Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
Şahin Fərzəıiyev

İxracat. Əyalətlərdə olan döyüşçü və dövlət qulluqçularının ehtiyaclarını 
ödəməkdən ötrü əhalidən yığılan vergi olmuşdu. (39, 273). Bəzi hökmdarların 
hakimiyyəti dövründə müvəqqəti olaraq ləğv edilən ixracat barədə mənbələrdə 
məlumat vardır. Məsələn, Yaqub şah ixracatın bir hissəsini 886 (1481/82)-cı ildə 
ləğv etmiş (64, 130a), sonradan isə Həsən bəy Rumlunun məlumatına görə 
ixracatın hamısını aradan götürmüşdü (64, 123a). Gödək Əhmədin dövründə də 
―ixracat qapıları‖ bağlanmışdı (65, 19; 61, 274b; 39, 273). 
Görünür ki, hökmdar ixracatı azaltmaq, yaxud ləğv etməklə onsuz da halı 
ağır olan rəiyyətin vəziyyətini bir qədər yüngüllətməyə, öz nüfuzunu isə xalq 
yanında, heç olmasa, bu yolla artırmağa çalışmışdır. 
Tamğa. Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların 
üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı (26, 216; 52, 45, 12, 45; 28, 
45). Tamğa haqqının ağırlığına görə şəhərlərdə təsərrüfat həyatı pisləşir və ticarət 
tənəzzül edirdi. Bəzən müəyyən bir yerin tamğası ləğv olunurdu (64, 175b) ki, bu 
da, şəksiz, ticarət və mal istehsalını artırmaq məqsədilə edilirdi. Həsən bəy Rumlu 
və başqa tarixçilərin məlumatından aydın olur ki, 872 (1564/65)-ci ildə I Şah 
Təhmasib 30000 tümən məbləğində olan tamğanı (55, 428; 88, 310: 77, 225 - 226), 
o cümlədən Naxçıvanın tamğasını da ləğv etmişdi (55, 15). Təbiidir ki, o, belə 
hərəkət etməklə dövlət xəzinəsinin əsas gəlirlərindən biri olan vergidən məhrum 
35
Qara Yusif tərəfindən 817 (1414/15)-ci ildə əsir alınan Şirvanşah I İbrahim azad edilməyindən ötrü 
1200 İraq tüməni məbləğində pul verməyə boyun olmuşdu. Həsən bəy Rumlu hadisənin təsvirində 
―xunbəha‖ istilahını işlətmirsə də, şübhəsiz ki, o pul qan bahası kimi tələb edilmişdi. (Bax: 64, 253a) 


59 
olmaq istəməzdi. Görünür ki, onu belə hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə 
sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. Digər tərəfdən, İ. P. 
Petruşevski haqlı olaraq müəyyən vergilərin ləğvinin səbəbini hökmdarın bu yolla 
xalq həyəcanlarının qarşısını almaq istəməsində görmüşdür (38, 224). 
Tamğanı toplayan şəxs tamğacı adlanmışdır [65, 428] 
Rüsum. Xüsusi xidmətləri olan nüfuzlu şəxslərə verilən mükəlləfiyyət 
növüdür (39, 279). Qara Yusif 810 (1407/08)-cu ildə Teymurun nəvəsi Əbubəkrlə 
döyüşə yollanmazdan əvvəl öz əmir və dövlət başçılarını yanına çağırıb, bu fikrini 
bildirdikdən sonra ―onların hamısını nemətlər və mərcumat ilə ümidzar etmişdi‖ 
(64, 263b). Bu misaldan rüsumun bir növ şirnikləndirmə, həvəsləndirmə vasitəsi 
kimi bəyan edildiyi görünür. 
―Əhsənüt-təvarix‖ salnaməsinin hər yerində rüsum sözü mərsum və 
mərsumat kimi getmişdir. Orta əsr tarixçiləri bu istilahı çox vaxt məvacib 
mənasında işlətmişlər (64, 225b; 262a; 50, 437; 61, 315b). Misal üçün aşağıdakı 
hadisəyə diqqət yetirək: 
933 (1526/27)-cü ildə şamlu tayfasının bir dəstə üzvünə mərsum 
verilmədiyi üçün onlar üsyan edib, Sam Mirzənin vəziri Xacə Həbibullahı 
öldürmüşdülər. Həsən bəy Rumlu bu hadisəni belə nəql edir: ―Bir gün (Xacə 
Həbibullahı) nərd oynamaqla məşğul idi. Mərsum almayan şamlu camaatı Xacənin 
yanına gələrək, səslərini ucaldıb dedilər: ―Bizə məvacib vermədiyin üçün işdən 
azad et‖ (65, 197). 
―Əhsənüt-təvarix‖ əsərində rüsumla məvacibi eyniləşdirən başqa bir fakt 
da vardır: 981 (1573/74)-ci ildə Mirzə Şükrüllah İsfahanini vəzirlikdən çıxarıb, bu 
vəzifəni Seyid Hüseyn Fərahani və Xacə Cəmaləddin Təbriziyə verən I Şah 
Təhmasib onların hər birinə 500 Təbriz tüməni məbləğində mərsum təyin etmişdi 
(65, 159). 
Beləliklə, aydındır ki, XV - XVI əsrlərdə Azərbaycanın iqtisadi vəziyyəti 
haqqında ―Əhsənüt-təvarix‖ əsərinin verdiyi faktlar bu salnamənin əhəmiyyətini 
əyani şəkildə nəzərə çatdırır. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin