Eldənizin külli ixtiyar sahibi olmasından o 



qədər  də  razı  qalmır,  narazılığını  bildirirdi.  Lakin  Mömünə  xatun  həmişə  onu  başa 

salır, məsləhət verir "qəm yemə, sevin" - deyirdi. Közərən ocağı söndürür, qaynayan 

qəlbləri  yumşaldırdı.  Sultan  Arslan  şah  gah  püskürür,  gah  da  anasının  ağıllı 

məsləhətinə yatırdı. 

Salnaməçi Sədrəddin əl-Hüseyn yazır: "Sultan Arslan yalnız formada, Eldəniz 

isə  əsil  həqiqətdə  hakimdir...  Sultan  bu  barədə  danışanda  anası  Mömünə  xatun  belə 

cavab verdi: "Özünü o yerə qoyma! Bu adam öz həyatını təhlükə altında qoymuş və 

dönə-dönə ağır döyüşlərə atılmışdı... Səlcuqların arasında  səndən böyükləri nə qədər 

var, ancaq həbslərdə yatırlar... Sən isə Sultan taxtındasan, o da, onun iki oğlu da sənə 

qulluq  edir,  sənin  qabağında  durur,  sənin  düşmənlərinlə  vuruşur,  rəqiblərinə  üstün 

gəlirlər, sən və sənin qəlbin bunlardan azaddır! Atabəy hər nə edirsə bağışlayır və ya 

geri  alır.  Bunların  hamısı  sənin  qüdrətli  dövlətinin  möhkəmləndirilməsi  üçün  edilir. 

Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O 

ki sənin məmlükündür!" 

Bu  sətirlərdən  hər  şey  aydın  olur.  Mömünə  xatunun  uzaqgörənliyi,  dərin 

düşüncəsi.  Əgər  ananın  əzmkarlığı,  iradə  yenilməzliyi  olmasaydı,  bəlkə  də  Şərqin 

böyük  Atabəylər  dövləti  də  olmazdı.  Bəlkə  də  Mömünə  xatunsuz  Eldənizin  ixtiyarı 

məhdudlaşar,  əməlləri  həyata  keçməz,  arzuları  kama  çatmazdı.  Yəqin  ki,  Mömünə 

xatun olmasaydı, qul taleyindən hökmranlıq taxtına yüksəlməzdi Eldəniz... 

Eldənizlər  dövlətinin  inkişafına  xüsusi  xidmət  göstərən  Mömünə  xatun 

zəmanəsinin tədbirli  və  ədalətli anası, soyuqqanlı  diplomatı,  nüfuzlu şəxsiyyəti  kimi 

tanınmışdır. O, bir müddət Naxçıvanın hakimi olmuş və şəhərin tərəqqisinə az əmək 

sərf  etməmişdir.  Qadın  həm  yüksək  əməllərinə,  həm  də  insani  siqlətinə  görə  onu 

əzizləmə və dərin ehtiram əlaməti olaraq Mömünə xatun deyə çağırmışlar... 

Naxçıvanda  bir  abidə  ucalır.  Ananın  şərəfinə  layiq  bakirəlik  abidəsi,  gözəllik 

və  bənzərsizliyi  ilə  insanı  valeh  edən,  heyrətə  gətirən  möhtəşəmlik,  Naxçıvanın  şah 

əsəri,  mənəvi  dünyamızın  şöləsi,  Şərqin  əvəzsiz  incisi,  dünya  memarlığının  bəzəyi 

Mömünə xatun mavzoleyi. 1186-cı ildə ucaldılan Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 

əməli. 

Türbəni qurşaqlayan kitabədən oxuyuruq: 

Mərhəmətli və rəhmli Allahın adı ilə!  

Bu məqbərəni dünyanın ədalətli hökmdarı, 

Əzəmətli, qalib Şəmsəddin,  

Nüsrət əl-islam vəl-müslimin Cahan Pəhləvan 

Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz 

Dünyanın və dinin böyüklüyü, islamın və müsəlmanların 

paklığı Mömünə xatun (xatirinə)  

- Hər şeydən ən yüksək Allah ona 

rəhmət eləsin!  

Beş yüz səksən ikinci ilin məhərrəm ayında 




99 

 

tikilməsini əmr etdi... 



Dünyada  qalıb,  dünyalanıb  ana  məzarı.  Zaman  keçib  əbədiləşib  ana  abidəsi, 

analıq rəmzi... 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin