Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
Şahin Fərzəıiyev

Soyurqal. Özündən əvvəlki iqta institunun inkişafı nəticəsində yaranan 
soyurqal institutu Azərbaycanda olan feodal mülkiyyətinin əsas növlərindən 
biridir. Hökmdar tərəfindən müəyyən şəxsə soyurqal verilərkən hökm (ehkam-i 
soyurqal) yazılır [65, 19; 78, 61, 161], ona soyurqal sənədi (neşan-i soyurqal) 
verilirdi [102, 159]. Həsən bəy Rumlunun ―ərbab-i istihqaq, sahib-i soyurqal‖ 
adlandırdığı şəxslər [69, 206] hökmən padşahın hərbi və ya mülki xidmətində 
olmalı, onun mənafeyindən ötrü çalışmalıydılar [65, 15—16, 239, 385—386]. 
Soyurqal sahibləri öz torpaqlarında tam müstəqil idilər və dövlət 
məmurlarının həmin torpaqlardan vergi yığılmalarına nəinki yol verilir hətta 
məmurların o torpaqlara yaxın düşmələri belə qadağan edilirdi [39, 157; 52, 36]. 
―Əhsənüt-təvarix‖in IX cildi soyurqal torpaq mülkiyyəti növü haqqında 
bəzi məlumat vermişdir. Müəllif ənam şəklində əyalət, şəhər, kənd, habelə 
müəyyən məbləğ pulun hansı ad altında verildiyini bəzən bildirmədiyindən bunun 
müəyyənləşdirilməsinə ehtiyac vardır. 809 (1406)-cu ildə Sultan Əhməd Cəlayiri 
Təbrizdə sakin olarkən, teymuri Mirzə Ömərin əmri ilə Əlincə qalasının 
dağıdılmasında iştirak edən naxçıvanlı Qazi İmadəddini həmin qalanın təmirinə 
yollamışdı. Həsən bəy Rumlunun yazdığına görə, Qazi İmadəddin öhdəsinə düşən 
tapşırığı yerinə yetirdikdən sonra Sultan Əhmədin Təbrizi tərk edib Bağdada 
getdiyini eşidən kimi qalada öz ―istila və istiqlaliyyət bayrağını‖ qaldırmışdı. Elə o 
vaxt da Təbrizi tutan Qara Yusif Əlincəni Qazinin əlindən çıxarmağa səy etmiş, 
―qalanın alınmasının mümkün olmayacağını‖ bilərək qala və ətraf yerlərin ona 
çatdığını rəsmən təsdiq etmək məcburiyyətində qalmışdı [64, 262b – 264b]. Həsən 


53 
bəy Rumlu Əlincənin nə adla Qaziyə verildiyini göstərmir. Buna baxmayaraq, 
məlumdur ki, soyurqal yerinin bütün ixtiyarı soyurqal sahibinin əlində 
cəmlənmişdi. Qazi də qalaya yiyələndikdən sonra ətraf yerlərdə yaşayan türk və 
tərəkəmə (yəni azərbaycanlı—Ş.F.) tayfaları qalaya yığmış, əhalidən toplanan 
ülufə və mərsumu
31
özü müəyyənləşdirmişdi. Bundan başqa, O.Ə. Əfəndiyevin 
göstərdiyi kimi, qaraqoyunlu və ağqoyunlu padşahları soyurqal verməklə mərkəzi 
hakimiyyəti möhkəmləndirməyə və dövlətdə birlik yaratmağa çalışırdılar [52, 37]. 
Qara Yusif də özünə yeni bir düşmən yox, dost qazanmaq istəyərək Əlincənin və 
ətrafındakı torpaqların Qazi İmadəddinin istifadəsində qalmasını təsdiq etmişdi. 
Buradan belə nəticəyə gəlmək olur ki, Qara Yusifin hökmü altında olan ərazidə 
yerləşən Əlincə qalası Qazi İmadəddinə məhz soyurqal şəklində verilmişdi. 
Soyurqallar, adətən, hər hansı bir şəxsə onun göstərdiyi xidmət 
müqabilində verilirdi. Məsələn, Cahanşah qardaşı oğlu Şahqubada atası Qara 
İsgəndəri öldürdüyünə görə 841 (1437)-ci ildə soyurqal olaraq bir şəhər və qala 
vermişdi [64, 221b]. 
Bəzən soyurqal kimi paylanması nəzərdə tutulan yerlər (başqa ölkə 
torpaqları) hökmdar tərəfindən hücuma məruz qalarkən, ―soyurqal əhli‖ olan 
şəxslər də döyüşə aparılırdı. Belə ki, Uzun Həsən 881 (1476/77)-ci ildə Gürcüstana 
yeni yürüş edərək özü ilə bir dəstə seyid və şeyx aparmış, nəticədə ―Gürcüstan 
vilayətini tutmuş, çoxlu əsir götürmüş və xeyli soyurqal paylamışdı‖ [64, 141a; 39, 
150; 52, 34, 51]. 
Bəzi hökmdarlar çoxlu soyurqal verməklə özlərinə arxa yaratmağa 
çalışırdılar. Orta əsr tarixçilərinin əksəriyyətinin yazdığına görə, Rüstəm 
Ağqoyunlunun hakimiyyəti zamanında külli miqdarda soyurqal bağışlanmışdı [65, 
15; 98, 127a; 52, 34]. ―Onun ərbablara verdiyi soyurqal və vəzifələri ağqoyunlu və 
qaraqoyunlu sultanlarından heç biri heç kəsə verməmişdi‖ [65, 15-16]. Rüstəm 
şahın əksinə olaraq onu devirib taxta əyləşən Əhməd bəy (Gödək Əhməd) isə sabiq 
sultanlar kimi soyurqal paylamadığına görə öldürülmuşdü [65, 19; 84, 443]. 
Həsən bəy Rumlu üç növ soyurqal haqqında məlumat vermişdir. Onlardan 
birincisi torpaqla verilən soyurqal idi ki, bu barədə bir qədər danışıldı. Müəllifin 
göstərdiyi ikinci soyurqal isə əmlak və torpaqla deyil, pul ilə ödənilirdi ki, bu 
haqda ətraflı danışmağı lazım bilirik. 
I Şah Təhmasib bir müddət onun ―səltənət, xilafət, mülk, və din işlərini‖ 
idarə etmiş olan Əskuyə kəndinin (Təbriz yaxınlığındadır) seyidlərinə böyük 
məbləğdə soyurqal bağışlamışdı. Həsən bəy Rumlu yazır: ―Əlahəzrət onlara külli 
məbləğdə olan soyurqallar bağışladı‖ [65, 302; 39, 159]. 
Müəyyən məbləğ pul ilə verilən soyurqala Həsən bəy Rumlunun əsərində 
bir daha rast gəlirik ki, bu da keçmişdə etdiyi xidmətlər müqabilində sabiq vəzir 
Qazi Cahana 960 (1502/53)-cı ildə I Şah Təhmasib tərəfindən ―şəfqət‖ olunan 
31
Bu istilahlar haqqında bir qədər aşağıda danışılacaqdır 


54 
soyurqaldır. Bu haqda oxuyuruq: (―Ona‖) müəyyən məbləğ soyurqal kimi pul da 
bağışladı [65, 376]. 
―Əhsənüt-təvarix‖də soyurqal verilişi barədə başqa bir məlumat da vardır 
ki, bu da müştərək soyurqaldır. Müəllif yazır ki, Cahanşah bir vaxtlar Həmədan 
şəhərini iki əmirə soyurqal vermişdi. Cahanşahı və Sultan Əbu-Səidi məğlub edən 
Uzun Həsən də o iki əmirə - Satılmış bəy və Şahsuvar bəy Kavrudiyə qarşı yaxşı 
münasibətdə olmuş, onları yenidən müştərək soyurqal sahibləri kimi Həmədana 
göndərmişdi [64, 162b].
―Əhsənüt-təvarix‖ salnaməsi bədii dil və zəngin üslub vasitələri ilə 
qələmə alınmış olsa da, oradakı bəzi şer parçalarında da ara-sıra ictimai fikirlərə 
rast gəlmək olur. Bizim müəlliflə təxminən bir dövrdə yaşayan şair Mövlana 
Heyrəti (961 (1553/54)-ci ildə vəfat etmişdir) şikayətlə dolu bir qəsidə yazmışdı ki, 
Həsən bəy Rumlu onun bir neçə beytini öz əsərində vermişdir. Şair Heyrəti qazi və 
müftidən şikayətləndikdən sonra yazır ki, onlar düşməndirlər, onlar 
―Bəlkə də divan malından pul yeyirlər hər biri.
Sərbəsər bol-bol soyurqal sahibi, pul, sahibi‖
32
[65,385 - 386]‖. 
K. S. Ləmbtonun soyurqala verdiyi tərifdən məlum olur ki, soyurqal 
şəxslərə maaş əvəzinə, yaxud təqaüd əvəzinə bağışlanan torpaq, ya da torpaqdan 
alınan gəlirdi [90, 773]
33
. Fikrimizcə, bu tərifə soyurqal şəklində verilən pul da 
əlavə edilməlidir. Bundan başqa, ―İranda mülkədar və əkinçi‖ kitabında soyurqal 
torpaq mülkiyyətinin qaraqoyunlulardan başlayıb qacarlar dövrünə qədər davam 
etdiyi göstərilmişdir [90, 773]. Lakin, məlum olduğu kimi, soyurqal verilişi hələ 
qaraqoyunlu hakimiyyətindən əvvəl də vardı [39, 155; 26, 182] 
Tiyul. Bu şərti torpaq mülkiyyəti növünün məhz hansı əsrdə həyata 
keçməsi barədə müxtəlif fikirlər vardır. İ. P. Petruşevskiyə istinad edən O. Ə. 
Əfəndiyev göstərir ki, ―səfəvilər dövründə soyurqal... öz yerini tiyula verdi‖ [52, 
37]. Lakin V. F. Minorski teymurilər dövründə tiyul istilahının işlədilməsi ilə 
əlaqədar olaraq iqta mülkiyyətinin aradan çıxdığını bildirmişdir [39, 185]. Tiyulun 
məhz nə zaman meydana çıxması xüsusunda K. S. Ləmbtonun da bir-birinə zidd 
iki fikri vardır. O, gah tiyulun səfəvilər dövründə iqtanı əvəz etdiyini [90, 219], gah 
da hələ elxanilər zamanı iqtanın tiyul ilə əvəz olunmağa başladığını qeyd etmişdir 
[90, 754]. Onun bu fikirləri arasındakı ziddiyyət bir yana qalsın, iqtanın tiyul ilə 
əvəz olunması barədə də onun söylədiyi fikir düzgün deyildir, çünki, bildiyimiz 
kimi, iqtanı əvəz edən institut tiyul yox, soyurqal institutu olmuşdur [39, 155, 189]. 
Tiyul müəyyən bir yerin müvəqqəti istifadə olunmasından ötrü şahın 
dövlət torpaqları hesabına xüsusi şəxslərə verdiyi sahəyə deyilirdi. Tiyul sahibi 
(tiyuldar) həmin torpaqdan alınan gəlirin hamısını, yaxud böyük bir hissəsini 
32
Beytin tərcüməsi bu sətirlərin müəllifinindir. 
33
Soyurqal haqqında geniş məlumat üçün İ.P. Petruşevskinin monoqrafiyasına baxmaq lazımdır. 


55 
mənimsəyirdi [39, 194 - 195]. O, dövlətə hər il ―rüsum‖ adı altında müəyyən 
məbləğ pul verməliydi [90, 242 - 246]. Bəzən tiyul müəyyən qoşun hissələri 
hazırlanması məqsədi ilə də verilir və tiyuldar lazımi vaxtda hökümətin 
sərancamına əsgəri qüvvə verməyə vəzifədar edilirdi [9, 53]. Tiyul soyurqaldan 
fərqli olaraq əmir, şahzadə və başqa şəxslərə irsən verilə bilməzdi [39, 193, 212; 
55, 39], çünki bu torpaq mülkiyyəti növü məhz tiyula layiq görülən hökümət 
məmurunun etdiyi xüsusi xidmət müqabilində maaş kimi verilirdi [90, 220]. 
Xidməti böyük olan şəxsin tiyulu da çox olurdu. 809 (1406/07)-cu ildə 
Qara Yusif Bəstam Cagirluya əmirül-üməra vəzifəsini verdiyi vaxt Sultaniyyə, 
Ərdəbil və Muğan tiyul kimi həmin əmirə xas idi [64, 299 a]. 
Dövlət başçısı müharibəyə yollanan vaxt tiyuldarlar da onunla həmrah 
olmalı, öz qoşunları ilə köməklik göstərməli idilər [64, 175b; 56, 371]. 871 
(1465/67)-ci ildə oğlu Pirbudaq əleyhinə müharibəyə hazırlaşan Cahanşah ―ətraf 
vilayətlərdən bir çox əmir və tiyuldarları çağıraraq, onları öz ordusuna
birləşdirmişdi‖ [64, 175b]. 
Bir qədər yuxarıda tiyulun irsi xüsusiyyətə malik olmadığı söylənilmişdi. 
Bu fikrin təsdiqi üçün məlumat ―Əhsənüt-təvarix‖də də vardır. Məsələn, Qara 
Yusif 818 (1415/16)-ci ildə Sultaniyyə şəhərinin o zaman artıq onunla düşmənçilik 
edən Bəstam Cagirludan alınıb özünə verilməsini Şahrux şahdan xahiş etmişdi [64, 
250b], ancaq məlumdur ki, Sultaniyyə Əmir Bəstamın tiyulu idi [64, 249a]. Əgər 
tiyul irsi xüsusiyyətə malik olsaydı, Sultaniyyənin əmir Bəstamdan alınmasına 
cəhd edilməzdi. Başqa bir misal: 915 (1509/10)-ci ildə əvvəllər Abdal bəy Dədənin 
əlində olan Qəzvin və Savucbulaq şəhərləri əmir Zeynal xan Şamluya verilmişdi 
[65, 110; 39, 194]. Həsən bəy Rumlu sonradan yazır ki, Qəzvin onun babası Əmir 
Sultan Rumlunun əcdadına tiyul verilmişdi [65, 278; 39, 194]. Tiyul yerlərinin 
əldən-ələ keçməsi ilə əlaqədar olaraq, tiyul feodal torpaq mülkiyyəti növünün irsi 
xarakter daşımadığı bir daha təsdiq edilir. 
Tiyulun ləğvi nəticəsində yaranan vahimə bu mülkiyyət formasının 
tiyuldar əmirlərdən ötru nə qədər gərəkli olduğunu bariz şəkildə əks etdirir. Belə 
ki, 932 (1525/26)-ci ildə ustaclu tayfasına aid olan tiyulun I Şah Təhmasib 
tərəfindən ləğv edilməsi ilə əlaqədar həmin tayfa əmirləri hökümətlə düşmənçiliyə 
başlamışdılar [65, 191; 58, 47; 39, 194]. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin