Azərbaycan XV-XVI əsrləRDƏ


“Əhsənüt-təvarix”in ilk məxəzləri və ondan



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   2   3   4   5   6   7   8   9   ...   29
Şahin Fərzəıiyev

“Əhsənüt-təvarix”in ilk məxəzləri və ondan 
istifadə edən orta əsr tarixçiləri 
 
Tariximizin iki əsr hadisələrini əhatə edən ―Əhsənüt-təvarix‖ əsərinin 
yazılışı zamanı Həsən bəy Rumlu onlarca tarixi mənbədən faydalanmışdır. 
Tədqiqatçılardan Ç.N. Seddon, F. Sümer və Ə. Nəvayi vaxtilə Həsən bəy 
Rumlunun müraciət etdiyi bəzi tarixi mənbələrin adını qeyd etmişlər [120, 309 – 
311; 56, XIII; 66, 24]. Ç.N. Seddon fikrinin sübutu üçün salnamədən götürdüyü bir 
parçanı ―Həbibüs-siyər‖ və ―Həşt behişt‖ əsərlərindəki müvafiq cümlələrlə 
müqayisə etmişdir [120, 309 - 310]. 
Əsərini yazarkən Həsən bəy Rumlunun istifadə etdiyi məxəzlər özünün 
qeyd etdiyinə görə bunlardır: ―Tarix-i torki-yi rumi‖ yaxud ―Tarix-i torki‖, 
―Mətləüs-sədeyn və məcməül-bəhreyn‖, ―Rövzətüs-səfa‖, ―Tarix-i Dövlətşahi‖, 
―Tarix-i Həsən padşah‖, ―Həbibüs-siyər‖, ―Tarix-i aləmara‖. 
Salnamədə yeri gəldikcə adı çəkilən bu mənbələrdən Həsən bəy 
Rumlunun necə faydalandığına diqqət yetirək: 
1. 
―Tarix-i torkiyi rumi‖ yaxud ―Tarix-i torki‖. Həsən bəy Rumlu 
tərəfindən belə adlandırılan mənbəyə ―Əhsənüt-təvarix‖ əsərində yalnız türk 
sultanları ilə əlaqədar hadisələrin izahı zamanı müraciət edilir. Müəllif cəlayirilər 
dövlətinin 4-cü hökmdarı olan Sultan Əhmədin (hakimiyyət illəri: 1382 – 1410) 
öldürülməsi ilə əlaqədar onun tərcümeyi-halını şərh edir və Teymurun (hakimiyyət 
illəri: 1370- 1405) təqibindən qaçıb sultan Bəyazidə (hakimiyyət illəri: 1389 – 
1402) sığınan cəlayiri şahının bəzi xüsusiyyətlərinin təsvirində bu əsərə 
əsaslanmışdır [66, 74]. II sultan Məhəmmədin (hakimiyyət illəri: 1444 – 1481) 
fəthlərindən danışarkən də ―Tarix-i torki-yi rumi‖ ―Əhsənüt-təvarix‖in əsas 
mənbəyi olmuşdur [66, 320]. 
Türk sultanları ilə bilavasitə əlaqəsi olan məsələlərin birində Həsən bəy 
Rumlu yenidən, əsaslandığı mənbənin ―Tarix-i torki‖ olduğunu bildirir [66, 542]. 
877 (1472/73)-ci il ağqoyunlu-osmanlı müharibəsi zamanı Uzun Həsənin II Sultan 
Məhəmməd tərəfindən məğlub edilməsi səbəblərindən biri məhz ―Tarix-i torki‖-yə 
əsasən izah edilmişdir [66, 542]. 
Ehtimal ki, yuxarıda adları çəkilən ―Tarix-i torki-yi rumi‖ və ―Tarix-i 
torki‖ eyni əsərlər olmuş və ―Əhsənüt-təvarix‖də iki ad altında getmişdir. Bunu da 
qeyd etmək lazımdır ki, Ç.N. Seddon və Ə. Nəvayi türklərlə əlaqədar hadisələrin 
təsviri zamanı Həsən bəy Rumlunun müraciət etdiyi mənbənin ―Həşt behişt‖ 
olduğunu göstərmişlər [120. 310; 65, 31]. Fikrimizcə, ―Tarix-i torki‖ və ―Tarix-i 
torki-yi rumi‖ Həkiməddin İdris ibn Hüsaməddin Məhəmməd Əli Bidlisinin ―Həşt 
behişt‖ əsəridir. SSRİ, Türkiyə, İran və başqa ölkələrdə həmin əsərin onlarca 
əlyazma nüsxəsi mövcuddur. Osmanlı sultanlarının həyat və fəaliyyətindən bəhs 
edən ―Həşt behişt‖ kitabı 908 (1502/03) – ci ildə tamamlanmışdır [43, 1257 - 
1260]. 


20 
Göstərməliyik ki, Həsən bəy Rumlu ―Həşt behişt‖-dən istifadə edərkən, 
oradan əxz etdiyi hadisələrin təsvirini yığcam verməyə çalışmışdır. Sübut üçün 
aşağıdakı iki parçanın müqayisəsi kifayətdir: 
―Əhsənüt-təvarix‖ : ―Nədimi ona dedi: Biz ki, rum padşahının ölüsündən 
(qorxub) belə qaçırıq, əgər onun özü gəlsəydi, vəziyyətimiz necə olacaqdı?‖ 
―Həşt behişt‖ : ―Belə nəql edilir ki, zarafat etmək və lətifə danışmaqda 
cəsarətli olan onun bir nədimi Bursadan sürətlə geri qayıdan vaxt yolüstü 
Məhəmməd bəyə demişdir: ―Ey şücaətli şəhriyar, sən ki al-e osmanın bir 
ölüsündən belə qaçırsan, əgər həmin xanədanın diri bir üzvü gəlsəydi neylərdin?‖
7
2. 
―Mətləüs-sədeyn 
və 
məcməül-bəhreyn‖. 
Qaraqoyunlu, 
Ağqoyunlu və Xorasan dövlətlərinin siyasi tarixinin əks etdirilməsində bu əsərin 
Həsən bəy Rumluya müəyyən köməyi olmuşdur. Şirvanşah I İbrahimin Təbrizə 
girməyi (808/1406-may ayı), onun şəhəri tərk etməyi (həmin ilin iyun ayı), Qara 
Yusifin Təbrizi ələ keçirməyi (yenə də həmin ilin iyunu), onun teymuri Əbubəkrlə 
döyüşü (809/1406/07), Sultan Əhməd Cəlayirinin öldürlməsi (813/1410), 
qaraqoyunlu Cahanşahın siyasi fəaliyyəti, onun öz oğlanları Pirbudaq və Həsənəli 
ilə düşmənçiliyi, Sultan Əbu Səid (hakimiyyət illəri: 1451 – 1468) və Uzun Həsən 
arasındakı döyüş (872/1468) hadisələri hər iki əsərdə təxminən eyni cür təsvir 
edilmişdir; lakin ―Əhsənüt-təvarix‖də faktlar daha boldur. Deməli, Həsən bəy 
Rumlu bu hadisələrin təsviri vaxtı başqa mənbələrdən də faydalanmış və yalnız 
Əbdürrəzzaq Səmərqəndinin qeydləri ilə kifayətlənməmişdir. Fikrimizin sübutu 
üçün göstərməliyik ki, ―Mətləüs-sədeyn...‖ əsərində Qara Yusif və Sultan Əhməd 
Cəlayiri arasında 813, (1410)-cü ildə baş verən müharibə çox qısa təsvir edilmişdir. 
Cahanşahı Qara Yusifin böyük oğlu kimi göstərən Əbdürrəzzaq Səmərqəndinin 
məlumatı [80, 269a] Həsən bəy Rumlu və başqa müəlliflər tərəfindən təkzib 
olunmuşdur [64, 245b; 98, 119a; 30, 32]. Əksər mənbədə Qara Yusifin böyük 
oğlunun Pirbudaq olduğu göstərilməsi Əbdürrəzzaq Səmərqəndinin bu səhvini 
aşkara çıxarır. 873 (1468/69)cü ildə Uzun Həsənin əsir aldığı Sultan Əbu Səidin 
məhz Şirvan qazisinin təhriki ilə öldürülməsi barədə olan məlum fakt ―Mətləüs-
sədeyn...‖də yoxdur [80, 322a], lakin Həsən bəy Rumlu bu məsələnin qabarıq 
şəkildə nəzərə çatdırır [64, 163a]. 
Bunlara baxmayaraq, ―Mətləüs-sədeyn...‖in bizim müəllifə böyük təsiri 
olduğundan o, bəzən həmin əsərdən götürdüyü məlumatları ya eyni ilə, yaxud da 
cüzi dəyişikliklə öz salnaməsində vermişdir. Məsələn: 
―Əhsənüt-təvarix‖ : [64, 164a] ―O vaxt Şirvan padşahı Fərruz Yasar, 
rəcəbin 4-də düşmənçiliyə başlayıb, gəmiləri öz tərəfinə çəkdi və cığatay qoşunun 
böyük bir dəstəsini qarət etdi‖ 
―Mətləüs-sədeyn...‖ : ―Bu vaxt, rəcəbin 4-də şirvanşah düşmən oldu və 
gəmiləri o biri tərəfə çəkib, həmin qalib qoşunun çoxlu adamını qarət etdi‖. 
7
Misal Ç.N. Seddonun məqaləsindən götürülmüşdür [Bax: 120]. 


21 
Faruq Sümer ―Kitab-i Diyarbəkriyyə‖yə yazdığı müqəddimədə ―Əhsənüt-
təvarix‖in IX cildinin ən mühüm mənbəyinin ―Mətləüs-sədeyn...‖ olduğunu 
göstərmişdir [56, VIII]. 
3. 
―Rövzətüs-səfa‖. Bu kitab Həsən bəy Rumlunun istifadə etdiyi 
mənbələrdən biridir. Bizim müəllif əsasən, Xorasan şahları və onların varisləri 
haqqında ümumi məlumat verərkən həmin kitaba müraciət edir [64, 226a]. Lakin 
göstərmək lazımdır ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri haqqında ötəri 
məlumat verilən ―Rövzətüs-səfa‖dan fərqli olaraq, ―Əhsənüt-təvarix‖ əsərinin 
bütün bir cildi bu dövlətlərin tarixinə və onların qonşu ölkələrlə münasibətlərinə 
həsr edilmişdir. XV əsr Azərbaycan feodal dövlətlərinin tarixini yazarkən, Həsən 
bəy Rumlunun ən çox istifadə etdiyi mənbələr, əsasən, ―Mətləüs-sədeyn...‖ və 
―Kitab-i Diyarbəkriyyə‖ olmuşdur. Bu əsərlərə nisbətən ―Rövzətüs-səfa‖ dövr 
tarixi baxımından ikinci dərəcəli mənbə olduğundan (bu kitabda teymuri Xorasan 
dövlətini tarixi müfəssəl şərh edilmişdir) ―Əhsənüt-təvarix‖lə onun təsvirləri 
arasında yaxınlıq azdır. Buna görə də, Mirxond və Həsən bəy Rumlunun 
əsərlərinin müqayisəsi barəsində az danışmağı lazım bildik. 
4. 
―Tarix-i Dövlətşahi‖. Həsən bəy Rumlunun belə adlandırdığı əsər 
Dövlətşah Səmərqəndinin ―Təzkirətüş-şüəra‖ kitabıdır. ―Əhsənüt-təvarix‖də çoxlu 
şer parçaları verilmiş, habelə onlarca şairin tərcümeyi-halı işıqlandırılmışdır. Bu 
işdə Dövlətşah Səmərqəndinin məlum əsərinin Həsən bəy Rumluya köməyi 
dəymişdir. Azərbaycanlı şair Şah Qasim Ənvar [64, 224b, 225b; 73, 346 - 352] və 
Cahanşah Həqiqinin tərcümeyi-halından bəzi məlumatlar [64, 168a, 169a, 175a; 
73, 457 - 461], onların şerlərindən parçalar məhz ―Təzkirətüş-şüəra‖ kitabından 
götürülüb ―Əhsənüt-təvarix‖ə daxil edilmişdir. 
5. 
―Tarix-i Həsən padşah‖. ―Əhsənüt-təvarix‖in yazılmasında tarixi 
bir mənbə kimi böyük əhəmiyyəti olan əsərlərdən biri də Əbubəkr Tehraninin 
Həsən bəy Rumlu tərəfindən ―Tarix-i Həsən padşah‖ adlandırılan [64, 213b] 
―Kitab-i Diyarbəkriyyə‖ əsəridir. 1962 – 1964-cü illərdə Türkiyədə nəşr edilən iki 
hissədən ibarət bu kitabın tərtibçilərindən biri olan F.Sümer yazır: ―Həsən bəy 
Rumlu ―Kitab-i Diyarbəkriyyə‖-dəki məlumatı bəzən eyni ilə, bəzən qısaltmaq, 
cümlə və ibarələri dəyişdirmək, ədəbi mahiyyətdə olan mənsur və mənzum yerləri 
tam atmaqla əsərinə artırmışdır‖ [56, XXII]. Doğrudan da, bu fikrin sübutu üçün 
aşağıdakı müqayisə kifayətdir:
―Əhsənüt-təvarix‖ : [64, 188b] ―Cəllad onun qanını tökməyə hazırlaşdı. 
(O,) göstərilən qılıncı qəbul etmədi və Arıq Məhəmməd Tuşmalın qılıncını tələb 
edib dedi: ―Məni bu qılıncla öldürün‖. 
―Kitabi Diyarbəkriyyə‖ : [56, 279 - 280] ―Cəllad onun qanını tökməyə 
hazırlaşdı. (O,) göstərilən qılıncı qəbul etmədi və Arıq Məhəmməd Tuşmalın 
qılıncını tələb edib dedi: ―Məni bu qılıncla öldürün‖. 
Göründüyü kimi, bu misalların hər ikisi eynidir, lakin hər iki müəllifin 
cümlələrindəki maraqlı cəhət ―arıq‖ sözünün yazılışıdır. Bu söz Əbubəkr Tehrani 


22 
tərəfindən (―əruq‖), Həsən bəy Rumlu tərəfindən isə (―arıq‖) şəklində yazılmışdır 
ki, bu da azərbaycanlı müəllifin başqa əsərlərindən götürdüyü sözləri təshih 
etməsinə bir misaldır. 
Cahanşahın 862 (1457/58)-ci ildə Xorasana hərbi yürüşü [64, 192a, 193a; 
56, 347 - 353], onun oğlu Həsənəlinin yenə həmin ildə həbsxanadan çıxaraq Təbriz 
taxtını ələ keçirməyi [64, 188a – 189a; 56, 358 - 359], Cahanşahın qətlindən sonra 
hakimiyyətə çıxmaq uğrunda şahzadə və əmirlərin mübarizəsi [64, 169a – 165b; 
56, 434 - 439] və əsasən, Uzun Həsənlə əlaqədar məlumatların izahında ―Kitab-i 
Diyarbəkriyyə‖nin Həsən bəy Rumluya müstəsna köməyi dəymişdir. 
6. 
―Həbibüs-siyər‖. ―Əhsənüt-təvarix‖in X cildindəki hadisələrin bir 
hissəsinin (xüsusilə I Şah İsmayılın siyasi fəaliyyətinin) təsvirində ―Həbibüs-siyər‖ 
kitabının da dövrün tarixi mənbəyi kimi əhəmiyyəti olmuşdur. Hakimiyyət uğrunda 
son Ağqoyunlu şahlarının mübarizəsi [65, 13- 14, 16 – 17, 19 – 22; 84, 440 - 446], 
Səfəvi dövlətini təşkilində I Şah İsmayılın rolu, onun Şirvan, Şəki və qonşu 
dövlətlərlə münasibətləri və s. başqa məsələlər ―Həbibüs-siyər‖ə əsasən qələmə 
alınmışdır. Lakin bizi müəllif Xandəmirə nisbətən əhəmiyyəti o qədər çox olmayan 
hadisələrin təsvirini yığcam göstərməyə çalışmışdır. Bu fikrin sübutu üçün 
aşağıdakı misal münasibdir: 
―Əhsənüt-təvarix‖: [65, 109] ―O həzrətin şərafətli babasını torpaqdan 
çıxarıb, tabuta qoydular və əcdadının məqbərəsində dəfn etdilər. Çox vaxt 
keçməsinə baxmayaraq, onun cəsədi çürüməmişdi‖.
―Həbibüs-siyər‖: [84, 502 - 503] ―O həzrətin pak bədənini 22 il keçdikdən 
sonra qəbirdən çıxardılar və tabuta qoyaraq, əcdadının işıqlı məqbərəsinə apardılar. 
İndi, çoxlu vaxt keçməsinə baxmayaraq, onun cəsədi çürüməmiş və rəngi 
solmamışdı‖. 
Bu və ya digər hadisəni ―Həbibüs-siyər‖dən götürən Həsən bəy Rumlu 
həmin əsərə tənqidi münasibət də bəsləmişdir ki, bu haqda bir qədər əvvəl 
danışıldı
8

7. ―Tarix-i Şah İsmayıl Səfəvi‖. Şah İsmayılın həyatını qələmə alarkən, 
Həsən bəy Rumlu anonim müəllifin ―Tarix-i Şah İsmayıl Səfəvi‖ əsərindən də əsas 
məxəz kimi istifadə etmişdir [62]
9
. Bizim müəllif 906 (1501)-cı ildə Bakı 
qalasının qızılbaşlar tərəfindən alınmasını bu əsərdən əxz etmiş, hadisəni bir qədər 
ixtisarla öz salnaməsinə daxil etmişdir. Bundan başqa, qızılbaşların Şirvana 1506 
və 1509-cu illərdəki yürüşləri də bu kitabdan götürülmüşdür. 
Dövrün digər mənbələrində təsadüf olunmayan maraqlı bir fakt da nəzəri 
cəlb edir ki, bu, XV əsrin sonu—XVI əsrin əvvəllərində Ağqoyunlu dövlətinin 
dağılmağa başlaması nəticəsində Azərbaycan və İranda 12 feodal hakimin özlərini 
8
Bax: Əsərin I fəsli, səh. 17 - 18 
9
Bu mənbənin fotosurətini istifadəmizə verdiyi üçün tarix elmləri doktoru O. Ə. Əfəndiyevə 
minnətdarıq. 


23 
müstəqil elan etməsi və hakimiyyəti əllərinə alması faktıdır. Bu, yalnız ―Tarix-i 
Şah İsmayıl Səfəvi‖ və ―Əhsənüt-təvarix‖ əsərlərində verilmiş, həmin hakimlərin 
adları, həmçinin onların tabeliyində olan yerlər bir-bir göstərilmişdir [62, 77b—
78b; 65, 62]. 
Həsən bəy Rumlu bu əsərdən istifadə edərkən anonim müəllifin 
məlumatlarını mümkün qədər ixtisarla köçürməyə çalışmışdır. Məsələn, 
Qızılbaşlarla osmanlılar arasında 1514-cü ildə baş verən Çaldıran döyüşü anonim 
müəllifdə 16 səhifədə [62, 245b—253a] Həsən bəy Rumluda isə 6 səhifədə 
yazılmışdır [65, 143—149]. 
Anonim müəllifdən Həsən bəy Rumlunun istifadə etdiyini əyani olaraq 
aşağıdakı misaldan görmək olar: 
―Tarix-i Şah İsmayıl Səfəvi‖: [62, 65a] ―Süleyman şöhrətli xaqan Hüseyn 
bəy Lələ, Məhəmməd bəy Ustaclı, Əbdi bəy Şamlu, Xadim bəy Xüləfa və Qara 
Piri bəy Qacar kimi məğlubedilməz dövlətin sütunlarını çağırıb onlara dedi ki, 
Azərbaycan paytaxtını istəyirsiniz, ya Gülüstan qalasını? Onlar dedilər ki, 
Azərbaycanı. O həzrət buyurdu ki, dünən gecə dinin imamlarından və yəqinlik 
yolunun göstəricilərindən biri mənə dedi ki, əgər Azərbaycanı istəyirsənsə, 
Gülüstan qalasının mühasirəsindən əl çək. Bu üsulla Azərbaycan paytaxtına 
gedilməlidir‖. 
―Əhsənüt-təvarix‖: [65, 47] ―İskəndər şöhrətli xaqan Hüseyn bəy Lələ, 
Abdal bəy Dədə, Məhəmməd bəy Ustaclı, Əbdi bəy Şamlu və Xadim bəy kimi 
məğlubedilməz dövlətin sütunlarını çağırıb onlara dedi ki, Azərbaycanı istəyirsiniz, 
ya Gülüstan qalasını? Onlar dedilər: Azərbaycanı. O həzrət buyurdu ki, dünən gecə 
yanıma dinin imamlarından və yəqinlik yolunun göstəricilərindən (biri) gəlib (dedi 
ki,) əgər Azərbaycanı istəyirsənsə, Gülüstan qalasının ətəyindən qalx. Bundan 
sonra o həzrət Azərbaycana yollandı‖. 
8. ―Tarix-i aləmara‖. Uzun Həsən tərəfindən böyük oğlu Sultan Xəlilin 
vəliəhd təyin edilməsi məsələsinin izahında Həsən bəy Rumlu bu əsərə istinad 
etmiş [64, 140b], bir daha ―Tarix-i aləmara‖ haqqında danışmamışdır. Lakin 927 
(1520/21)-ci il hadisələrinin ―Ölümlər‖ bölməsində həmin əsərin müəllifinin Xacə 
Mövlana-yi İsfahani olmağı barədə Həsən bəy Rumlunun məlumatı vardır [65, 
174] 
Göstərmək lazımdır ki, ―Tarix-i aləmara‖—―Tarix-i aləmara-yi Əmini‖ 
əsəri, Xacə Mövlana-yi İsfahani isə Fəzlullah ibn Ruzbehan Xunəcidir [43, 848]. 
Məlum olduğu kimi, bu əsərin farsca nüsxəsi SSRİ-də yoxdur, lakin V. F. Minorski 
onu ingilis dilinə çevirmiş və nəşr etmişdir. Təəssüf ki, Paris və İstambulda 
saxlanılan bu əsərin fars mətni əlimizdə olmadığından ondan istifadə edə bilmədik. 
Buna görə də, Həsən bəy Rumlunun bu əsərdən nə dərəcədə faydalandığı 
müəyyənləşdirilmədi. 
Beləliklə də, ―Əhsənüt-təvarix‖ qələmə alınarkən, Həsən bəy Rumlunun 
müraciət etdiyi tarixi mənbələr onun öz qeydlərinə əsasən müəyyənləşdirildi, lakin 


24 
göstərməliyik ki, ―Əhsənüt-təvarix‖in yazılmasında başqa mənbələrin də rolu 
olmuşdur. Həsən bəy Rumlunun istifadə etdiyi ehtimal olunan əsərlərdən biri də 
Qazi Əhməd Qəffarinin ―Tarix-i cahanara‖ kitabıdır [120, 311]
10

―Tarix-i cahanara‖ və ―Əhsənüt-təvarix‖in müqayisəsi göstərir ki, Qazi 
Əhməd Qəffarinin kitabı Həsən bəy Rumlu üçün tarixi mənbə rolu oynamışdır, 
lakin hadisələrin təsviri ―Əhsənüt-təvarix‖də daha genişdir. Məsələn, I Şah 
Təhmasibin 1540-cı ildə Gürcüstana hücumu ―Əhsənüt-təvarix‖də 3 səhifədə 
[65, 296—298] ―Tarix-i cahanara‖da isə cəmi bir sətirdə [88, 294] təsvir 
olunmuşdur. Yenə həmin Səfəvi şahının 1546-cı ildə Gürcüstana olan ikinci yüruşü 
―Əhsənüt-təvarix‖də iki səhifə [65, 316—317], ―Tarix-i cahanara‖da iki sətir [88, 
23—24], 1551-si ildə baş verən 3-cü yürüş ―Əhsənüt-təvarix‖də 5 səhifə: [65, 
351—355], ―Tarix-i cahanara‖da 1 sətir [88, 300], 1554-cu ildə olan 4-cu yürüş isə 
birinci əsərdə 11 səhifə [65, 379—389], ikinci kitabda iki sətir [88, 302] yer 
tutmuşdur. 
Bundan əlavə, Azərbaycanla əlaqədar olan bəzi hadisələr ―Əhsənüt-
təvarix‖ də əhatə edildiyinə baxmayaraq, ―Tarix-i cahanara‖da yoxdur. Məsələn, 
944 (1537/38)-cü ildə Şirvanda qızılbaşlara qarşı baş verən qələndər dərvişin 
üsyanı [65, 282], 954 (1547/48)-cü il-də yenə də Şirvanda olan Bürhan Mirzənin 
üsyanı [65, 326—327], 961 (1553/54)-ci ildə Şirvanı ələ keçirmək üçün 
Türkiyədən gələn Qasım Şirvaninin Şirvan hakimi Abdulla xan Ustaclu ilə olan 
müvəffəqiyyətsiz döyüşü [65, 382—383] ―Tarix-i cahanara‖ əsərində 
verilməmişdir. Lakin bunlara baxmayaraq, Həsən bəy Rumlu, fikrimizcə, Qazi 
Əhməd Qəffarinin kitabından istifadə etmişdir. Belə ki, aşağıdakı cümlələr 
―Əhsənüt-təvarix‖in daha bir mənbəyini aşkar edir: 
―Əhsənüt-təvarix‖: [65, 412] ―Dinin pənahı olan şah Sultan Bayazidlə 
bağda gəzirdi. Özünü dinin pənahı olan şaha çatdırıb dedi: ―İki kəlmə vacib sözüm 
var‖. 
―Tarix-i cahanara‖: [88, 305] ―Alihəzrət və Sultan Bayazid Səadətabad 
bağında seyrə çıxmışdılar. Özünü onun xidmətinə çatdırıb, yavaşdan dedi: ―İki 
kəlmə vacib sözüm var‖. 
Göstərmək lazımdır ki, ―Əhsənüt-təvarix‖ özü də başqa tarixi əsərlərin 
yazılmasından ötrü dəyərli bir mənbə olmuşdur. ―Əhsənüt-təvarix‖ə böyük qiymət 
verən İskəndər bəy Münşi təvazökarlıqla yazmışdır: ―Rumlu tarixçisi mərhum 
Həsən bəy o həzrətin (I Şah Təhmasibin—Ş. F.) zamanında ―Əhsənüt-təvarix‖ adlı 
elə bir kitab yazmışdır ki... bizdə elə yazmaq bacarığı yoxdur‖ [58, 46]: 
Ümumiyyətlə, İskəndər bəy Münşi ―Əhsənüt-təvarix‖ə tez-tez müraciət 
etmişdir: ―Əhsənüt-təvarix‖ də yazılmışdır ki...‖ [58, 31]. ―Tarixçi Həsən bəy 
10
Ç.N. Seddon bu haqda yazır: ―Ola bilsin ki, Həsən bəy Rumlu Qazi Əhməd əl-Qəffarinin ―Cahanara‖ 
əsərindən də faydalanmışdır, lakin bu qəti deyildir‖ [120, 311]. 


25 
Rumlu ―Əhsənüt-təvarix‖də yazıb ki...‖ [58, 32], ―Əhsənüt-təvarix müəllifinin 
sözünə əsasən...‖ [58, 38] və s. 
Azərbaycan tarixi ilə əlaqədar olan bir sıra hadisələr, məsələn, 945 
(1538/39)-ci ildə I Şah Təhmasibin Şirvanşah Şahrux üzərinə qoşun göndərməyi və 
Şirvanın müstəqilliyinin sonu [65. 285—290; 58, 80—82], 947 (1540/41), 953 
(1546/47), 958 (1551/52) və 961 (1553/54)-ci illərdə bu Səfəvi şahının gürcülər 
üzərinə etdiyi hərbi səfərlər [65. 296—298. 316—317. 351—355, 379—382; 
58,84—85. 85. 85—87, 87—88], yenə onun 958 (1551/52)-ci ildə Şəkiyə 
hücumu və Dərviş Məhəmməd xanın öldürülməsi [65, 348—351; 58, 82—83], 
981 (1573)-ci ildə bitən Təbriz xalq kütlələrinin üsyanı [65, 455—457; 58, 117—
118] və s. məsələlər məhz ―Əhsənüt-təvarix‖in sayəsində ―Tarix-i aləmara-yi 
Abbasi‖ əsərində işıqlandırılmışdır, lakin I Şah Təhmasibin Gürcüstana yürüşünun 
təsviri Həsən bəy Rumluda daha müfəssəldir. Şəxsən bizim müəllifin də iştirak 
etdiyi bu yürüş qələbə ilə bitdikdən sonra səfəvi şahının Gəncə və Yevlaxa səfəri 
[65, 317] İskəndər bəy Münşi tərəfindən göstərilməmişdir. Habelə 972 (1564—
65)-ci ildə I Şah Təhmasib tərəfindən ləğv olunan tamğa vergisinin ümumi 
məbləğini [65, 428] ―Tarix-i aləmara-yi Abbasi‖ müəllifi qeyd etməmişdir, lakin 
―Əhsənüt-təvarix‖ əsərində bu münasibətlə yazılan iki misra şeri İskəndər bəy 
Münşi əsərinə köçürmüşdür [65, 428; 58, 123]. Hər iki əsərdəki bəzi cümlələrin 
yaxınlığını aşağıdakı misalla nəzərə çatdırmaq olar: 
―Tarix-i aləmara-yi Abbasi‖ [58, 80] ―Bir qələndər oğlan iddia etdi ki, 
mən Şeyxşahın oğlu Sultan Məhəmmədəm. Onun başına çoxlu qoşun toplandı. 
Salyanı tutub, oradan Şamaxıya gəldi‖. 
―Əhsənüt-təvarix‖:[ 65, 282] ―Şirvanda bir qələndər iddia etdi ki, mən 
Şeyxşahın oğlu Sultan Məhəmmədəm. Çoxlu qoşun toplayıb Salyanı tutdu və 
oradan Şamaxıya gəldi‖.
―Əhsənüt-təvarix‖ salnaməsi Qazi Əhməd Quminin ―Xülasətüt-təvarix‖ 
əsərinin yazılışı üçün də tarixi mənbə rolu oynamışdır, lakin ―Əhsənüt-təvarix‖də 
orijinal məlumatlara daha tez-tez rast gəlirik. Belə ki, Heydər Səfəvi və Sultan 
Yaqub Ağqoyunlunun ölüm hadisələrini Həsən bəy Rumlu başqa müəlliflərdən 
fərqli vermişdir. Məsələn, Sultan Heydərin 893 (1488)-cü ildə Şirvanşah Fərrux 
Yasarla döyüş zamanı yaralanıb öldüyünü bütün mənbələr təsdiq edir, lakin Həsən 
bəy Rumlu onun öz döyüşçüsü tərəfindən öldürüldüyünü bildirib yazır: ―Gizli 
qalmasın ki, ona dəyən ox düşmənləri tərəfindən yox, Sultan Heydərin öz 
qoşunundan atılmışdı. Həmin döyüşdə olan adamların bir dəstəsi söylədi ki, o 
həzrətin əmirlərindən Şahsuvar Lənkəraninin atası bu işi edibdir‖ [66, 618]. 
Yaxud, Sultan Yaqubun təsadüfən anası Səlcuqşah bəyimin əli ilə öldürülməsinin 
təsviri [64, 126b] ―Xülasətüt-təvarix‖ əsərində heç yoxdur. 
Belə misalların sayını artırmaq olar, lakin şübhə yoxdur ki, Qazi Əhməd 
Qumi ―Əhsənüt-təvarix‖ dən istifadə etmişdir. Onun özü də‖Xülasətüt-təvarix‖in 
E. Qlassen nəşrinin başlanğıcında bunu etiraf edir. 


26 
İndi, hər iki müəllifin bir cümləsinə nəzər yetirək: 
―Xülasətüt-təvarix‖: [108, 63] ―Döyüş hazırlığından sonra cəlal 
meydanının o atlısı cəng şeypurunun səsi altında... atını cövlana gətirdi‖. 
―Əhsənüt-təvarix‖: [66, 617] ―Döyüş hazırlığından sonra cəlal meydanının 
o atlısı... atını cövlana gətirdi‖. 
―Əhsənüt-təvarix‖ salnaməsindən bəhrələnən əsərlərdən biri də müəllifi 
məlum olmayan və XVII əsrin əvvəllərində yazılan ―Aləmara-yi Şah İsmayıl‖ 
kitabıdır [83]. Bu əsəri nəşr edən Əsgər Müntəzirsahibin özü bu haqda yazır: ―Bu 
kitabın məxəzlərindən biri Həsən bəy Rumlunun ―Əhsənüt-təvarix‖ əsəridir‖ [83, 
16]. Hər iki kitabı oxuduqca, doğrudan da, ―Aləmara-yi Şah İsmayıl‖ əsərinin 
mənbələrindən birinin ―Əhsənüt-təvarix‖ olduğu nəzərə çarpır. Məsələn:
―Aləmara-yi Şah İsmayıl‖: [83, 624 - 625] ―Rəiyyət və əlinin altındakı 
adamlarla ədalətlə ömür sürürdü. O həzrətin qorxusundan heç bir döyüşçü xalqa 
zülm etmirdi‖. 
―Əhsənüt-təvarix‖: [65, 182] ―Rəiyyət və əlinin altındakı adamlarla 
ədalətlə ömür sürürdü. Onun qorxusundan xalq zülm edilmirdi‖. 
XVII əsrdə yaşayan tarixçi Şeyx Məhəmməd Bəqa Səxaranpuri də 
―Miratül-aləm‖ əsərini yazarkən, ―Əhsənüt-təvarix‖dən tarixi bir mənbə kimi 
istifadə etmişdir
11
. ―Miratül-aləm‖ hadisələri olduqca yığcam əks etdirən 
ümumtarix əsəridir. I Şah Təhmasibin hərbi səfərləri, xüsusilə onun osmanlı sultanı 
Süleymanla etdiyi müharibədə [92, 243 - 244], II Şah İsmayılın hakimiyyətə 
çıxarılması zamanı şahzadə və əmirlərin mübarizəsi [92, 244 - 245] və b. 
hadisələrin təsvirində ―Əhsənüt-təvarix‖in təsiri duyulur. Həsən bəy Rumlunun 
səhifələr sərf etdiyi hadisələri Səxaranpuri bir neçə sətirdə izah etməklə 
kifayətlənmişdir. Aşağıdakı müqayisə hər iki müəllifin cümlələri arasındakı 
yaxınlığı göstərir: 
―Miraşül-aləm‖: [92, 245] ―Qövs bürcündə qorxunc bir quyruqlu ulduz 
göründü‖. 
―Əhsənüt-təvarix‖: [65, 495] ―Qövs bürcündə uzunluğu fələk qövsünün 
yarısı boyda olan qorxunc bir quyruqlu ulduz göründü‖. 
Cünabadinin ―Rövzətüs-səfəviyyə‖ əsərində də ―Əhsənüt-təvarix‖in təsiri 
hiss olunur. Oradakı tayfa və müxtəlif əmirlər arasında olan mübarizə [97, 244, 
257, 259, 263, 264], özbək xanı Übeydin Xorasana etdiyi hərbi yürüşlər [97, 287 - 
295], Şirvan hadisələri [97, 360 – 362, 393 – 405, 434 - 438] ―Əhsənüt-
təvarix‖dəki müvafiq hadisələrə oxşar tərzdə qələmə alınmışdır. 953 (1546/47)-cü 
11
Bu əsərin müəllifinin Mir Bəxtəvər xan adlı bir şəxs olması barədə yanlış fikir vardır. (Bu barədə 
ətraflı məlumat almaq üçün bax: Ч. А. Стори. Персидская литература, переработал и дополнил Ю. 
Э. Брегель, ч. I, M., 1972, səh 440 – 441). C. İbrahimov da Mir Bəxtəvər xanın müəllifliyini təsdiq 
etmiş və onun XV – XVI əsrlərdə yaşadığını göstərmişdir [30, 4]. Halbuki Mir Bəxtəvər xan 1685-ci il 
fevralın 19-da vəfat etmişdir. (Bax: Ç. A. Stori. Göstərilən əsəri, səh. 441. 


27 
ildə I Şah Təhmasibə qarşı Əlqas Mirzənin üsyanına aid gətirilən aşağıdakı misalın 
oxşarlığı bu əsərdə olan onlarca yaxın cümlədən yalnız biridir. 
―Rövzətüs-səfəviyyə‖: [97, 394 - 395] ―Ona and içirsinlər ki, bu gündən 
sonra addımını ədəb... yolundan kənara çıxarmasın‖. 
―Əhsənüt-təvarix‖: [65, 315] ―Ona and içirdilər ki, daha addımını 
tabeçilik yolundan kənara çıxarmasın‖. 
Beləliklə, məlum olur ki, ―Əhsənüt-təvarix‖in qələmə alınmasında ondan 
əvvəl yaranan onlarca kitabdan tarixi mənbə kimi istifadə olunmuş və ―Əhsənüt-
təvarix‖in özü də başqa əsərlərin yazılmasından ötrü dəyərli mənbə olmuşdur
12

Həsən bəy Rumlunun salnaməsində olan müəyyən hissələrin yuxarıda 
adları çəkilən tarixi mənbələrdəki müvafiq parçalarla müqayisəsi nəticəsində belə 
bir fikrə gəlmək olar: bizim müəllif də başqa tarixçilər kimi əsasən siyasi 
hadisələrə üstünlük vermişdir. Həsən bəy Rumlu da başqa salnaməçilərin yazı 
ənənəsinə uyğun olaraq öz əsərini təsviri səpgidə qələmə almışdır. Lakin onu başqa 
müəlliflərdən fərqləndirən əsas cəhət, yeri gəldikcə, hadisələrə öz şəxsi, orijinal 
münasibətini bildirməsidir. Salmanənin IX cildinin kompilyativ xarakter 
daşımasına baxmayaraq, orada da müəllifin hadisələrə və onların iştirakçılarına 
münasibətini görmək olur. Ən əsaslısı isə budur ki, ―Əhsənüt-təvarix‖ əsərindəki 
hadisələr başqa farsdilli orta əsr məxəzlərinə nisbətən daha dolğun şəkildə əks 
etdirilmişdir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin