Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
Şahin Fərzəıiyev

Vəqf torpaqları. İslam dini müəssisələrinin çox gəlirli torpaq mülkiyyəti 
vəqf adlanırdı. Bu torpaqlarda yaşayan rəiyyət ruhanilərdən asılı idi. Vəqfdən 
götürülən gəlirin bir hissəsi məscid, mədrəsə və başqa dini idarələrin tikilməsinə 
xərclənir, onun böyük hissəsini ruhanilər mənimsəyirdilər [65, 389]. Dini 
müəssisələrin ixtiyarında böyük torpaq sahələri, vəqf olunmuş evlər, bazar, 
emalatxana, karvansara, dəyirman, bağ, suvarma kanalları və mədənlər də vardı 
[69, 166; 39, 78; 52, 29]. 
Vəqf torpaq və mülkləri dini müəssisələrin - məscid, mədrəsə və 
xanəgahların ixtiyarına verilir, əldə edilən gəlirin bir hissəsi onlara sərf olunurdu, 
lakin bəzən hökmdarların məzarına (gurxanə) vəqf edilən mövqufat oranın 
mücavirinə çatır və beləliklə, vəqf əmlakının şəxsi mənimsənilməsi hallarından biri 
yaranırdı. Uzun Həsən qaraqoyunlu Cahanşaha qalib gəldikdən sonra (1467) onun 
oğlu Əbu Yusifin gözlərini çıxardıb, onu atasının məzarı üstünə mücavir təyin 
etmişdi. Bir il sonra hücumla Miyanəyə gələn Sultan Əbu Səid də bu kor 
şahzadəyə hörmət edərək, atasının qəbrinə edilən mövqufatın hamısına 
yiyələnməyi ona tapşırmışdı [64, 166a]. 
Vəqf torpaqlarının gəliri vəqfi verən şəxsin vəsiyyətinə əsasən məsrəf 
edilə bilərdi. Vəqf olunan əmlak vəqfnaməyə müvafiq sürətdə idarə edilməli idi. 
Bu torpaqlardan hökümət üçün vergi yığılmır, vəqf əmlakı toxunulmaz sayılırdı. 
Məhz buna görə də feodallar bəzən öz torpaqlarını dini müəssisələrə vəqf edir
beləliklə də, xəzinəyə vergi verməkdən can qurtarırdılar [52, 30; 9, 41]. 
XV əsrin ikinci yarısında Azərbaycanda olan ən böyük vəqflər bunlar idi: 
Ərdəbildə Şeyx Səfiəddin məqbərəsi hal-hazırda Təbrizdə mövcud olan Həsən şah 
məscidi, Cahanşah tərəfindən vəqf edilən Cahanşahiyyə vəqfləri, Qazan xanın 
məzarı [44, 138]. 
Həsən bəy Rumlu Cahanşahın vəqfləri və onun Təbrizdə tikdirdiyi məscid 
barədə yazır: ―heç kəs belə kamil işlənmiş bina tikməmişdir... Məscidə bitişən 
günbəzi... qızılla bəzəmişlər. Bu məscidə doğru küçə aalınmış və (ona) çoxlu 
əmlak vəqf edilmişdir‖ [61, 168b]. 
Əmlak çox halda mədrəsə və türbələrə vəqf edilərdi ki, bu haqda Həsən 
bəy Rumlu məlumat verir [64, 145b, 204a, 242a]. 
Vəqf əmlakı satıla və bağışlana bilməzdi [26, 135; 41, 137; 30, 68], lakin 
onun mənimsənilməsi halları baş verirdi. Həsən bəy Rumlu vəqfi mənimsəyən 
şəxslərdən birinə misal olaraq uzun müddət I Şah Təhmasibin vəziri olmuş və 
sonradan vəzifədən kənar edilmiş Qazi Cahanı göstərib I Şah Təhmasibə - Ş. F.) 


52 
dedilər ki, vəqf yerlərindən bəzisi uzun müddətdir ki, onun (Qazi Cahanın—Ş. F.) 
istifadəsindədir (və oranı) öz mülkü kimi zəbt etmişdir. Dinin pənahı olan şahın 
fikri belə oldu ki, topladığı vəsaiti onun əlindən alsınlar və bu müddətdə yığdığı 
pulları geri götürsünlər‖ [65, 375]. 
Həsən bəy Rumlu bu məlumatı verdikdən sonra sabiq vəzirinin kasıblığını 
görən Şah Təhmasibin nəinki Qazi Cahan barədə verdiyi hökmü dəyişdirdiyini, 
hətta ona soyurqal şəklində müəyyən məbləğ pul da verdiyini yazır: ―Əhvalat baş 
verməzdən əvvəl (Qazi Cahan) özünü saraya çatdırdı. Şah Təhmasib onun 
acizliyini, çarəsizliyini, qocalığını, zəifliyini və halının pərişanlığını görüb, fikrini 
dəyişdi və soyurqal sifətilə ona pul da verdi‖ [65, 375-376). 
Buradan belə nəticəyə gəlmək olur ki, vəqf gəlirinin mənimsənilməsinə 
bəzən göz yumulur, vəqf torpaqlarının xüsusi surətdə istismar edilməsinə 
etinasızlıq göstərilirdi. 
―Əhsənüt-təvarix‖ salnaməsində üç növ şərti feodal torpaq mülkiyyətinin 
adı çəkilmişdir: iqta, soyurqal, tiyul. XIV əsrin ortalarından etibarən iqta institutu 
öz yerini soyurqala verdiyindən [39, 155; 26, 182] iqta torpaq mülkiyyəti barədə 
danışmağı lazım bilmədik. Soyurqal və tiyul institutları haqqında isə Həsən bəy 
Rumlu və başqa tarixçilərin verdikləri məlumata əsasən ayrı-ayrılıqda 
danışılaçaqdır. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin