Azərbaycan xalqının ümummilli lideri


Nəfəsli  musiqi  alətləri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə17/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   13   14   15   16   17   18   19   20   ...   139
Sara xatun. XV əsrin ikinci yarısında Ağqoyunlu Azərbaycan dövləti təşəkkül 

tapdı, inkişaf elədi, gücləndi, şöhrətləndi. Dövlətin başçısı Uzun Həsən Təbrizi özünə 

paytaxt  etdi.  Uzun  Həsən  xalqımızın  tarixinə  ağıllı,  tədbirli,  təmkinli  dövlət  başçısı, 

incə  mətləbləri  duyan,  mürəkkəb  şəraiti  düzgün  qiymətləndirən,  məsləhət  və 

məşvərəti  sevən  hökmdar  kimi  daxil  olmuşdur.  Yaraşıqlı  görkəmi,  səxavəti, 

əzmkarlığı,  açıqqəlbliliyi  də  bir  ayrı  dünya.  Bəzi  Avropa  yazarları  haqlı  olaraq  onu 

Teymurlənglə eyniləşdirir, Makedoniyalı İskəndərlə müqayisə edirlər. 

Uzun Həsən beynəlxalq aləmdə özünə geniş  nüfuz qazanmış, davranışı, güclü 

məntiqi  və  diplomatik  danışığı  ilə  çoxlarını  valeh  etmişdi.  Venesiya,  Polşa,  Böyük 

Moskva  knyazlığı,  Avstriya,  Macarıstan,  Çexiya,  Almaniya,  Misir,  Hindistan,  Nepal 

krallığı, Kipr, Qaraman əmirliyi və bir sıra başqa ölkələrin Ağqoyunlu dövlətilə geniş 

əlaqələrinin olması buna sübutdur... 

Belə  bir  övladı  dünyaya  Sara  xatun  kimi  ana  gətirmiş,  döşündən  süd  vermiş, 

ərsiyələndirmiş, kamala yetirmişdi. 

Bəli,  anaya  layiq  oğul,  oğula  layiq  ana.  Süddən  gələn,  sümüyə  yeriyən,  iliyə 

işləyən hikmət. Bir-birlərinin məsləhətçisi, arxalı dağı, basılmazlığı, alınmaz eli. Ana 




100 

 

müdrikliyi igid cəngavərliyində, igid qeyrəti ana ismətində. 



Qılınc  oynatmaq,  qırğın  törətmək  min  nalədir.  Döyüşə  girmək,  şimşək  tək 

çaxmaq  qəhrəmanlıqdır.  Lakin  dəhşətlərin  qarşısını  almaq,  qanı  su  ilə  yumaq  daha 

böyük  hünərpərvərlik,  uzaqgörənlikdir.  Uzun  Həsənin  anası  kimi,  qoca  Şərqin  ilk 

diplomat qadınlarından biri kimi məşhurlaşan Sara xatun. 

Sara xatun oğlunun Ağqoyunlu dövlətinə sahib olmaq uğrunda apardığı gərgin 

mübarizədə onun ümidi, pənahı, səcdəgahı olmuşdu. Dövlətin təhlükəsizliyi, ölkənin 

əmin-amanlığı  uğrunda  böyük  məşəqqətlərə  sinə  gərmiş,  qələbə  qazanmışdı.  Bu  ali 

məqsəd  uğrunda  yeri  gələndə  at  minib  qılınc  oynatmağı,  lazım  olmayanda  qılıncını 

qınında  saxlamağı  üstün  tuturdu.  Sara  xatun  susmağı  bacardığı  kimi,  susdurmağı  da 

bacarırdı.  Hədə  gəlməyi  də,  qılığa  girməyi  də,  məsləhətə  yatmağı  da  eyni  dərəcədə 

qiymətləndirirdi.  Kişi  hünərli,  nər  qeyrətli  ana  vədə  əməl  edərdi,  dediyindən 

dönməzdi, qorxu-hürkü bilməzdi. 

Uzun  Həsənin  əqidəsi,  inamı,  hökmü  el  anası  Sara  xatunu  çox  diplomatlarla 

görüşdürmüş, çox elçiləri qəbul etmişdir. Şərq və Avropa ölkələrində məşhur diplomat 

və görkəmli dövlət xadimi kimi tanınan Sara xatun Ağqoyunlu Azərbaycan dövlətinin 

taleyində müstəsna rol oynamış, onu çox qandan-qadadan qurtarmışdır. 

Uzun  Həsən  tədricən  işğalçılıq  siyasətinə  başlayıb  geniş  əraziyə  sahib  olmaq 

planlarını  hazırlayırdı.  Osmanlı  imperiyasının  başçısı  II  Mehmetin  də  öz  arzusu, 

istəyi,  öz  planları  vardı.  Ona  görə  də  bu  dövlətlər  arasında  narazılıq  labüd  idi.  Çox 

keçmədi  zaman  öz  hökmünü  verdi.  Osmanlı  qoşunu  sərhədi  keçdi.  II  Mehmet 

Ərzincan  yaxınlığındakı  Yassıçəmən  yaylağında  düşərgə  saldı  və  döyüşə  girməyə 

hazırlaşdı.  Ağqoyunlu  dövlətinin  vəziyyəti  çətinləşmiş,  ölkənin  taleyi  təhlükə  altına 

düşmüşdü.  Yeganə  çıxış  yolu  vaxt  qazanmaq,  müvəqqəti  sülh  əldə  etmək  idi.

 

Uzun 


Həsən  II  Mehmetin  düşərgəsinə  göndərilən  elçilərə  anasının  başçılıq  edəcəyini 

bildirir. Bu, Sara xatuna böyük ehtiram idi. Ana ilə oğlu razılığa gəldilər,

 

əvvəlcədən 



tədbir tökdülər, danışıqların planını cızdılar... 

Elçilərin  önündə  gedən  Sara  xatun  qayğılar,  düşüncələr  aləminə  dalmışdı. 

Düzəlməsi çətin, düzəlməməsi qanlar tökən, dəhşət törədən məsələlər ananın varlığına 

hakim  kəsilmişdi.  Mənzil  başına  çatanadək,  görüş  anları  yaxınlaşdıqca  ananın 

həyəcanı  da  artırdı,  inamı  da.  Mötəbər  elçilər  osmanlılar  tərəfindən  dərin  hörmətlə 

qarşılandı.  Rəsmi  danışıq  zamanı  ananın  baxışından  ismət  nuru  tökülür,  duruşundan 

dünya mənalanırdı. Fikri aydın, məntiqi güclü, mənası dərin. 

Danışıqlarda  II  Mehmet  Sara  xatuna  "ana"  deyə  müraciət  elədi,  ana  da  ona 

"oğul"  deyə  cavab  verdi.  Sara  xatun  ona  "oğul,  gəl  bizim  üzərimizə  hücum  etmək 

fikrindən  daşın,  qan  tökməkdən  əl  çək"  -  dedi.  II  Mehmet  qadın  xilqətinin  inamına, 

gücünə  mat  qalmışdı,  ana  ismətinin  nuruna  qərq  olmuşdu.  Məclisdə  ananın  ağıllı 

tədbiri ehtiramla qarşılandı və təklifinə müsbət cavab verildi. 1461-ci ildə Sara xatunla 

II Mehmet arasında sülh bağlandı. Ağqoyunlu dövləti öz müstəqilliyini qoruya bildi, 

təhlükə sovuşdu. 

Fürsətdən istifadə edən Sara xatun II Mehmetdən Trabzon dövlətinin fəthindən 



101 

 

əl çəkməsini xahiş etsə də, müsbət cavab almadı. Sara xatunun gəlininin biri Trabzon 



imperatoru  IV  İohanın  qızı  Teodora  idi.  O,  Uzun  Həsənin  zövcəsi  olandan  sonra 

Dəspinə  xatun  deyə  çağırılırdı.  Sara  xatun  bu  qohumluqdan  istifadə  edərək  varislik 

hüququnu II Mehmetdən tələb etdi. Trabzon xəzinəsindən payını alıb vətənə qayıtdı. 

Şübhəsiz, bu özü də böyük qələbə deməkdi. 

Ər qeyrətli,  nər hünərli Sara  xatun öz  xalqı  yolunda, oğlu  uğrunda  mənalı və 

qayğılı  günlər  keçirdi.  Analı  dünyamızın,  mübarizəli  tariximizin  qızıl  səhifələrini 

bəzədi...  


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin