Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   15   16   17   18   19   20   21   22   ...   29
Şahin Fərzəıiyev

3. Siyasi tarix 
―Əhsənüt-təvarix‖ əsərinin tariximizlə əlaqədar olan IX cildinin ilk fəsli 
807 (1404/05)-ci il hadisələrinin təsviri ilə başlayır. O il istilaçı hökmdar Teymur 
ölmüş, hakimiyyət uğrunda onun varisləri arasında qanlı vuruş başlanmışdı (66, 
15). O vaxt mərkəzi Herat şəhəri olan Xorasan dövləti üstündə Teymurun oğlu 
Şahrux və nəvəsi Sultan Xəlil (Miranşahın oğlu) arasında narazılıq yaranmış və 
nəticədə Şahrux qalib gəlmişdir. Bir neçə il əvvəl atası tərəfindən hakimiyyətdən 
məhrum edilən Miranşah (67, 215b) oğlu Əbubəkr və Mirzə Ömərlə birlikdə 
Azərbaycan və İranın qərb torpaqlarında səltənətə çıxmaq uğrunda vuruşurdu (66, 
8 - 10: 89,414b - 415a; 67, 216b). Daxilən möhkəm olmayan Teymur imperiyası 


60 
onun ölumündən sonra parçalanmağa başlamış, hərc-mərclik yaranmışdı. Orta 
Asiya və Azərbaycanda da feodal araçəkişmələri davam etməkdə idi. Ölkə tez-
tez bir hökmdarın əlindən çıxır, başqa birinin ixtiyarına keçirdi. Təbriz elə həmin 
il Mirzə Ömərin (66, 8 - 9; 67, 216b), 808 (1405/06)-ci ildə əvvəl Mirzə Əbubəkrin 
və Miranşahın (66, 17), sonradan isə Şirvanşah I İbrahimin əlinə keçmişdi (66, 21
38), 809 (1406/07)-cu ildə isə Sultan Əhməd Cəlayiri Bağdaddan hücuma 
keçərək Təbrizə üz tutmuş, I İbrahim şəhəri tərk etdikdən sonra Azərbaycan 
paytaxtını tutmuşdu (66, 38: 26, 396). 
Paytaxtın belə tez-tez əldən-ələ keçməsi şübhəsiz ki, ilk növbədə xalqın 
qarət edilməsinə səbəb olurdu. Azərbaycanın şəhər və qalaları yadelli hücumlar 
nəticəsində dağılır, əhalisi qətl edilirdi. Teymuri qoşunlarına illərlə fədakarcasına 
sinə gərən Əlincə qalası nəhayət 807 (1404/05)-ci ildə Mirzə Ömərin yürüşü 
nəticəsində viran edilmişdi (66, 9; 56, 468; 26, 391). Həsən bəy Rumlu yazır ki, 
hər bir ərazi ələ keçirməmiş, şəhərdəki türkmən əmirlərinin bir dəstəsi hücumla 
gələrək, rəiyyətin malına əl uzatmışdılarsa da, əhaliyə qalib gələ bilməmiş və 
şəhərdən çıxarılmışdılar (66, 17).
Tarixi 
mənbələrin 
verdikləri 
məlumatlarda 
yadelli işğalçıların 
soyğunçuluqları dəfələrlə nəzərə çatdırılmışdır. Qara Yusiflə olan döyüşdən qaçan 
Mirzə Əbubəkr ―bir neçə nəfərlə birlikdə özünü Təbrizə yetirmiş və rəiyyətin 
malına əl uzatmışdı‖ (66, 36). Bunun əksinə olaraq, I İbrahimdən az əvvəl şəhərə 
girən Əmir Bəstam xalq ilə yaxşı rəftar etmişdi (66, 21; 80, 25a). 
Göstərmək lazımdır ki, Təbriz əhalisi işğalçılara qarşı kütləvi çıxışlar edir, 
hər vasitə ilə düşməni qovmağa çalışırdı (66, 17). Azərbaycanın cənubunda baş 
verməklə olan hərc-mərcliyin əksinə olaraq, artıq XV əsrin əvvəllərində müstəqil 
bir dövlət kimi özünü göstərən Şirvanın əhalisi ―ölkəni iqtisadi cəhətcə inkişaf 
etdirməyə çalışan şirvanşahın siyasətinə tərəfdar olurdu‖ (5, 220). 
Azərbaycan, Şirvan və Şəki dövlətlərini ələ keçirib, mərkəzləşdirilmiş bir 
dövlət yaratmaq Qara Yusifin hərbi siyasətinin məzmununu təşkil edirdi. O, 
məqsədinə çatmaqdan ötrü Azərbaycana sahibləndikdən sonra təhlükəli rəqibi olan 
Mirzə Əbubəkri əzmək qərarına gəlmiş (66, 42) və buna nail olmuşdu (66, 45: 20, 
398). 809 (1406/07)-cu ildə Qara Yusifin növbəti hücumu Əlincə qalasını zəbt 
edərək orada ―istila və istiqlaliyyət bayrağı qaldıran‖ Qazi İmadəddin üzərinə 
olmuş, qalanın alınmazlığını gördüyündən özünə yeni bir müttəfiq qazanmaq 
məqsədi ilə Əlincədən əl çəkmişdi (66, 47). Lakin çox keçmədən Qazi İmadəddinə 
qarşı üsyan qaldırıb, onu öldürən azərbaycanlıların xahişi ilə bu qala Qara Yusifin 
oğlu Mirzə İsgəndərə verilmiş (16, 124 - 126) və qaraqoyunlu hökmdarı dövlət 
torpaqlarını daha da genişləndirmək fikrini həyata keçirməyə başlamışdı. İndi onun 
qarşısında duran növbəti düşmən Qara Osman Bayandur idi. 
Yeri gəlmişkən göstərmək lazımdır ki, qaraqoyunlu baharlu qəbilə 
birləşməsinin barani sülalənin Baharlı adıdır. Qaraqoyunlu qəbiləsinin bayanduri 
nəslindən idilər (114, 392). Bu iki tayfa arasındakı düşmənçilik Teymurun siyasi 


61 
fəaliyyəti zamanı daha bariz şəkildə özünü göstərmişdi: qaraqoyunlular onun 
əleyhdarı, ağqoyunlular isə müttəfiqi idilər. Bundan başqa, qaraqoyunlular arasında 
şiəlik, ağqoyunlularda isə sünnilik yayıldığından bu sahədə də onlar bir-birinə əks 
mövqedə dururdular (36, 167) 
811 (1408/09)-ci ildə, nəhayət, Qara Osmana qalib gələn Qara Yusif (66, 
59 - 60; 98, 119a) özünün növbəti qələbəsinə doğru can ataraq, bir dəstə 
döyüşçünü Şirvan və Şəkini zəbt etmək məqsədi ilə göndərmişdisə də (66, 60), 
onun bu planı baş tutmamışdı. Şirvanşah I İbrahim o vaxtlarda qaraqoyunluların 
qüvvətlənməsinin Şirvanı təhlükə altında alacağını bilir və cəlayirilərin tərəfində 
dururdu (66, 61; 36, 158; 30, 29). İ. P. Petruşevski və C. M. İbrahimov şirvanşahın 
cəlayirilərə tərəfdar olmasının səbəbini o zaman cəlayirilər dövlətinin çox ―zəif 
olmasında‖ görmüşlər (36, 158; 30, 29). Ancaq məsələyə dərindən yanaşdıqda işin 
başqa bir cəhəti aydın olur. Məlumdur ki, o vaxt Azərbaycanın rəsmi hökmdarı 
Qara Yusif yox, Sultan Əhməd Cəlayiri idi. Digər tərəfdən hələ cəlayirilərə qalib 
gəlməyən Qara Yusif hələ elə bir şöhrətə malik deyildi və öz qüvvəsini lazımi 
qədər göstərə bilməmişdi. Belə olan halda I İbrahimin onun tərəfində yox, Sultan 
Əhmədin tərəfində durmasını təbii bir hal kimi qəbul etmək olar. Burası da 
məlumdur ki, istər cəlayirilər, istərsə də teymurilər Şirvanın müstəqilliyinə 
toxunmamış və o, şirvanşahlar tərəfindən idarə olunmuşdu. I İbrahim cəlayirilərin 
Şirvana qarşı tutduğu dinc mövqeyi açıq-aşkar görürdü. O həm də bilirdi ki, artıq 
bir dəfə Şirvanı tutmağa cəhd edən Qara Yusif (66, 60) qüvvətləndikdən sonra 
hökmən öz əvvəlki niyyətini həyata keçirməyə çalışacaq və müstəqil Şirvan, 
dövləti qaraqoyunlu təhlükəsi qarşısında qalacaqdır. Məhz buna görə də I İbrahim 
özünə müttəfiq qazanmaq naminə qaraqoyunluların deyil, cəlayirilərin tərəfində 
durmalı idi. Yox, əgər o qaraqoyunluların tərəfini saxlamış olsaydı, məlumdur ki, 
özünə Qara Yusifin şəxsində bir dost, cəlayirilərin və həmçinin Qara Yusiflə 
düşmənçilik münasibətində olan teymurilərin şəxsində iki düşmən qazanmış 
olacaqdı, çünki teymuri Şahruxla Şirvan dövləti arasında hələlik yaxşı münasibət 
vardı. Məhz bu səbəblərə görə I İbrahim cəlayirilərin tərəfini saxlayırdı. Əgər 
qaraqoyunlular tərəfindən Şirvana hücum edilərdisə, şirvanşah cəlayiri və 
teymurilərin köməyinə bel bağlaya bilərdi. Deməli, I İbrahimin Sultan Əhmədə 
tərəfdar olmasının səbəbini heç də cəlayirilərin zəifləməsində və Şirvana qarşı 
təhlükə təşkil etməməsində axtarmaq lazım deyil, şirvanşahın müdrik 
uzaqgörənliyində görmək lazımdır. Məhz bu uzaqgörənlik nəticəsində Şirvan 
döyüşçüləri Sultan Əhmədi müdafiə etməklə gələcəkdə Azərbaycanın cənub 
vilayətlərində qalıb möhkəmlənə bilərdilər (36, 158). 
―Əhsənüt-təvarix‖ salnaməsindən aydın olur ki, qaraqoyunlu və cəlayirilər 
arasında olan zahiri dostluq 812 (1409/10)-ci ilə kimi davam etmişdir. Sultan 
Əhməd keçmiş əmiri olan Qara Yusifin (89, 414b) Təbrizdən çıxdığını bilən kimi 
―Bağdaddan Həmədana gəldi, oradan da çoxlu qantökən qoşunla Təbrizə yollandı‖ 
(66, 62 - 63). Qara Yusifin oğlu Şahməhəmməd ona müqavimət göstərə 


62 
bilməyərək, Xoya qaçandan sonra Sultan Əhməd ―əzəmət və şövkətlə Təbriz 
dövlətxanasında əyləşdi‖ (66, 63; 26, 398). Bu hadisə 813 (1410/11)-cü ilin rəbiül-
əvvəl ayında (iyul) baş vermişdi (134, 60). 
Ancaq Sultan Əhmədin Təbrizi tutması xəbərini Ərzincanda eşidən Qara 
Yusif dərhal qayıtmış, onunla döyüşmüş və Sultan Əhməd əsir alınmışdı (66, 63 - 
66; 36, 158 - 159). 
Məlumdur ki, XIV əsrin ikinci yarısından sonra Azərbaycan cəlayiri 
feodal köçəri əyanlarının nümayəndələri tərəfindən idarə olunurdu (1358 - 1410). 
Əgər cəlayirilərə vurulan birinci zərbə, yəni Teymurun Azərbaycanı tutması və 
Sultan Əhmədin müvəqqəti olaraq taxt-tacdan kənar edilməsi cəlayirilər dövlətini 
bərk sarsıtmışdısa, Qara Yusif tərəfindən ona dəyən ikinci zərbə bu dövlətin 
süqutuna səbəb olmuşdu (30, 20). Məğlubiyyətdən sonra Qara Yusifin təkidi ilə 
cəlayiri hökmdarı Azərbaycan məmləkətlərinin Qara Yusifin oğlu Pirbudağa
verilməsini yazılı surətdə təsdiq etmiş, sonra öldürülmüşdü (66, 67- 80, 52a; 98, 
119; 59, 420b; 81, 234b). 
Göstərmək lazımdır ki, Azərbaycan Qaraqoyunlu dövlətinin yaradıcısı 
olmasına baxmayaraq, Qara Yusif özünü yox, oğlu Pirbudağı yeni yaranan dövlətin 
qaraqoyunlu hökmdarı kimi tanıtmaq istəyirdi. Qara Yusifin bu hərəkəti bir 
tərəfdən oğluna qarşı onun qəlbində olan atalıq məhəbbətinin ifadəsi kimi qəbul 
oluna bilər, digər tərəfdən isə məlumdur ki, Sultan Əhməd və Qara Yusif hələ 
həbsxanada olduqları vaxt Pirbudaq doğulmuş və ―Sultan Əhməd onu oğulluğa 
qəbul etmişdi‖ (66, 32; 98, 119; 81, 234a). Ehtimal ki, hələ buna görə də Qara 
Yusif özünün yox, oğlunun hökmdar kimi tanınmasını daha qanuni bir hal 
sanmışdı. 
Əgər Qara Yusif hakimiyyətə çıxdığı ilk vaxtlarda ―mənim padşah olmaq 
arzum yoxdur‖ (66, 37), ―səltənət işləri bizə gərək deyil‖ (66, 42; 36, 160 - 161) 
deyirdisə, bunun səbəbi heç də o deyildir ki, qaraqoyunluların ilk hökmdarı şahlıq 
etməyi arzulamamışdır, bunun səbəbi qaraqoyunlu şahlığını onun öz adı ilə yox, 
övladının adı ilə qanuniləşdirmək istəyində olmuşdur. Heç də təsadüfi deyildir ki, 
Sultan Əhmədin Təbrizə hücumundan bir qədər əvvəl Qara Yusif Ərzincana 
hücum edərkən ərzincanlılar xütbəni onun yox, Pirbudağın adına oxumuşdular 
(114, 60). Lakin, məlumata görə, Pirbudaq çox yaşamamış, 816 (1413/14)-cı ilin 
şəban ayında (noyabr) ölmüşdü. Bu hadisədən bir ay sonra Qara Yusif xütbəni öz 
adına oxutdurub, qaraqoyunlu səltənət taxtına əyləşmişdi (114, 61). 
Sultan Əhmədin məğlubiyyətindən sonra Qara Yusif 817 (1414/15)-ci ildə 
Gürcüstan valisi Konstantin və Şəki hakimi Şəmsəddin Əlinin oğlanları ilə ittifaqa 
girən Şirvanşah I İbrahim üzərinə böyük hərbi yürüş etdi (66, 82 -83; 98, 119). Kür 
sahilində baş verən döyüşdə Konstantin əsir alınaraq öldürüldü və I İbrahim 
zəncirlənərək Təbrizə gətirildi. Ancaq məlum olduğu kimi, o, qaraqoyunlu 
əsirliyində çox qalmamış, bir sıra nüfuzlu şəxslərin köməyi ilə azad edilmişdi (66, 
85; 10, 26). Beləliklə də, I İbrahimin həmişə qorxduğu bir hadisə baş vermiş və 


63 
müstəqil Şirvan dövləti qaraqoyunlu hökmdarından asılı vəziyyətə düşmüşdü. 
Lakin bu asılılıq nominal xarakterdə olduğu üçün elə bir əhəmiyyət kəsb etmədi. 
Nəticədə şirvanşah Kür çayından cənubda olan torpaqlardan əl üzməli olmuşdusa 
da, şimaldakı torpaqlarda onun hakimiyyəti dəyişilməmiş qalırdı (36, 162; 5, 222; 
30, 29). 
O vaxtlarda Şahrux da başçılıq etdiyi Xorasan dövlətinin hüdudlarını 
qonşu ölkələr hesabına genişləndirməyə cəhd edirdi. Hələ atası Teymurun 
sağlığında onunla pis münasibətdə olan Qara Yusif indi də onun oğlu Şahruxla 
yola getmirdi. Buna görə də Şahrux 817 (1414/15)-ci ildə Azərbaycana yürüş 
etmək məqsədilə Heratdan çıxdı, lakin Xorasan dövləti daxilində üzə çıxan bəzi 
ixtilaflara görə onun Azərbaycana etmək istədiyi birinci yürüş baş tutmadı (64, 
252a). 
Qeyd etmək lazımdır ki, Şahrux kimi qüdrətli bir şahla yola getməməyin 
ona ancaq zərər verə biləcəyini yaxşı duyan Qara Yusif dövlətlərarası 
münasibətlərin yaxşılaşdırılmasından ötrü iki dəfə cəhd etmiş (64, 249a, 250b), 
hətta Sultaniyyə şəhərini dostcasına Xorasan hökmdarından xahiş etmişdi. Həsən 
bəy Rumlu yazır: ―Bu xahiş müqabilində Xorasan şahı bildirdi ki, əgər Qara Yusif 
bir oğlunu girov kimi bizim yanımıza göndərərsə, Sultaniyyəni ona verə bilərik. 
Qara Yusif bu təklifə razı olmadı‖ (64, 249a, 250b). Çünki oğlunu Xorasan 
sarayına göndərməklə o, hökmən, Şahruxdan asılı vəziyyətə düşəcək və tam 
müstəqil hərəkət edə bilməyəcəkdi. 
Həsən bəy Rumlunun məlumatından aydın olur ki, Şahrux Qara Yusifə 
etibar etmir, Qara Yusif də onun səmimiliyinə inanmırdı. Azərbaycan hökmdarına 
oğlunu girov göndərməsini tapşırmaqla qaraqoyunluların qüdrətinin get-gedə 
artmasından Şahruxun təşvişə düşdüyü, həyəcan keçirdiyi məlum olur. 
O zamankı bir çox feodal əyanlar arasında olan dostluq və ittifaq yalnız 
siyasət məqsədi güdür, müvəqqəti xarakter daşıyırdı. Həkim, vali və əmirlərin çoxu 
tərəfdarı olduqları hökmdarın zəiflədiyini, yaxud ondan daha güclü bir feodalın 
hücuma keçdiyini bilən kimi öz əvvəlki müttəfiqlərinə xəyanət edirdilər. Bəstam 
Cagirlunun qardaşı əmir Məsum da belə hərəkət etdi. O, Şahruxun Şirazda 
olduğunu eşidib, onun hüzuruna gəlmiş və qaraqoyunlu qoşununun hərbi vəziyyəti 
haqqında Xorasan şahına bir sıra məlumat vermişdi (64, 250b). 
Elə Qara Yusifin özü də Şahruxun hərbi qüdrətini öyrənmək məqsədi ilə 
casus yollayır və vaxtaşırı məlumat toplayırdı. 818 (1415/16)-ci ildə bir 
qaraqoyunlu casusu Xorasan döyüşçüləri tərəfindən tutulmuş (64, 250b) və 
Azərbaycanın hərbi vəziyyəti barədə Şahruxun məlumatı bir qədər də artmışdı. 
Lakin Qaraqoyunlu və Xorasan dövlətləri arasında hələlik dinc münasibət olduğu 
və elçi gediş-gəlişi davam etdiyi üçün (64, 246a, 251a) hələlik heç bir hərbi 
münaqişə baş vermirdi. 822 (1419/20)-ci ildə isə Şahrux Xorasandan çıxaraq ―köç-
köç Təbrizə tərəf, yollandı‖ (64, 246a). 


64 
Xorasan şahının Azərbaycana bu yürüşünün səbəbi onda idi ki, Qara 
Yusif əlindəki torpaqlarla kifayətlənmək istəmir, hətta Şahruxun hökmü altındakı 
bir sıra şəhərləri də öz əlinə keçirmək istəyirdi. Yuxarıda göstərildi ki, Qara Yusif 
Sultaniyyəni Şahruxdan istəmişdisə də, o, buna razı olmamışdı. Lakin Sultaniyyə 
çox keçmədən Qara Yusif tərəfindən tutulmuşdu (66, 113; 59, 407b; 36, 162; 114, 
62). Həsən bəy Rumlu məlumat verir ki, artıq Həmədan, Tarom və Qəzvin də onun 
əlinə keçmişdi (66, 113). 
Şahruxun qəfildən Azərbaycana hücum etməsinin səbəbini bildirən Həsən 
bəy Rumlu yazır: ―Qara Yusifin yanına Təbrizə göndərilən elçi qayıdaraq 
(Şahruxa) bildirmişdi ki, Qara Yusif orada özünü müstəqil bir şah sayır, ətraf 
yerlərin bütun hakim və sərdarları ona tabedir. Padşahın (yəni Şahruxun - Ş. F.) 
şövkəti və qoşununun qələbələrindən qorxmayan Qara Yusifin çoxlu döyüşçü 
dəstələri vardır‖ (66, 110). 
Doğrudan da, Qara Yusifin səyi və rəhbərliyi nəticəsində Azərbaycanda 
böyük ordu yaradılmışdı. Təsadüfi deyil ki, Şahruxun əmir və saray adamları 
―Azərbaycan qoşununun tüğyanını yalnız bahadırların həmləsi yatıra bilər‖ 
demişdilər (66, 110). Buna görə də Şahruxun əmri ilə Azərbaycana hərbi yürüş 
üçün az vaxtda böyük bir ordu toplandı (66, 110). 
Xorasan qoşunu ilə döyüş ərəfəsində Qara Yusif tərəfindən orduda hərbi 
islahat keçirilmişdi. Həsən bəy Rumluya görə teymuri Şahruxun böyük ordusuna 
həlledici zərbə endirməyə hazırlaşan Qara Yusif ona qarşı miqdarca çox əsgəri 
qüvvə çıxarmaq məqsədilə piyada qoşun toplanılması üçün də əmr verdi. Beləliklə
Təbriz vilayətindən tarixdə ilk dəfə olaraq piyada qoşun dəstələri hazırlandı (66, 
114). 
Hücum 822 (1419)-ci ilin şəban ayının 4-də (avqustun 27-də) baş verdi. 
Mənbələrin bəzisində Şahrux ordusunun 200000 (64, 247b; 81, 234b), Qara 
Yusifin isə 120000 döyuşçüsünün (114, 62) bu müharibəyə gətirildiyi barədə 
məlumat vardır. 
Ancaq birdən-birə ―Qara Yusifin səltənət kökü dağılmağa başladı, onun 
bədən şəhristanını xəstəlik bürüdu‖ (66, 113). Belə ki, bir qədər bundan əvvəl 
qapaqoyunlular tərəfindən məğlub edilən Qara Osman Bayandur təzədən onunla 
döyüşərək Qara Yusifin göndərdiyi qoşuna qalib gəlmiş, indi də Şahrux hücuma 
keçmişdi. Bir oğlu İsfahan Mirzə Adilcavazda eyş-işrətə qurşanaraq atasına kömək 
yetirmək fikrində deyildi, o biri oğlu Şahməhəmməd isə ona qarşı əks mövqe 
tutaraq Bağdada müstəqil hökmranlıq edirdi, başqa övladı Cahanşah Sultaniyyədə 
yaşayırdı (66, 113). Beləliklə, Qara Yusifin illərdən bəri zəhmətlə yaratdığı 
səltənət dağılmaqda idi. Başqa bir tərəfdən də orta əsr feodalına xas olan qürur 
hissi onu geri çəkilməyə, zəbt etdiyi torpaqlarin bir qarışından belə əl çəkməyə 
qoymurdu. Hələ Şahrux hücuma keçməmişdən əvvəl Xorasan sarayına yaxın olan 
əmirlərdən biri Qara Yusifin yanına adam yollayıb, bildirmişdi ki, əgər o, 
―Sultaniyyə və Qəzvin torpaqlarından əl çəkərsə, Azərbaycanla ərəb İraqı Rum 


65 
(Türkiyə - Ş.F.) və Şam (Suriya - Ş.F.) sərhəddinə qədər onda qalar və Şahrux 
Herata qayıdar‖ (66, 114). Qürur hissinə qapılan qaraqoyunlu hökmdarı nəinki bu 
təkliflə razılaşmamış, hətta bunu deyən şəxsi həbs edərək qoşun toplamağa 
başlamışdı. 
Həsən bəy Rumlunun yazdığına görə, döyüşçülərin miqdarını artırmaq 
məqsədi ilə Qara Yusif Təbriz vilayətində olan, hərbi cəhətcə hazırlıqsız və döyüş 
avadanlığına hələ bələd olmayan piyada qoşununu da çağırmış, xəstəliyinin 
şiddətlənməsinə baxmayaraq kəcavəyə əyləşib döyüşə yollanmışdı. Ancaq Uçan 
yaxınlığına çatarkən ―əcəl bəyi də gəlib ona çatdı və o şahlıq taxtından çıxıb, tabut 
taxtasına girdi‖ (66, 114) 
Qara Yusifin ölümü onun ordusunun tez vaxtda dağılmasına səbəb oldu 
(66, 116 - 117; 89, 416b; 81, 234a) ki, bu da qaraqoyunlu ordusunda möhkəm hərbi 
intizam və qayda-qanunun olmamasını nəzərə çatdıran bir faktdır. 
Öz qüvvətli qonşusu və rəqibinin ölümünü eşidən Şahrux həmin ilin 
zilhiccə ayının 9-da (dekabrın 28-də) Qarabağa gedərək orada qışlamış, oğlu 
Baysunqur isə Təbrizi döyüşsüz ələ keçirmişdi (66, 117 - 118). Göstərmək lazımdır 
ki, Şahrux Qarabağda, olarkən Şirvanşah I Xəlilullah, Şəki hakimi Seydi Əli, 
Gürcüstan valisi Aleksandr dəfələrlə çoxlu hədiyyə gətirərək onun yanına 
gəlmişdilər (66, 123) ki, bununla da onlar özlərinin Xorasan dövlətindən asılı 
olduqlarını əyani şəkildə nəzərə çatdırırdılar. 
Şahrux 823 (1420)-cü ilin rəbiül-əvvəl ayının 19-da (aprelin 5-də) Təbrizə 
gəldikdə Naxçıvan və Səlması idarə edən qaraqoyunlu şahzadələri Əbu Səid və 
İsfahan Mirzə də gələrək ona tabe olduqlarını bildirmişdilər (66, 124; 5-9, 414a). 
―Əhsənüt-təvarix‖dəki maraqlı məlumatlardan biri də Bərdədə olan 
teymuri əsgərlərinin yerli əhali tərəfindən qarət edilmələridir (66, 124) ki, bu da, 
heç şübhəsiz, yadellilərə qarşı xalqın qəlbindəki narazılıq və qəzəblə əlaqədar bir 
hal idi. 
Qara Yusifin başqa oğlanları, xüsusilə İsgəndər Şahruxa tabe olmaq 
istəmirdi. Lakin Xorasan hökmdarı tezliklə onu da məğlub edərək Təbriz 
hökümətini qaraqoyunlulara düşmən olan Qara Osmanın oğlu Əli bəyə verdi (66, 
133). Paytaxtın düşmən tayfa nümayəndəsinə verilməsi qaraqoyunlu və 
ağqoyunlular arasında olan vəziyyəti daha da gərginləşdirdi. Mirzə İsfahanın 
Təbrizə, onun üstünə hücum xəbərini eşidən Əli bəy Bayandur Diyarbəkrə qaçdı və 
Təbriz İsfahan Mirzənin əlinə keçdi. Lakin Həsən bəy Rumlunun məlumatına görə, 
qardaşı İsgəndərin Təbrizə hücumunu bilən İsfahan Mirzə şəhəri tərk etməyə 
məcbur olmuş və İsgəndər Azərbaycan taxtına əyləşmişdi (66,133 - 134). 
Deməli, Təbriz bir neçə ayda teymuri Baysunqurun, bayanduri Əli bəyin, 
qaraqoyunlu İsfahan Mirzənin, sonra isə İsgəndərin əlinə keçmişdi. Dövlətşah 
Səmərqəndi bildirir ki, Şahrux Azərbaycanı öz övlad və əmirlərinə vermək 
istəyirdisə də, onlar İsgəndərin qorxusundan Azərbaycanda hakim olmaq 
istəmirdilər (73, 407). 


66 
Azərbaycan xalqı onu illərlə istismar edən teymurilərin zülmündən 
qurtarmağa çalışır, bunun üçün daim mübarizə aparırdı. Hələ XIV əsrin sonlarında 
Azərbaycan və bir sıra Şərq ölkələrində yadelli əsarətə qarşı yönəldilən dini-siyasi 
bir hərəkat - hürufilik yayılmağa başlamışdı. Məlum olduğu kimi, bu təlimin 
başçısı Azərbaycan mütəffəkkiri Fəzlullah Nəimi olmuşdur. Hürufilərin fikrincə, 
―ərəb əlifbasının hərfləri müqəddəs xarakter daşıyır və dünyanın sirlərini açmaq 
üçün bir vasitədir‖ (5, 219). Hürufilər təkcə fikir və əqidə cəhətincə yox, 
geyimlərinə görə də özlərini başqalarından fərqləndirməyə çalışırdılar. Həsən bəy 
Rumlu Fəzlullahı ―kətan geyimli‖ hürufilərin başçısı adlandırır (66, 228b). 
830 (1426/27)-cu ildə hürufi təriqəti nümayəndələrindən biri olan Əhməd 
Lur adlı şəxs tərəfindən Şahruxa sui-qəsd edilmiş və o, ağır yaralanmışdı. Həsən 
bəy Rumlu göstərir ki, bu hadisədən sonra hürufilərə amansız divan tutuldu (64, 
228b; 89, 348a – 349a), bir çox hürufi əqidəli adam, o cümlədən Fəzlullah 
Nəiminin qız nəvəsi və Əhməd Lur ilə ittifaqda olan bəzi şəxslər öldürüldü, şair 
Şah Qasım Ənvar isə Heratdan çıxarıldı (64, 228a; 59, 419a). 
831 
(1427/28)-ci ildə Şahrux ikinci dəfə Azərbaycana hücum etdi (66, 
195; 59, 419b). Bunun səbəbi İsgəndərin Sultaniyyə şəhərini mühasirəyə alması 
idi. Həsən bəy Rumlu bildirir ki, döyüş nəticəsində İsgəndər məğlub oldu (66, 
198). Lakin bu məğlubiyyət də onu ruhdan salmamış, elə həmin il Şahrux 
tərəfindən Azərbaycan taxtının sahibi təyin edilən qardaşı Əbu Səidi öldürərək 
Azərbaycana yenidən sahiblənmişdi (66, 204; 81, 235a). Həsən bəy Rumlu xəbər 
verir ki, İsgəndər bir ildən sonra Şirvanı ələ keçirmək məqsədi ilə ora çoxlu qoşun 
göndərdi. Şirvanşah Xəlilullah ona müqavimət göstərə bilmədiyindən qaçdı və 
―həmin diyarda bir ildən çox əmin-amanlıq olmadı‖ (64, 226a). 
Bu məlumatlardan sonra bizim müəllif bildirir ki, Şahruxun Azərbaycana 
hakim təyin etdiyi Əbu Səid öldürüldüyü və İsgəndər Şirvan yürüşündə olduğu 
üçün Təbriz vilayəti sahibsiz qalmış və bir dəstə qarətçi tərəfindən qarət edilmişdi 
(64, 226a) Bu sözləri mütaliə etdikcə Həsən bəy Rumlunun təəssüfünü duymamaq 
mümkün deyildir. Doğrudan da, o vaxtlarda Azərbaycanın möhkəm iradəli, mətin 
bir başçıya ehtiyacı vardı. Qara Yusifin ölümündən sonra isə ölkə əldən-ələ keçir, 
müxtəlif feodallar tərəfindən qarət edilir, var-yoxdan çıxarılırdı. 
İsgəndərin döyüşçüləri də Şirvana girən kimi oranı dağıtmağa və talan 
etməyə başlamışdılar (66, 210). Qaraqoyunlularla bacarmayacağını başa düşən 
Xəlilullah dərhal Şahrux və Qara Osman Bayandurdan kömək istədi (66, 211). 
Atası İbrahimin yolu ilə gedən Xəlilullah, göründüyü kimi, qaraqoyunlulara qarşı 
onların öz düşmənlərinin köməyindən istifadə etməyi qərara almışdı. Həsən bəy 
Rumlu göstərir ki, şirvanşahın xahişi müqabilində Şahrux 838 (1434)-ci ilin rəbiüs-
sani ayının 2-də (noyabrın 6-da) Azərbaycana üçüncü dəfə yürüş etmiş (66, 211 - 
212) və şirvanşah da zilhiccə ayının 11-də (1435-ci il iyulun 9-da) Reydə dayanan 
Xorasan qoşunu ilə birləşmişdi. O vaxt Şahrux siyasət işlədərək İsgəndərə qarşı 


67 
onun öz qardaşı Cahanşahdan istifadə etməyi qərara aldı və Cahanşah da gəlib 
Reydə onlara qoşuldu (66, 213; 81, 235a). 
V. F. Minorski yazır ki, Qara Yusif övladının arasına münaqişə 
salmayınca Azərbaycanı ələ keçirməyin mümkün olmayacağını bilən Şahrux 
hiyləgərlik edir, Azərbaycan səltənətini ayrı-ayrılıqda həm Cahanşaha, həm Qara 
Yusifin nəvəsi Şah Əliyə (Şah Məhəmmədin oğluna), həm də türkmən qoşun 
başçısı Əmir Bayazidə verəcəyini söyləyərək başqa sərdarları da belə vədlərlə 
aldadırdı (114, 64). 
Xorasan və Şirvanın birləşmiş ordusuna davam gətirə bilməyən İsgəndər 
Şirvandan Ruma qaçmış (66, 213), orada ―ağqoyunlu üsulunun başçısı‖ Qara 
Osmanla döyüşərək onu ölümcül yaralamışdı (66, 216; 98, 120a; 89, 416a). 
―Əhsənüt-təvarix‖ əsərinə əsasən bilirik ki, Şahrux İsgəndərin 
məğlubiyyətindən sonra Azərbaycanı Cahanşaha verdi. Beləliklə də, Azərbaycanda 
qaraqoyunlu hakimiyyəti yenidən bərqərar oldu. Cahanşah o biri qardaşlardan 
bacarıqlı olduğundan uzun illər bu dövlətə başçılıq edib hakimiyyəti əlində saxlaya 
bilmişdi. 
Göstərmək lazımdır ki, osmanlı Sultanı I Murad (1360-1389) ilə 
qaraqoyunlu əmirləri arasında yaxşı münasibət olmuşdur. İsgəndər isə ―qürür və 
nadanlıq üzündən... Rum vilayətini dağıtmaq və camaata əzab-əziyyət verməklə 
məşğul idi‖ (66, 225). Məhz buna görə də qaraqoyunlu-osmanlı münasibətləri 
gərginləşməyə başladı. Tezliklə qarətdən əl çəkib, geri qayıdan İsgəndər Təbrizi 
yenidən ələ almağa müyəssər oldu (66, 228). Lakin Muğan valisi və Şirvan 
əmirləri ilə ittifaqa girən Cahanşahın hücumu nəticəsində Əlincə qalasına qaçan 
İsgəndərin elə orada da həyat yolu qırılmış, o, oğlu Şahqubad və arvadı Leylinin 
xəyanəti nəticəsində öldürülmüşdü (66, 229; 10, 46). Beləliklə də, Cahanşah 
müstəqil Azərbaycan hökmdarına çevrildi
36
Cahanşah da öz sələfləri kimi istila siyasəti yeridirdi. O, 844 (1440/41)-cü 
ildə Gürcüstana hücum etmiş, qayıtdıqdan sonra Bağdadı vəfat edən qardaşı 
İsfahan Mirzənin oğlundan alıb öz oğlu Məhəmmədi Mirzəyə vermişdi (66, 243, 
250). 
850 (1447)-ci il zilhiccə ayının 25-də (martın 13-də) Xorasan hökmdarı 
Şahrux vəfat etdi (66, 262). Məlum olduğu kimi, Cahanşah ondan asılı idi və 
apardığı döyüşlərdə ona öz əsgəri qüvvələri ilə kömək edirdi (66, 213)
37
. Xorasan 
hökmdarının vəfatından sonra Cahanşah özünü müstəqil şah kimi aparmağa başladı 
(36, 166).
Bu elə bir vaxt idi ki, artıq ağqoyunlu tayfa birləşməsi də qüvvətlənmyə 
başlamışdı. Bunu hiss edən Cahanşah bir müddət onlarla münasibəti 
36
Məlumdur ki, İsgəndərdən sonra Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah olmuşdur, lakin S.M. 
Onullahi səhvən ―İsgəndər öldükdən sonra qızı Arayeş bəyim hökmdar olur‖ yazır (11, 43, 44) 
37
Cahanşahla Şahrux arasında qohumluq əlaqəsi də var idi. Şahruxun nəvəsi Sultan məhəmməd 
(Baysunqurun oğlu) onun qızına evlənmişdi (65, 279) 


68 
yaxşılaşdırmaq fikrinə də düşdü. Lakin onun bu fikri həyata keçməmiş 
qaraqoyunlu-ağqoyunlu münasibətləri yenidən kəskinləşmişdi. 
Şahruxun yerinə Xorasan şahı olan Babur (1447-1456) Cahanşahın ona 
hücum etmək fikrində olduğunu başa düşən kimi Cahanşahı qabaqlamaq məqsədi 
ilə Azərbaycana yürüş etmək istəmiş (66, 332), sonradan bu fikirdən daşınmışdı. 
Çünki ona rəqib olan qohumu Sultan Əbu Səid elə həmin vaxt Orta Asiyadan 
gələrək Bəlx şəhərini tutmuş və Babur şah bu fitnəkarlığın qarşısını almağı 
Azərbaycana sahiblənməkdən üstün tutub geri qayıtmışdı (66, 333). 
Baburun hakimiyyəti çox davam etmədi və o, 861 (1456)-cı ildə vəfat 
etdi. Həsən bəy Rumlu yazır ki, bu münasibətlə araya çox böyük qarışıqlıq düşdü 
(66, 366 - 367). Cahanşah bu hadisədən istifadə edərək 862 (1457/58)-ci ildə 
Xorasan taxtını ələ keçirməyə müvəffəq oldu (66, 389). Lakin teymuri Sultan Əbu 
Səidin ona hücumu (66, 391) və oğlu Həsənəlinin Maku həbsxanasından çıxıb 
Təbrizi ələ keçirməsi (66, 401 - 402) Cahanşahın yarım illik Xorasan 
hakimiyyətindən Azərbaycana qayıtmasına səbəb oldu (66 402; 81, 235b) 
Beləliklə də, 862 (1457/58)-ci ildə Sultan Əbu Səidlə Cahanşah arasında 
sülh müqaviləsi bağlandı ki, həmin müqaviləyə görə Böyük İran səhrası (Dəşt-i 
kəbir) onların dövlət sərhədi təyin edildi (40, 236). 
Atasının hücumla gəldiyini eşidən Həsənəli onun əmirləri ilə 
qarşılaşmadan qüvvə toplamaqdan ötrü Makuya tərəf getdi (66, 402; 56, 360). 
Həsən bəy Rumlu yazır ki, Cahanşah Təbrizə gəldikdən sonra Həsənəliyə kömək 
edənləri amansızcasına cəzalandırmışdı (66, 403). Elə o vaxtlarda Cahanşahın 
digər oğlu Pirbudaq da atasına qarşı düşmən mövqe tutmağa başladı (66, 404, 429). 
Göstərməliyik ki, qaraqoyunlularda olduğu kimi ağqoyunlular arasında da 
daxili çəkişmə və mübarizə davam etməkdə idi. Bu vəziyyət ən nəhayət Uzun 
Həsənin xeyrinə həll edildi. 860 (1455/56)-cı ildə o Diyarbəkr hakimi olan qardaşı 
Cahangirin şəhərdən çıxdığını bilərək Amid şəhərini tutmuş və taxta əyləşmişdi 
(66, 355 – 356) 
862 (1458)-ci ilin əvvəllərində Uzun Həsən Gürcüstana hücum etdi (64, 
188b) ki, bununla da ağqoyunluların artıq Cahanşahın hökmü altındakı yerlərə də 
əl uzatmağa başladıqları aydın olur. 
XV əsrin ortalarına yaxın ərəb İraqı və Xuzistanda qatı şiələr olan müşəşə 
ərəb qəbilələri qaraqoyunlu hökmdarlarını qorxuya salmışdı. Başqa bir yandan 
Ərdəbilin Səfəvi şeyxləri də şiəliyi təbliğ edirdilər. Cüneyd Səfəvinin sünnilərə 
mənfi təsirinin artmasından qorxuya düşən Cahanşah 864 (1459/60)-cü ildə onun 
Ərdəbildən çıxarılması əmrini verdi (52, 70). Cahanşahın hökmü altında olan 
torpaqlardan Cüneydin çıxarılmasının başqa bir səbəbi də bu səfəvi şeyxinin 
qaraqoyunluların tabeliyində olan erməni və gürcülərlə mübarizə etməsində idi; 
onlar bu mübarizə zamanı qarətkarlıq edir və müsəlman olmayan əhalini qul halına 
salırdılar ki, bu da Cahanşahın maddi marağının əksinə olan bir hal idi (66, 407; 
33, 78). 


69 
Həsən bəy Rumlu bildirir ki, Cüneyd Diyarbəkrə gələndən sonra
Cahanşahla düşmənçilik edən Uzun Həsən ona məktub yazaraq, ―öz məhəbbət və 
etimadını bildirmişdi‖. Cüneyd dörd il orada qaldıqdan sonra yenidən Ərdəbilə 
qayıdıb çoxlu süvari toplamış və Şirvana hücum etmişdi (66, 407 – 409; 52, 71). 
Məlum olduğu kimi onun bu hərbi yürüşü uğursuz olmuş və o, cəmadül-əvvəl 
ayının 10-da (3 mart 1460-cı il) Şirvanşah I Xəlilüllah ilə olan döyüşdə 
öldürülmüşdü (66, 409; 60, 442a; 10, 74; 52, 72). 
Cahanşah başqa ölkə başçıları və iri feodallarla olan əlaqələrini 
pisləşdirmək istəmirdi. O, Sultan Əbu Səidlə dost olmasa da nifaq mövqeyində də 
durmurdu. Onun 864 (1459/60) və 869 (1464/65)-cu illərdə Herata göndərdiyi 
elçilər Xorasan hökmdarı tərəfindən qarşılıqlı hörmət görüb geri qayıtmışdılar (66, 
412, 439). 
Orta əsr feodal şüuru ata-oğul, qohum-qardaş münasibətlərini 
kəskinləşdirdiyi üçün şahzadələr atalarına, yaxud bir-birlərinə qarşı çox vaxt 
mübarizə aparır, nə yolla olur-olsun böyük hakimiyyətə doğru can atırdılar. 
Yuxarıda göstərildiyi kimi Cahanşahın oğlanları Həsənəli və Pirbudaq da 
hakimiyyət uğrunda çalışır, bu məqsədə yetmək naminə müxtəlif yollara əl 
atırdılar. Hətta Həsənəli 868 (1463/64)-ci ildə Uzun Həsənin yanına getmiş, orada 
bir neçə gün qaldıqdan sonra qayıdıb Bağdad hakimi olan qardaşı Pirbudağın 
yanına gəlmişdi (66, 431 - 432). O vaxta qədər aralarında yaxınlıq və səmimiyyət 
hiss olunmayan qardaşlar hakimiyyəti ələ keçirmək məqsədi güddüklərindən yəqin 
ki, bir-birinin köməyinə ehtiyac hiss edirdilər. 
Qardaşların sazişi və onların Uzun Həsənlə münasibətləri barədə yeni 
sözlər eşidən Cahanşah hələ 868 (1463/64)-ci ildə hücum edib onlarla birdəfəlik 
hesablaşmaq qərarına gəlmişdi (66, 429 - 430). 
Qeyd etmək lazımdır ki, apardıqları mübarizədə kömək əldə etmək üçün 
Həsənəli ağqoyunlulara, Pirbudaq teymurilərə meyl edirdi. Həsən bəy Rumlu 
bildirir ki, 871 (1466/67)-ci ildə Sultan Əbu Səid Pirbudağa bir məktub yollamışdı 
(64, 175b). Həmin məktubun məzmunu barədə ―Əhsənüt-təvarix‖ əsərində 
məlumat verilmirsə də ehtimal ki, həmin yazışma Cahanşah əleyhinə olmuşdur. 
Bu hadisələrdən xəbərdar olan Cahanşah 871 (1466/67)-ci ildə Bağdadı 
aylarla mühasirə etdikdən sonra oğlu Pirbudağı öldürməyə müvəffəq oldu (64, 
175b; 80 314a; 56, 373). 
Cahanşah Pirbudaqla vuruşan vaxtlarda ağqoyunlular Uzun Həsənin 
başçılığı ilə ətraf vilayətlərə qarətçi yürüşlər təşkil edirdilər. Belə ki, 871 
(1466/67)-ci ildə Gürcüstanı yenidən talan edən Uzun Həsən bununla 
kifayətlənməyərək Ərzruma da döyüşçü dəstələri yollamış, Qarahasarı alıb oğlu 
Uğurlu Məhəmmədə vermişdi (66, 446 - 447). 
Ağqoyunluların dövlət hüdudlarının get-gedə genişləndiyini görən 
Cahanşahın səbri tükənir və Uzun Həsənlə vuruşmaq barədə düşünürdü. Nəhayət 
872 (1467)-ci ildə şəvval ayının 10-da (mayın 4-də) çoxlu döyüşçü ilə Təbrizdən 


70 
çıxan Cahanşah Diyarbəkrə tərəf yürüş bayrağı qaldırdı (66, 452; 81, 235b). Lakin 
əmir və dövlət başçılarının məsləhəti ilə bu hərbi yürüşünü sonraya saxlamağı qət 
edən Azərbaycan hökmdarı qoşunun çox hissəsini geri qaytarmış, özü isə bir neçə 
yaxın adamı ilə Səncəqdə eyş-işrət etdiyi vaxt Uzun Həsənin qəfil hücumuna 
məruz qalmış, nəticədə öldürülmüşdü (66, 457 – 460; 89, 417a 36, 168). Bu hadisə 
4 oktyabr 1467-ci ildə olmuşdur (115, 276). Beləliklə də, Azərbaycan qaraqoyunlu 
dövlətinə uzun illər başçılıq edən Cahanşahın hakimiyyəti qurtardı və Dövlətşah 
Səmərqəndinin təbirincə desək ―tərəkəmə dövlətinin hakimiyyəti bitdi‖ (73, 474). 
Həsən bəy Rumlu göstərir ki, Cahanşahın ölümündən hətta ad-sansız 
döyüşçülər də istifadə etməyə başladılar. Sarvanqulu adlı bir əsgər dərhal Təbrizə 
girib oranı zəbt etdi. O vaxtlarda Cahanşah tərəfindən həbsdə saxlanılan Arayeş və 
Şahpəri bəyim (İsgəndərin qızları) həbsxanadan çıxıb Sarvanqulunu həbs etdilər. 
―Arayeş bəyim qadın bəzəklərini döyüş silahları ilə əvəz edərək, səltənət taxtına 
əyləşdi‖ (66, 462). Lakin onun Sultan Əbu Səiddən qorxduğu dərhal hiss olunurdu. 
Belə ki, Arayeş bəyim qardaşı Həmzə bəyi paytaxta gətirdərək xütbəni onun və 
Sultan Əbu Səidin adına oxutmuşdu. Cahanşahın Xoy şəhərində olan hərəm və 
qızları Təbrizə döyüşçü dəstələri yollayaraq tezliklə hər iki bacını həbs etdilərsə də, 
şəhərdə çox qala biləcəklərinə ümid etmədiklərindən qarətlə kifayətlənib Təbrizdən 
çıxdılar (66, 463; 56, 434 - 436). 
Vaxtilə atasına qarşı üsyan etdiyinə görə üç dəfə həbs edilmiş Həsənəli 
Cahanşahın öldürülmsindən sonra qoşun toplamağa başladı. Lakin tezliklə Uzun 
Həsən tərəfindən əzilən bu şahzadə (66, 467 - 470) əvvəlcə Bərdəyə qaçmış, 
oradan da artıq hücumla Ərdəbilə gəlib çatan Sultan Əbu Səidə pənah gətirmişdi 
(66 470; 81, 236a) 
Cahanşahın öldürülməsi ilə araya düşən qarışıqlıqdan istifadə edən Uzun 
Həsən dərhal böyük oğlu Sultan Xəlili Təbrizə yollamış, beləliklə də, Azərbaycan 
taxtına sahiblənmişdi (66, 470). Ancaq elə o vaxt da Sultan Əbu Səidin 
Azərbaycana hücumu baş verdi və Uzun Həsən oğluna Təbrizdən çıxmağı əmr etdi 
(66, 470). 
Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və 
Azərbaycanın cənub hissəsini öz dövləti tərkibinə daxil etmək və beləliklə də, 
tabeliyində olan vilayətlərin sayını daha da artırmaq istəyi idi (40, 237). 
Həsən bəy Rumlunun göstərdiyinə görə, teymuri döyüşçüləri Təbrizə 
yaxınlaşan vaxt yerli camaat onlara qarşı üsyana qalxmışdı (66, 471). Bu 
məlumatdan bir daha aydın olur ki, Azərbaycan xalqı yadelli işğalçılar əleyhinə 
çıxaraq öz azadlığı uğrunda mübarizə edirdi. 
Cığatay qoşununun cəbbəxanası Sultan Əbu Səidin əmrinə əsasən döyüş 
üçün ordunun arxasınca gətirildiyi vaxt Uzun Həsən siyasətlə bu cəbbəxananı ələ 
keçirmiş və müharibədə həmin hərbi əməliyyatın ağqoyunlulara böyük köməyi 
dəymişdi (66, 480; 80, 32; 56 48). Uzun Həsənlə təkbaşına bacara bilməyəcəyini 
hiss edən Əbu Səid Şirvanşah Fərrux Yasarın yanına adam yollayıb onun 


71 
köməyindən istifadə etmək məqsədi ilə qızını ona verməsini xahiş etmişdi. Sultan 
Əbu Səid eyni zamanda Şəki valisi Əbdül Qafarın da yanına adam yollayaraq 
onunla dostluq arzusunda olduğunu bildirmişdi (66, 481). Bu təkliflərlə əvvəlcə 
razılaşan Şirvanşah və vali cığatay ordusuna taxıl göndərmələrinə baxmayaraq 
sonradan Fərrux Yasar fikrini dəyişmiş, Uzun Həsənə elçi yollayıb onunla ittifaqa 
girmişdi (66, 483; 10, 48). 
Əlli ildən artıq bir vaxtda teymurilər siyasətinin şirvanşahlar tərəfindən 
müdafiə edilməsi bu iki dövlət arasında formal dostluq yaratmışdı. Ancaq Fərrux 
Yasar tərəfindən teymuri dövləti ilə əlaqənin birdən-birə kəsilməsi təəccüb 
doğurmaya bilməz. İ. P. Petruşevski mənbələrin məlumatına əsasən yazır ki, Uzun 
Həsən o zaman şirvanşahın yanına elçi göndərib ona kömək edəcəyi təqdirdə 
Şirvana sülh və təhlükəsizlik vədi vermişdi (36, 170). Doğrudan da belə bir vəd 
edilə bilərdi, lakin bu vəd yalnız Uzun Həsən qalib gələn halda özünü doğrulda 
bilərdi. Bəs məğlub olardısa necə? Fərz etmək olar ki, Fərrux Yasar tərəfindən belə 
bir addımın atılmasının səbəbi Sultan Əbu Səidin vəziyyətinin pisləşməsi, Uzun 
Həsənin son vaxtlardakı qalibiyyətli döyüşləri və şirvanşahın bütün bunlardan 
faydalı ola biləcək nəticə çıxarmasında olmuşdur. Hadisələrə ara-sıra öz fikrini də 
bildirməyə çalışan Həsən bəy Rumlu yazır ki, əgər Sultan Əbu Səidlə Fərrux Yasar 
arasında ixtilaf yaranmasaydı, Uzun Həsən qalib gələ bilməzdi (65, 55). 
Sultan Əbu Səidin vəziyyətinin çıxılmaz olduğunu artıq onun döyüşçüləri 
də duymuşdular. Ağqoyunlu əsgərləri cığatay ordusuna çatar-çatmaz, Xorasan 
əmirlərinin böyük hissəsi öz hökmdarlarından dönərək onlara qoşuldular. 
Vəziyyətdən başqa bir çıxış yolu tapmayan Sultan Əbu Səid qaçarkən tutulmuş, 
gecə yarısı Uzun Həsənin hüzuruna gətirilmiş və öldürülmüşdü (66, 485 – 488; 67, 
217a). 
Qeyd edilməlidir ki, Sultan Əbu Səidin məğlubiyyətinin bir neçə səbəbi 
olmuşdur: ağqoyunlu qoşununun sayı və hərbi vəziyyəti haqqında ətraflı 
məlumatın olmaması, şirvanşahın gözlənilməz dönüklüyü və bununla da ərzağın 
dəniz yolu ilə teymuri döyüşçülərinə çatdırıla bilməməsi, cəbbəxananın 
ağqoyunluların əlinə keçməsi, sultanın əmir və döyüşçülərinin xəyanəti əsas 
səbəblərdəndir. Əbu Səid Azərbaycanda olarkən onun qohumu Sultan Hüseyn 
Bayqara (hakimiyyət illəri: 1469 - 1506) Herat taxtını ələ keçirmiş və öz adına 
xütbə oxutmuşdu (66, 491 - 493).
Həsən bəy Rumlu göstərir ki, qaraqoyunlular arasında nifaq hələ də 
davam etməkdə idi. Öz qəddarlığı ilə məşhur olan şahzadə Mirzə Əbil Qasım 873 
(1468/69)-cü ildə qardaşı Həsənəlinin əmri ilə öldürülmüşdü (66, 490). Az sonra 
Həsənəlinin özü də Uğurlu Məhəmmədlə olan döyüş zamanı həlak olmuş (66, 505 
– 507; 81, 236a)
38
kiçik qardaşı Əbu Yusif Mirzə də qətl edilmişdi (66,490). 
38
Mir Yəhya Qəzvini Həsənəlinin Uğurlu Məhəmməd tərəfindən əsir alınıb özü-özünü öldürdüyünü 
yzır ki, başqa mənbələrdə bu fakta təsadüf etmədik. (Bax: 98, 123a). 


72 
Beləliklə, Azərbaycan tarixində 58 illik bir iz qoymuş olan qaraqoyunlu 
dövləti süquta uğradı və onu tərkibində ərəb İraqı, Azərbaycanın cənubu 
Azərbaycanın şimalının bir hisssi (Kür çayına qədər), həmçinin bütün Qərbi İran 
(əcəm İraqı, Xuzistan, Fars və Kirman) olan Ağqoyunlu dövləti əvəz etdi (25 6). 
Həsən bəy Rumlu göstərir ki, Uzun Həsən 875 (1470/71)-ci ili 
Savucbulaq, Qəzvin və Səhənddə keçirəndən sonra 876 (1471)-cı ilin məhərrəm 
ayının əvvəllərində (iyun-iyul) Təbrizə gəldi (66, 519 - 520). Bir ay sonra 
əmirlərindən Mahmud bəyi, Süleyman bəy Pornakı və Bayandur bəyi iki min 
süvari ilə ―Tiflis və Ərmən diyarına‖ yolladı ki, oraları tutduqdan sonra Rum 
ölkəsinə hücum edilsin (66, 521). 
Uzun Həsən hələ Azərbaycan və İraqa yiyələnməmişdən əvvəl 
osmanlıların da bu ölkələrə hücum edəcəyi təhlükəsini duymuşdu, çünki XV əsrin 
ortalarından başlayaraq türklər fəallaşmağa doğru üz qoymuşdular. I Sultan 
Məhəmmədin (hakimiyyət illəri: 1451 - 1481) dövlət sərhədi artıq ağqoyunluların 
sərhədinə qədər uzanırdı ki, bu da Uzun Həsəni narahat etməyə bilməzdi (25, 13). 
Bundan əlavə, türk sultanı şərq istiqamətincə də təcavüzə başlamışdı. Hələ 1461-ci 
ildə ağqoyunluların Qara dənizə yeganə çıxış yolu olan Trabzon osmanlılar 
tərəfindən tutulmuş və bu imperiya süqut etmişdi. Məlum olduğu kimi, Uzun 
Həsən Trabzon hökmdarının yaxın qohumu idi (36, 172). Buna görə də, II Sultan 
Məhəmmədin nəhayət Zaqafqaziya və İrana da hücum edəcəyini duyan Uzun 
Həsən ―gec-tez sultan Türkiyəsi ilə toqquşacağını yaxşı bilirdi‖ (8, 23). Odur ki, o, 
döyüşə hazırlaşır və rəqibini qabaqlamaqdan ötrü bir fürsət gözləyirdi. 
Keçmişdə qaraqoyunluların əllərində olan yerlərə bütünlüklə yiyələnən 
Uzun Həsən Suriyanı da almaq fikrinə düşdü (66, 523). Ancaq tezliklə bu fikrini 
dəyişən ağqoyunlu hökmdarı Türkiyənin əlində olan Qaraman ölkəsinə qoşun 
göndərməyə başladı, çünki II Sultan Məhəmmədin yaxın qohumu və Qaramanın 
hakimi İbrahim bəyin oğlanları Pirəhməd bəy və Qasım bəy sultanın hücumuna 
məruz qaldıqlarından Uzun Həsəndən kömək istəmişdilər (66, 524; 8, 37). Belə bir 
bəhanə gözləyən ağqoyunlu hökmdarı Türkiyə istiqamətinə dərhal qoşun yollamış 
və beləliklə də, ağqoyunlu-osmanlı müharibəsi başlanmışdı (66, 524). Hadisələrin 
gedişini araşdırıb osmanlıların qalib gəldiyi bu müharibədə ağqoyunluların 
məğlubiyyətini iki mərhələyə ayırmaq olar ki, onların hər biri ayrı-ayrılıqda şərh 
ediləcəkdir. 
Məlumdur ki, ağqoyunluların osmanlılara etdikləri ilk hücum Toqat 
şəhərinin dağıdılmasından sonra dayandırılmışdı (66, 524). Az fasilədən sonra 
Uzun Həsən qardaşı oğlu Yusif bəyin başçılığı ilə Ruma 20 minlik qoşun göndərdi. 
Türk şahzadəsi Sultan Mustafa ilə olan döyüşdə ağqoyunlu qoşununun yarısı 
qırılmışdı ki, bu məğlubiyyəti ağqoyunlu məğlubiyyətinin ilk mərhələsi kimi 
qələmə vermək olar. 


73 
Birinci məğlubiyyətdən özü üçün nəticə çıxaran Uzun Həsən daha 
osmanlılarla müharibə etməkdən çəkinərək hücumun istiqamətini nisbətən zəif bir 
dövlətə doğru yönəltdi və 876 (1471/72)-cı ildə əvvəllər də ələ keçirmək istədiyi 
―Şam diyarına‖ (Suriyaya) hücum etdi. Ancaq qələbəyə böyük ümidi olan Uzun 
Həsən orada da Misir sultanı Qayıtbayın göndərdiyi qoşun tərəfindən məğlub 
edildi. (66, 526). 
877 (1472/73)-ci ildə isə osmanlıların təşəbbüsü ilə ağqoyunlu-osmanlı 
müharibəsi yenidən başlandı. Döyüşün ilk günündə üstünlüyü ələ alan Uzun Həsən 
Uğurlu Məhəmmədin ―osmanlılar üzərinə dərhal hücum etmək lazımdır‖ sözlərinə 
əhəmiyyət vermədiyindən hücumu təxirə salmış və bunun nəticəsində güclü 
osmanlı qoşunu tərəfindən məğlubiyyətə uğramışdı (66, 532; 98, 124a). Bu, 
ağqoyunlu döyüşçülərinin osmanlı qoşununa məğlub olmalarının ikinci və son 
mərhələsi idi. 
Göstərmək lazımdır ki, II Sultan Məhəmmədlə etdiyi müharibədən əvvəl 
Uzun Həsənin təşəbbüsü ilə osmanlılar əleyhinə bir ittifaq yaradılmışdı. Həmin 
ittifaqa ağqoyunlu dövləti, Roma papalığı, Neapol krallığı, Venetsiya, Macarıstan, 
Polşa, Burqun hersoğluğu, Kipr krallığı və Kiçik Asiyanın yuxarıda adı çəkilən 
Qaraman knyazlığı cəlb olunmuşdu (36, 173; 25, 13; 5, 7 - 8). Lakin osmanlılarla 
olan müharibədə müttəfiqlərin ağqoyunlulara köməyi dəyməmişdi (36, 173). 
Ağqoyunlu məğlubiyyətindən sonra Uğurlu Məhəmməd dövlətdə 
mərkəzləşdirmə ənənəsini həyata keçirən atasına qarşı düşmən mövqe tutmuş, 
qardaşı Maqsud bəy də onunla əlbir olmuşdu (66, 545). Bu münasibət məlum 
olandan sonra qardaşı Sultan Xəlilin təqibinə məruz qalan Uğurlu Məhəmməd 
Türkiyəyə getmiş (66, 545 - 546), sultanın kürəkəni olmuş, sonradan Ərzincanda 
analığı Səlcuqşah xanımın sui-qəsdi nəticəsində öldürülmüşdü (66, 545 - 546)
39
Həsən bəy Rumlu yazır ki, Uğurlu Məhəmmədin ölümündən bir neçə gün 
sonra 882-ci ilin fitrə bayramı axşamı (5 yanvar 1478-ci il) Uzun Həsən də vəfat 
etdi (66, 567, 98; 124a) onun ölümü ilə əlaqədar olaraq dövlət daxilində bir-birinə 
əks olan qüvvələrin qruplaşması başlandı, lakin əmir və dövlət başçılarının fəal 
köməyi sayəsində səltənət taxtına böyük oğlu Sultan Xəlil çıxdı (66, 569 – 583; 98, 
124a; 61, 272a; 92, 235). O Diyarbəkri qardaşı Yaquba verib, həbsdə olan digər 
qardaşı Maqsud bəyi qətl etdikdən sonra
40
Türkiyə ilə münasibətləri 
yaxşılaşdırmaq məqsədi ilə oraya elçi heyəti göndərmişdi (66, 568 - 569). 
Göstərmək lazımdır ki, bayanduri xanədanının bir sıra üzvləri onun 
hakimiyyəti ilə razılaşmaq istəmirdilər. Ona qarşı əmisi oğlanları Murad bəy və 
İbrahim bəyin üsyanları baş vermiş və onların hər ikisi qətl edilmişdi (66, 569 - 
39
Y. Mahmudovun əsərində Uğurlu Məhəmmədin atası tərəfindən öldürüldüyü bildirilir. (Bax: 5,91). 
Lakin farsdilli mənbələr bu fikri təsdiq etmir. (Bax: 66, 566; 81, 238a). 
40
Bir müddət ağqoyunlu sarayında səfir olan Ambroco Kontarini Maqsud bəyin Uzun Həsənin əmri ilə 
öldürüldüyünü bildirir. (Bax: 75, 300). Lakin farsdilli mənbələr bu fikri təsdiq etmir. (Bax: 66, 568; 98, 
124a; 81, 238a). 


74 
571). Bir neçə ay sonra qardaşı Yaqub bəy Diyarbəkr əmirləri ilə Təbrizə hücum 
edərək (66; 573 - 574) Sultan Xəlili məğlub etdi və onu öldürüb taxta əyləşdi (66, 
580; 75, 300). 
Beləliklə İ.P. Petruşevskinin dediyi kimi Uzun Həsənin vəfatından sonra 
ağqoyunlu dövlətinin daxili zəifliyi dərhal üzə çıxdı. Bayanduri sülaləsinin 
müxtəlif şahzadələrini səltənət taxtına çıxarmaq və onların adından dövləti öz 
mənafelərinə uyğun şəkildə idarə etmək üçün qrupların mübarizəsi başlandı (36, 
175). Məlum olduğu kimi, Uzun Həsənin varislərindən yalnız ikisinin - Yaqubun 
və Rüstəmin hakimiyyəti nisbətən uzun çəkmiş, başqaları isə hərbi-köçəri 
əyanların toqquşmaları zamanı məhv olmuşlar. 
―Əhsənüt-təvarix‖ əsərində Sultan Yaquba himayəçilik etmiş və onun 
tərəfindən irəli çəkilmiş üç görkəmli sərkərdə ilə tanış oluruq. Onlar bayanduri 
qəbiləsindən olan Bayandur bəy, mosullu tayfasının üzvü Sufi Xəlil və sonralar 
səfəvi Heydərə qarşı döyüşmək üçün Fərrux Yasara kömək məqsədi ilə Şirvana 
göndərilən Süleyman bəy Bicənoğlu idilər. Sonrakı hadisələrin təsviri ilə əlaqədar 
olaraq bu sərkərdələrin öz mənafeləri uğrunda necə mübarizə apardıqlarından bəhs 
ediləcəkdir. 
Həsən bəy Rumlu göstərir ki, əvvəllər Sultan Yaquba sədaqətlə xidmət 
edən Bayandur bəyin xəyalından şah olmaq keçirmiş, lakin Sultan Yaqub onu 
götürməyə nail oldu (66, 597 - 601). 
Məlumdur ki, Ərdəbil səfəvi şeyxləri tərəfindən idarə olunurdu. Atası 
Cüneydin öldürülməsindən sonra Ərdəbildə yaşayan Sultan Heydər 889 (1484/85)-
cu ildə Dağıstana hücum etmiş, oradan zəfərlə qayıdaraq Şirvana qarşı döyüş 
hazırlığına başlamışdı [66, 611 - 612]. Çünki atasını öldürən ―Xəlilullah 
yurdundan‖ intiqam almaq arzusu ona rahatlıq vermirdi. Bu hazırlıq üç il çəkdi. 
Nəhayət o, Şirvanla döyüş ərəfəsində hərbi qənimət əldə etmək məqsədi ilə 
yenidən Dağıstana hücum etdi [66, 614 -615]. 893 (1487/88)-cü ildə isə Heydərin 
Şirvana yürüşü başlandı [66, 615; 98, 125a]. Mahmudabadda xalq ona müqavimət 
göstərdiyi üçün ―qəhr qəhrəmanı o şəhər xalqının qətlinə fərman vermişdi‖. Həsən 
bəy Rumlu yazır ki, ―az bir vaxtda qan arxı Ceyhun (çayı) kimi axdı‖ [66, 616]. 
Lakin Yaqub şahın Fərrux Yasara yaxından hərbi yardım göstərməsinə 
görə səfəvi qoşunu məğlub olmuş, Heydər isə öldürülmüşdü [66, 616 – 618; 60, 
442a; 10, 75; 52, 76]. Beləliklə müstəqil dövlət yaratmaq uğrunda hələ XV əsrin 
ortalarında başlayan mübarizə müvəffəqiyyətsizliyə uğradı. Bu müddət ərzində 
səfəvilərin böyük hakimiyyətə can atmaları qaraqoyunlu və ağqoyunlu hakimləri 
tərəfindən müqavimətlə qarşılanmışdı [52, 77]. 
Həsən bəy Rumlu yazır ki, Sultan Heydərin ölümündən sonra Ərdəbil 
sufiləri onun böyük oğlu Sultanəlini hakimiyyətə çıxardılar, lakin qızılbaşların 
nüfuzunun get-gedə artdığını görən Yaqub şah səfəvi qardaşları Sultanəli, İsmayıl 
və İbrahimi anaları Aləmşah bəyimlə birlikdə Ərdəbildən çıxarıb həbs etdi [66, 618 
– 619; 98, 125a; 52, 80]. 


75 
894 (1488/89)-cü ildə şirvanşahla Yaqub şah arasında olan dostluq çox 
möhkəmlənmişdi [66, 624]. Görünür ki, bu dostluğun səbəbi onların arasındakı 
qohumluqdan əlavə ağqoyunlu padşahının Sultan Heydərə qarşı şirvanşaha 
göstərmiş olduğu köməklə daha çox əlaqədardır. Ümumiyyətlə, Yaqub atasının 
əksinə hərəkət edərək səfəvilərə qarşı düşmən münasibətdə olmuşdur ki, bu, 
Ərdəbil şeyxlərinin getdikcə artmaqda olan nüfuzunun onda təşviş hissi doğurması 
ilə izah edilə bilər. 
896 (1490)-cı ildə 12 il hakimiyyət sürən Yaqub şah zəhərlənib 
öldürüldü. Bu ölümün səbəbini Həsən bəy Rumlu belə izah edir: Yaqubun anası 
Səlcuqşah bəyim ögey oğlu Məsih Mirzəni zəhərləmək istərkən, təsadüfən həmin 
zəhəri Yaqub və qardaşı Yusif bəy yemiş, işi belə görən ana da özünü zəhərləmişdi 
[66, 626 - 627]
41

Ağqoyunlu şahının vəfatından sonra əmirlər onun azyaşlı oğlu Baysunqur 
Mirzəni (hakimiyyət illəri: 1490 - 1492) taxta çıxardılar [66, 628; 52, 80]. Onun 
şah olmasında sərkərdə Sufi Xəlilin böyük xidməti olmuşdur. Buna görə də 
Baysunqur bütün dövlət işlərinin idarə olunmasını ona tapşırmışdı [66, 628 - 632; 
61, 274a; 92, 238]. 
Ancaq Uzun Həsənin vəfatından sonra başlanmış olan saray çəkişmələri 
Sultan Yaqubun ölümündən sonra da davam etdi: bayandurilər İraqda Uzun 
Həsənin oğlu Məsih Mirzəni şah elan etdilər [66, 629; 81, 239a]. Pornak tayfası 
Həmədanda Uğurlu Məhəmmədin oğlu Mahmud bəyi taxta çıxarmaq istədi. 
Əmirlərin şah etmək istədiyi üçüncü şəxs Uzun Həsənin nəvəsi Rüstəm bəy 
(Maqsud bəyin oğlu) idi [66, 629 - 630]. 
Məsih Mirzə qardaşı oğlu Baysunqurla olan döyüş zamanı Sufi Xəlil 
tərəfindən öldürüldü və bundan sonra bayandurilərə divan tutulmağa başladı: 
Rüstəm bəy həbs edilib, Əlincə qalasına salındı, Mahmud bəy isə qaçmaqla canını 
qurtara bildi [66, 629 - 630], lakin tezliklə ələ keçirilib öldürüldü. [66, 630]. 
Həsən bəy Rumlunun göstərdiyinə görə Sufi Xəlil öz rəqibi Süleyman bəy 
Bicənoğlu tərəfindən öldürüləndən sonra gənc ağqoyunlu şahının bütün dövlət 
işlərini indi də bu sərkərdə idarə etməyə başlamışdı [66, 632]. 
Həmin dövrdə Baysunqur Mirzəyə qarşı Uzun Həsənin əmisi Dana Xəlilin 
oğlu Eybə Sultanın mübarizəsi başlanmışdı. Buna səbəb hakimiyyətin tamamilə 
əmirül-üməra Süleyman bəy Bicənoğlu tərəfindən idarə edilməsi və başqa qüdrətli 
əmirlərin o cümlədən də Eybə Sultanın bundan narazı olması idi. Nəticədə Eybə 
Sultan 897 (1492)-ci ildə Əlincədə dustaq olan Rüstəm bəyi qaladan çıxarıb 
Təbrizə hücum etdi. Əmir və döyüşçülərin xəyanəti nəticəsində Baysunqur 
Şirvana, Bicənoğlu isə Diyarbəkrə qaçdı [66, 632 - 634] ki, bununla da ağqoyunlu 
qoşununda hərc-mərclik olduğu bir daha bizim müəllif tərəfindən qeyd edilir. 
41
Həsən bəy Rumlunun bu faktına başqa mənbədə təsadüf etmədik. 


76 
Baysunqurun devrilməsindən sonra beşinci ağqoyunlu şahı olan Rüstəmin 
(hakimiyyət illəri: 1492 - 1497) hakimiyyəti başlandı [66, 632 – 634, 10, 75, 52, 
80]. Doğrudur, Baysunqur sonradan qayınatası Fərrux Yasarın köməyi ilə onun 
üzərinə hücum etmişdisə də, Rüstəm şah Sultanəli Səfəvinin əli ilə onu məğlub 
etmiş və Baysunqur həmin ilin şəban ayının 7-də (5 iyun 1492-ci ildə) 
öldürülmüşdü [66, 633 - 635]. Rüstəm şah bu qələbədən sonra səfəvi qardaşlarını 
yenidən Ərdəbilə qaytarmışdısa da, onların ətrafına çoxlu sufi və qazi 
toplanmasından qorxuya düşərək, qardaşları Təbrizə gətirdib orduda nəzarət 
altında saxlamışdı [66, 635; 52, 82]. Bununla da ―Əhsənüt-təvarix‖ salnaməsinin 
tariximizlə sıx surətdə əlaqədar olan IX cildinin siyasi hadisələrinin şərhi sona 
çatır. 
Salnamənin X cildi isə 900 (1494/95)-cü ildə Azərbaycanda olan bir sıra 
hadisələrin təsviri ilə başlanır. Həmin il yenidən Ərdəbilə yolladığı səfəvi 
qardaşlarının ətrafına çoxlu sufi toplandığına görə Rüstəm şahın əmri ilə onlar 
ikinci dəfə həbs edilmişdir. Bu dəfə ağqoyunlu padşahı birdəfəlik onlarla 
hesablaşmağı qərara almışdı. Həsən bəy Rumlunun məlumatına görə bu niyyəti 
başa düşən qardaşlar Ərdəbilə qaçdılar. Sultanəli onların üzərinə gələn şah 
qoşununa müqavimət göstərə bilməyəcəklərini görərək kiçik İsmayıl Mirzəni 
özündən sonra ―irşad sahibi‖ təyin etdi [65, 3, 52, 82]. Sonra döyüş nəticəsində 
Sultanəli öldürülmüş [65, 3], İsmayıl isə ağqoyunlu təqibindən qorunmaqdan ötrü 
bir müddət Ərdəbildə gizli vəziyyətdə qalmış [65, 4 - 5], oradan Rəştə getmiş [65, 
7] və bir müddət vali-Karkiya Mirzə Əlinin himayəsində Lahicanda yaşamışdı [65, 
8]. 
Rüstəm şahın hakimiyyəti zamanı ağqoyunlu hərbi qüvvəsinin olduqca 
zəiflədiyini bildirən Həsən bəy Rumlu [65, 13] Uğurlu Məhəmmədin oğlu Əhməd 
bəyin 902 (1497)-ci ildə Türkiyədən Azərbaycana olan hücumunu məhz həmin 
zəifliklə əlaqələndirir. Onun məlumatına görə, Əhməd bəyin hücumunu eşidən 
Rüstəm şah Araz çayı sahilində onunla döyüşmüş, lakin tezliklə əsir alınaraq 
öldürülmüşdü [65, 14, 16]. Bizim müəllifə görə Rüstəm şahın məğlubiyyətinin 
səbəbi ilk növbədə onun əmirlərinin, xüsusilə Eybə Sultanın xəyanət edərək 
müxtəlif tərəfə keçmələrində olmuşdur [65, 13-14]. 
Əhməd hakimiyyətdə olduğu az müddətdə dövlətdə mərkəzi hakimiyyət 
aparatını qüvvətləndirməyə və vergi islahatı keçirməyə cəhd etdi. Onun vergi 
islahatı dövlət torpaqlarının böyük bir hissəsini əllərində saxlayan hərbi-köçəri 
əyanların gəlirlərinin olduqca azalmasına səbəb olmuşdu [36, 178]. 
―Əhsənüt-təvarix‖ müəllifinin verdiyi məlumatdan aydın olur ki, Əhməd 
şahın ağqoyunlu taxtına əyləşməsi Eybə Sultanı qane etmirdi. Buna görə də o, 903 
(1487)-cü ildə Şiraz valisi Qasım bəy Pornakla ittifaqa girərək Şirvanda yaşayan 
Sultan Muradı (Yaqub şahın oğlu) taxta çıxarmaq fikrinə düşdü [36, 178]. 


77 
Aralarında baş verən döyüş nəticəsində Eybə Sultan cəmi 6 ay 
hakimiyyətdə olan Əhməd şahı [65, 19]
42
devirməyə müvəffəq oldu [65, 17]. 
Ancaq Sultan Muradın şahlığı ilə də kifayətlənməyən Eybə Sultan onunla 
vuruşaraq qalib gəlmiş və Uzun Həsənin başqa nəvəsi Əlvənd bəyi (Yusif bəyin 
oğlu) Təbriz taxtına əyləşdirmişdir [65, 17]. 
Həsən bəy Rumlu göstərir ki, qardaşı Məhəmmədi Mirzənin ona müxalif 
olduğunu görən Əlvənd bəy qardaşını dəf etmək üçün Eybə Sultanla birlikdə Reyə 
tərəf yollandı [65. 21]. Döyüşdə Eybə Sultan həlak olmuş, Əlvənd bəy Diyarbəkrə 
qaçmışdı [65, 21]. 
Beləliklə də, Əlvənd Diyarbəkrdə, Məhəmmədi Mirzə isə Azərbaycanda 
taxta əyləşdilər. Həsən bəy Rumluya görə Əlvənd tezliklə Təbrizə hücum etdi. 
Qardaşının gəldiyini eşidən Məhəmmədi Mirzənin şəhəri tərk edib qaçmasından 
sonra Təbriz yenidən Əlvəndin ixtiyarına keçdi [65, 21]. Lakin Əlvəndin daha bir 
rəqibi olduğu zahirə çıxdı. O 905 (1499-1500)-ci ildə Məhəmmədi Mirzəni 
öldürüb, Təbrizə hücum edən Sultan Murad idi [65, 24]. Həsən bəy Rumlunun 
məlumatına görə, Sultan Muradla Əlvənd arasında sülh müqaviləsi bağlandı. 
İkitərəfli razılığa əsasən Qızılüzən çayı sərhəd kimi qəbul edilməklə Azərbaycan, 
Aran və Diyarbəkr Əlvəndin, İraq (hər ikisi), Fars və Kirman Sultan Muradın oldu 
[65, 25; 81, 240b]. Həqiqətdə isə yalnız əcəm İraqının bir hissəsi Sultan Muradın 
əlində idi. Yəzd, Kirman və Diyarbəkri bayanduri sülaləsinin başqa üzvləri idarə 
edirdilər. Fars və ərəb İraqı isə pornak tayfasından olan hakimlərin əlində idi ki, 
onlar işləri Sultan Muradın adından icra etsələr də, əslində, müstəqil idilər [36, 
225]. 
XV əsrin sonlarında Şirvan və Şəki feodal dövlətləri öz müstəqilliklərini 
saxlamaqda idilər
43
. Ağqoyunlular arasında baş verən hərc-mərcliyi görən Fərrux 
Yasar həmişə Şirvanı tutmağa cəhd etmiş və səfəvi sülaləsinin gənc üzvlərini ələ 
keçirmək və beləliklə də, gələcəkdə Şirvana qarşı ola biləcək təhlükənin qabağını 
irəlicədən almaq məqsədi ilə Karkiya Mirzə Əliyə böyük məbləğdə pul yollamış, 
İsmayılı Şirvana gətirdib məhv etmək istəmişdi [65, 28-29]. Lakin məqsədinə nail 
olmayan Fərrux Yasarın özü 906 (1500)-cı ildə İsmayıl Səfəvi ilə baş verən 
döyüşdə öldürülmüş [65, 45; 36, 231] və beləliklə də, Şirvan dövləti qızılbaşların 
təsiri altına keçmişdi. 
907 (1501)-ci ildə Naxçıvanda Əlvəndlə vuruşan İsmayıl qələbədən sonra 
―alişan padşahların xilafət mərkəzi‖ olan Təbrizdə taxta çıxmış [65, 60, 61; 52, 90-
91] və beləliklə də, Azərbaycan Səfəvi dövləti yaranmışdı
44
42
Əhməd şahın hakimiyyət müddətini Budaq Qəzvini səhvən bir il göstərmişdir. (Bax: 61, 274b). 
43
B.N. Zaxoder Azərbaycandan danışarkən Şəki dövlətinin adını çəkməmişdir (Bax: 29, 558). Halbuki 
1551-ci ilə qədər Şəki də müstəqil dövlət olmuş və Şəki xanları tərəfindən idarə edilmişdir. 
44
Səfəvi dövlətinin yaranmasında Azərbaycan tayfalarının deyil, Kiçik Asiya və Suriya köçərilərinin 
həlledici rol oynadığını sübut etməyə çalışan İ.P. Petrovun fikri əsassızdır. (Bax: 33, 79). Məlumdur ki, 


78 
Həsən bəy Rumlu göstərir ki, 908 (1502/03)-ci ildə Əlvəndlə qızılbaşlar 
arasında olan ikinci döyüş də səfəvilərin qələbəsi ilə nəticələndi. Əlvənd 
Azərbaycanı tərk edərək Bağdada, oradan da Diyarbəkrə getdi [65, 63, 64, 67...]. 
Tezliklə Sultan Murada da qalib gələn şah İsmayıl [65, 68-69; 52, 93] Azərbaycan 
və Şirvan uğrunda ölüm-dirim mübarizəsinə girmiş rəqiblərindən yaxa qurtarmış 
oldu. 
Bu müvəffəqiyyətlərdən az sonra fars və əcəm İraqı da səfəvilərin əlinə 
keçdi [65, 73]. ―Əhsənüt-təvarix‖in verdiyi məlumatdan aydındır ki, bir-birinin 
ardınca yeni-yeni ölkə, şəhər, qala fəth edən Şah İsmayılın istilaçılığı getdikcə 
artmaqda idi: 909 (1503/04) - 914 (1508/09)-cü illər arasında qonşu ölkələrin 
Firuzkuh (65, 75), Gülxəndan [65, 75; 76], Osta [65, 78] Ərk [65, 80] qalaları, 
Yəzd [65, 83-84], Təbəs [65, 85] şəhərləri, bütün Diyarbəkr [65, 94, 96, 105, 106], 
ərəb İraqı [65, 103] Kürdüstanın bəzi vilayətləri [65, 92-93], o cümlədən Hüveyzə 
[65, 104], Dizful [65,m104], Şüştər [65, 104], Larkuçek [65, 104] və Xürrəmabad 
[65, 104] qızılbaş qoşunları tərəfindən tutuldu. Dini şüar altında istilaçı siyasət 
yeridən I Şah İsmayıl haqqında K. Marks yazmışdır: ―Səfəvi sülaləsinin əsasını 
qoyan... Şah İsmayıl... hökmranlığının 14 ili müddətində 14 vilayət ələ keçirdi‖
45
Göstərmək lazımdır ki, bu vaxt ərzində Şirvan dövləti qızılbaşların təsiri 
altına düşmüşdüsə də, oranı Fərrux Yasarın oğlu İbrahim (Şeyxşah) müstəqil idarə 
etməkdə idi. Onun sərbəstliyi ilə razılaşmayan I Şah İsmayıl 915 (1509)-ci ildə 
ikinci dəfə Şirvana hücum edərək qələbə ilə Təbrizə qayıtmışdı [65, 108-109; 81, 
247a]. 
I Şah İsmayılın bütün bu siyasi müvəffəqiyyətləri vaxtı Xorasan hökmdarı 
Sultan Hüseyn Bayqara vəfat etmiş, hakimiyyət üstündə onun oğlanları arasında 
mübarizə başlanmışdı [65, 89-90]. Bundan istifadə edən Mavərənnəhr hakimi 
Məhəmməd xan Şeybani (Şeybək xan) Xorasana hücum edərək Bəlx şəhərini 
tutmuş [65, 92], 913 (1507/08)-cü ildə bütün Xorasan özbək qoşunu tərəfindən fəth 
edilmişdi [65, 97-99]. Şeybək xan bu müvəffəqiyyətindən qürurlanıb qızılbaşların 
hakimiyyəti altında olan Kirmana hücum etdi. Həsən bəy Rumlu bildirir ki, o hətta 
Şah İsmayıla təhqiramiz bir məktub da göndərmişdi [65, 109-110] 
Qeyd etmək lazımdır ki, özbəklərin Xorasanı tutmalarından sonra I Şah 
İsmayıl Şeybək xanla müharibə etmək haqqında düşünür, lakin müxtəlif hadisələr 
üzündən bu iş baş tutmurdu [65, 111]. 
Artıq 916 (1510)-cı ildə I Şah İsmayılın hökmü altında bu ölkələr vardı: 
Azərbaycan, Şirvan, Diyarbəkr, əcəm İraqı, Fars, Kirman, Şeybək xan isə Xorasan, 
Bədəxşan və Mavərənnəhrin hökmdarı olmuşdu [65, 111]. 
səfəviyyə ordeni nümayəndələrinin daimi məskəni Ərdəbil olmuşdur və onların tərəfdarlarının çoxu da 
məhz Azərbaycan qızılbaş tayfalarının nümayəndələri idilər. 
45
Архив К. Маркса и Ф. Энгельса, т. VII, 1938, səh. 206. 


79 
―Əhsənüt-təvarix‖in məlumatına görə, həmin il I Şah İsmayıl ilə baş verən 
müharibə vaxtı Şeybək xan həlak olmuş və az müddət ərzində bütün Xorasan 
qızılbaşların əlinə keçmişdi [65, 122; 81, 248a]. 
916 (1510/11) - 917 (1511/12)-ci illərdə Bədəxşan hakimi Məhəmməd 
Sultan Üveys (Sultan Əbu Səidin nəvəsi), Mavərənnəhr hakimləri Übeyd xan və 
Teymur Sultan da I Şah İsmayıla tabe olduqlarını bildirdilər [65, 123-125]. Lakin 
az sonra bu Mavərənnəhr hakimlərinin qızılbaşlarla bir neçə hərbi toqquşması baş 
vermişdisə də, onlar məğlub edilmişdilər [65, 129-130; 132-133]. Həsən bəy 
Rumlu yazır ki, nəhayət 918 (1512/13)-ci ildə Übeyd xan Heratı ələ keçirib, 
Xorasanı tutmağa nail oldu [65, 133-134]. Lakin bu da uzun sürmədi. Özbək 
hakimləri arasında başlanan ixtilaf onların Heratı tərk etmələrinə və I Şah 
İsmayılın yenidən Xorasan paytaxtını tutmasına səbəb oldu [65, 137-138]. 
Göstərmək lazımdır ki, 917 (1511/12)-ci ildə qızılbaş qoşunu ilə 
osmanlıların ilk hərbi toqquşması baş vermişdi [65, 125-126]. Həsən bəy 
Rumlunun yazdığına görə, 918 (1512/13)-ci ildə Şah İsmayıl Ruma qoşun yolladı 
və osmanlılarla qızılbaşlar arasında yeni döyüş oldu [65, 134-135]. 920 (1514)-ci 
ildə isə Sultan Səlim xəbərdarlıq elan etdikdən sonra 200 min nəfərlik bir qoşunla 
Azərbaycan üzərinə hücuma keçdi. Həsən bəy Rumlu yazır ki, türk sultanının bu 
hücumunun səbəbi qızılbaşların dəfələrlə Rum ölkəsinə olan basqın və təhqiramiz 
hərəkətlərində idi [65, 143]. 
Rəcəb ayının əvvəllərində (avqustun axırlarında) Təbriz yaxınlığındakı 
Çaldıran adlı yerdə böyük müharibə başlandı. Türklər qələbə əldə etdilərsə də, 
səkkiz gündən sonra geri qayıtmaq məcburiyyətində qaldılar [65, 149]. Bu, I Şah 
İsmayılın ilk və son böyük məğlubiyyəti idi. Həmin ildən 930 (1524)-cu ilə qədər I 
Şah İsmayılın siyasi fəaliyyətində və Səfəvi dövlətinin inzibati quruluşunda elə bir 
mühüm hadisə olmamışdır. 922 (1516/17)-ci ildə səfəvi hökmdarı gürcü knyazları 
arasında olan ixtilafı həll etmək məqsədi ilə Gürcüstana qoşun yollamış [65, 162-
163], 924 (1518/19)-cü ildə Mazandaran valisi Ağaməhəmmədin üsyanını 
yatırmışdı [65, 167-168]. 927 (1521/22)-ci ildə üç dəfə Xorasana hücum edən 
Übeyd xanın cəhdləri müvəffəqiyyətsizliyə uğramış və o, Buxaraya qayıtmağa 
məcbur olmuşdu [65, 170-171]. Yenə həmin il gürcü hakimi Levonun (Ləvənd 
xanın) Şəkiyə etdiyi basqın qızılbaş əmiri Div Sultan Rumlu tərəfindən dəf 
olunmuşdu [65, 173]. 
Bu illər ərzində şirvanşah II İbrahim və Şəki valisi Hüseyn bəy səfəvi 
şahının itaətindən çıxmağa səy göstərmir, vaxtaşırı onunla görüşür və peşkəş 
göndərirdilər [65, 168-180]. 
930 (1523/24)-cü ildə Ləvənd xan yenidən Şəkiyə hücum etdi. Həsən bəy 
Rumlu xəbər verir ki, döyüşdə Şəki hakimi Hüseyn bəy öldürüldü və Ləvənd xan 
geri qayıdandan sonra şəkililər öldürülən hakimin oğlu Dərviş Məhəmməd xanı 
özlərinə hakim qəbul etdilər [65, 180-181]. ―Əhsənüt-təvarix‖də verilən bu 
məlumat olduqca əhəmiyyətlidir. Müəllif Şəki hakiminin səfəvi padşahı tərəfindən 


80 
deyil, yerli xalq tərəfindən təyin olunduğunu bildirmiş ki, bu da Şəkinin 
müstəqilliyinə dəlalət edir. 
930 (1524)-cu ildə I Şah İsmayıl [65, 181], az sonra isə Şirvanşah II 
İbrahim vəfat etdi [65, 184]. Onların əvəzinə səfəvi taxtına şahzadə Təhmasib [65, 
184], Şirvan taxtına isə II Xəlilullah əyləşdi [65, 184]. 
Səfəvi dövlətinin qüvvətli banisinin ölümündən istifadə edən Übeyd xan 
4-cü dəfə Xorasana hücum etmiş, lakin qızılbaşlar tərəfindən məğlub olaraq geri 
qayıtmışdı [65, 185-187]. I Şah Təhmasibin gəncliyi ilə əlaqədar olaraq qızılbaş 
əmirləri arasında baş verən ixtilaflar [65, 191-194] Übeyd xanı 932 (1526/27)-ci 
ildə yeni Xorasan səfərinə ruhlandırdı [65, 196]. Ancaq Heratın 7 ay sürən 
mühasirəsi də ona qələbə qazandırmadı [65, 205-207]. Nəhayət, Cam şəhəri 
yaxınlığında böyük döyüş oldu. Bu, I Şah Təhmasibin hərbi əməliyyatda birinci 
iştirakı idi. Übeyd xan məğlub edilsə də [65, 213-320], bir neçə aydan sonra 
yenidən Xorasana hücum etdi. Bu onun 7-ci hərbi yürüşü idi. Übeyd xan bu dəfə 
―çoxlu döyüşçü ilə Herata girərək, səltənət taxtına oturdu‖ [65, 222]. 936 
(1530/31)-cı ildə I Şah Təhmasibin Herata hücumu nəticəsində Übeyd xan 
Xorasanı yenidən tərk etmək məcburiyyətində qaldı [65, 225-233]. 
938 (1532/33)-ci ildə Übeydin Xorasana 8-ci həmləsi oldu. Heratın il 
yarımlıq mühasirəsindən sonra I Şah Təhmasib üçüncü dəfə özbək qoşunu üzərinə 
hərəkət etdi və özbək xanı şəhərdən qaçmağa məcbur oldu [65, 240-243] 
Übeyd xanın Xorasana növbəti hücumu 942 (1535/36)-ci ildə həyata 
keçirildi və Herat yenidən özbəklər tərəfindən zəbt olundu [65, 269-272]. Həsən 
bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib 4-cü dəfə Xorasana qoşun çəkmiş 
və Übeyd xan yenidən Buxaraya qayıtmışdı [65, 274-276]. 946 (1539/40)-cı ildə 
isə bu özbək xanı Xorasana 10-cu və sonuncu səfərini etdi, lakin hələ yolda ikən 
xəstələnib öldü [65, 294-295]. 
Göstərmək lazımdır ki, Übeyd xanın vəfatı ilə də özbək-qızılbaş 
münasibətləri yaxşılaşa bilməmiş, müxtəlif illərdə onların arasında qanlı 
vuruşmalar olmuşdur. Özbəklər 950 (1543/44), 952 (1545/46), 955; (1548/49), 957 
(1550/51), 967 (1559/60), 971 (0,163/64, 973 0,6506), 974 (1566/67) və 977 
(1596/70)-ci illərdə (bax: 65, 305, 313, 337-338, 343-344, 413, 421, 430, 431, 449-
450) Xorasan əyalətinin müxtəlif şəhərlərinə basqınlar etmiş və hər dəfə geri 
çəkilməyə məcbur olmuşdular. 
I Şah Təhmasib hələ gənc ikən Səfəvi dövlətindəki daxili çəkişmələrdən 
istifadə edən Sultan Süleyman 940 (1533/34)-cı ildə Azərbaycana qoşun çəkdi. 
Türklərin Azərbaycana bu yürüşü zamanı səfəvi hökmdarı özbəklərlə müharibəyə 
yollanmışdı. Azərbaycanın çox hissəsinin osmanlılar tərəfindən tutulmasına 
baxmayaraq, I Şah Təhmasib gəlib onları Azərbaycan torpaqlarından çıxarmışdı 
[65, 247-252]. 


81 
―Əhsənüt-təvarix‖ müəllifi göstərir ki, bu hadisədən bir il sonra Bağdadı 
ələ keçirən Sultan Süleyman 2-ci dəfə Azərbaycan üzərinə gəlmiş və yenə orada 
qalıb yerini möhkəmlədə bilməmişdi [65, 256-260]. 
955 (1548)-ci ildə Sultan Süleyman səfəvi hökmdarına qarşı üsyan etmiş 
şahın qardaşı Əlqas və sabiq Azərbaycan hakimi Üləma Təkəlu ilə birlikdə 3-cü 
dəfə Azərbaycana hücum etdi [65, 327]. Həsən bəy Rumlu bildirir ki, Şah 
Təhmasibin əmri ilə düşmənlərin keçəcəyi yollar boyu olan bütün taxıl zəmiləri 
yandırılmış, quyu və kəhrizlər dağıdılmışdı [65, 328]. Bu dəfə də Təbrizə girə bilən 
türklər orada cəmi 4 gün qala bildilər [65, 329]. Onlar bu 4 gündə şəhəri talan 
etmiş [65, 329], qızılbaşlar hücuma keçdiyi üçün Təbrizdən çıxmışdılar. Həsən bəy 
Rumlu yazır ki, Sultan Süleyman şəhəri tərk edərkən yerli camaat ona hücum 
etmişdi [65, 330]. Müəllifin bu faktı ilə təcavüzkarlara qarşı azərbaycanlıların 
nifrəti əks etdirilir. 
961 (1553/54)-ci ildə Sultan Süleyman 4-cü dəfə Azərbaycana qoşun 
yürütdü. O zaman Naxçıvanda olan I Şah Təhmasib şəhəri tərk edəndən sonra 
osmanlı sultanı gələrək bu şəhəri yandırmış və Ərzruma qayıtmışdı [65, 377-
378]. Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib osmanlılar üzərinə 
hücuma keçən kimi ―xandgar‖ (yəni Sultan Süleyman) tərəfindən sülh xahişi 
edildiyi üçün dinin pənahı olan şah (Şah Təhmasib - Ş. F.) razılaşdı və hər iki 
tərəfin küdurəti aradan götürüldü [65, 379]. 
Doğrudan da, sonralar qızılbaş-osmanlı münasibətləri bir müddət normal 
şəkildə davam etdi. Belə ki, 961 (1553/54) və 964 (1556/57)-cü illərdə I Şah 
Təhmasib tərəfindən Türkiyəyə iki dəfə elçi göndərilmiş [65, 384; 401], 970 
(1562/63)-ci ildə Sultan Süleyman da səfəvi sarayına çoxlu hədiyyə yollamışdı [65, 
419]. Həsən bəy Rumlu yazır ki, türklərlə bağlanan sülh şərtlərindən biri ―tərəflərin 
birisinə pənah gətirən hər iki dövlət adamının geri qaytarılması‖ şərti idi [65, 417]. 
Məhz buna görə də 966 (158/59)-cı ildə atası Sultan Süleymana qarşı üsyan etmiş 
və səfəvi şahına pənah gətirmiş şahzadə Bayazid 969 (1561/62)-cu ildə türk 
elçilərinə təslim edilmiş və onlar tərəfindən öldürülmüşdü [65, 417; 58, 104]. 
İndi də tariximizlə bağlı olan bir sıra siyasi hadisələrin o cümlədən 
üsyanların ―Əhsənüt-təvarix‖ əsərində necə əks etdirilməsinə nəzər yetirək. 
Həsən bəy göstərir ki, 937 (1530/31)-ci ildə qızılbaş əmirləri arasında 
düşmənçilik yenidən qızışmış, tayfalararası ixtilaf yaranmışdı [65, 235-237]. 
Azərbaycan əmirül-ümərası Üləma Təkəlu vəkalət vəzifəsini ələ keçirmək məqsədi 
ilə I Şah Təhmasibə qarşı üsyan etmiş, məqsədi baş tutmadığından Türkiyəyə 
qaçmış [65, 237], Sultan Süleymanın Azərbaycana birinci yürüşündə qızılbaşlara 
qarşı vuruşmuşdu [65, 247]. 942 (1535)-ci il cəmadül-əvvəl ayının 9-da (noyabrın 
7-də) Şirvanşah II Xəlilullah ölmüş, yerinə 15 yaşlı qardaşı oğlu Şahrux keçmişdi 
[65, 273; 60, 449a; 58, 80; 10, 132; 52, 13]. Mənbələrdən məlumdur ki, Şeyxşah 
(II Xəlilullah) sonsuz olmuşdur [65, 273; 58, 80]. Həsən bəy Rumlu da bununla 
əlaqədar olan bir üsyanı ətraflı təsvir edir. Onun məlumatından aydın olur ki, 944 


82 
(1437/38)-cü ildə Şirvanda ―Mən Şeyxşahın oğlu Sultan Məhəmmədəm‖ deyən bir 
qələndərin üsyanı baş verdi. O, Salyanı ələ keçirib, Şamaxıya gəldiyi vaxt
Şahrux müqavimət göstərə bilməmiş, qaçıb Buğurd qalasına sığınmışdı. Az sonra 
Salyan yaxınlığında şirvanşahla olan döyüşdə qələndər öldürülmuş və şirvanşah 
Şamaxıya qayıtmışdı [65, 382; 10, 132-133]. Həsən bəy Rumlu yazır ki, bu 
hadisədən bir qədər sonra Şah Təhmasib Şirvana qoşun yolladı [65, 286]. Müəllif 
bu hərəkəti ―Şirvan əyanlarının Şahruxdan narazı olub‖ Şah Təhmasibdən kömək 
istəmələri ilə izah edir ki, fikrimizcə, bu düzgün deyildir. Əslində, səfəvi şahı 
Şirvanın müstəqilliyini ləğv etmək və oranı öz dövlətinə qatmaq fikrində idi. 
I Şah Təhmasibin Şirvana yolladığı qoşunlar bir-birinin ardınca Sürxab və 
Qəbələ qalalarını aldılar [65, 286], döyüşçülərin bir hissəsi Gülüstan, digər hissəsi 
Buğurd qalasına tərəf hücuma keçdi [65 287]. ―Əhsənüt-təvarix‖in məlumatına 
görə Buğurd dərəsində səfəvi və Şirvan qoşunları arasında qızğın döyüş baş verdi. 
Ələ keçməyən bu qala 4 ay mühasirədə qaldı [65, 288, 81, 2b4a]. O zaman Şəki 
hakimi Dərviş Məhəmməd xan da ―dağ qoşunlarını toplayaraq Şahruxun köməyinə 
gəlmiş‖, ancaq tezliklə məğlub edilmişdi. Həsən bəy Rumlu göstərir ki, Şirvan 
əməliyyatının ləngidiyini görən Şah Təhmasibin özü Buğurd qalasına gəlmiş, 
şirvanşah təslim olduqdan sonra bu qalanı dağıtmağı əmr etmişdi [65, 289]. 
Qeyd etmək lazımdır ki, Şahrux 940 (1539/40)-cı ildə qətl edilmiş və 
Həsən bəy Rumlunun yazdığına görə ―onun öldürülməsi ilə əlaqdar olaraq Şirvan 
sultanlarının hakimiyyəti sona çatmışdı‖ [65; 295]. Şirvanın idarəsi isə I Şah 
Təhmasibin qardaşı Əlqas Mirzəyə verildi [65, 290; 10, 135]. 
―Əhsənüt-təvarix‖də oxuyuruq ki, 947 (1540/41)-ci ildə I Şah Təhmasib 
birinci dəfə Gürcüstana qoşun çəkdi. Orada islam dinini möhkəmlətmək şüarı ilə 
hərəkət edən qızılbaşlar Tiflisi aldı [65, 296]. Yürüş cahad adı ilə davam etməkdə 
idi. Hakim Ləvasanın qaçmasından sonra Şah Təhmasib Təbrizə qayıtdı [65, 297-
298]. 
Qeyd olunmalıdır ki, qızılbaş əmirləri soyğunçuluq edir, şəhərləri 
talayırdılar. 947 (1540/41)-ci ildə Salyan və Mahmudabad şəhərlərini tiyul şəklində 
səfəvi şahından alan Qazi xan Təkəlu elə həmin il Bakı qalasını da ələ keçirərək 
əhalinin çox hissəsini qırmışdı [65, 300]. 
Həsən bəy Rumlu feodal sinfinə mənsub şəxslərin də üsyan və 
qiyamlarından bəhs edir. Onlardan biri Şirvan hakimi Əlqas Mirzənin qardaşı Şah 
Təhmasibə qarşı olan çıxışı idi. Bu hadisənin gedişini bir neçə mərhələyə bölmək 
olar ki, onlardan birincisi 953 (1546/47)-cü ildə Əlqasın üsyan etmək cəhdi hesab 
edilə bilər. O vaxt Əlqas heç bir şey edə bilməyəcəyini başa düşüb, anası Xanbikə 
xanım və oğlu Sultan Əhmədi üzrxahlıqdan ötrü şah qardaşının yanına yollamış və 
onun günahı bağışlanmışdı [65, 314-315; 81, 267; 77, 198]. Lakin az sonra I Şah 
Təhmasibin Gürcüstana yeni bir yürüşü də baş verdi [65, 316]. Məlum olduğu 
kimi, gürcü hakimlərinin ara-sıra baş verən narazılıqlarının qabağını almaqdan ötrü 
səfəvi hökmdarının əmri ilə oraya döyüşçü dəstələri göndərilir və onlar vəziyyəti 


83 
silah gücü ilə sakitləşdirdikdən sonra geri qayıdırdılar. Şah Təhmasibin Gürcüstana 
bu dəfəki yürüşünün səbəbi ―Əhsənüt-təvarix‖ əsərində göstərilmirsə də, 
hadisələrin gedişindən aydın olur ki, bu səfərdən onun məqsədi heç də gürcüləri 
cəzalandırmaq olmamışdır. Fikrimizcə, Şah Təhmasib bu yürüşə qardaşı Əlqas 
Mirzəni həbs etmək xatirinə çıxmışdı. Həsən bəy Rumlu yazır: ―Dinin pənahı olan 
şah köç-köç Gəncəyə gəldi. Oradan çıxdıqdan sonra Yevlaxda dayandı. Yevlaxdan 
da İbrahim xan Zülqədər, Hüseynxan Sultan Rumlu, Göyçə Sultan Qacar, Şahverdi 
Sultan Ziyadoğlu və Xacəbasanı 500 döyüşkən süvari ilə haqtanımaz Əlqasın 
olduğu Şamaxıya hücuma göndərdi‖ [65, 317]. Yuxarıda göstərmişdi ki, Əlqasın 
xoşagəlməz hərəkətini Şah Təhmasib bağışlamışdı, lakin görünür, qardaşının üsyan 
etmək cəhdi onu təşvişə salmış və məhz buna görə də o, Gürcüstana yürüş bəhanəsi 
ilə Təbrizdən çıxaraq Əlqasa hücum etmişdi. Demək lazımdır ki, Şah Təhmasibin 
təşvişi əsassız deyildi. 941 (1534/35)-ci ildə Herata hakim təyin etdiyi ortancıl 
qardaşı Sam Mirzə də ona qarşı düşmənçilik mövqeyində durmuş, ancaq tezliklə 
bağışlanmasını xahiş etmiş və həbs edilib qalaya salınmışdı [65, 260-262]. 
I Şah Təhmasibin Şamaxıya qoşun göndərməsi ilə Əlqas üsyanının ikinci 
mərhələsi başlanmış oldu. O vaxt Əlqas Dağıstana hərbi səfərə çıxmışdı. 
Hadisədən xəbərdar olub geri qayıdan səfəvi şahzadəsi Samur çayı sahilində və 
Qəbələdə şah qoşunları ilə döyüşüb məğlub olmuşdu [65, 320]. Əlqasın İstambula 
qaçması ilə onun üsyanının ikinci mərhələsi bitdi. 
Əsərdə biz bir daha Əlqasla 955 (1548)-ci ildə Sultan Süleymanın 
Azərbaycana 3-cü hücumu zamanı qarşılaşırıq. Əvvəlcə türklərlə əlbir olan, 
sonradan isə osmanlı sultanından üz çevirən Əlqas çox keçmədən Şah Təhmasibə 
təslim olub qalaya salınmışdı [65, 340; 81, 270a; 76, 516] ki, bununla da Əlqas 
üsyanının son mərhələsi tamamlanmış oldu. 
Göstərmək lazımdır ki, qızılbaş yürüşü zamanı mühasirədə saxlanılan 
Gülüstan və Dərbənd qalaları, nəhayət, 954 (1547/48)-cü ildə fəth olunmuş və adı 
çəkilən birinci qala Şah Təhmasibin əmri ilə dağıdılmışdı [65, 321-322]. Həsən bəy 
Rumlu yazır ki, Sulut (?) qalasının hakimi Məsih Şirvaninin təslim olmasından 
sonra ―Şirvan vilayəti ikinci dəfə dinin pənahı olan şahın əlinə keçdi. O, bütun 
Şirvan məmləkətini oğlu İsmayıl Mirzəyə verdi‖ [65, 323]. Lakin məlum olduğu 
kimi, elə həmin il Şirvanın qızılbaşların əlindən çıxarılmasından ötrü cəhd 
edilmişdi. Görünür ki, şirvanşahların varisləri öz nəsli hakimiyyətlərindən əl 
çəkmək istəmirdilər. Həsən bəy Rumluya görə, 954 (1547/48)-cü ildə 
şirvanşahların nəvələrindən biri olan Bürhan Dağıstandan Şirvana hücum edərək 
qızılbaş əsgərləri ilə döyüşmüş və məğlub olmuşdu. Elə o vaxtlarda da Sultan 
Süleymanın Azərbaycana 3-cü yürüşü başlanmış və bunu eşidən İsmayıl Mirzə 
Şirvanı tərk edib, atasının köməyinə getmişdi. Bundan istifadə edən Bürhan 
Şamaxını ələ keçirmişdi [65, 326-327]. Bizim müəllif yazır ki, Şirvan iki il 
Bürhanın əlində qaldı. Ancaq 956 (1549/50)-cı ildə Bürhan qəflətən vəfat etdi, 
məhz bu zaman I Şah Təhmasib öz qohumu Abdulla xan Ustaclunu Şirvanı 


84 
tutmağa yolladı və qızılbaşlar təzədən ora sahibləndilər [65, 341]. Göstərmək 
lazımdır ki, şirvanlılar onlara rəğbət bəsləmir, özlərinə şirvanşahların nəslindən 
hakim istəyirdilər. Təsadüfi deyil ki, 954 (1547-48)-cü ildə Şirvana hücum edən 
Bürhan üstünə göndərilən qızılbaşlarla döyüşən vaxt onun tərəfində çoxlu yerli 
əhali vardı. Bürhanın məğlubiyyətini təsvir edən Həsən bəy Rumlu həmin 
məğlubiyyəti ―Bürhan məğlub oldu‖ kimi yox, ―Şirvan məğlub oldu‖ deyə ifadə 
etmişdir [65, 326]. Bu məsələ ilə əlaqədar bir faktı da göstərmək lazımdır ki, 956 
(1549/50)-cı ildə Bürhanı dəfn edən şirvanlılar ölkələrini ələ keçirən Abdulla xana 
onun qəbrinin yerini göstərməmişdilərsə də, qızılbaşlar qəbri tapıb, meyiti oradan 
çıxarmış, ölü başı bədənindən ayırmışdılar. Həsən bəy Rumlu bildirir ki, bu 
hadisəyə görə şirvanlılar yenidən üsyan etdilərsə də, Abdulla xan üsyanı qanla 
yatırtdı [65, 341]. Bu misallarda öz hakimiyyətlərini bərpa etmək uğrunda 
şirvanlıların inadla apardıqları mübarizə nümayiş etdirilmişdir. 
I Şah Təhmasib Şəki dövlətini də ələ keçirməyi qət etmişdi. O, 
osmanlıların Azərbaycana 3-cü yürüşündən sonra qorçibaşı Sevindik bəy Əfşarı 
Şəki üzərinə göndərmiş [65, 334], əmr yerinə yetirilmişdi [65, 334]. Lakin 
qorçilərin hücumu zamanı qaçıb Kiş qalasına sığınan Dərviş Məhəmməd xan onlar 
geri qayıdandan sonra yenidən Şəkiyə gəlmişdi. 
Şəki 958 (1551)-ci ilə qədər Dərviş Məhəmməd xan tərəfindən idarə 
edildi. Nəhayət, ―Şəki hakimi Dərviş Məhəmməd xandan dəfələrlə müxalifət üz 
verdiyinə görə‖ I Şah Təhmasib çoxlu qoşunla Şəkiyə hücum etdi. Həsən bəy 
Rumlu göstərir ki, Şəki xanının olduğu Gələsən-Görəsən qalası Şirvan hakimi 
Abdulla xan və ona qoşulmuş gürcü Ləvənd xan tərəfindən mühasirə edildi [65, 
350]. Yalnız 20 gündən sonra qala alınıb dağıdılmışdı [65, 350]. Bir qədər sonra 
Gələsən-Görəsəni tərk edib qaçmaq istəyən Dərviş Məhəmməd xan öldürüldü və 
beləliklə də, Şəki Səfəvi dövlətinin bir əyalətinə çevrildi [65, 351; 81, 271a; 61, 
322a; 77, 204; 58, 83]. 
Həsən bəy Rumlu şirvanlıların müstəqil olmaq arzularını əsərində əks 
etdirmişdir. Sultan Süleymanın 961 (1554)-ci ildə Azərbaycana etdiyi 4-cü hücum 
zamanı Türkiyədən onunla birlikdə şirvanşahlar nəslindən olan Qasım bəy Şirvani 
adlı bir şəxs də gəlmiş və Şirvana yürüş etmişdi. Bu xəbəri eşidən şirvanlılar dərhal 
Abdulla xandan dönüb ona qoşulmuşdular [65, 382; 81, 273a; 58, 82]. Qasım 
bəyin və üsyan edən şirvanlıların üzərinə yollanan Abdulla xan Təngədə onlara 
çatmışdı. Bu haqda ―Əhsənüt-təvarix‖də oxuyuruq: ―qızılbaşlar hücum edən
vaxt şirvanlılar da qılınclarını sıyırıb döyüşə başladılar. Tezliklə Abdulla xan 
Şamaxıya qayıtmağa məcbur oldu və Qasım bəy Buğurda gedib, 40 gün orada 
gözlədi. Sonralar Abdulla xanın olduğu Gülüstan qalasına Qasım bəyin hücumu 
zamanı 1500 qızılbaş döyüşçüsü şirvanlılar tərəfindən öldürülmüşdü. Buna 
baxmayaraq səfəvi döyüşçüləri Qasım bəyi məğlub etdilər‖ [65, 383]. 
Güman ki, bu hadisədən sonra 961 (1553/54)-ci ildə 985 (1577/78)-ci ilə 
qədər Şirvanda qızılbaşlara qarşı elə mühüm ixtilaf olmamış və buna görə də 


85 
―Əhsənüt-təvarix‖ müəllifi bu barədə məlumat verməmişdir. Lakin Həsən bəy 
Rumlu Şirvanda 985 (1577-78)-ci ildə baş verən üsyan haqqında bildirir ki, həmin 
il Şirvanlılar qızılbaşlar əleyhinə hərəkət edərək Bürhanın bacısı oğlu Kavus 
Mirzəni hakimiyyətə qaldırdılar. Şabrana hücum edən Kavusla Şirvan valisi Ərəs 
Sultan Rumlu arasında başlanan döyüşdə üsyançılar məğlub edildilər [65, 491]. 
Tariximizlə əlaqədar hadisələrdən biri də Təbrizdə iki il üsyan edən xalq 
kütlələrinin 981 (1573/74)-ci ildə qətl edilməsidir [65, 455]. Həsən bəy Rumlu bu 
üsyanın səbəbini Təbriz hakimi Allahqulu bəy Ustaclunun bir mülaziminin yerli 
camaat tərəfindən döyülməsində görmüşdür [65, 455]. Müəllifin məlumatından 
anlaşılır ki, mülazimin döyülməsi xalqın qızılbaş əsgərlərinə qarşı nifrətinin ifadəsi 
olmuşdur. 
Bu üsyan haqqında İ.P. Petruşevski müfəssəl danışdığından [bax: 36, 214-
224] kiçik bir qeydlə kifayətlənəcəyik. Həsən bəy Rumlunun təsvirindən belə çıxır 
ki, iki il davam edən bu üsyanın vaxtında yatırılmamasının səbəbi şah Təhmasibin 
üsyan yatırılan zaman rəiyyət qırğını baş verəcəyini düşünməsində olmuşdur. 
Lakin əslində belə deyildir. Məhz üsyançıların sayca çox olması və üsyanın 
mütəşəkkil davam etməsi qızılbaşların onlar üzərinə hücuma keçməsini 
ləngitmişdi. Əsərdə verilmiş bir beytdən o zaman minlərlə üsyançının ayağa 
qalxdığı məlum olur: 
―Minlərlə fədayi vuruşa gəldi, 
Qorxunc fillər kimi xuruşa gəldi‖
46
Göstərmək lazımdır ki, 984 (1576)-cü ildə vəfat edən I Şah Təhmasibin 
yerinə tərəfdarı olan əmirlərin köməyi ilə uzun müddət həbsdə saxlanılan şahzadə 
İsmayıl Mirzə II Şah İsmayıl adı ilə taxta əyləşmişdi [65, 480]. Onun il yarımlıq 
hakimiyyəti zamanı nəzəri cəlb edən hadisələrdən biri yuxarıda danışdığımız 
Kavus Mirzənin üsyanı olmuşdur ki, Həsən bəy Rumlu bu xalq hərəkatı haqqında 
məlumat vermişdir. 
985 (1577)-ci il ramazan ayının 13-də (noyabrın 25-də) sui-qəsd 
nəticəsində öldürülən II Şah İsmayılın [65, 495] yerinə onun kor qardaşı 
Məhəmməd Xudabəndə taxta çıxmışdı [65, 500] ki, bu səfəvi hökmdarının 
hakimiyyəti dövründə baş verən hadisələr ―Əhsənüt-təvarix‖ salnaməsində 
işıqlandırılmamışdır. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin