Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   16   17   18   19   20   21   22   23   ...   29
Şahin Fərzəıiyev

 
 
 
 
 
 
46
Beytin (65, 465) tərcüməsi bu sətirlərin müəllifinindir. 


86 
NƏTİCƏ 
 
XV – XVI əsrlər Azərbaycan tarixinin hadisələrlə zəngin və olduqca 
maraqlı dövrlərindən biridir. O zaman Azərbaycan ərazisində Qaraqoyunlu, 
Ağqoyunlu və Səfəvi dövlətləri yaradılmış, Şirvan və Şəki feodal dövlətləri 
mövcud olmuşdur, həmin əsrlərin ictimai-iqtisadi və siyasi tarixinin 
öyrənilməsində ―Əhsənüt-təvarix‖ əsərinin xüsusi yeri vardır. 
İndiyə qədər tarixşünaslıqda bu salnamə əsasən 12 cilddən ibarət zənn 
edilirdi. Lakin ―Əhsənüt-təvarix‖in M. E. Saltıkov-Şedrin adına Leninqrad Dövlət 
Kütləvi kitabxanasında saxlanılan əlyazma nüsxənin tədqiqinə əsasən belə qənaətə 
gəlmək olur ki, əsər 10 cilddə qələmə alınmış, onun yalnız son IX və X cildləri 
dövrümüzə gəlib çatmışdır. Əsərin cildləri haqqında Həsən bəy Rumlunun öz 
qeydlərinə əsaslanaraq, ehtimal etmək olur ki, ―Əhsənüt-təvarix‖in əlimizdə 
olmayan VI, VII və VIII cildləri XII - XIV əsr hadisələrini əhatə etmişdir. 
Dövrün bir sıra tarixi mənbəyinin ―Əhsənüt-təvarix‖lə müqayisəsi göstərir 
ki, Həsən bəy Rumlu əsərini yazmaqdan ötru zəngin məxəzlərdən istifadə etmişdir. 
Xüsusilə İdris Bidlisinin ―Həşt behişt‖, Əbdürrəzzaq Səmərqəndinin ―Mətləüs-
sədeyn 
və 
məcməül-bəhreyn‖, 
Mirxondun ―Rövzətüs-səfa‖, Dövlətşah 
Səmərqəndinin ―Təzkirətüş-şüəra‖, Əbubəkr Tehraninin ―Kitab-i Diyarbəkriyyə‖, 
Xandəmirin ―Həbibüs-siyar‖ və başqa əsərlər ―Əhsənüt-təvarix‖ salnaməsinin IX 
cildinin yazılmasından ötrü vasitə olmuşdur. 
―Əhsənüt-təvarix‖ və başqa mənbələrə əsasən müəyyən edilmişdir ki, 
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin dövlət quruluşunda əmirül-üməra və vəkil 
vəzifələri bəzən şərikli aparılmış, XVI əsrin ikinci yarısında qorçibaşı mənsəb 
əmirül-üməra vəzifəsini qismən əvəz etmişdir. 
Soyurqal torpaq mülkiyyəti institutu feodallarda mərkəzdənqaçma 
ehtirasını gücləndirdiyindən Səfəvi dövlətində tiyul torpaq mülkiyyəti növü 
mahiyyət 
etibarilə 
soyurqalı əvəz edərək dövlətdə mərkəzləşdirməni 
gücləndirməyə başlamışdı. Səfəvilər məhz belə bir siyasət həyata keçirməklə öz ilk 
hakimiyyətləri dövründə nisbətən mərkəzləşmiş dövlət yaratdılar ki, ―Əhsənüt-
təvarix‖ salnaməsinin zəngin məlumatları bunu təsdiq edir. Həsən bəy Rumlunun 
əsərinə əsasən müəllif bu nəticəyə gəlmişdir ki, XVI əsrdə soyurqal feodal 
mülkiyyətinin daha iki növü - pulla verilən və müştərək soyurqal növü mövcud 
olmuşdur. 
―Əhsənüt-təvarix‖in öyrənilməsi göstərir ki, XV - XVI əsrlərdə 
Azərbaycan və ona qonşu ölkələrdə xalq kütlələrinin həyat şəraitinin ayrı-ayrı 
dövrlərdə həddən artıq ağırlaşması sinfi mübarizənin kəskinləşməsinə və nəticədə 
üsyanlara səbəb olurdu. Bir sıra sovet tarixçisi ―Əhsənüt-təvarix‖ əsərində əks 
olunan sinfi mübarizə məsələlərinə xüsusi diqqət yetirdikləri halda, burjua 
tarixçiləri bu məsələlərin üstündən sükutla keçmişlər. Həsən bəy Rumlu XV-XVI 
əsrlərdə feodal zülmü və təcavüzünə qarşı baş verən aşağıdakı iğtişaş və üsyanlar 


87 
haqqında xüsusilə qabarıq məlumat vermişdir. 1408-ci ildə Naxçıvanın Əlincə 
qalasında yerli feodala qarşı baş vermiş qiyam, 1420-ci ildə teymurilər əleyhinə 
baş verən silahlı qiyamı, 1537-ci ildə Şirvanda qələndər-dərvişin üsyanı, Sultan 
Süleymanın 1548-ci ildə Azərbaycana 3-cü hərbi yürüşü zamanı təbrizlilərin türk 
əsgərlərinə qarşı çıxışı, 1571-1573-cü illərdə Təbrizdə yerli hakimiyyət orqanlarına 
qarşı xalq kütlələrinin iki il davam edən üsyanı. 
―Əhsənüt-təvarix‖ əsərinə əsasən müəyyən etmək olur ki, XV-XVI 
əsrlərdə baş verən müxtəlif feodal araçəkişmələri kənd təsərrüfatı və şəhər 
iqtisadiyyatında məhsuldar qüvvələrin inkişafını ləngidir, bu da xalqın vəziyyətinin 
ağırlaşmasına gətirib çıxarırdı. 
Mənsub olduğu feodal sinfinə qarşı tez-tez baş verən xalq etiraz və 
çıxışlarının əsil səbəbini pərdələməyə çalışan Həsən bəy Rumlu üsyanların əsil baş 
vermə səbəbini I Şah Təhmasibin Azərbaycan şəhərlərinə hakim göndərməməsi və 
mərkəzi hakimiyyətin zəifliyi ilə izah etmişdir ki, bu da onun sinfi dünyagörüşünün 
məhdudluğundan irəli gəlir. Müəllifin öz məlumatına əsasən 1571-1573-cü illər 
Təbriz üsyanı baş verərkən şəhərdə hakim olduğu məlumdur. Buna baxmayaraq, 
şəhər əhalisi yerli hakimiyyətə qarşı qəti üsyandan imtina etməmişdi, əksinə, 
hakim və feodalların həddini aşan zülmü sinfi mübarizənin kəskinləşməsinə səbəb 
olmuşdu. Xalq üsyanları, etirazları, əsasən, dini təriqətlər şəklində təzahür edirdi. 
Bu qəbildən Həsən bəy Rumlunun hürufi hərəkatı haqqında məlumatı diqqəti cəlb 
edir. F. Engelsin göstərdiyi kimi, ―hakim feodal siniflərə qarşı xalqın sinfi 
mübarizəsi bütün orta əsrlər boyu gah mistika, gah büdət, gah da silahlı üsyan 
şəklində baş vermişdir‖
47

Göstərmək lazımdır ki, Həsən bəy Rumlu şərh etdiyi müəyyən məsələ və 
siyasi hadisələrə həmişə biganə qalmamış, onları orta əsr tarixçilərinə xas olan 
seyirci gözü ilə nəzərdən keçirməmiş, bəzən öz fikir və münasibətini də 
bildirmişdir. Müəllif dövrün səviyyə tələbatını nəzərə alaraq, əsərində əsas 
hadisələrin məğzini böyük ustalıqla verməyi bacarmışdır. Həsən bəy Rumluda 
hadisələrə analitik yanaşma qabiliyyəti vardır. 
Bütün bunları nəzərə alaraq, bir daha söyləmək olar ki, ―Əhsənüt-təvarix‖ 
əsəri XV-XVI əsrlər Azərbaycan tarixinin öyrənilməsində dəyərli bir mənbədir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin