56
mühəssillərin əlində giriftar olduğu aşkar göstərilmişdir. O yazır: ―Hamı
mühəssillərin əlində giriftar oldu‖ [64, 200b].
Mühəssillər vergiləri müəyyən olunmuş miqdardan artıq yığmağa
çalışırdılar. Onlar vergi verə bilməyənləri
işgəncə ilə məcbur edir, çoxlu mal ələ
keçirməyə çalışırdılar [65, 69]. Vergi toplanışı zamanı vergiyığanların özbaşınalığı
şəhər və kəndlərdə narazılıq yaradır və bəzi hallarda üsyana səbəb olurdu. 808
(1405/06)-ci ildə qanunsuz olaraq rəiyyət malına əl uzadılmasından həyəcana gələn
Təbriz əhalisi üsyan etmiş, vergiyığan Xacə Pirəlini öldürmuş və səngər
(küçəbənd) düzəldərək döyüşə başlamışdı (64, 269a).
Vergilər əhalidən məhsul və pul ilə yığılırdı ki,
bu haqda əsasən Həsən
bəy Rumlunun məlumatını şərh etməyə çalışacağıq.
Xərac və bac. XV əsrdən xərac istilahını əvəz edən mal, mal-o çehat,
bəhre sözləri daha çox işlənməyə başladı. ―Əhsənüt-təvarix‖ əsərində bu sözlər bir-
birinin sinonimi kimi getmişdir. Orada bəzən bac və xərac istilahları birləşdirilərək
bac-o xərac kimi göstərilir (64, 257b). Qeyd etdiyimiz bu mənasından əlavə xərac
sözü bir dövlətin özünə tabe etdirdiyi vilayət və ölkələrdən aldığı vəsait kimi də
işlənmişdir (64, 2146; 77, 165). İ. P. Petruşevski və Ə. Ə. Əlizadə xərac istilahını
kənd təsərrüfatından yığılan əsas vergi mənasında vermişlər (39, 267; 26, 210).
Lakin məlum olduğu kimi xərac yalnız kənd təsərrüfatı məhsulları ilə yox, pul ilə
də ödənilirdi. Buna aid ―Əhsənüt-təvarix‖ salnaməsində müəyyən misallar vardır.
Ağqoyunlu Yaqub şah 886 (1481/82)-cı ildə Gürcüstana
hücum etdikdə gürcü
hökmdarı Kvarkvare bu ağqoyunlu hökmdarına ildə 500 tümən xərac verməyə
boyun olmuşdu (64, 1286). Həsən bəy Rumlunun başqa bir məlumatından bilinir
ki, Şirvanşah Fərrux Yasar da Yaqub şaha hər il 5000 tümən məbləğində xərac
göndərirdi (64, 123-a).
―Əhsənüt-təvarix‖dən aydın olur ki, əgər xərac verilişi dayandırılsaydı,
xərac verməli olan yer hücuma məruz qalırdı. 906 (1500/01)-cı ildə Şirvanşah
Fərrux Yasar qızılbaşlar tərəfindən öldürülmüş və İsmayıl Səfəvi Bakı qalası
üzərinə
hücuma keçmişdi, çünki ―bakılılar onların öhdəsinə qoyulan xəracı
ödəmirdilər‖ (65. 45).
Ümumiyyətlə, xərac ağır vergi olmuşdur. Təsadüfi deyil ki, istər
Azərbaycan, Şirvan, istərsə də başqa ölkə və vilayətlər bəzən bu vergini
ödəməkdən boyun qaçırır,
beləliklə də, bir növ üsyan edirdilər. I Şah İsmayılın
Şirvana hücumunun səbəbi ―şirvanşahın istiqlaliyyətdən dəm vurmasında və xərac
verməkdən boyun qaçırmasında‖ olmuşdur
34
.
Həsən bəy Rumlu göstərir ki, hökmdar tərəfindən təqsirləndirilən şəxs
müəyyən cəzalara məruz qalırdı:
qətl edilir, yandırılır, yaxud da onun üzərinə
34
I Şah İsmayılın Şirvana bu hərbi səfəri də ―Əhsənüt-təvarix‖də təfsilatı ilə verilmişdir, lakin səbəb
göstərilməmişdir (Bax: 65,108 – 109). Biz həmin səfərin səbəbini A. Bakıxanovdan götürdük (Bax:
6,99)
57
böyük məbləğdə xərac qoyulurdu. 953 (1546/47)-cü ildə I Şah Təhmasibə qarşı
üsyan edən Əlqas Mirzə bağışlanmasından ötrü öz şah qardaşının yanına anası və
oğlunu yolladıqda, şah onu əfv etmiş və hər il xəzinəyə 1000
Təbriz tüməni
məbləğində xərac verməyini cəza əlaməti kimi ona qəbul etdirmişdi (65, 315; 74,
82).
Orta əsrlər Azərbaycanında ticarət yollarından istifadə olunaraq mal
daşınarkən, şəhərə giriş darvazasında bac alınırdı. Bacı, əsasən, tacirlərdən tələb
edirdilər (26, 223 - 224) ki, bu da ticarətin inkişafına olduqca pis təsir göstərirdi.
(26, 67 - 68). ―Əhsənüt-təvarix‖də bac istilahı xərac sözünün sinonimi kimi
işlənmişdir (64, 251b; 74, 127, 142).
Mal. Müxtəlif xüsusi əmlakdan bağ, meşə sahəsi, dəyirman və s.-dən,
ümumiyyətlə, rəiyyət və köçərilərdən alınan vergi olmuşdur (26, 240). Bəzən mal
dedikdə dövlət xəzinəsinə daxil olan vergilər yığımı nəzərdə tutulurdu (65, 386;
26, 240). Mal məhsul, ya da pulla verilirdi. Bu istilah mülkiyyət, xüsusiyyət və pul
mənasında da işlədilir (64, 177a; 26, 240). ―Əhsənüt-təvarix‖də bu söz qənimət
mənasında da göstərilmişdir (64, 263a).
Dostları ilə paylaş: