AĞSAQQALLIQ, AĞBĠRÇƏKLĠK
AĞSAQQALLIQ
Ağsaqqal,
Qürur-məğrur, ağsaqqal.
Canını oda salır,
Candan yanan ağsaqqal.
Ağsaqqallıq və ağbirçəklik institutunun məqsədi, məramı və məzmunu
bütövlükdə aydın olsa da, bu problemin əhatə dairəsi, miqyası, çalarları və tərifi
hələlik etnoqraflarımız tərəfindən yetərincə araşdırılmamışdır. Ona görə də məlum
həqiqətlər əsasında məsələnin şərhinə öz nöqteyi-nəzərimizdən yanaşmalı olacağıq.
Çalışacağıq ki, bu məsələ ilə bağlı oxucularda müəyyən təsəvvür yaransın.
Xalqımız vətənə hədsiz məhəbbəti, torpağa bağlılığı, el-obaya sonsuz sevgisi,
ağsaqqala, ağbirçəyə dərin hörməti, ailəyə sədaqəti, qayğısı, ibrətamizliyi ilə tanınır,
sayılır, seçilir. Heç şübhəsiz, bu həmişəyaşar, yüksək bəşəri keyfiyyətlər arasında
ağsaqqallıq, ağbirçəklik institutu böyük maraq doğurur, müstəsna məna və məzmun
kəsb edir. Ağsaqqallıq və ağbirçəkliyin cəmiyyətdə oynadığı rolun açıqlanması və
mövqeyinin öyrənilməsi etnoqrafiya elminin mühüm məsələlərindən biri olmaqla
yanaşı, həm də mənəvi mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Təlim-tərbiyə
örnəyi, gör-götür abidəsi, şərəf, ləyaqət hikmətidir.
Dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqal
həmişə mizan-tərəzini saxlar, hökmlü, hünərli olduğu qədər də məsləhətli,
mərhəmətli, rəhmli, bir əlində qılınc, bir əlində qalxan, bir əli od, bir əli su olardı.
Ağsaqqal səliqə-sahmanlı olar, ağır oturar, ağır durar, davranışı, duruşu,
ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqətliliyi, fikrinin aydınlığı, dərin
düşüncəsi ilə seçilər. Hazırcavab, az danışan, inamlı danışan, hikmət söyləyən,
sözübütöv, əməlisaleh, zəhmətsevər, işgüzar, işbilən, gözü-könlü tox, tamahsız,
təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı
yığnaqlı, qeyli-qallı, məclislərdə, mərasimlərdə başda oturan, məclis yaraşığı olar.
Hamı onu dinləyər, hamı onu eşidər, hamı ondan öyrənər.
El içindən çıxan ağsaqqal elin olar. Dar gündə, dar ayaqda xalqına yarar,
xalqına yanar. Hər zaman, hər yerdə sülhə, əmin-amanlığa şam-çıraq tutar, barışdırar,
qanı su ilə yuyar, insanların ümid yeri, pənah yeri, məsləhət verəni, çarə qılanı, yol
göstərəni, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, qoruyucusu,
inkişaf etdirəni kimi.
Ağsaqqallıq son dərəcə çətin, mürəkkəb, məsuliyyətli bir sənətdir. Böyük
zəhmətin, min bir əziyyətin, məhrumiyyətlərin bahasına başa gələn missiyadır. O da
həqiqətdir ki, bu missiya məsuliyyətli olduğu qədər də şərəflidir, sayılan, seçiləndir.
Ağsaqqala yaşlılar, dünya görmüşlər, çətinliklərə sinə gərmişlər, sınaqdan, bərkdən-
79
boşdan çıxmışlar arasında daha çox rast gəlinir. Belə ixtiyar yaşlıların həyat təcrübəsi
çox və zəngindir, onlar öz əməli, hünəri, uzaqgörənliyi ilə sayılıb- seçilirlər. Bu da
təbii və qanunauyğunluq kimi qəbul edilər.
Hər dağın başı qarlı olmadığı kimi, hər ağsaqqal da müdrik ola bilməz,
ağsaqqallıq adını qazana, daşıya bilməz. Bu şərəfli iş əsasən başdan-binadan, nəsildən
əsildən-kökdən gəlir. Hamı ağsaqqal olmaq istər, eldə-obada ad qazanmaq istər. Lakin
ağsaqqallıq yüzündən, minindən birinə qismət olar, taleyinə yazılar. Ağsaqqallıq hər
kəsin işində, əməlində özünü göstərər. Bu hikmətə Allah vergisi, Tanrı payını da əlavə
etmək lazımdır. Bir mühüm məsələni də xatırlatmaq istərdik. Hər ixtiyar yaşında
olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi.
Ağsaqqallığın çoxçalarlı keyfiyyətlərini özündə birləşdirən cavan və ya orta yaşlılar
da ağsaqqal ola bilər. Bu kimi hallar tariximizdə çox olub.
İnsan oğlu, bəşər övladı dünyaya gəldiyi gündən ata-ana qayğısına möhtac
olmuş, ata-ana nəvazişiylə boya-başa çatmışdır. Üstündə yaşadığı torpağın qədrini
bilmiş, vətənini sevmiş, valideynlərinə, ağbirçək və ağsaqqallarına pənah gətirmiş,
arxalanmış, güvənmişdir. Ağbirçəkliyin, ağsaqqallığın tarixi insanlığın tarixi,
cəmiyyətin yaranması ilə bir dövrə təsadüf edərək zaman-zaman inkişaf etmiş, tarixi
mərhələlərdən keçmişdir. Azərbaycanda bu tarixin yaşı iki milyon ilə qədərdir.
İnsanlığın ilk çağlarında ağsaqqallar və ağbirçəklər kiçik insan dəstələrinə,
kollektivlərə başçılıq etmiş, onların qayğıları ilə yaxından məşğul olmuşlar. Bu dövrdə
geniş intişar tapan və cəmiyyətin özəyini təşkil edən böyük ailələrə ağsaqqallar
başçılıq etmişlər. Sonra bir-birinə qan qohumluğu olan nəsil ağsaqqallığı yaranmışdır.
Daha sonra qəbilə-tayfa ağsaqqallığı təşəkkül tapmışdır. Ağsaqqallar bütün hallarda
başçılıq, rəhbərlik missiyasını ləyaqətlə yerinə yetirmiş, birliyi, bütövlüyü təmin
etmişlər.
İbtidai insanlar yer üzündə yaşamağa qədəm qoyarkən təbiətlə daha sıx
təmasda olmuşlar. Təbii qüvvələri ilahiləşdirmiş, onlara inam, pənah gətirmişlər.
Təbiətin nemətlərindən geniş istifadə edərək dövran sürmüş, kamala yetmişlər. Onlar
hələ buzlaşma dövrünə qədər əlverişli isti iqlim şəraitində yığıcılıqla məşğul olmuş,
güzəran keçirmişlər. Buzlaşmalar dövründə ibtidai insanlar çətinliklər, məşəqqətlərlə
qarşılaşmış, həyat uğrunda təbiətlə ölüm-dirim mübarizəsi apararaq mağaralara,
daldalara, sığınacaqlara pənah aparmışlar. Ailəsi ilə, nəsli ilə, tayfası ilə ağbirçəyi,
ağsaqqalı ilə ovçuluq və balıqçılıqla məşğul olmuşlar.
Zamanla, şəraitlə bağlı qəbilə ağsaqqalının qayğı və çətinlikləri daha çox
olmuşdur. Ağsaqqal qəbilə daxilində hər bir məsələnin fərqinə varmış, əmin-amanlıq
yaratmış, üzvlər arasında iş bölgüsünü nizama salmış, insanların həyat tərzini
yaxşılaşdırmağa çalışmış, ailə-məişət məsələlərini tənzimləmiş, təhlükəsizliyi təmin
etmiş, yolverilməz hərəkətlərin qarşısını almışdır.
Artıq Neolit dövründən yeni dövrə qədəm qoyulmuş, ana nəsli tədricən ata
nəslilə əvəz edilmişdir[1]. Sonralar anaya ilahi qüvvə və məhsuldarlıq rəmzi kimi
baxılmışdır. Lakin az da olsa eyni vaxtda bir qəbiləyə ata; digərinə ana başçılıq
80
etmişdir. Bu hal özünü son zamanlara qədər etnoqrafik müşahidələrdə də göstərmişdir.
Belə ki, hər hansı bir qadın ailədə, nəsildə, el-obada öz təsdiqini tapmış, el anası adını
daşımışdır.
Azərbaycanda Neolit dövründən başlayaraq yeni təsərrüfat, sənətkarlıq sahələri
yaranır və inkişaf edir. Tunc dövründə isə qəbilələrarası iqtisadi və mədəni əlaqələr
daha da genişlənir. Mövcud sərhəd çərçivəsində qohumluq əlaqələri, dostluq
münasibətləri güclənir. Gələcəkdə qəbilə birləşmələri, tayfa ittifaqları üçün zəmin
yaranır.
Ağsaqqallıq institutunun imkan, nüfuz dairələri artır. Tədricən ibtidai icma
quruluşu dağılır, ilk sinifli cəmiyyət və dövlət yaranır. Belə bir vəziyyətdə ağsaqqalın
funksiyası daha qabarıq şəkildə görünür.
Dövlət başçısı, ölkə ağsaqqalı daha çətin, daha məsuliyyətli vəzifədir. Dövlət
başçısı daha müdrik, təcrübəli, siyasətçi və uzaqgörən, səlahiyyətli, geniş təsir
miqyaslı, yenilməz hökmlü, cəsarətli, inamlı, güclü əqidəli olmalıdır.
Eradan əvvəl X əsrdən etibarən Azərbaycanda kutilər, lullubeylər, akkadlar
tədricən birləşərək Manna dövlətinin təməlini qoydular. Dövlətə hökmdar, dövlət
başçısı rəhbərlik etməyə başladı. Ağsaqqallar şurasının məsləhəti ilə ölkənin iqtisadi,
mədəni səviyyəsi yüksəldi. Uzaqgörən dövlət başçısı kimi, müdrik ağsaqqal kimi
tanındı.
Həqiqətdir ki, hər bir dövlət başçısı yaşından asılı olmayaraq əməlilə, arzusu
ilə, həyata keçirdiyi tədbirlərin qətiyyətilə, xalqa xidmətilə ağsaqqalların ağsaqqalı
olur. Belə olduqda dövlət də, xalq da yaşayır, inkişaf edir. Heç şübhəsiz, belə dövlət
başçılarından Atropat daha yaddaqalan, daha ağsaqqallığa layiq olanıdır. Eradan əvvəl
IV əsrdə yeni Azərbaycan dövlətini quran, uzaqgörən siyasətçi, tanınmış sərkərdə,
hökmdar Atropat xalqına layiq müdrik ağsaqqal şərəfini qazanmışdır. Eradan əvvəl III
əsrdən üzü bəri böyük bir tarixi keçmişə malik ulu əcdadlarımızdan olan albanlar
arasında böyük-kiçik məsələsi, ağsaqqallıq institutu öz ömrünü yaşamışdır. Bu cəhəti
eradan əvvəl I əsrdə yaşayan yunan coğrafiyaşünası Strabon belə qələmə alır:
"Albanlar yalnız öz qoca valideynlərinə deyil, ağsaqqal və ağbirçəklərə də hörmət
etməkdən şərəf duymuşlar"[2].
Eramızın VII əsrinin ortalarında Albaniyada hökmdarlıq etmiş Cavanşir böyük
sərkərdə, dövlət başçısı kimi ölkəsini yadellilərdən qorumaq məqsədilə ərəblərə,
farslara və xəzərlərə qarşı mübarizə aparmışdır. Cavanşir uzaqgörən dövlət başçısı,
müdrik
ağsaqqal
kimi
ölkəsini
xaricilərdən
qorumaqla
yanaşı,
onun
möhkəmlənməsinə, əmin-amanlıq yaradılmasına, elm və mədəniyyətin inkişafına nail
olmuşdur.
Bir sıra mühüm səciyyəvi cəhətlərinə görə ibtidai icma quruluşu ilə səsləşən,
ilk sinifli cəmiyyətdə bitkinləşən, ilk orta əsrlərdə kamilləşən, dastanlaşan "Kitabi-
Dədə Qorqud" dastanı Azərbaycanda, ümumən türk dünyasında ağsaqqallıq və
ağbirçəklik institutunun öyrənilməsində əvəzsiz qaynaq rolunu daşıyır[3]. Eyni
zamanda sonrakı yüzilliklərdə bu institutun möhkəmlənməsinə, inkişafına əsaslı
81
zəmin yaratmış, güclü təsir göstərmişdir. Bu dastandan qaynaqlanan, bu kökdən
köklənən xalqımız öz məişət və mədəniyyətində ağsaqqallıq və ağbirçəklik hikmətini
uca tutmuş, ondan layiqincə bəhrələnmişdir.
Bu hikmət dünyasında Dədə Qorqud ağsaqqalların ağsaqqalı, müdriklərin
müdriki, ucalıq rəmzi kimi şərafətləndirilir. Adını Dədə Qorquddan götürən dədə sözü
haqlı olaraq ata, lələ, kişi, valideyn kimi mənalandırılır. Dastanda Dədə Qorqud elə
havadar olan, arxa duran, el üçün yanan, el üçün canından keçməyə hazır olan ər kimi
təqdim edilir.
Böyük nüfuz sahibi, hikmət söyləyən, təlim keçən, tərbiyə verən Dədə Qorqud
pirani, nurani qocadır, hər şeyin bilicisi, çətinliklərdən baş çıxaran uzaqgörəndir. Oğuz
türklərinin dar günündə arxası, dayağı, şad günündə sevinci, şərəfi... Loğman,
münəccim Dədə Qorqud öz xeyir-duası ilə oğuzlara məsləhət verən, tədbir görən,
onları döyüşə səfərbər edən, zəfərə səsləyən, qələbəyə ruhlandıran ilhamçı, xilaskar
qəhrəmandır. Qeyrəti, isməti, paklığı, saflığı uca tutan, həmdərd, həmfikir olan
müdrikdir.
Türk dünyasının mənəvi atası sayılan Dədə Qorqud dövlət xadimidir, vəzirdir,
əfsanələşən tarixi şəxsiyyət, qeyri-adi insandır, keçmişdən, gələcəkdən xəbər verən
münəccimdir, ərdir, nərdi. Ozanların başbiləni, musiqi yaradıcısıdı[4].
"Kitabi-Dədə Qorqud"da deyildiyi kimi, Rəsul əleyhissəlam zamanına yaxın
oğuz türklərinin Bayat soyundan Dədə Qorqud adlı bir kişi çıxır. Dədə Qorqud bütün
Oğuz elinin bilicisi idi, Allah ona "vergi" vermişdi, qeybdən dürlü xəbər söylərdi, nə
deyərsə olardı. O, xalqın bütün müşkül işlərini həll edərdi. Hamı ondan məsləhət
alardı, onsuz heç bir iş görməzdilər və hər nə buyursa qəbul edərdilər[5].
Dədə Qorqud söylərmiş:
"Oğul atadan görməyincə süfrə (yaymaz).
Oğul atanın yetiridir"[6].
"Kitabi-Dədə Qorqud" dastanında belə bir fikir təlqin edilir ki, hər bir ailənin
ağsaqqalı atadır, ataya hörmət etmək hamının borcudur, ata müqəddəsdir. Dastan
Baybura bəyin oğlu Bamsı Pasinük Qara Dərvənd ağzında qarət olunmuş tacirlərin
malını quldurlardan alıb onlara qaytardıqdan sonra gəlib atasına xəbər verir.
Bəzirganların qayıtmasından sevinən Baybura bəy alaçıq tikdirir, kölgəlik ala
seyvana salınmış ipək xalçalar üstündə oturur, oğlunu da sağ tərəfində oturtdurur. Bu
vaxt tacirlər gəlib görürlər ki, mallarını quldurlardan alıb onlara qaytaran oğlan
Baybura bəyin sağında oturub və tez yüyürüb oğlanın əlindən öpürlər. Baybura bəyin
bundan acığı tutur və deyir: "Mərə qavat oğlu qavatlar, ata dururkən oğul əlini
öpərlər?"[7]. Baybura bəyin acıqlanmasına səbəb oğluna edilən hörmət, ehtiram deyil,
ağsaqqala hörmət ənənəsinin pozulması idi.
Ağsaqqallıq ucalığına nəzər saldıqda aydın olur ki, "Dədə Qorqudun on iki
boyluq ulu dastanında atalar sıra-sıra, alay-alay önümüzdə dayanıb: Salur Qazan,
Baybura, Baybecan, Qanlı qoca, Uşun qoca, Qazılıq qoca, Bəkil Dirsə xan, Qıyan
Səlcuq... bu atalar Oğuz elinin ürəyi, dirəyidir. Atalar, bu ataların oğulları yağıya göz
82
verib işıq vermirlər"[8].
Ağsaqqal var öz işi, əməliylə, qılıncı-qalxanıyla, səksəkəli, məşəqqətli,
təhlükəli günlərilə tanınır, hünərilə yadda qalır. Ağsaqqal da var zəhmətilə, könül
əmanəti ilə, söz xəzinəsi, zəkası, mənəvi zənginliyi, hikmətli dünyası ilə nəsillərə
nümunə olur, qəlblərdə əbədi yaşayır. Öz ləyaqəti, şərafətilə dahilər dahisi, müdriklik
zirvəsi, ağsaqqallar ağsaqqalı, ucalıq rəmzi sayılan Nizami Gəncəvi kimi.
XII əsrdə qədim Gəncədə dünyaya gələn, yaşayıb-yaradan, ana torpağında
uyuyan, məzarı ziyarətgaha çevrilən İlyas Yusif oğlu Nizami təkcə xalqımızın
ədəbiyyatı və ictimai fikir tarixinə, Şərq dünyasına deyil, bütün bəşəriyyətə işıq saçan,
nur ələyən dahidir, dühadır. Qeyri-adi hikmət sahibi olan Nizami Gəncəvi öz kökü
üstə köklənən ecazkar qələmi, qabaqcıl ideyaları, nadir istedadı, hikməti, söz xəzinəsi
- "Xəmsə"si ilə xalqımızı dünyaya tanıtdırdı, şair kimi, müdrik ağsaqqal kimi.
Nizami Gəncəvinin "Xəmsə"yə daxil olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin",
"Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" poemalarının hər biri yüksək
bəşəri idealları tərənnüm edən hikmət mənbəyi, müdriklik nümunələridir.
Ümumbəşəri səciyyə daşıyan bitkin, dolğun və dərin məzmunlu poemaların
hamısı demək olar ki, müdrik ağsaqqal kəlamlarıdır. Hamı üçün, hər kəs üçün ənənəvi
kamillik mənbəyi, təlim-tərbiyə məktəbidir.
Nizami Gəncəvi insanları torpağa bağlılığa və yurdsevərliyə səsləyir, vətənin
qədrini bilməyi, ona qayğı göstərməyi məsləhət görür, hər kəsi haqqa-ədalətə,
düzlüyə, paklığa, təmizliyə səsləyir. Xalqının başını ucaltmağı, vətən torpağında
qürurla yaşamağı məsləhət görür. Ölkəni və insanları azad görmək istəyir,
həmvətənlərinin firavan yaşamasını, əlbir-dilbir olmasını arzulayır. Əxlaqi məsələlərə
önəm verir, elm və mədəniyyətə yiyələnməyə çağırır. İnsanlara milli və bəşəri
dəyərlər aşılayır.
Böyük şair, müdrik el ağsaqqalı azadlıq uğrunda, vətən yolunda mübarizə
aparmağın yollarını göstərir. Bu yolda insanlara mətinlik, mübarizlik, igidlik,
qəhrəmanlıq göstərməyi təlqin edir. "Leyli və Məcnun" poemasında: "Azadlıq
uğrunda bütün qətiyyət və igidliklə vuruşmaq lazımdır. Sən mübarizəyə girən zaman
qoy ürəyin şir ürəyi olsun. Cəsarət qələbənin rəhnidir. Pələng igidliyinə görə bütün
vuruşlardan qalib çıxır". Göründüyü kimi, Nizami Gəncəvi dühası yüz illərdir ki,
ictimai həyatın bütün sahələrinə işıq saçır, məşələ çevrilir.
Ağsaqqallıq səlahiyyətini qazanmağın əsas şərtlərindən biri gərgin zəhmətdir.
Əzablı, iztirablı yolun yolçusu olmaqdır. Zəhmətə qatlaşmaq, alın təri axıtmaq, gecəli-
gündüzlü çalışmaq olan yerdə uğur da var, qələbə də var, təntənə də. Bu keyfiyyətlərə
malik ağsaqqal, dövləti də, xalqı da layiqincə idarə edər, onu yaxın-uzaq ölkələrdə
tanıtdırar.
Bu şərəfi qazananlardan biri Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin
Eldənizdir. Həm də böyük ağsaqqallıq şərəfinə nail olan Şəmsəddin Eldəniz.
XII
əsr Atabəylər dövlətinin yaranması və möhkəmləndirilməsində
misilsiz xidmətləri olan Şəmsəddin Eldəniz xalqımızın dövlətçilik, mübarizlik,
83
qəhrəmanlıq, vətənpərvərlik tarixinin qızıl səhifələrində qərar tutur. O çox gənc
yaşlarından kimsəsiz qalmış, çox əziyyət və məhrumiyyətlərlə qarşılaşmışdır. Lakin
zaman
keçdikcə taleyi onun üzünə gülmüş, qabiliyyəti, iradəsi, inadı və hünərilə böyük
uğurlar, qələbələr qazanmışdır. Böyük məsuliyyəti öz üzərinə götürən Şəmsəddin
Eldəniz tezliklə bütün Azərbaycanı ələ keçirmiş, zaman-zaman bir sıra ölkələri yeni
yaratdığı dövlətin tərkibinə qatmışdır. O, uzaqgörən siyasəti, tədbirli hərəkətləri,
qüdrəti, cəsarəti və sərkərdəlik məharətilə Atabəylər dövlətinin möhkəmlənməsinə,
inkişafına
nail
olmuşdur.
Şəmsəddin
Eldəniz
daha
sonra
qəyyumu
olduğu oğulluğu Arslan şahı sultan taxtına çıxarmış, Orta Şərqin idarə olunmasında
önəmli rol oynamışdır. Həmin zamandan Eldəniz "böyük atabəy" adlandırılmış,
sultanlığın həqiqi hökmdarı kimi fəaliyyət göstərmişdir[9].
Eldəniz öz əməli, hünərilə bütün Yaxın və Orta Şərqdə ağsaqqallıq, müdriklik
səlahiyyəti qazanmışdır. Heç şübhəsiz, onun böyük qələbələr qazanmasında arvadı
Möminə xatunun əvəzsiz rolu olmuşdur. Bu qarşılıqlı anlaşılma Azərbaycan Atabəylər
dövlətinin yüksəlişinə öz töhfəsini vermişdir. Biri el ağsaqqalı, digəri el ağbirçəyi
məqamına çatmışdır.
XIII əsrdə yaşamış dünya şöhrətli Azərbaycan astronomu Nəsirəddin Tusi
xalqımızın təhsil, elm və mədəniyyət tarixində müdrik insan, dahi şəxsiyyət, fitri
istedad sahibi, bənzərsiz alim və əvəzsiz tərbiyəçi kimi tanınır. Onun nadir istedadı,
hərtərəfli dünyagörüşü, ensiklopedik biliyi, güclü məntiqi, dərin müşahidə qabiliyyəti
heyrət doğurur. Böyük filosof Bəhmənyarın və dünya şöhrətli Əbu Əli ibn Sinanın
layiqli davamçısı olan Nəsirəddin Tusi zəmanəsinin çox böyük təhsil və elm ocağı
olan Marağa rəsədxanasının yaradıcısı və inkişaf etdirəni olmuşdur. Qətiyyəti, hünəri
və əməlilə ağsaqqallıq səlahiyyəti qazanmışdır. Hamıya nümunə, görk olan
ağsaqqallıq mövqeyi ilə, mənəviyyatımıza işıq saçan müdrik şəxsiyyəti ilə.
Nəsirəddin Tusi çoxcəhətli yaradıcılığında təhsilin, elmin müxtəlif sahələrinə
geniş yer vermişdir. Riyaziyyat, astronomiya, məntiq, musiqişünaslıq, tibb, təbiət,
ilahiyyat və başqa elmlərin bilicisi, inkişaf etdirəni olmuşdur. Alimin bütün elm
sahələrində müdriklik, ağsaqqallıq mövqeyi özünü bariz şəkildə göstərir. N.Tusinin
müxtəlif elmlərə dair yüzdən çox əsəri məlumdur. Lakin ağsaqqallıq institutu
baxımından "Əxlaqi nasiri" əsəri mühüm əhəmiyyət kəsb edir[10]. Əsərdə təlim-
tərbiyə, əxlaq qaydaları, ailə və ailə məişəti, böyük-kiçiklik münasibətləri, adət-
ənənəyə ehtiramla bağlı məsələlər və bir sıra digər mühüm cəhətlər onun görkəmli
alim, pedaqoq olması ilə yanaşı, müdrik ağsaqqal məqamına çatdığını göstərir. Onun
bu əsəri təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində uzun müddət
ərzində əxlaq dərsliyi kimi mühüm yer tutmuş, müəllifinə əbədi şöhrət qazandırmışdır.
XIV əsrin 80-ci illərinin əvvəllərində I İbrahim yerli feodalların köməyilə
Şirvanşahlar dövlətinin başçısı olur. O, yüksək vətənpərvər, görkəmli dövlət xadimi,
mahir diplomat kimi tarixə düşmüşdür. Bacarıqlı dövlət başçısı dövrünün təhlükəli,
mürəkkəb hadisələrini düzgün, dürüst qiymətləndirir, ölkəsinin müstəqilliyini təmin
84
etməyə çalışır, müdrik siyasət yürüdür, ağsaqqallığını göstərirdi. Xalqının, dövlətinin,
torpağının naminə yüz ölçür, bir biçir. İşğalçılarla dil tapır, vətənini qətl və
qarətlərdən sovuşdurmağı bacarırdı. O təkcə xarici düşmənlərlə deyil, daxildə də
dövlətinin möhkəmlənməsini təmin etmək məqsədilə barışdırıcı mövqe tutur, əmin-
amanlığı, sabitliyi qorumağa çalışırdı (11).
1387-ci ildə Əmir Teymurun ordusu Azərbaycana daxil olarkən Şirvanşah I
İbrahim real vəziyyətin çətinliyini düzgün qiymətləndirərək Teymurla danışıqlar
aparır, onun qəlbinə yol tapır.
Teymurun görüşünə gedən I İbrahim özüylə qiymətli hədiyyələr aparır.
Rəvayətə görə hədiyyələrin hamısı doqquz olduğu halda, bir hədiyyə səkkiz olur.
Teymur səbəbini soruşur. I İbrahim cavabında: "Böyük hökmdar, biri də sizin
qarşınızdadır" - deyir. Bu müdrik kəlamı, ağsaqqal düşüncəsilə Şirvanşah ölkəsini
Teymurun yenilməz ordusunun hücumlarından xilas edir. Bununla Teymurla dostluq
əlaqələri yaradır[12]. Beləcə I İbrahim qılınc-qalxanla, savaşıb vuruşmaqla, yeri
gələndə isə sözlə, incə diplomatik gediş və tədbirlərlə əmin-amanlıq yaratmağa nail
olmuşdur. Budur ağsaqqallıq, budur müdriklik səlahiyyəti.
Xalqımızın əsrlərcə yaratdığı bir sıra məhəbbət və qəhrəmanlıq dastanları
ənənəvi zənginliyi, qayəsi, siqləti, tərbiyəvi əhəmiyyəti və təsir gücü ilə bir-birindən
fərqlənir. Bu dastanların hər birində ağsaqqallıq və ağbirçəklik institutunun izləri, arzu
və əməlləri bu və ya digər çalarlarla özünü büruzə verməkdədir
.
Bu dastanların
arasında problemlə bağlı mətləblər "Koroğlu" eposunda daha geniş
və daha qabarıq
şəkildə özünü göstərir.
XVII əsrin məhsulu olan "Koroğlu" dastanı ilk öncə qəhrəmanlıq dastanı, həm
də
məhəbbət dastanı, hikmət, heyrət dastanıdır. Gör-götür dünyamız, təlim-tərbiyə
məktəbimizdir. İnsanlığın, kişiliyin, mərdliyin, mübarizliyin, ağsaqqallığın rəmzidir,
nəsillərə əvəzsiz nümunədir. Xalqımızın yaratdığı tarixi həqiqətlərdən yoğurulub
yapılan, əfsanələşən "Koroğlu" dastanı, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyanın xalq
yaradıcılığına da təsir göstərmişdir. Deməli, "Koroğlu" daha geniş arealda türk
dünyasında yaşayan çoxsaylı xalqların ağsaqqalı, uzaqgörəni, tədbir tökəni
olmuşdur[13].
Cəlalilər hərəkatının başçısı Koroğlu, qeyrəti, cəsarəti və hünərilə zalımlara,
zülmkarlara qarşı barışmaz mübarizə aparmış, xanlara, paşalara qənim kəsilmişdir.
Həyata baxışı, alicənablığı, qəlb genişliyi, sadə və səmimiliyi onun şöhrətini artırmış,
xalqın sevimlisinə çevirmişdir. Qoç Koroğlunun təbiətində bir yumşaqlıq,
canıyananlıq vardı. Sözü bütöv idi, əhdinə-ilqarına sadiq idi. El aşığı, el məclisləri
yaraşığıydı. Saz sazlayan, boy boylayan, hikmət söyləyəndi. İnsanları öz ətrafına
toplayıb birlik yaradan, yoxsullara havadarlıq edən haqq-ədalət carçısı kimi çıxış
etmişdir. Milli qəhrəman, el ağsaqqalı, uzaqgörən kimi.
Çənlibel Koroğlunun məskəni, alınmaz qalası, basılmaz eliydi. O həmişə
məsləhət verən, həm də söz eşidən, məsləhət dinləyən, dəlilərinin, ağbirçək Nigar
xanımın fikirlərini öyrənən, düzgün qərar çıxarandı. Koroğlu yeddi min yeddi yüz
85
yetmiş yeddi dəlinin məsləkdaşı, havadarı, arxası idi. Bu igidlər isə Koroğlunun vuran
qolu, döyünən ürəyi, arzusunu çin eləyənləriydi. Bu birlik, bu qarşılıqlı anlaşma
yenilməzliyin, məğlubedilməzliyin rəmzi olmuşdur. Buradan doğurdu Koroğlu
müdrikliyi, Koroğlu ağsaqqallığı, Koroğlu mərdliyi, mübarizliyi. Heç şübhəsiz, bu
birliyin, əzmkarlığın qorunub-saxlanmasında Nigar xanımın analığı, ağbirçəkliyi və
düzgün məsləhəti də böyük rol oynamışdır.
Koroğluyam savaşanda,
İgid dəlilər başımda,
Nigar əyləşə qarşımda,
Keçən cavan çağım ola!
Mərdliyin, mübarizliyin rəmzi olan "Koroğlu həm də el ağsaqqalıdır.
Çənlibeldə hər şey onun məsləhəti ilə olur. Bu da Koroğlunun sərkərdəliyindən,
böyüklüyündən, ağsaqqallığından irəli gəlir. Koroğlu özünü ağsaqqal kimi göstərməyə
çalışmır, ancaq hamı ona ağsaqqal kimi baxır. Koroğlu yoldaşlarının, məsləkdaşlarının
da məsləhətlərinə qulaq asır"[14]. Koroğlu söz savaşında da döyüş savaşında olduğu
kimi qəhrəmanlıq göstərmiş, qələbələr qazanmışdır.
Koroğlu döyüş ərəfəsində, çoxsaylı düşmən ordusu ilə üzləşəndə dəlilərini
sazla, sözlə ruhlandırır, onların qəlbində qələbəyə inam əzmini şölələndirirdi. Səf-səf
düzülün, hay deyəndə, huy deyəndə qoşa gəlin - deyir. Hamı hazır, hamı əmrə
müntəzir. Bu dəm Koroğlu bir dəli nərə çəkir, hünər qılıncını oynadır[15].
Hoydu dəlilərim, hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al-qan üstünə!
Qoyun bədöylər kişnəsin,
Misri qılınclar işləsin,
Kimi tənab qılınclasın,
Kiminiz düşmən üstünə[15].
Koroğlu ömrünün qürub, ixtiyar çağında da yenilməzliyini, ağsaqqallığını
göstərir, müdrik qərar çıxarır. Xotkarlara, padşahlara, paşalara, xanlara qarşı
mübarizəni davam etdirir. Üzünü dəlilərinə tutur. "Nə qədər ki, onlar var, biz də varıq!
Koroğludan bu sözü eşidən dəlilər nərə çəkdilər. Atlar kişnədi, qılınclar oynadı. Qırat
iki dal ayağının üstə qalxıb qızmış pələng kimi elə bir şeyhə çəkdi ki, dağ-daşlar
titrədi... Hamı bir yerdən Çənlibelə qalxmağa başladılar"[15].
Mərd dayanar, namərd qaçar,
Meydan gumbur-gumburlanı
Dəlilərim meydan açar
Düşmən gumbur-gumburlanı.
Aşıq sənətinin tarixi xalqımızın tarixi qədər qədim olub, minilliklərdən xəbər
verir. Saz-söz sənətinin sahibi aşıqlar zaman-zaman qoşmaqla, oxumaqla, çalmaqla,
86
dastan söyləməklə yanaşı, həm də ağsaqqallıq missiyasını yerinə yetirmişlər. Əsrlərcə
bu sənət inkişaf etmiş, bitkinləşmiş, kamilləşmiş, böyük və ulu aşıqlar nəsli
yetişmişdir. Onlar xalqımızın mənəvi dünyasının istək və arzularının tərənnümçüsü
ömrünü yaşamışlar.
Həqiqətdir ki, hər dövrün, hər tarixi şəraitin öz söz sərrafları, hikmət
söyləyənləri olmuş, ozanlar, yanşaqlar, aşıqlar, dədələr nəsli bir-birini əvəz etmişdir.
Ayrılıqda onların hər birinin söz qüdrəti, hikməti haqqında mətləb açmaq,
ağsaqqallıqlarını izləmək imkansızdır. Ona görə də aşıqlar aşığı, dədələr dədəsi,
ağsaqqallar ağsaqqalı Aşıq Ələsgərdən bəhs edən aşıq müdrikliyini açıqlamaqla
kifayətlənirik. O, böyük el aşığı, məclislər yaraşığından biri sayılmış, öz sənətində
aşıqlar
aşığı zirvəsinə yüksəlmiş, əlçatmaz, ünyetməz olmuşdu.
Aşıq Ələsgər ağsaqqallığı, müdrikliyi, sənət ucalığı ilə təkcə doğulduğu Göyçə
mahalında deyil, İrəvanda, Vedibasarda, Naxçıvanda, Kəlbəcərdə, Qazaxda, Borçalıda
böyük nüfuz qazanmış, ehtiramla qarşılanmışdır. Hər bir gəlişi, məclislər
aparması,
sazlı-sözlü bir dünya yaratması həmişə heyrət doğurmuşdur. Aşıq Ələsgərin məclisləri
təkcə eşq, məhəbbət dastanları söylədiyi yer yox, daha çox ədəb-ərkan, təlim-tərbiyə,
gör-götür yığıncağı rolunu oynamışdır. Məclis iştirakçılarına qeyrət, ismət, etibar,
ilqar dərsi, birlik dərsi keçmişdir.
Aşıq Ələsgər insanları səmimiyyətə, bir-birinə can deməyə, könül
sevindirməyə səsləyir, nəsihətlər verir:
"Can" deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
"Çor" deməyin nəfi nədi dünyada?
Abad könlü yıxar, pərişan eylər.
Aşıq Ələsgər insanlara hərcayıdan, müxənnətdən, nadandan, ev yıxandan, bəd
əmələ qurşananlardan aralı gəzməyi, gen dolanmağı məsləhət bilir.
Müdrik sənətkar, el ağsaqqalı Aşıq Ələsgər məclisdə igidliklə, mərdliklə bağlı
mətləbini belə ərz edir:
Arif olan, gəlin sizə söyləyim,
İgid sözü mərd-mərdanə yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənanə yaxşıdı!
Böyük ustad aşıq olanların bütün cəhətlərini göstərməklə hamını eyhamla
mərifətə, insanlığa çağırır:
Aşıq olub diyar-diyar gəzənin,
Əvvəl başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi...
Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü-gövhər süzülə,
87
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi...
Başqa bir qoşmasında daha dərin hikmətlər söyləyir, ibrətamizlik çələngi
hörür:
Bir insan ki, haq dediyin bitirsə,
Hər məclisdən bir mərifət götürsə,
Ata-ana sözün yerinə yetirsə,
O yəqin ki, çəkməz cəza dünyada.
Aşıq zalımlara, zülmkarlara qarşı öz nifrətini bildirir, bu yoldan çəkinməyi
məsləhət görür:
Zülm ilə enməz haqdan ucalan,
Yüksələr fağırın qeydinə qalan.
Hər kim şuğul oldu, söylədi yalan,
Şeytan imanını aldı da getdi.
Aldanıb dünyanın cah-cəlalına,
Haram qarışdıran öz halalına,
Xəyanət eyləyən qonşu malına
Haqqın divanında qaldı da getdi.
Dədə Ələsgər məclislərdə heyrət doğuran kəlamlar söyləmiş, el-obanı mərifətə,
dürüstlüyə, halallığa, etibarlı olmağa səsləmişdir. Cavanlığında da, ixtiyar çağında da
el ağsaqqalı kimi sayılıb-seçilmişdir.
XVIII əsrin əvvəlində Şəmkirdə dünyaya göz açmış Molla Vəli Vidadi
zəmanəsinin böyük şairi, xalqın dərdinə yananı, mətləb anladanı olmuşdur. Xalqın
içindən çıxan şair daim xalqla birlikdə yaşamış, elin-obanın havadarı olmuşdur.
Ömrünün çox hissəsini Qazaxın Şıxlı şenliyində keçirmiş, elinin, obasının başbiləni -
mollası, ağsaqqalı adını qazanmışdır. Camaatın halına acıyan, qeydinə qalan, dərdinə
şərik çıxan ağsaqqal kimi sayılıb-seçilmişdir.
Ərəb və fars dillərinin kamil bilicisi Molla Vəli Vidadi uzun illər şairliyi ilə
yanaşı, mirzəlik və məktəbdarlıqla məşğul olmuş, xalqın arzu və istəyini lazımi
yerlərə çatdırmışdır. Şair təkcə Qazax, Borçalı mahallarının deyil, bütün
Gəncəbasarın, Qarabağın, İrəvan bölgəsinin müdrik ağsaqqalı kimi tanınmış, fəaliyyət
göstərmiş, təlim-tərbiyə verən, tədbir tökən, düzgün yol göstərən, çarə tapan olmuş,
zəmanəsinin eybəcərliyini, haqsızlığını, ədalətsizliyini açıb göstərmiş, xalqa başa
salmış, gözünü açmağa çalışmışdır.
Molla Vəli Vidadinin böyük ağsaqqal nüfuzu qazanmasını Firidun bəy Köçərli
belə qiymətləndirir: "Haqq söyləyən və haqqı dost tutan bir vücud imiş ki, hər kəsin
eybini açıq söyləməkdən bak və iqtinab etməz imiş... Hamı onu sayarmış, xatirini əziz
və möhtərəm tutarmış"[16].
Adının yad ölkələrə üzən gəmiyə, bir neçə küçəyə, yaşayış məntəqəsinə
verilməsi, abidəsinin Qazaxda ucaldılması onun söz sərrafı, klassik şair, müdrik el
88
ağsaqqalı kimi xatirəsinin qədirbilən xalqımız tərəfindən yüksək ehtiramla
qiymətləndirməsini bir daha təsdiqləyir.
Bir əsrə qədər ömür sürən şair təbiətən sadə, səmimi idi, insanpərvərlikdə və
dostluqda əvəzsizdi. Xeyirxahlığı, qayğıkeşliyi, el qədri bilməsi hamıya bəlliydi. Heç
şübhəsiz, bütün bu yüksək insani keyfiyyətləri ilə yanaşı, böyük ailə başçısıydı. Elə
bir ailə başçısı ki, ondan bir çox ailələr, nəsillər, tayfalar dərs almışdı. Böyük ailə
sahibi olan Molla Vəli Vidadinin ailə üzvləri savadlı, ismətli, qeyrətli idi. Vidadi və
Pərixanımın tərbiyəsini görən, adət-ənənəni müqəddəs sayan, böyük-kiçik yeri bilən
bu ailə eldə, mahalda adnandı. Şairin oğlu Osman əfəndi elmi və əməlilə təkcə
Qafqazda deyil, hətta Osmanlı torpağında tanınırdı. Tiflisdə ikinci müfti olan Osman
əfəndi atasının bütün arzu və istəklərini yüksək dərəcədə yerinə yetirmiş və bundan
şərəf duymuşdur.
Ağsaqqal şair övladlarının davranışlarından, əməllərindən şərəf, qürur duymuş,
onlarla fəxr etmişdir.
Bakının Mərdəkan kəndində 1838-ci ildə dünyaya gələn Hacı Zeynalabdin
Tağı oğlu Tağıyev yoxsulluqla böyümüş, bənnalıq edərək qabarlı əlləri, alın tərilə var-
dövlət qazanmış, şərəf sahibi olmuşdur. O, xalqına, millətinə layiq böyük işlər
görmüş, zəngin miras qoymuşdur. Zəhmətinin bəhrəsilə yüksələn Hacı Zeynalabdin
XIX əsrin sonu və XX əsrin əvvəllərində böyük el atası, müdrik ağsaqqal, əvəzsiz
xeyriyyəçi adını qazanmışdır.
Zəhmətlə böyümüş, çətin, müşkül işlərlə qarşılaşmış Hacı Zeynalabdin sistemli
təhsil almamış, dərin savadı olmasa da, dərin ağla, kamala malik olmuşdur. O, ayıq-
sayıqdı, işbilən, iş görəndi. Qara sudan qaymaq çəkər, qara qızıldan var-dövlət
yığardı. İrəlini, gerini aydın görən, dünyanın gərdişindən baş çıxaran, gələcəyə açıq
gözlə baxan, bənzərsiz, son dərəcə qabil bir insandı. Qəlbi geniş, əliaçıq, səxavətli,
xalqını sevən, xalqına yanan xeyriyyəçiydi, sahibkardı. Tayı-bərabəri olmayan
xeyriyyəçi!
H.Z.Tağıyev neftdən, Kürün, Xəzərin balığından, toxuculuqdan və bir sıra
başqa
sahələrdən əldə etdiyi gəliri Bakının inkişafına, əhalinin sağlamlığına,
maariflənməsinə, dolanışığının yaxşılaşdırılmasına sərf etmiş, bu humanistlikdən
qürur duymuşdur.
Su - həyatdır, su - yaşarılıq təminatıdır. XIX əsrin sonu və XX əsrin
başlanğıcında Bakının sürətlə böyüməsilə əlaqədar şəhərin su ilə təchizatı kəskin
problem kimi qarşıya çıxdı. Çox böyük xərcə başa gələn təmiz və saf Şollar suyunun
Bakıya gətirilməsi Hacı Zeynalabdinin əməlidir. Xaçmazın Şollar kəndindən Bakıya
kimi 90 il bundan əvvəl istifadəyə verilən su kəməri bu böyük insanın, el
ağsaqqalının, millət atasının gördüyü nəhəng işlərdən biridir.
Tağıyevin maarifçilik sahəsində gördüyü işlər də böyük ehtiram və qibtəyə
layiqdir. O, məktəblər tikdirmiş, məscidlər inşa etdirmiş, azərbaycanlı gənclərin
dünyanın qabaqcıl təhsil ocaqlarında oxumasına, milli kadrların yetişməsinə, qəzet və
jurnalların nəşrinə yardım etmiş, vəsait ayırmışdır. Bu müdrik insanı, görkəmli
89
şəxsiyyəti xalqımız haqlı olaraq bu gün də millətin atası kimi ehtiramla yad
etməkdədir.
Gənclərə təlim-tərbiyə verən, yol göstərən, bilik öyrədən, elmlə məşğul olan
insanlar el arasında, xalq içərisində həmişə böyük hörmət və ehtirama layiq
görülmüşlər. Bu böyük maarifçilər ordusu sırasında ən öndə gedənlərdən biri Firidun
bəy Köçərli olmuşdur. 1863-cü ildə dünyaya göz açan, 1920-ci ildə ədalətsizliyin
qurbanı olan Firidun bəy Əhmədağa oğlu Köçərli zəkası, cəfakeşliyi ilə xalqına
xidmət etməyi özünə borc bilmiş, şərəf sanmışdır. Bənzərsiz bir el ağsaqqalı kimi
elmimizin, dilimizin qayğıkeşi, təlim-tərbiyəmizin cəfakeşi kimi tanınmış və
sevilmişdir.
Bu görkəmli maarifçinin ən böyük xidmətlərindən biri Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin 1918-ci ildə Qazaxa köçürülməsidir. O bu
çətin və məşəqqətli işdə hər cür ədalətsizlik və məhrumiyyətlərə sinə gərdi, inadından
dönmədi, sonra da qalib gəldi. Bu əvəzsiz maarif ocağını yandırdı, şölələndirdi və
aləmi nura qərq elədi. Hər yandan seminariyaya axın başlandı, yaxşılardan yaxşısı
qəbul edildi. İstedadlar, talantlar üzə çıxarıldı. Neçə-neçə gənclərə təhsil verdi, kamala
yetirdi, həyata uğurladı. Tələbələrinə övlad nəvazişi, valideyn qayğısı, ağsaqqal
müəllim hikmətini göstərdi. Bu hikmətlə qürur duydu, əzmkarlıq işığı yandırdı. Onun
yetirmələri olan şairlər, yazıçılar, alimlər, pedaqoqlar xalqına baş ucalığı gətirdilər.
Firidun bəyin bu əvəzsiz xidmətinə Borçalı və Göyçə mahalları borcludu,
Gəncəbasar, Qarabağ, Naxçıvan, Lənkəran, Şəki-Şirvan, Mil-Muğan, cəmi
Azərbaycan, Türk dünyası borcludu. Qazaxlılar isə bu böyük və unudulmaz şəxsi,
gözlərinin nuru, qəlblərinin işığı bilirlər. Ağsaqqallar ağsaqqalı kimi, ata, baba kimi
sevirlər[17].
Gərgin əməyin, inadkar axtarışların, dərin biliyin, geniş erudisiyanın, güclü
məntiqin və müşahidənin məhsulu olan ikicildlik "Azərbaycan ədəbiyyatı" adlı
dahiyanə əsəri F.Köçərlinin xalqımızın mənəvi dünyasına bəxş etdiyi tükənməz
xəzinədir[18]. Tayı-bərabəri olmayan xəzinə. Y.V.Çəmənzəminli yazır: "Firidun bəy
müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə
bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-
fikriyyəmizi təbii yoluna saldı". Bu əsər folklorumuzun, ədəbiyyat tarixi, etnoqrafiya
elmlərinin öyrənilməsinə əvəzsiz töhfədir. Çoxçalarlı adət-ənənəmizə, təlim-
tərbiyəmizə açılan işıqlı yoldur. Firidun bəy Köçərlinin elmi əsərlərini müdrikliyin,
alimliyin, pedaqoqluğun zirvəsi saymaq daha düzgün olar. Onun əsərlərində
ağsaqqallıq institutunun bütün çalarları da öz əksini tapmışdır desək yanılmarıq.
XX yüzilliyin başlanğıcında Gəncə quberniyasında sözü hamı tərəfindən
eşidilən nüfuzlu el ağsaqqallarından biri Ələkbər bəy Rəfibəyli olmuşdur. O, əsil el
atası, millət təəssübkeşi kimi sadə insanların haqqını müdafiə etmiş, çar məmurlarının
özbaşınalıqlarının qarşısını almış, erməni qatı millətçi qüvvələrinin dinc müsəlman
əhaliyə qarşı başlatdıqları qətl və qarətlərin geniş miqyas almasına imkan
verməmişdir[19]. Ələkbər bəy öz elindən-obasından güc alaraq ən müşkül məsələləri
90
həll etməyi bacarmışdır.
1905-ci ildə Rusiya hakim dairələri xalqların imperiyanın müstəmləkə zülmünə
qarşı azadlıq mübarizəsinin güclənməsindən bərk qorxuya düşdü, kütlənin diqqətini
inqilabi çıxışlardan yayındırmaq üçün çox çirkin və məkrli yollara baş vurdu.
Onlardan biri də erməniləri silahlandırıb dinc azərbaycanlı əhalinin üzərinə
salışdırmaq oldu. Qəfil başlanan erməni silahlı basqınlarına tam hazırlıqsız yaxalanan
azərbaycanlıları qorumaq, düşmənə layiq olduğu cavabı vermək lazım idi. Xalqımızın
nüfuzlu şəxsləri, milli ziyalıları, el ağsaqqalları önə çıxdılar, qeyrətli gəncləri öz
ətraflarına topladılar, rus hərbçilərinin dəstəklədiyi erməni quldur dəstələrinə sarsıdıcı
zərbələr endirdilər. Bu sahədə çox mühüm addım Difai partiyasının yaradılması oldu.
Ələkbər bəy Rəfibəylinin fəxri sədri olduğu bu partiya xalqımıza qarşı cinayətkar
hərəkət edən rus hərbçilərini, məmurları, millətə xəyanət edənləri məhv edir, xalqın
intiqamını alırdı[20]. Çar hakimiyyəti nümayəndələri bundan möhkəm qorxuya
düşərək bütün addımlarını ölçüb-biçərək atmağa, azərbaycanlılarla insan kimi
davranmağa məcbur oldular.
Uca boylu, enli kürəkli, sərt baxışlı, ciddi görkəmli, məntiqli və yerli-yerində
danışan, mədəni, cəsarət sahibi olan Ələkbər bəy xalqın sevimlisi idi. Bütün milli
problemlərin həll olunmasında öz kəsərli sözünü söyləyib düşmənləri də onunla
hesablaşmağa vadar edirdi. Bunun bariz nümunəsi 1916-cı ildə Qafqaz canişini ilə
görüş idi. Birinci dünya müharibəsində Rusiya çox ağır itkilər verdiyi üçün, çar
imperiyanın müsəlman xalqlarını cəbhəarxası işlərə səfərbərliyə almağı əmr etmişdi.
Bunun xalqımız üçün çox ağır, fəlakətli nəticələr verəcəyini dərk edən nüfuzlu
şəxslər, millətin başbilənləri Qafqaz canişininin görüşünə gedib, bu çar fərmanının
yanlış olduğunu bildirdilər. Yalnız Ələkbər bəy canişini inandıra bildi ki,
Azərbaycandan könüllü atlı döyüşçü toplanması daha məqsədəuyğundur[21].
Beləcə yalnız Azərbaycandan deyil, bütün Qafqazdan müsəlman könüllüləri
toplandı, ayrıca diviziya təşkil edildi. Heç bir hərbi təlim görmədən döyüşə göndərilən
müsəlman süvari alaylarından ibarət diviziya həqarətlə "Vəhşi diviziya" adlandırılsa
da, tezliklə qəhrəmanlıqları ilə rus generallarını heyrətə saldı. Bununla xalqımız
kütləvi surətdə cəbhəarxası işlərə cəlb olunmaq təhlükəsindən qurtuldu.
Müharibə dövründə Ələkbər bəyin başqa bir müdrik ağsaqqal hərəkəti Gəncə
yaxınlığında yaşayan almanların Sibirə sürgün edilməsinin qarşısını alması oldu. O,
çarın Qafqazdakı alman koloniyalarında yaşayan almanların əmlakının çox ucuz
qiymətə xristian vətəndaşlara verilməsi, özlərinin də Sibirə göndərilməsi haqqında
əmrindən xəbər tutan kimi Gəncə qubernatorunun yanına gedir, əmrin düzgün
olmadığını, müsəlman əhalinin də bu haqsız zülmə qarşı çıxdığını bildirir. Ələkbər
bəyin qətiyyətli mövqeyi öz təsirini dərhal göstərdi və rus hökuməti verdiyi qərarı
ləğv etdi.
Xalqımızın yaddaşında Ə.Rəfibəylinin bu cür haqsızlıqlara qarşı çıxması, haqq
işi müdafiə etməsi, müdrik ağsaqqallığı, xeyirxahlığı, insanlara qayğı göstərməsi
haqqında çoxlu əhvalatlar qalmışdır.
91
Azərbaycan musiqisinin sönməz günəşi Üzeyir bəy Əbdülhüseyn oğlu
Hacıbəyov 1885-ci ildə Ağcabədidə dünyaya gəlmiş, 1948-ci ildə dünyasını
dəyişmişdir. Qafqaz musiqisinin atası, Şərq musiqisinin böyük bilicisi, dünya
musiqisinin klassiki Üzeyir bəy xalqımızın mənəvi dünyasının inkişafına misilsiz
xidmətlər göstərmişdir. Heç nə ilə müqayisəyə gəlməyən, heç nə ilə əvəz edilməyən
xidmət. Dahi bəstəkar, məşhur musiqişünas, böyük dramaturq, görkəmli pedaqoq,
mahir publisist və xalqın müdrik ağsaqqalı kimi şöhrət tapmışdır. O, professional
musiqi sənətinin və milli operamızın yaradıcısı, banisidir. Azərbaycan musiqisinin
cahanşümul qələbəsi də ilk öncə bu dühanın adı, əməlilə bağlıdır.
Xalqımızın böyük oğlu Üzeyir bəy təkrarsız, bənzərsiz, əsrarəngiz və
heyrətamiz musiqi dünyasıyla insanlara vətənpərvərlik, şücaət, qəhrəmanlıq ruhu
aşıladı. Milləti mənəvi zənginliyə, gözəlliyə, saflığa, paklığa səslədi, eşq, məhəbbət
ülviliyinə qovuşdurdu. Hikmətli, sirli-sehrli, ovsunlayıcı, pərvazlayıcı, xəyalları
göylərə qaldıran musiqisilə müdrik ağsaqqal səlahiyyəti qazandı. Bu çağlayan
bulaqdan, nur çeşmədən kimlər faydalanmayıb?!
Dahi insan kimlərə atalıq qayğısı, kimlərə müəllimlik, kimlərə ağsaqqallıq
eləmədi?! Azərbaycanda onun qayğısı, əməli fəaliyyəti nəticəsində neçə-neçə məşhur
bəstəkarlar, xanəndələr, sazəndələr, müğənnilər, musiqişünaslar nəsli yetişdi. Onlar
hamısı Üzeyir bəy dühası, Üzeyir bəy dünyasından ilhamlandılar, musiqimizi cahana
yaydılar, xalqımızı musiqili xalq kimi təqdim etdilər.
Çoxşaxəli, çoxçalarlı yaradıcılığa malik olan Üzeyir bəy eyni həvəs, eyni
hünərilə dramaturgiya sahəsində də böyük uğurlar əldə etmişdir. O, Azərbaycanda
musiqili komediya janrının banisi və ilhamçısıdır. Onun bir sıra komediyaları
xalqımızı beynəlxalq aləmdə tanıtdırmış, müəllifə dünya şöhrəti qazandırmışdır. O,
komediyalarının mətnlərini yazmış, musiqisini bəstələmişdir. Onun sayəsində bu janr
respublikada inkişaf etmiş, yeni-yeni uğurlar qazanmışdır. Böyük artistlər nəsli
yetişmişdir.
Tarixdən bəllidir ki, ağsaqqal təbiəti etibarilə sülhsevər, əmin-amanlıq tərəfdarı
olmuş, davasız-şavasız yaşamağı üstün tutmuş, qanı qanla deyil, su ilə yumağı
məsləhət görmüşdür. Lakin zaman-zaman ədalətsizliklər də baş vermiş, qırğınlar da
olmuş, qanlar da tökülmüşdür. Belə çətin zamanda, qan-qada qapını döyəndə qılınc-
qalxan öz hünərini göstərmişdir. Həyəcan təbili çalan ağsaqqal inamla, hünərlə elin-
obanın igidlərini, mərdlərini, mübarizlərini atlanaraq düşmən üzərinə yeriməyə
haraylamış, qəti sözünü demişdir. Qeyrət, ismət yolunda xeyir-duası ilə onları
qələbəyə uğurlamış, onlarda qələbə əzmini artıraraq, ruh yüksəkliyi aşılamışdır.
Döyüşdən qələbə ilə qayıdan ər igidləri böyük sevinclə qarşılayanların ön sırasında
olmuş, bu münasibətlə keçirilən el şənliyinə başçılıq etmiş, hikmət söyləmişdir.
Tarix boyu vətəni, sərhədi, dövləti möhkəm ordu qoruyub. Xalqın
təhlükəsizliyini, əmin-amanlığını ordu təmin edər. Sərkərdə ordunu uğurdan-uğura,
qələbədən-qələbəyə aparmaq üçün möhkəm nizam-intizam yaradar, ciddi təlim-
tərbiyə keçər, hərbin qanun-qaydalarını, sirlərini öyrədər, ona böyük qayğı ilə yanaşar,
92
əqidə, iradə, dözüm, mübarizlik, hünər-zəfərlik, vətənpərvərlik dərsi keçər. Bu
baxımdan böyük sərkərdə, əvəzsiz ağsaqqal Əliağa Şıxlinskinin həyatı və fəaliyyəti
təkcə hərbçilərə deyil, həm də ziyalılara, ümumən xalqımıza bir örnək, bir gör-götür
dünyasıdır. Böyük filosof, vətənpərvər akademik Heydər Hüseynovun təbirincə desək,
"Rus ordusunun general-leytenantı Əliağa Şıxlinski Azərbaycan xalqının fəxridir".
İmkanlarımızı nəzərə alaraq və haqqında yetərincə mətləblər söylənən böyük
sərkərdə, əsil xalq adamı, millətsevər Əliağa Şıxlinskinin müdrik ağsaqqallığı və
uzaqgörənliyi ilə bağlı bəzi məqamları yada salmalı olacağıq. O, 1865-ci ildə Qazax
qəzasının Qazaxlı şenliyində anadan olmuşdur. Ə.Şıxlinski 1876-cı ildə Tiflisdə hərbi
gimnaziyaya daxil olmuşdur. 1886-cı ildə Peterburqda artilleriya məktəbini
müvəffəqiyyətlə bitirmişdir. Dərin bilik və zəka sahibi olan sərkərdə 1904-1905-ci
illərdə Rusiya-Yaponiya müharibəsində fəal iştirak etmiş, Port-Arturun müdafiəsində
göstərdiyi qəhrəmanlığa görə qızıl qılıncla mükafatlandırılmışdır[22].
Rusiya-Yaponiya müharibəsindən sonra topçu zabit hazırlayan məktəbdə
müdir müavini işləmiş, öz bilik və bacarığını müdavimlərə öyrətmiş, onların kamil
təhsil almasına çalışmışdır. Əliağa Şıxlinskinin "Şıxlinski üçbucağı" və "Şıxlinski
formulu"ndan təkcə rus artilleriyasında deyil, bir sıra Avropa ölkələrində də istifadə
edilmiş, zəmanəsinin hərb elmində kəşf kimi qiymətləndirilmişdir[23].
Böyük sərkərdə Birinci dünya müharibəsində Petroqradın artilleriya
müdafiəsinə
başçılıq etmişdir. Sonralar Qərb cəbhəsinin artilleriya qoşunlarının
başçısı, 1917-ci
ildən isə onuncu ordunun komandanı təyin edilmişdir. Azərbaycan
oğlunun belə yüksək vəzifələr daşıması onun istedadının, dərin zəkasının və inamının
uğurları kimi qiymətləndirilməlidir.
"Rus artilleriyasının allahı" kimi böyük şərəfə nail olan sərkərdə uzun illər rus
ordusunda nümunəvi xidmət və qəhrəmanlıqlarına görə Rusiya və Fransanın ordenləri
ilə təltif edilmişdir. O, Azərbaycan Xalq Hərbi və Dəniz İşləri komissarının müavini
təyin edildikdən sonra təkcə hərbi işin zamanın tələbinə uyğun qurulması və inkişaf
etdirilməsində deyil, həm də azərbaycanlı hərbi mütəxəssislərin hazırlanmasında
əvəzsiz xidmətlər göstərmişdir[24].
Əliağa Şıxlinski bütün bilik və bacarığını gənc əsgər və zabitlərə aşılayaraq bir
ağsaqqal kimi onları ciddi nizam-intizama, təlim-tərbiyəyə, vətənpərvərliyə,
qəhrəmanlığa, mübarizliyə ruhlandırmışdır. Ordusuz nə vətən, vətənsiz nə ordu
hünərini yaşamışdır. Beləliklə də müdrik ağsaqqal, nəsillərə nümunə olan böyük hərbi
xadim mənalı ömür sürdü, şərəfli həyat yaşadı. General-leytenant Əliağa Şıxlinski
"...mən öz keçmişimə tam bir vicdanla və müasirlərimin üzünə cəsarətlə baxıram"
demişdir. Müasirləri də bu böyük insanla fəxr edir, adı ilə qürur duyurlar.
Ağsaqqalın ailə məişətində rolu özünü daha qabarıq göstərir. Ağsaqqal
şenliyini, elini, obasını, ailəsini, nəslini, tayfasını yaxşı tanıyır, kimin kim olduğunu
aydın dərk edir. Ona görə də ailə qurmaqda ağsaqqallar həmişə məsləhət yeri olub,
öyüd-nəsihəti dinlənilib, qəbul edilibdir. Nişanda onun fikri öyrənilib və məclisin
başında əyləşibdir. Xeyir-duası qəbul edilibdir. Bir çox hallarda toyda toy babası olub,
93
məclis aparıbdır. Məclislərdə, hikmətamiz fikirlər söyləyib, ədəb-ərkan nümunəsi
göstəribdir. Ailədə hər hansı bir narazılıqda ağsaqqal sözü eşidilib[25], küsənləri
barışdırıb, ayrılanları qovuşdurubdur.
Uzaq səfərlərə çıxanlara, min bir əziyyətlə üzləşənlərə möhkəm cansağlığı,
səbir, uğurlu yol diləyibdir. "Uğurun xeyirli olsun, sağ get, salamat qayıt" xeyir-
duasını veribdir. Səfərdən uğurla qayıdanları qarşılayıb elinə-obasına "gözünüz aydın
olsun" deyibdir.
Şenliyə mötəbər qonaq gələndə də ona müraciət edilib. O, qonağı qarşılayıb,
məclisində iştirak edib, yola salanda da uğurlu yol arzulayıbdır. Toyda olduğu kimi,
vayda da, yasda da ağsaqqal məsləhəti eşidilib.
Ağsaqqal elin-obanın təsərrüfat həyatında da öz sözünü deyib, torpağın
əkilməsi, becərilməsi, suvarılmasında, məhsulun yığılmasında, maldarlıqda dölün
başlanması, sürünün otarılması, dağa, arana köçmə məsələləri ilə bağlı öz
mülahizələrini söyləyib, məsləhətini veribdir[26].
Səbri ümman ağsaqqallar bütün zamanlarda qəlb sındıranlara, könül
bulandıranlara,
aravuranlara,
araqarışdıranlara,
sözgəzdirənlərə,
yaltaqlara,
ikiüzlülərə, bədxahlara qarşı çıxmışlar. Satqınlara, üzüdönüklərə, qəlbi kasadlara,
qorxaqlara, riyakarlara, şərəfsizlərə, etibarsızlara, mənsəbpərəstlərə qarşı amansız
olmuşlar. Cahilləri, nadanları, hədyanları, oturuşunu-duruşunu bilməyənləri, yersiz
hərəkət edənləri, yolunu azanları, cızığından çıxanları qayğıkeş ağsaqqal sözü ilə,
yazılmamış qanunlarıyla tənbeh etmiş, nəsihət vermiş, tərbiyələndirmişlər.
Xalqımız həmişə göydə tanrını, yerdə peyğəmbəri, el-obada ağsaqqalı böyük
bilmişdir. Ona sonsuz məhəbbətini, dərin ehtiramını göstərən müqəddəs varlıq kimi
qarşısında baş əyər, diz çökər, əlindən öpərlər. Bu münasibətlə söylənən deyimlər
olduqca ibrətamizdir: "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma", "Böyüyün
sözünə baxmayan böyürə-böyürə qalar", "Ağsaqqalı olmayanın, böyüyü də olmaz",
"Böyük olan yerdə kiçik danışmaz", "Yol - böyüyün, su - kiçiyindir". Ağsaqqallıq
həm də müraciət formasıdır: "Ağsaqqal, buyurun", "Ağsaqqal, söz sizindir",
"Ağsaqqal, sizi eşidirik", "Ağsaqqal, fikrinizi bildirin, məsləhətinizi verin", "Ağsaqqal
sizi dinləyirik". Ağsaqqal haqlı olaraq ailənin kişisi, el-obanın başbiləni, ağası, bəyi,
xanı, sultanı sayılardı, xalq elçisi, xalq diplomatiyasının yaradıcısı hesab edilərdi.
Ağsaqqalın dünyasını dəyişməsi bir qayda olaraq el-oba üçün, xalq üçün böyük
itki sayılmışdır. Onun gördüyü işlər, xeyirxah əməlləri, müdrik kəlamları zaman-
zaman xatırlanmış, yad edilmiş, rəhmət oxunmuş, məzarı ziyarətgaha çevrilmişdir.
Göründüyü kimi, ibtidai icma quruluşundan üzü bəri gələn ailə, nəsil, tayfa
yaşadığı kimi ağsaqqallıq institutu da yaşayır, yeniləşir, inkişaf edir. Xalqımız var
olduqca, ağsaqqallıq da daimi və əbədi qalacaqdır.
Ağsaqqal,
Müdrik insan ağsaqqal.
Elinə çıraq tutar,
Eldən olan ağsaqqal.
|