40
Müharibələr zamanı ələ keçən qənimətlər çox hallarda əmirlər arasında
bölüşdürülürdü [65, 68 - 69] ki, bununla da şah onları özündən razı salmaq və
gələcək döyüşlərə rəğbətləndirmək istəyirdi.
Elə hallar olurdu ki, əmirin döyüşlə
ələ keçirdiyi hər hansı bir yer ona bağışlanırdı [64, 229a].
Əmirlər ölkədə siyasi hakimiyyətin zəiflədiyini hiss edən kimi
özbaşınalığa başlayır, talançılığa qurşanırdılar [65, 286].
Əmirliyin uzun illər nəsli xarakter daşıdığı məlumdur. 863 (1458/59)-cü
ildə Cahanşahın əmiri Bayazid ibn Bəstam Cagirlu öldükdə, Həsən bəy Rumlunun
xəbər verdiyinə görə, ―onun yerini qardaşı Əbülfəth bəy tutdu‖ [64, 185a]. Başqa
bir misal: 950 (1546/47)-ci ildə I Şah Təhmasibin əmiri Müntəşa sultan vəfat
etdikdən sonra onun yerinə oğlu Teymur xan təyin edilmiş, atasının qoşun, bayraq
və nağarası ona verilmişdi [81, 266a].
Bəzi əmirlərə xidmətləri və qazandıqları
hörmət müqabilində böyük
torpaq sahələri - soyurqal və tiyullar verilir və onlar həmin yerlərə gedirdilər.
Lakin şah müharibə edərkən əmirlər xüsusi əmrlə orduya çağırılırdılar [64, 175b].
Geniş torpaq sahələri ilə mükafatlandırılan əmirlər cəzalandırıldıqda
onların istifadəsinə verilən yer əllərindən alınır; başqa əmirə verilirdi. Məsələn,
915 (1509/10)-ci ildə əmir Abdal bəy Dədənin ixtiyarındakı üç şəhər I Şah
İsmayılın əmri ilə ondan alınıb Zeynal bəy Şamluya verilmişdi [65, 110].
Əmirlərdən yüksək nizam-intizam, həmçinin rəiyyətin nüfuzunu qazanmaq tələb
olunurdu. Daşıdığı əmirlik adına layiq olmadığı və ―rəiyyətə olmazın
zülm və
əziyyət verdiyinə görə ―əmir Seyid Əli Bağdadini Uzun Həsən çarmıxa
çəkdirmişdi. ―O çarmıxa çəkilərkən... xalq onu daşa basdı‖ [64, 156a] deyə bu
hadisəni təsvir edən Həsən bəy Rumlu həmin əmirə qarşı olan dərin qəzəbi
göstərmişdir.
Yüksək mənsəbə çatmaq uğrunda əmirlər arasında tez-tez çəkişmə və
ixtilaflar baş verirdi [65, 184, 188]. Həsən bəy Rumlu yazır ki, 982 (1574/75)-ci
ildə I Şah Təhmasibin ―vəziyyəti pisləşdi... əmir və dövlət başçıları arasında bir
neçə dəfə düşmənçilik və dava-dalaş baş verdi‖ [65, 458].
Bəzən əmirlərin rəyi ilə hətta hökmdarın özü belə razılaşmalı olurdu. I
Şah Təhmasibin Xorasana dördüncü hücumu zamanı 943 (1536/37)
Herat
şəhərində olan Übeyd xan qızılbaşlarla döyüşməyi əmirlərinə bildirdikdə onlar bu
fikrin əleyhinə çıxaraq ―bizimlə razılaşsan çox yaxşı, əgər razılaşmasan, səni ata
bağlayıb Mavərənnəhrə apararıq‖ demişdilər [65, 276].
Əmirlərə müxtəlif ləqəblər verilir, yaxud onlar bəy,
sultan və xan
titullarına layiq görülürdülər. Məsələn, 915 (1509/10)-ci ildən etibarən əmir Zeynal
bəy Şamlu ―xan‖ tituluna layiq görülmüşdü [65, 110]. Yenə həmin ildə I Şah
İsmayıl tərəfindən Məhəmməd bəy Süfrəçi Ustacluya ―Çayan Sultan‖ ləqəbi
verilmişdi. [65, 110; 88, 272; 81, 252b]. Mustafa Sultan Ustaclunun ləqəbi isə
―Köpək Sultan‖ idi [81, 252b].
41
Məlum
olduğu kimi, əmirlər hərbi xidmətçi idilər və başçılıq etdikləri
qoşunlarla birlikdə ölkənin hərbi qüvvəsini təşkil edirdilər. Bildiyimizə görə, bütün
hərbi qüvvələrə başçılıq edən şəxs isə əmirül-üməra olmuşdur. XV - XVI əsrlərin
tarixi mənbələrində əmirül-üməradan başqa iki yüksək əmir rütbəsi də
göstərilmişdir: divan əmiri və əmiraxur. İndi bu iki vəzifənin hər birinə ayrı-
ayrılıqda nəzər salaq.
Dostları ilə paylaş: