28
istər qaraqoyunlu, ağqoyunlu, istərsə də Səfəvi hakimiyyətinin
ilk dövrlərində
şirvanşahlar daim müstəqil qalmağa çalışır, asılı vəziyyətə düşməməyə səy
edirdilər. Məhz buna görə də Şirvan nicbətən dinc həyat tərzi keçirmiş və onun
bəzi başqa dövlətlərdən asılılığı nominal xarakter daşımışdır. Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərində
isə feodal araçəkişmələri, saray hərc-mərcliyi, müxtəlif
ziddiyyətlər iqtisadi və siyasi həyatın normal inkişafına daim mane olmuşdur.
İndi XV-XVI əsrlərdə Azərbaycanda hökm sürən əsas feodal sinfi
nümayəndələrinin dövlətin idarə edilməsində rolu və onların fəaliyyətinin, əsasən,
―Əhsənüt-təvarix‖ əsərində necə əks olunması barədə məlumat verək:
Şah: O, Azərbaycan feodal dövlətlərinə ümumi rəhbərlik edir və orta əsr
tarixçilərinin, o cümlədən Həsən bəy
Rumlunun göstərdiyi kimi, ―padşah, sultan,
vali‖, bəzən də ―hakim‖ adlanırdı. XVI əsrin başlanğıcında şiə dininin Qızılbaş
dövlətində yeganə dövlət və millət təriqəti qəbul edilməsi dövlət aparatının
mərkəzləşdirilməsinə və mərkəzi hakimiyyətin XV əsrə nisbətən olduqca
qüvvətlənməsinə gətirib çıxardı. Şəriətə görə şah ölkədəki torpaq və suyun baş
mülkiyyətçisi sayılırdı; o, ölkənin ən böyük feodalı idi [52, 127, 103].
Səltənət irsən şahdan şahzadəyə keçir və beləliklə də, şahlıq
özündə
mütləq monarxiya xüsusiyyətini əks etdirirdi. Hökmdar hakimiyyəti altındakı
yerləri yuxarı təbəqədən olan əyanlar vasitəsilə idarə edir, məmləkətin yeganə
varisi sayılırdı [64, 168a, 248a; 65, 182].
XV-XVI əsrlərin məhsulu olan bəzi kitablarda,
o cümlədən XVI əsr
mənbəyi ―Name-yi nami‖ əsərində ali təbəqənin ―sultanlar, əmirlər, sədrlər,
vəzirlər və saraya yaxın şəxslər‖ olduğu göstərilir [69, 13].
Şah mühüm məsələlərin həlli üçün dövlət başçıları ilə məşvərət edir, sədr,
vəzir, hakim və başqa məsul şəxslərin rəy və təkliflərinə qulaq asırdı [64, 263a,
263b; 76, 156]. Ancaq, şübhəsiz, həlledici söz şahın olardı.
O, adətən, dövlətin paytaxt adlanan əsas şəhərində yaşayır, qışlaq və
yaylaq yerlərinə getməyi nəzərə alınmazsa, əsasən, müharibə vaxtı şəhəri tərk
edirdi. Məsələn, qaraqoyunlu və ağqoyunlu hökmdarları Təbrizdə, I Şah İsmayıl
Təbrizdə, I Şah Təhmasib Təbriz və
Qəzvində, II Şah İsmayıl Qəzvində, Şəki
hakimləri Şəkidə, şirvanşahlar I İbrahim, I Xəlilullah, Fərrux Yasar, II İbrahim, II
Xəlilullah və Şahruq vaxtlarının çoxunu Şamaxıda keçirmişlər.
Bəzən kütləvi ölümlərə səbəb olan xəstəliklərə görə də şah müvəqqəti
olaraq şəhərdən çıxırdı. 841 (1437/38)-ci ildə Təbriz vilayətində taun yayıldığı
üçün Cahanşah paytaxtdan çıxmış və bir müddət Bərdədə qalmışdı [64, 220b]
Bir-birindən asılı olan dövlət başçıları arasında ―şərtnamə‖ yazılır və bu
sənədlə birinin digərindən asılılığı nəzərə çatdırılırdı. Belə ki, 894 (1488/89)-cü
ildə Fərrux Yasar və Yaqub Ağqoyunlu arasında yazılmış, şərtnamədə birinci
tərəfin asılılığı aydın nəzərə çarpır: ―...Söz verirəm ki, dostun olum, səninlə yaxşı
yola gedim, vəd etdiyim 5000 Təbriz tüməni [məbləğində pulu hər il]
gecikdirmədən göndərim‖ [66, 624-625]
29
Şah öldükdə bir qayda olaraq çaxnaşma düşür, başqa ölkə hökmdarları,
yaxud şahın övladları, xüsusilə qüdrətli əmir və yüksək vəzifə sahibləri taxtı öz
xeyirlərinə ələ keçirməyə çalışırdılar [64, 248b; 65, 136, 463-475].
Dostları ilə paylaş: