QARġILIQLI YARDIM FORMALARI
Xalqımızın çoxəsrlik tarixi gözəl və təqdirəlayiq mütərəqqi ənənələrlə
zəngindir. İctimai-iqtisadi həyat şəraiti ilə bağlı olan belə ənənələr sırasında qarşılıqlı
yardım formaları özünəməxsus xüsusi yer tutur.
Qarşılıqlı yardım insanların təsərrüfat işlərində və məişətdə bir-birlərinə
qohumluq, qonşuluq və el-oba köməkliyidir. İnsanlar həmişə çətin vaxtlarda birləşmiş,
bir-birilərinə yardım etmiş, köməklik göstərmişlər. Azərbaycanda belə xeyirxah
əməllər qədim çağlardan bəri zaman-zaman təkrar olunmuş, təkmilləşmiş və inkişaf
edərək bu günümüzə qədər gəlib çatmışdır.
Kökləri çox qədim zamanlara gedib çıxan qarşılıqlı yardımın ilkin formalarını
insanların erkən əmək vərdişlərində, ilk təsərrüfat fəaliyyətlərində müşahidə etmək
olar. Qədim insanlar ova böyük dəstələrlə çıxırdılar, ov heyvanları üçün pusqular
düzəldirdilər və ov heyvanının kim tərəfindən vurulmasından və ya tutulmasından
asılı olmayaraq ovu hamı arasında bərabər bölüşdürürdülər. İnsanların belə birgə
əmək fəaliyyəti tarixin sonrakı dövrlərində geniş yayılaraq təsərrüfatın bütün
sahələrini əhatə etmişdir.
Qarşılıqlı yardım və köməklik adətinə daha çox ehtiyac əkinçilikdə olmuşdur.
Torpağın şumlanmasından başlayaraq səpin, alaq, əkinin suvarılması, taxıl biçini, taxıl
dərzlərinin daşınması və taxıl döyümünə qədər əmək prosesində əkinçilərin bir-birinə
kömək etmələri el adəti halını almışdı. Maldar əhali arasında kollektiv əmək mal-
qaranın otarılmasından başlayaraq ot çalımı, maldarlıq məhsullarının emalı, yun
qırxımı və yunun daranmasına qədər iş prosesində özünü göstərirdi. İnsanlar su
arxlarının qazılması, bəndlərin və su anbarlarının tikilməsi, su quyularının qazılması,
kəhrizlər şəbəkəsinin yaradılması, yolların çəkilişi, körpülərin salınması, yaşayış
evlərinin və təsərrüfat tikililərinin inşası kimi ağır, lakin zəruri, təxirəsalınmaz işlərdə
birgə əməkdən ən münasib bir vasitə kimi istifadə etmişlər.
Tarixi zərurət kimi yaranan və insanların birgə əməyi ilə bağlı olan qarşılıqlı
köməklik dünyanın bütün xalqlarında ənənəyə çevrilmiş və universal xarakter
daşımışdır. İnsanların bir-birinə köməkliyi, əl tutması universal xarakterli ümumbəşəri
ənənə olsa da, Azərbaycan xalqının qarşılıqlı yardım formalarının özünəməxsus
xüsusiyyətləri olmuşdur. Azərbaycanda qarşılıqlı yardım formaları təkcə əkinçilik,
maldarlıq və tikinti kimi xalqın təsərrüfat həyatının və maddi mədəniyyətinin mühüm
sahələrini deyil, mənəvi mədəniyyətin toy və yas mərasimləri kimi sahələrini də əhatə
etmişdir. Bunlardan əlavə, imkansız ailələrə, ailə başçısını itirmiş ailələrə, xəstəsi olan
ailələrə, şikəstlərə kömək etmək xeyirxah iş hesab edilirdi və el adətinə çevrilmişdi. El
adətinə görə hər bir şəxs, hər bir ailə çətinliyə düşmüş qohum-qardaşına yardım
etməyə borclu idi. Həmkəndlilərin bir-birinə köməkliyi adi həyat tərzinə çevrilmişdi.
Azərbaycan xalqının zəngin qarşılıqlı yardım formaları qədim tarixə malik olsa
da, onların öyrənilməsinə XIX əsrin sonu - XX əsrin əvvəllərində başlanmışdır.
59
Azərbaycan xalqının qarşılıqlı yardım formalarını ilk öyrənənlər rus tədqiqatçıları
olmuşlar. 1889-cu ildə rus tədqiqatçısı S.Yegiazarov Kazan şəhərində nəşr etdirdiyi
Cənubi Qafqazda kənd icmalarından bəhs edən kitabında əkinçiliklə bağlı el köməyi
olan "şəriklik" qarşılıqlı yardım forması haqqında məlumat verməklə Azərbaycan
xalqının el köməklik adətlərinə maraq yaratmışdı[1]. Elə həmin il tədqiqatçı
S.Şaverdov Tiflis şəhərində dərc etdirdiyi bir məqaləsində Azərbaycan xalqının
maldarlıq məişətilə bağlı olan "damazlıq" adlı qarşılıqlı yardım formasını təsvir
etmişdir[2]. 1913-cü ildə isə məşhur tədqiqatçı Q.Çursin "Qafqaz etnoqrafiyasına dair
oçerklər" adlı kitabında Azərbaycanda geniş yayılmış "damazlıq" qarşılıqlı yardım
formasının məzmununu və mahiyyətini açıqlamış, bu el köməkliyinin elmi təhlilini
vermişdir[3].
Azərbaycan etnoqrafiya elmində isə qarşılıqlı yardım formalarının tədqiqinə
yalnız XX əsrin 50-60-cı illərində başlanmışdır. Həmin illərdə Azərbaycan
etnoqraflarından Q.T.Qaraqaşlı[4;5], T.Ə.Bünyadov[6; 7; 8], Ş.A.Quliyev[9; 10; 11;
12], Q.Ə.Rəcəbli[13], Q.C.Cavadov[14; 15; 16; 17] və V.A.Çıraqzadə[18] qarşılıqlı
yardım institutunun müxtəlif formalarının elmi araşdırılması ilə xüsusi məşğul
olmuşlar. Görkəmli etnoqraf Q.Qaraqaşlının əsərlərində Azərbaycanın Kiçik Qafqaz
dağlıq bölgələrində yaşayan əhali arasında geniş yayılmış ənənəvi qarşılıqlı yardım
formalarından mödgəm, hoy, cey, avaja, alışma, umya və bədəl haqqında ilk dəfə qısa
məlumat verilir, iməclik və əvrəz qarşılıqlı yardım formalarının sosial-iqtisadi
mahiyyəti açıqlanır. Q.Qaraqaşlı çöl etnoqrafik materiallarına əsaslanaraq Azərbaycan
etnoqrafiya elmində ilk dəfə olaraq belə qənaətə gəlir ki, Azərbaycan
tarixşünaslığında orta əsrlər feodal mükəlləfiyyətlərindən biri kimi təqdim edilən
"əvrəz"[19; 20; 21] XIX əsr və XX əsrin əvvəllərində özünün sosial mahiyyətini
dəyişərək artıq xalqın qarşılıqlı yardım formalarından biri kimi çıxış etmişdir.
Akademik T.Bünyadovun Azərbaycanda əkinçilik və maldarlığın inkişaf tarixinə həsr
edilmiş monoqrafiyalarında xalqımızın qədim el köməklikləri tədqiq olunmuşdur.
Azərbaycan etnoqrafiya elminin görkəmli nümayəndələrindən biri olan Ş.Quliyevin
əsərlərində Azərbaycanda çəltikçiliklə bağlı qarşılıqlı yardım formaları
araşdırılmışdır. Q.Rəcəblinin məqaləsində "ziyanlıq" anlayışı Azərbaycanda qarşılıqlı
yardım formalarından birinin adı kimi etnoqrafik ədəbiyyata ilk dəfə gətirilmiş və
onun mahiyyəti açıqlanmışdır. Q.Cavadovun elmi konfransda etdiyi məruzədə isə
Azərbaycanın şimal-şərq bölgəsində torpağın şumlanması zamanı tətbiq edilən
"ortaqlıq" adlı qarşılıqlı yardım forması haqqında məlumat verilir. V.Çıraqzadənin
məqaləsində XIX əsrin sonu - XX əsrin əvvəllərində S.Şaverdov və Q.Çursin
tərəfindən tədqiq edilmiş "damazlıq" qarşılıqlı yardım forması Azərbaycanın
nıaldarlıqla məşğul olan əhalisi arasından toplanmış çöl etnoqrafik materialları
əsasında yenidən işlənmiş və onun sosial mahiyyəti açıqlanmışdır.
Azərbaycanda qarşılıqlı yardım formaları XX əsrin 70-80-ci illərində də
alimlərimizin tədqiqat obyekti olmuşdur. Akademik T.Bünyadovun 1972-ci ildə
Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş
60
konfransdakı məruzəsində Azərbaycanın qərb bölgələrində geniş yayılmış maldarlıq
məişətilə bağlı “cey” qarşılıqlı yardım forması elmi baxımdan təhlil edilmiş, onun
xalqın məişətində yeri və rolu açıqlanmışdır. Ş.Quliyev və Q.Cavadov 1973-cü ildə
birlikdə yazdıqları "Əvrəz haqqında" adlı məqalədə "əvrəz"in Azərbaycanda qarşılıqlı
yardım formalarından biri olması haqqında Q.Qaraqaşlının fikrini dəstəkləyir və onun
guya feodal mükəlləfiyyəti olması haqqında Azərbaycan tarixşünaslığında kök salmış
fikrə öz münasibətlərini bildirirlər. Ş.Quliyevin 1977-ci ildə nəşr olunmuş
"Azərbaycanda çəltikçilik" kitabında çəltiyin bicarda əkilməsi, alağı və biçini zamanı
təşkil edilən iməciliklər tədqiq olunur. Bu kitabda qarşılıqlı yardımın "növbələşmə"
adlı forması haqqında ilk dəfə məlumat verilir. M.Quliyevin həmin illərdə çap
olunmuş məqaləsində isə xalçaçılıq sahəsində Quba bölgəsində mövcud olan el
köməklikləri haqqında məlumat verilir[22]. Etnoqraf alim H.Həvilovun 1987-ci ildə
nəşr olunmuş Azərbaycan maldarlarının məişətindən bəhs edən kitabında[23]
Dostları ilə paylaş: |