45
Qorçi dəstələrində bir neçə min döyüşçü olmuşdur [65, 199]
23
ki, Həsən
bəy Rumlunun bu məlumatı şah alayı üzvlərinin ümumi miqdarı haqqında
müəyyən təsəvvür yaradır.
Qorçilər arasında nizam-intizamın yüksək olması və orta əsrlərdə tez-tez
üzə çıxan tayfa ixtilaflarının baş verməməsindən ötrü hər qorçi dəstəsinin
üzvlərinin tərkibi yalnız bir tayfa nümayəndələrindən ibarət olurdu [65, 235, 466].
Qorçilər mənsub olduqları yer və tayfanın adı ilə adlanırdılar: Naxçıvan qorçiləri,
şamlu qorçiləri və s.
Müharibə vaxtı qorçi dəstələri çox vaxt ehtiyatda (tərh) qalır [66, 146],
yalnız ən çətin anlarda vuruşa çıxarılırdılar [65, 199].
―Əhsənüt-təvarix‖dən
bəlli olur ki, şücaətli qorçi göstərdiyi xidmət
müqabilində əmirlər sırasına belə daxil edilirdi. Məsələn, I Şah İsmayılın məşhur
əmiri Müntəşa sultan 919 (1513/14)-cu ildə adi qorçi idi [65, 140].
Qorçilərin aşağıdakı qrupları məlumdur:
1) Ox və kaman qorçisi (qorçi-yi tir-o kaman) [65. 252; 81, 256a; 88, 305;
61, 308b, 328b]. Bu vəzifə sahibləri qorçi dəstələrinin vacibli üzvləri olmuşlar.
Həsən bəy Rumlu onların sayca çox olduqlarını bildirir [65, 478]. Onlar istilahın
adından da göründüyü kimi, ox və kaman üzərində məsul idilər.
2)Qılınc qorçisi (qorçi-yi şəmşir) [88, 305]. Məhəmməd Sədr Haşemi bu
istilahın türkcə (azərbaycanca—Ş. F.) ―qılınc qorçisi‖ adlandığını bildirir [93, 40].
3)Hərəm qorçisi (qorçi-yi hərəm) [81, 269b; 76, 57a] hərəmxananı
qoruyan qorçilərə verilən ad olmuşdur.
4)Şah rikabdarlarının qorçisi (qorçi-yi zerəkan) [61, 338b]. Məhəmməd
Sədr Haşemi bu qorçini isə ―şah rikabdarlarının rəisi‖ adlandırır [93, 40].
Göstərdiyimiz
bu dörd qorçi qrupundan əlavə, İsgəndər bəy Münşi daş
qorçilərinin də (qorçiyan-i daş) olduğunu bildirir [58, 141] ki, bu istilaha başqa
mənbələrdə rast gəlmədik.
Qorçilər yalnız qızılbaş tayfaları nümayəndələrindən təyin edilirdi [74,
74]. Yuxarıda yazdığımız kimi, ―Əhsənüt-təvarix‖in müəllifi də gəncliyində qorçi
olmuşdur
24
.
Qorçilərin fəaliyyət dairəsi
təkcə taxt-tac sahibini, qorumaqla
məhdudlaşmırdı, onlar eyni zamanda fəal döyüşçü idilər [65, 322]. Hindistan
hökmdarı Məhəmməd Hümayun öz əfqan düşməni
ilə vuruşmaqdan ötrü I Şah
Təhmasibdən kömək istədikdə, təsadüfi deyil ki, ona kömək üçün 300 qorçi və
1000 nəfər başqa döyüşçü göndərilmişdi [65, 310].
Qorçilərə divan tərəfindən illik məvacib təyin edilirdi. 955 (1548)-ci ildə
Türkiyə sultanı Süleyman və Şah Təhmasibin xain çıxmış qardaşı Əlqas Mirzənin
23
O.Ə. Əfəndiyev qorçilərin sayının 4 – 6 min nəfərə çatdığını bildirir [55, 51]
24
8-ci səhifəyə bax.
46
Azərbaycana
hücumu zamanı səfəvi hökmdarının
əmri ilə qorçiləri
rəqbətləndirməkdən ötru onların illik məvacibləri dərhal ödənilmişdi [81, 268a].
―Əhsənüt-təvarix‖də XV-XVI əsrlərdə Azərbaycanın ordusu, onun təşkili
və vəziyyəti də əks olunmuşdur.
Dostları ilə paylaş: