Çarizm və neftli torpaqlar. Dövlət-kapitalist neft təsərrüfatının
yaradılması: Neftli torpaqlar, əsasən, xəzinənin ixtiyarında idi. Abşeronda cəmi
6100 desyatin neftli torpaq sahəsi vardı. 1913-cü ildə Azərbaycanda istismar edilən
neftli torpaqların ümumi sahəsi 991 desyatinə yaxın olmuşdur. Bu torpaqların
yarıya qədəri xüsusi sahibkarlara məxsus idi.
Xüsusi sahibkarlara məxsus neftli sahələr, əsasən, bəy torpaqlarının və çar
hökuməti tərəfindən «xüsusi xidmətlərinə görə» zadəganlara, hərbçilərə, dövlət
məmurlarına bağışlanmış torpaqların (bu torpaqların ümumi sahəsi 97,5 desyatinə
bərabər idi) satın alınması və ya uzun müddətə icarəyə götürülməsi yolu ilə əmələ
gəlmişdi.
11
Neftli torpağın hər desyatininə görə xəzinəyə birdəfəlik 125 min manat
haqq ödəyərək həmişəlik icarəyə götürülən sahələr də, əslində, xüsusi mülkiyyət
hüququna malik idi. Xüsusi sahibkarlar özlərinin neftli sahələrindən əldə etdikləri
hasilata müvafiq surətdə dövlətə pay ayırırdılar.
Neftli torpaqların az bir hissəsi—21 desyatini (2,1 faizi) xəzinə-icma
mülkiyyətinə məxsus idi.
Xəzinə-icma mülkiyyəti dövlət kəndlilərinə məxsus kiçik sahələrdən
ibarət idi. Həmin torpaqlar dövlətə vergi ödəmək şərtilə kəndlilər tərəfindən
icarəyə götürülürdü.
1907—1908-ci illərdə Suraxanıda qazılan yeni quyular fontan vurandan
sonra, hökumət kəndlilərin istifadəsində olan xəzinə-icma torpaqlarını alıb
sənayeçilərə icarəyə verməyə başladı. Odur ki, XX əsrin başlanğıcında 65
desyatinə yaxın sahəsi olan xəzinə-icma torpaqlarının 1913-cü ildə yalnız
1
/
3
hissəsi qalmışdı.
Xəzinəyə məxsus neftli sahələr, başlıca olaraq, hərrac vasitəsilə icarəyə
verilirdi.
Lakin bəzən elə olurdu ki, şirkətlər hərrac vasitəsilə icarəyə götürdüyü
sahələrdə istismar işinə başlamır, ona görə də xəzinəyə çatacaq müvafiq payı
ödəmirdilər.
1912-ci il iyunun 17-də çar hökuməti «Xəzinəyə məxsus neftli torpaqların
müqavilə üzrə icarəyə verilməsi haqqında qaydalar» qəbul etdi.
Yeni qanuna görə, hərraca təqdim edilən neftli sahə üçün icarədarın hər il
icbari surətdə ödəməli olduğu minimum icarə haqqı norması müəyyən edilirdi.
Minimum normadan artıq çıxarılan neft, dövlətə 20 faiz həcmində pay ayırmaqla
icarədarın özünə qalırdı. Hər neftli sahə üçün dövlət tərəfindən əvvəlcədən 100 min
(sonralar, hətta 400 min) manat məbləğində girov alınırdı.
17 iyun 1912-ci il qanunu əsasında 1913—1914 və 1916-cı illərdə dörd
hərrac keçirildi. Bu hərraclar zamanı ümumi sahəsi 470 desyatin olan 102 neftli
sahə təqdim edildi. İri şirkətlər nəyin bahasına olursa-olsun, daha çox sahə ələ
keçirmək üçün qızğın rəqabətə girdilər. Təklif edilən ilk icarə qiymətlərini
ağlagəlməz dərəcədə yuxarı qaldırdılar. Hətta bir sahəyə düz 78 dəfə yeni qiymət
təklif edilmişdi. Yeni sahələr, faktik olaraq, «Nobel qardaşları» və «Oyl» kimi iri
qruplar arasında bölündü. «Nobel qardaşları» şirkətinə hər hərracda sahələrin
təqribən 60 faizi çatdı.
Yeni əsaslarda keçirilən hərraclar xəzinəyə xeyli gəlir gətirsə də, istehsalı
artırmağa, neft və neft məhsullarının qiymətini aşağı salmağa çalışan hökumətin
ümidlərini doğrultmadı. Rusiya Dövlət Senatı göstərirdi: hərracların nəticəsi təsdiq
etdi ki, böyük pay ayrılmaları iri şirkətləri qorxutmur, onların məqsədi xəzinənin
ixtiyarında olan neftli torpaq ehtiyatını öz əllərinə keçirib neft bazarının sahibi
olmaqdır, belə ki, inhisarlara bazarda neftin qiymətini yüksək səviyyədə saxlamaq
onun hasilatını artırmaqdan daha sərfəlidir.
12
Məhz bu səbəbdən, xəzinənin ixtiyarında minlərlə desyatin neftli torpaq
ehtiyatı olduğu halda, həmin ehtiyatdan, demək olar ki, istismara yeni sahələr
verilmirdi.
Beləliklə, çarizmin neft hasilatını artırmaq sahəsində göstərdiyi cəhdlər
uğursuzluqla
nəticələndi.
Mütləqiyyətin
zadəgan-mülkədar
quruluşunu
möhkəmləndirməyə yönəldilmiş siyasəti neft probleminin həllinə ciddi maneçilik
törədirdi. İstismara yeni-yeni sahələr buraxmaqla neft qıtlığını aradan qaldırmaq
əvəzinə, dövlət mövcud sahələrdən get-gedə daha çox pay qoparmağa çalışırdı.
Çarizm yeni neftli sahələri ələ keçirməklə burjuaziyanın iqtisadi qüdrətinin daha da
artacağından, bununla da onun siyasi hakimiyyətə təzyiqinin güclənəcəyindən
qorxurdu. Xəzinə çox qiymətli və strateji əhəmiyyətli minlərlə desyatin neftli
torpaq ehtiyatını həmişəlik itirmək istəmirdi.
Bununla belə, çar hökuməti iri istehsala özünün başlıca dayağı kimi
baxaraq, təmərküzləşmə prosesinə hər vasitə ilə kömək edir, iri kapitalın bu sahəyə
yönəlməsinə çalışırdı. Çünki, təkcə iri neft şirkətləri və birlikləri hasilatı artırmaq
üçün geniş maddi və maliyyə imkanlarına malik olub, böyük dövlət sifarişlərini
təcili və vaxtında yerinə yetirməyə qadir idilər. Onlar, həmçinin, özlərinin çox
güclü xarici rəqiblərinə qarşı inadla dayana bilərdilər.
Müharibə illərində çar hökuməti neft inhisar birliklərinin buraxdığı
məhsulların daimi və ən imkanlı müştərisinə çevrildi.
Hərbi sifarişlər almış istehsal birliklərinə dövlət müxtəlif imtiyazlar və
güzəştlər verirdi. Ona görə də dövlət sifarişlərini almaq uğrunda iri kapitalist
birlikləri arasında rəqabət xeyli gücləndi.
«Nobel qardaşları» şirkəti dövlətin ağ neftlə təchizatını demək olar ki, öz
əlinə almışdı. O, müxtəlif hərbi nazirlik və idarələrlə sərfəli müqavilələr
bağlayaraq, onları təyyarə benzini, sulfat turşusu, sürtgü yağları, oleum, benzol,
toluol və hərbi sənayedə işlənən digər məhsullarla təchiz edirdi. 1915-ci ildə şirkət
müxtəlif hərbi istehlakçılara illik satılıq neft məhsullarının 70 faizi qədər mal
göndərmişdi.
1915-ci ilin iyununda Mərkəzi Hərbi-Sənaye Komitəsinin (MHSK) Bakı
hərbi-sənaye komitəci (BHSK) təşkil edildi. İri sənayeçilər və bəzi əlaqədar texniki
ziyalılar bu komitəyə daxil edildilər. Bakı neft sənayeçiləri qurultayı Şurasının
(BNSQŞ) sədri A. O. Qukasov eyni zamanda BHSK-nın sədri seçildi. Komitə
tezliklə dövlətdən xeyli sərfəli sifarişlər alıb, sənayeçilər arasında bölüşdürdü.
Müharibə şəraiti dövlətin iri neft şirkətləri ilə qovuşmasına təkan verdi.
Neftli torpaqların, Bakı—Batum neft kəmərinin, Zaqafqaziya dəmir
yolunun, çox böyük sistern-vaqon parkının, 100 milyon puddan artıq neft və neft
məhsulları tutan 2 minə yaxın neft anbarının və başqa obyektlərin xəzinənin
ixtiyarında olması, həmçinin, onun geniş maliyyə imkanlarına malik olması dövlət-
kapitalist təsərrüfatının yaradılması üçün möhkəm təməl yaratdı.
13
Ölkənin müdafiə problemlərinin həlli çar hökumətini məcbur edirdi ki,
geniş iqtisadi funksiyaları öz əlinə alsın, kapitalist istehsal prosesinə qarışsın.
Neft sənayesini nizama salmağın bir sıra dövlət-inhisarçı orqanları
meydana gəldi.
1915-ci ilin avqustunda xalq təsərrüfatının: sənaye, nəqliyyat, yanacaq və
ərzaq kimi çox mühüm sahələrinə rəhbərlik edən dörd Xüsusi müşavirə yaradıldı.
Xüsusi müşavirələr ali dövlət idarələri olub, yalnız çarın qarşısında hesabat verirdi.
Yanacaq üzrə xüsusi müşavirə—Osotop
1
son dərəcə böyük hüquqlara
malik idi.
Osotop yanacağın uçotunu və bölgüsünü aparır, ölkə üzrə onun hasilatını
planlaşdırırdı. O, yanacaq müəssisələrinə icrası məcburi olan sifarişlər verir, hətta
tədarükçü təşkilatlarla bağlanmış müqavilələrin şərtlərini dəyişdirir, müsadirə
aparır, yanacaq müəssisələrində əmək haqqının miqdarını gözdən keçirirdi.
Osotop idarəetmənin yeni forması olub, əvvəllər yaradılmış bütün
yanacaq komitələri, hətta bəzi nazirliklər üzərində dövlət-inhisarçı funksiyasını
həyata keçirirdi.
Osotonun sədri ticarət və sənaye naziri knyaz V. N. Şaxovski idi. Sədrə
müstəsna hüquqlar verilmişdi. O, hətta Osotop üzvlərinin ümumi rəyi ilə
hesablaşmayaraq, özünün qərarını həyata keçirə bilərdi.
Osotonun tərkibində 30 üzv vardı. Bunlar, əsasən, bürokratiya və
mülkədarların, ilk növbədə, Dövlət Şurası və Dövlət dumasının üzvlərindən,
nazirliklərin və mərkəzdə yerləşən komitələrin yüksək rütbəli nümayəndələrindən
ibarət idi. Burada neft sənayesini E. L. Nobel və P. O. Qukasov təmsil edirdilər.
Osotonun nəzdində ayrıca Neft seksiyası, İmperiya istehlakçılarını neft və
neft qalıqları ilə təchiz edən Baş müvəkkillik və başqaları vardı. Neft məhsullarının
planlı daşınmasını təmin etmək üçün Dəmir yol idarəsinin nəzdində bilavasitə Baş
müvəkkilliyin tapşırıqlarını yerinə yetirən Neft komitəsi təşkil edildi. Zavodlarda,
dəmir yol stansiyalarında, bir sözlə, neft məhsulları doldurulan və yola salınan
yerlərdə Baş müvəkkilliyə tabe olan Neft uçotu üzrə kontrolçular fəaliyyət
göstərirdilər.
Müharibə şəraiti neft sənayesində inhisarçı kapitalizmin dövlət-inhisarçı
kapitalizmə çevrilməsində mühüm rol oynadı.
b) Sənayenin baĢqa sahələri
Dağ-mədən sənayesi: XX əsrin əvvəlində Gədəbəydə alman kapitalistləri
Simens qardaşlarına məxsus mədənlərdən 3,5 milyon puda qədər mis filizi
çıxarılmışdı. Bu, Rusiyadakı bütün mis filizi hasilatının
1
/
6
hissəsini təşkil edirdi.
1
«Особое совешание по топливо» sözünün müxtəsər forması.
14
1901-ci ildə Gədəbəy və Qalakənd misəritmə zavodlarında, Rusiyada
əridilmiş misin 23 faizindən çoxu—120 min puddan artıq xalis mis istehsal
edilmişdi. Sonrakı il Qalakənd zavodu bağlandı, mis istehsalı azalmağa başladı.
1907-ci il istisna edilməklə, mis hasilatı heç vaxt 100 min pud səviyyəsinə qalxa
bilmədi.
1907-ci ildə Rusiyanın yeddi misəritmə zavodu inhisarçı «Mis» sindikatı
yaratdı. Gədəbəy misəritmə zavodunun da daxil olduğu sindikat misə vahid bazar
qiyməti qoyub, onun satışını mərkəzləşdirdi.
1910-cu ildən sonra mis filizi çıxarılması sürətlə azalmağa başladı. 1914-
cü ildə cəmi 900 min pud filiz və 56 min pud xalis mis istehsal edildi. Bu tənəzzül
mədənlərdə mis filizi ehtiyatının getdikcə tükənməsi ilə əlaqədar idi.
Müharibə illərində mis mədənləri və Gədəbəy misəritmə zavodu
simenslərin rus təbəəliyini qəbul etmiş qohumlarının əlinə keçdi. 1917-ci ildə cəmi
16.8 min pud filiz çıxarıldı və 23 min puddan bir qədər artıq xalis mis əldə edildi.
Mis filizi az miqdarda ətraf yerlərdən də çıxarılırdı.
Simenslər bəzi rus banklarının, xüsusən «Vokau və K°» ticarət evinin
kreditindən istifadə edirdi.
Müharibə illərində Gədəbəy mis sənayesi cəbhənin ehtiyacları üçün
işləyirdi.
Simenslərin Gədəbəy və Çaykənd yaxınlığındakı mədənlərindən
tərkibində cüzi miqdarda mis olan kükürd kolçedanı çıxarılırdı. Sulfat turşusu
istehsalının əsasını təşkil edən bu qiymətli xammalın çoxu o zaman xaricdən
alınırdı. «Nobel qardaşları» şirkəti «Simens qardaşları» cəmiyyəti ilə müqavilə
bağlayaraq, hasil edilən bütün mis və kükürd kolçedanını öz əlinə keçirmişdi.
1902-1916-cı illər arasında mis və kükürd kolçedanı istehsalı dörd dəfə
artaraq 930 min puda çatmışdı.
Azərbaycanda az miqdarda dəmir, gümüş-qurğuşun, barit filizləri, kvars,
zəy də çıxarılırdı. Dəmir və barit filizlərindən, kvarsdan misin alınmasında aşqar
maddə kimi istifadə olunurdu.
Daşkəsəndə Simenslərə məxsus kobalt mədəni də vardı. 1913-cü ildə
burada 15 min pud filiz çıxarılaraq, ondan 75 pud xalis kobalt istehsal edilmişdi.
Kobalt xarici ölkələrə göndərilirdi.
1913-cü ildə dağ-mədən sənayesində 2800 nəfərdən artıq fəhlə çalışırdı.
Naxçıvan yaxınlığında daş duz çıxarılırdı. Daş duz mədənlərinin çoxu
xəzinənin ixtiyarında olub, ayrı-ayrı adamlara icarəyə verilirdi. Duz mədənlərinin
1
/
3
hissəsi Kəlbalıxanov qardaşları ticarət evinə məxsus idi.
Daş duzun orta illik hasilatı təqribən 500 min pud təşkil edirdi.
Bakı və Cavad qəzalarında olan şor göllərdən də duz yığılırdı. Cavad
qəzasında göllər tədricən quruduğuna görə şor duz istehsalı azalmağa başladı.
1910-cu ildə 270 min puddan çox şor duz yığıldığı halda, 1917-ci ildə bunun
təqribən yarısı əldə edilmişdi.
15
Mexaniki istehsal: Azərbaycanın mexaniki istehsal müəssisələrinin çox
böyük hissəsi, həm də əhəmiyyətliləri Bakı sənaye rayonunda yerləşirdi. Bu
müəssisələr, əsasən, neft sənayesinin və onunla əlaqədar olan digər sənaye
sahələrinin ehtiyacını ödəyirdi.
XX əsrin əvvəllərində Bakı sənaye rayonunda yüzdən artıq mexaniki
istehsal müəssisəsi vardı. Bunların içərisində ən iriləri «Bakı maşınqayırma, neft
sənaye və ticarəti» cəmiyyətinin maşınqayırma zavodu, «Xəzər maşınqayırma və
qazan zavodu» idi. Həmin zavodlarda bəzi illərdə 500 nəfərdən çox fəhlə
işləmişdir.
Müəssisələrdə neft çənləri, buxar qazanları, borular, jelonkalar, metal
məftillər və s. hazırlanırdı. Maşınqayırma zavodlarında müxtəlif dəzgahlar,
buruqların qazılmasında, neft-yağ məhsullarının alınmasında, poladın, çuğunun
tökülməsində və digər texniki proseslər zamanı istifadə olunan cürbəcür cihazlar
qayrılırdı.
Mexaniki istehsal və orada çalışan işçi qüvvəsi getdikcə təmərküzləşirdi.
Birinci dünya müharibəsi ərəfəsində 127 mexaniki istehsal müəssisəsində çalışan
10 minə yaxın fəhlənin
2
/
3
hissəsi 20 iri zavodun payına düşürdü.
Podratla qazıma mexaniki istehsalın mühüm sahəsi idi.
Qazıma işləri, «Nobel qardaşları», Rus «Neft» şirkəti kimi 10 iri neft
şirkəti istisna edilməklə, başlıca olaraq, podratla qazıma müəssisələri tərəfindən
həyata keçirilirdi.
Əsrin əvvəlində Murtuza Muxtarovun Sabunçu, Bibi-heybət və
Suraxanıda üç iri podratla qazıma zavodu vardı. Bu zavodların hərəsində min
nəfərə qədər, bəzən daha çox fəhlə işləyirdi. Qazılan quyuların
1
/
4
çoxu M.
Muxtarovun payına düşürdü.
Bakıda irili-xırdalı 55 podratla qazıma müəssisəsi vardı.
Gəmi təmiri mexaniki istehsalda əhəmiyyətli rol oynayırdı.
«Qafqaz və Merkuri» və «Nobel qardaşları» şirkətlərinin ellinqləri, H. Z.
Tağıyev, Şıxəli Dadaşov və başqalarına məxsus iki dok on iri mexaniki istehsal
müəssisələri idi. 1917-ci ildə «Nobel qardaşları» ellinqində 1200 nəfərdən artıq
fəhlə işləyirdi.
1900—1914-cü illərdə Bakı tərsanələrində 39 gəmi əsaslı təmir olunmuş,
8 gəmi inşa edilmişdir.
Müharibə illərində bütün mexaniki istehsal sahələrində 20 minə yaxın
fəhlə və qulluqçu işləmişdir.
Elektrik istehsalı enerjisi: Elektrik enerjisinə tələbat durmadan artırdı.
İrili-xırdalı bir neçə elektrik stansiyası tikildi. Bu stansiyaların çoxu
«Електрическая сила» səhmdar cəmiyyətinə məxsus idi. Elektrik enerjisinin 95
faizi neft mədənlərində işlənirdi.
16
Bakı elektrik enerjisi istehsalına görə Rusiya şəhərləri arasında Peterburq
və Moskvadan sonra üçüncü yeri tuturdu. Şəhərin elektrik stansiyalarında 700
fəhlə çalışırdı.
Azərbaycanın qəza şəhərlərində də kiçik elektrik stansiyaları tikilirdi.
Artıq birinci dünya müharibəsi ərəfəsində qəza mərkəzlərində, Tovuzda,
Xankəndində və dəmir yol stansiyalarında elektrik eperjisindən istifadə olunurdu.
1913-cü ildə Azərbaycanda 110 milyon kilovat-saatdan artıq, yəni əsrin
əvvəlində olduğundan 14 dəfə çox elektrik enerjisi istehsal edilmişdi. Bunun yalnız
1 milyon kilovat-saatı qəzaların payına düşürdü.
Tikinti materialları istehsalı: Sənayenin inkişafı, şəhər əhalisinin
artması tikinti işlərinə güclü təkan verdi. Kərpic, daş, sement və digər tikinti
materiallarına tələbat olduqca artdı.
1912-ci ildə Azərbaycanda 220 kərpic zavodu vardı. Bu zavodlarda 1700-
dən artıq fəhlə işləyirdi. Zavodların hərəsində 4—6 nəfər və daha az işçi vardı.
Kərpic istehsalında Zaqatala xüsusilə fərqlənirdi. Buradakı 30-a yaxın zavodda
200-dək fəhlə işləyirdi. Bakının kərpic zavodları daha iri idi. Şəhərdəki 21 zavodda
300 nəfərə qədər adam çalışırdı.
Bakıda və ətraf yerlərdə evlərin tikintisində Abşeronda çıxarılan ağ
daşdan geniş istifadə edilirdi.
1906-cı ildə Bakının Keşlə kəndi yaxınlığında Zaqafqaziyada ilk sement
zavodu tikildi. Zavod ildə 7 min tona qədər sement verirdi, burada 200-ə qədər
fəhlə işləyirdi.
1914-cu ildə Tovuzda ikinci sement zavodu işə düşdü. Zavod ildə 13 min
tondan çox məhsul buraxırdı. Zavodda və onun karxanalarında 5-6 yüz fəhlə
çalışırdı.
Tikinti materialları istehsalının başqa sahələri də inkişaf edirdi. Bakıda
oda davamlı materiallar istehsal edən «Qipsolit» zavodu, taxta-şalban zavodu,
mexaniki üsulla işləyərək mebel, parket və çəllək hazırlayan iki emalatxana, yeşik
və karton hazırlayan bir neçə müəssisə və onlarca başqaları vardı.
Yüngül sənaye: İpək emalı istehsalın mühüm sahələrindən idi.
Zaqafqaziyada xam ipəyin yarıdan çoxunu Azərbaycan verirdi. İpək emalı
müəssisələri, başlıca olaraq, baramaçılığın inkişaf etdiyi üç zonada: Nuxa-
Zaqatala, Qarabağ və Naxçıvan zonalarında cəmləşmişdi.
Əsrin əvvəlində 2—4, hətta bir nəfərin çalışdığı 450-dən artıq kustar
müəssisəsi vardı. Əl əməyinə əsaslanan bu müəssisələrin sürətlə fabriklərə
çevrilməsi ilə əlaqədar olaraq istehsal daha da təmərküzləşirdi. Təkcə Nuxa—
Zaqatala zonasında 1899— 1904-cü illər arasında ipək emalı müəssisələrinin sayı
(420) beş dəfədən çox azaldığı halda, istehsalat sabit qalmışdı.
Nuxa—Zaqatala zonası əsas ipəkçilik rayonu idi. 1904-cü ildə
Azərbaycanın 119 ipək emalı müəssisəsinin 81-i bu zonada, o cümlədən 79-u Nuxa
qəzasında, əsasən, Nuxa şəhərində yerləşirdi.
17
Həmin dövrdə Qarabağ zonasında 27 ipək emalı müəssisəsi vardı.
Onlardan 22-ci Şuşa qəzasında, o cümlədən 3-ü Şuşa şəhərində idi, qalanları isə
qəzanın kəndlərinə səpələnmişdi. Cəbrayıl və Cavanşir qəzalarında 5 ipək emalı
müəssisəsi vardı.
Naxçıvan qəzasında olan 13 ipək emalı müəssisəsinin çoxu Ordubadda,
həmçinin Naxçıvan şəhərində və kəndlərdə yerləşirdi.
Rusiyada sənayenin yüksəlişi illərində toxuculuq fabriklərinin xammala
tələbatının artması Azərbaycanda xam ipək istehsalının sürətlə çoxalmasına səbəb
oldu. 1910-1913-cü illərdə xam ipək istehsalı iki dəfəyədək artaraq, 47,5 min puda
çatdı.
İpək Moskva, Lodz, Varşava, həmçinin Milan, Marsel, Lion şəhərlərinə
və başqa yerlərə göndərilirdi.
1915-ci ildə fabriklərin sayı, 1900-cü ilə nisbətən (60) iki dəfədən çox
artaraq 123-ə çatdı. Bu, bütün müəssisələrin
4
/
5
hissəsindən çoxunu təşkil edirdi.
Fabriklər bütün məhsulun 95 faizini verirdi. Fabriklərin 85-i Nuxa qəzasında, 2-ci
Zaqatalada, 24-ü Şuşa və 12-ci Naxçıvan qəzalarında idi. Onlarda 16 nəfərdən
yuxarı, hətta yüz və daha artıq işçi çalışırdı. Nuxa şəhərində Ağa Musa Hacı
Məmmədova məxsus ən iri ipək emalı fabrikində 150 nəfərə yaxın fəhlə işləyirdi.
Fabriklərin texniki təchizatı getdikcə yaxşılaşırdı. 1915-ci ildə fabriklərdə
4 min baramaaçılan tiyan, 128 buxar qazanı, 350 dəzgah, 114 buxar mühərriki, 43
buxar və hidravlik turbin, 5 hidravlik çarx, 115 ipəkburan maşın və 20 min
sapburan iydən istifadə olunurdu.
İstehsal sürətlə təmərküzləşirdi. 16 ən iri fabrik müəssisələrin
1
/
10
-ni təşkil
etməklə, ümumi hasilatın
1
/
3
hissəsini verirdi.
1915-ci ildə Azərbaycanda 65 min pud xam ipək istehsal edilmişdi. Bu,
əsrin əvvəli ilə müqayisədə təqribən dörd dəfə çox idi.
15 il ərzində ipək emalı müəssisələrində işləyən fəhlələrin sayı iki
dəfəyədək artaraq 10 min nəfərə çatdı.
Azərbaycanın xam ipəyi bir sıra beynəlxalq və ümumdünya sərgilərində
dəfələrlə qızıl və gümüş medallara layiq görülmüşdür. Ordubad sənayeçisi K. L.
Babayevin müəssisəsi əla keyfiyyətli xam ipək istehsal etdiyi üçün 13 dəfə qızıl
medal almışdı.
İpək istehsalı, başlıca olaraq, yerli fərdi-ailə müəssisələrinin-ticarət
evlərinin (şirkətlərin) əlində idi.
1916-1917-ci illərdə ipək emalı müəssisələrinin sayı xeyli azaldı.
Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə
sənayesi də yüksəlirdi. Pambıqtəmizləmə müəssisələri, əsasən, pambıq əkilən
zonalarda yerləşirdi. İlk müəssisələr çox kiçik idi. 1903-cü ildən zavod istehsalına
keçildi. Buxar və neftlə işləyən mühərriklərin gücü ilə hərəkətə gətirilən maşınlar
tətbiq edildi.
18
1912-ci ildə Yelizavetpol quberniyasında 28, Bakı quberniyasında 22
pambıqtəmizləmə zavodu vardı. Əsas pambıqtəmizləmə zavodları Yelizavetpol
şəhərində və Ağdaşda yerləşirdi. Naxçıvan qəzasında 51 zavod olsa da, onların
əksəriyyəti çox kiçik idi və texnika ilə təchiz edilməmişdi.
Həmin ildən pambıqtəmizləmə texnologiyasında pnevmatik sistemə
keçilməyə başlandı. İndi xam pambıq kotton-cinə verilib çiyiddən ayrıldıqdan
sonra presləmə sexinə aparılıb preslənməsi prosesi avtomatik daşıyıcı vasitəsilə
həyata keçirilirdi.
İlk vaxtlar toxumluq çiyid Orta Asiyadan gətirilirdi. Sonralar toxum yerli
təsərrüfatlarda hazırlandı, hətta başqa yerlərə də aparıldı.
Azərbaycanda mahlıcın orta illik istehsalı ilk vaxtlar 900 min puda yaxın,
1910-1913-cü illərdə iki milyon puddan çox, müharibə illərində isə 1,1 milyon
puddan çox olmuşdur.
Mahlıc, başlıca olaraq, Moskvanın, Polşanın və Riqanın toxuculuq
fabriklərinə göndərilirdi.
1913-cü ildə Azərbaycanın pambıqtəmizləmə müəssisələrində 1000
nəfərdən artıq fəhlə işləyirdi. Onlardan 130 nəfərə qədəri Naxçıvan qəzasının
payına düşürdü. Yelizavetpol və Bakı quberniyalarında hər zavodda 10-20 nəfər və
daha artıq fəhlə işləyirdi. Petropavlovkada Moskvanın «Vokau və K°» şirkətinə
məxsus bir zavodda hətta 100 nəfərə yaxın fəhlə çalışırdı.
Pambıqtəmizləmə müəssisələri, əsasən, ticarət evlərinə (şirkətlərə) məxsus
idi.
Pambıq emalı sənayesində təmərküzləşmə prosesi getdikcə güclənir,
səhmdar cəmiyyətləri meydana gəlirdi.
Hacı Məmmədsadıq Əliyevin təşkil etdiyi «Əliyev qardaşları» şirkətinin
Ucarda pambıqtəmizləmə zavodu, çoxlu ticarət müəssisəsi vardı.
1911 - 1912-ci illərdə Yelizavetpolda ayrı-ayrı ticarət evləri müqavilə
əsasında birləşərək, «Xlopok», «Ulduz» və «Ümid» ticarət-sənaye şirkətlərini
təşkil etdilər.
1912-ci ildə Qarabağın ən böyük torpaq sahibi Xasay xan Üsmiyevdən 8
min desyatindən artıq torpaq sahəsi satın alınaraq, «Qafqaz pambığı» səhmdar
cəmiyyəti təsis olundu. Cəmiyyətin maldarlıq və pambıqçılıq təsərrüfatları, Ağdam
yaxınlığında cins at yetişdirilən zavodu ilə yanaşı, bir neçə pambıqtəmizləmə
zavodu vardı.
Səhmdar cəmiyyətlərinin çoxu fərdi-ailə müəssisələri əsasında yaranırdı.
Arzumanovun ticarət evi əsasında «B. Arzumanov sənaye-ticarət pay»
səhmdar şirkəti yaradıldı. Onun səhmlərinin çoxu şuşalı tacirlərin əlində idi.
Cəmiyyətin
Yelizavetpol,
Ağdaş,
Ləki
və
başqa
yerlərdə
bir neçə
pambıqtəmizləmə zavodu vardı.
19
«İsgəndərov qardaşları» ticarət evinin başçısı M. İsgəndərov tərəfindən
yaradılmış «Muğan» ticarət-sənaye səhmdar cəmiyyətinin Cavad qəzasında bir
neçə pambıqtəmizləmə zavodu, habelə geniş pambıq əkini sahələri vardı və s.
Müəssisələrin təmərküzləşməsində iri sənaye kapitalı müəyyən rol
oynayırdı. Məsələn, «Vokau və K°» konsernin bir neçə pambıqtəmizləmə zavodu
vardı.
Hələ 1898-ci ildə H. Z. Tağıyev tərəfindən «Bakıda H. Z. Tağıyevin lifli
cismlərin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti» yaradılmışdı. Cəmiyyətin ilkin
səhmdar kapitalı 2 milyon manat idi. Sonra bu kapitalın məbləği iki dəfədən çox
artırılmışdı.
1901-ci ilin əvvəlində cəmiyyət tərəfindən Bakının Zığ kəndində
toxuculuq fabriki tikilib istifadəyə verildi. Bu, Qafqazda ilk və ən iri pambıq-parça
toxuma müəssisəsi idi. Fabrikdə müntəzəm olaraq 1100 nəfərdən çox, 1912-ci ildə
isə 1400 nəfərdən artıq fəhlə işləmişdir. O, çoxu xaricdən alınıb gətirilmiş müasir
texniki avadanlıqla təchiz olunmuşdu.
Fabrik, əslində, iri istehsal kompleksi idi. Burada 40 desyatin sahəsi olan
bir ərazidə fəhlə və qulluqçuların yaşaması üçün qəsəbə salınmış, məktəb binası,
şor suyu şirinləşdirici stansiya və elektrik stansiyası tikilmişdi. Fabrikin özünün
ambulatoriyası, paroxodu və anbarları vardı.
Fabrikin xammala olan ehtiyacını ödəmək üçün Tağıyevin qəzalarda geniş
pambıq əkini sahələri və bir neçə pambıqtəmizləmə zavodu vardı.
Tağıyevin fabriki orta hesabla ildə 2 milyon manatlıq məhsul istehsal
etmişdi. 1911-ci ildə fabrikin təqribən 81 min manat gəliri olmuşdur.
1913-cü ildə H. Z. Tağıyev rus kapitalistləri tərəfindən hələ iki il əvvəl
Port-Petrovskda (indiki Mahaçqala) yaradılmış və bir sıra sənaye-ticarət şirkətlərini
birləşdirən «Kaspi manufakturası cəmiyyəti»nin səhmlərini öz əlinə keçirərək,
onun sahibi oldu. O, cəmiyyətin idarə heyətini Moskvadan Bakıya köçürdü. H. Z.
Tağıyev cəmiyyətin əsas kapitalının həcmini iki dəfə artıraraq 2 milyon manata
çatdırdı. Cəmiyyətin müəssisələrində milyon manat dəyərində hələ təkcə bez
toxunurdu.
1914-cü ilin yayında «Bakıda H. Z. Tağıyevin lifli cismlər emalı üzrə
Qafqaz səhmdar cəmiyyəti» ilə «Kacpi manufakturası cəmiyyəti»nin istehsal
fəaliyyətini birləşdirən «H. Z. Tağıyevin birləşmiş fabriklərinin kontoru» təşkil
edildi.
Birinci dünya müharibəsi illərində «H. Z. Tağıyevin birləşmiş
fabriklərinin kontoru», əsasən, hərbi sifarişləri yerinə yetirmişdi. Təkcə 1915-ci
ildə cəbhənin ehtiyacları üçün 4 milyon metr bez və 300 milyon metr parusin
göndərilmişdi.
Gön-dəri istehsalı yüngül sənayenin daim yüksələn sahəsi idi. Maldarlığın
geniş yayılması, aşı maddələrinin bolluğu dabbaqlıq üçün əlverişli şərait yaradırdı.
20
1900-cü ildə Azərbaycanda 160-a qədər gön-dəri istehsal müəssisəsi—
dabbaqxana vardı. Gön-dəri istehsalının əsas mərkəzləri Nuxa, Şamaxı,
Yelizavetpol, Bakı, Naxçıvan, Şuşa şəhərləri idi. Bəzi iri kəndlərdə də dabbaqxana
olurdu.
Gön-dəri istehsalında Nuxa və Şamaxı qəzaları xüsusilə fərqlənirdi. Bu
qəzalarda 110-na yaxın dabbaqxana, o cümlədən Nuxa və Şamaxı şəhərlərinin
hərəsində 35 dabbaqxana vardı.
Tələbatın durmadan artması ilə əlaqədar olaraq, gön-dəri müəssisələri
genişlənib zavodlara çevrildi, məhsul istehsalı xeyli artdı. 1913-cü ildə təkcə Nuxa
şəhərində hərəsində orta hesabla 30-dan artıq fəhlənin çalışdığı 50 zavod vardı.
Həmin il Nuxa qəzasında olan 70 zavod 70 min pud gön-dəri məmulatı istehsal
etmişdi.
Sənayenin yüksəlişi illərində Azərbaycan və Rusiyanın gön-dəri istehsalı
müəssisələrinə hər il orta hesabla 600 min ədəddən çox xam dəri satılırdı.
Müharibə illərində hərbi sifarişlərlə əlaqədar olaraq, gön-dəri məmulatına
tələbat son dərəcə artdı. Bu, gön-dəri müəssisələrinin çox sürətlə genişlənməsinə
səbəb oldu. 1915-ci ildə Nuxa qəzasında gön-dəri zavodlarının sayı (70 zavod)
dəyişməz qaldığı halda, onların hərəsində orta hesabla 58 nəfər, bəzilərində isə
hətta 100 və daha çox fəhlə işləmişdir.
Gön-dəri məmulatının çoxalmasına baxmayaraq, hərbi sifarişlərin
1
/
3
hissəsi güclə yerinə yetirilirdi. Ona görə hökumət yerlərdə bu məmulatın dövlət
tədarükü ilə məşğul olan komissiyalar yaratdı.
Əsrin əvvəlindən keçən 15 il ərzində gön-dəri sənayesində fəhlələrin sayı
7 dəfədən çox, məhsul hasilatı isə daha çox artmışdı.
Bakı, Şamaxı, Yelizavetpol, Şuşa, Şəki şəhərlərində sabun bişirilirdi.
Sabunbişirmə müəssisələri kiçik idi və hərəsində 2—3, bəzən bir nəfər çalışırdı.
Azərbaycanda yüzdən artıq fəhləsi olan 18 sabunbişirmə müəssisəsi vardı.
Yeyinti sənayesi: Taxıl məhsulları emalı əsas istehsal sahəsi idi. İri
unüyutmə və çəltiktəmizləmə müəssisələri Bakı şəhərində yerləşirdi. XX əsrin
əvvəllərində burada 15 unüyütmə və çəltiktəmizləmə müəssisəsi vardı. Ağabala
Quliyevə məxsus dəyirman ən iri emal müəssisələrindən idi. 1912-ci ildə H. Z.
Tağıyevin iri unüyütmə dəyirmanı işə düşdü. Bu müəssisələrdə buxarın gücü ilə
hərəkətə gətirilən mühərriklər, əzmə dəzgahları və qazanlardan istifadə edilirdi.
1917-ci ildə dəyirman fəhlələrinin sayı 620 nəfər olmuşdur.
Azərbaycanın qəzalarında buxarla işləyən onlarca dəyirman vardı. Çox da
böyük olmayan bu müəssisələrdə bir neçə adam işləyirdi. Suyun gücü ilə hərəkətə
gətirilən dəyirman və dinglərdən də geniş istifadə olunurdu.
Balıq və balıq məhsulları əhalinin əsas qida maddələrindən idi.
Əvvəllər Azərbaycanda balıq çay və göllərdən tutulurdu. Dəniz
balıqçılığında ilk vətəgə 1898-ci ildə meydana gəlmişdi.
21
Vətəgələr dövlətin ixtiyarında olub, üç ildən bir, 1912-ci ildən isə altı
ildən bir hərrac yolu ilə icarəyə verilirdi. Vətəgələrin icarəyə verilməsindən
xəzinənin orta illik gəliri 1,6 milyon manata çatırdı. Kür çayı boyunca yerləşən
vətəgələr içərisində Bankə xüsusilə fərqlənirdi. 1901-ci ildə Bankə artıq üç min
nəfərdən çox əhalisi olan qəsəbəyə çevrilmişdi. Burada iyirmi min pud balıq tutan
soyuducu, buz zavodu, çəllək emalatxanası tikilmiş, vətəgələrarası telefon xətti
çəkilmiş, ovlanan balığı Kür çayı üstündəki sahil körpüsündən emal müəssisələrinə
tez daşımaq üçün darxətli dəmir yol salınmış, elektrik stansiyası, su anbarı qülləsi,
sabunbişirmə və konserv zavodları və s. inşa edilmişdi.
1900-cü ildə Bakı—Petrovsk dəmir yolunun işə düşməsi dənizsahili
vətəgələrin salınmasına güclü təkan verdi. Həmin il Bakı quberniyasının dəniz
sahilində cəmi 9 vətəgə vardısa, 1906-cı ildə onların sayı iyirmi dəfədən çox
artaraq, 200-ə çatdı.
Vətəgə sahiblərinin çoxu—35 nəfəri rus idi. Onlar, əsasən, Həştərxandan
gəlmişdilər. 9 nəfər azərbaycanlı vətəgəçi sahibkar vardı.
Rusiyada tutulan balığın 60 faizini Xəzər dənizi, Xəzərdə ovlanan balığın
isə
1
/
3
-ni Azərbaycan verirdi. Azərbaycanın çayları, habelə Xəzər dənizi ən
qiymətli sayılan nərə balığı növlərinin zənginliyinə görə dünyada birinci yeri
tuturdu. Burada hər il yüz minlərlə pud «qırmızı» adlandırılan əla növ balıqlar—
nərə, uzunburun, ağbalıq, qayabalığı və strelyad ovlanırdı. Lakin ən çox siyənək
balığı tutulurdu.
Emal müəssisələrində balıqdan müxtəlif məhsullar: hisə qoyulmuş və
qurudulmuş balıqlar, konservlər, balıq yağı, kürü, o dövrdə əla sayılan yapışqan və
sair hazırlanırdı.
Bakı vətəgələrinə yiyələnmək üstündə kapitalistlər arasında qızğın
mübarizə gedirdi. H. Z. Tağıyev, Musa Nağıyev və başqa azərbaycanlı kapitalistlər
hərraclar zamanı daha yüksək qiymətlər təklif etməklə, vətəgələrin xeyli hissəsini
öz əllərinə keçirdilər. H. Z. Tağıyev Xəzərin Dəvəçi—Yalama hissəsində, xüsusən
Dağıstan sahillərində vətəgələrin böyük əksəriyyətinə sahib oldu. Onun balıqçılıq
təsərrüfatına 30 vətəgə daxil idi.
Balıqçılıq təsərrüfatlarının texniki təchizatı müntəzəm olaraq yaxşılaşırdı.
İri vətəgələrə elektrik və telefon xətləri çəkilir, onlarda buxarın gücündən istifadə
olunurdu. Burada buz istehsal edən zavodlar, daş çənlər, anbarlar, çəlləkqayırma və
emal müəssisələri, sahilyanalma körpüləri tikilir, bəzən darxətli dəmir yolu çəkilir,
habelə balıqçı qəsəbələri salınırdı.
Azərbaycanın balıq sənayesi güclü donanmaya malik idi. 1912-ci ildə bu
donanmanın tərkibində yükgötürmə gücü 1,7 milyon pud olan irili-xırdalı 6 minə
yaxın gəmi, o cümlədən 90-dan artıq matorlu barkas vardı.
1913-cü ildə Azərbaycanda 13 milyon puda yaxın balıq və balıq
məhsulları hasil edilmişdi. Bu, əsrin əvvəlində olduğundan təqribən beş dəfə çox
22
idi. Həmin il təqribən 450 min ədəd qırmızı növ balıq ovlanaraq, 40 min puddan
çox qara kürü alınmışdı.
Bu dövrdə balıq sənayesi müəssisələrində 40 min nəfərdən artıq fəhlə və
qulluqçu işləyirdi. Onların arasında balıq məhsulları hazırlamaqla məşğul olanların
yarıdan çoxunu-4 min nəfərini qadınlar təşkil edirdi.
Balıq və balıq məhsullarının
4
/
5
hissəsindən çoxu Rusiyaya aparılırdı.
Məhsulun bir hissəsi oradan xarici ölkələrə göndərilirdi.
Birinci dünya müharibəsi illərində balıqçılıq təsərrüfatları xeyli gerilədi.
1916-cı ildə balıqçılıq və balıq məhsulları hasilatı 1913-cü ilə nisbətən 40 faiz
azaldı, balıqçılıq donanması isə 20 faiz ixtisar edildi. İxracat son dərəcədə
məhdudlaşdı.
Balıq və balıq məhsullarının, balıq ovu ləvazimatının qiyməti xeyli qalxdı.
1916-cı ildən balıq sənayesi müəssisələri əsasən dövlət sifarişlərini yerinə
yetirirdilər.
Azərbaycanın balıq sənayesi ilk çağlarından kapitalist əsasları üzərində
qurulmuşdu. Ayrı-ayrı şirkətlərə (ticarət evlərinə) məxsus olan balıq vətəgələrində
muzdlu əməkdən istifadə edilirdi.
Çoxlu qazanc gətirən balıqçılıq təsərrüfatları sürətlə genişlənir və güclü
rəqabət meydanına çevrilirdi. Vətəgələrin vaxtaşırı hərraca qoyulması qaydası da
bu vətəgələrin daha güclü rəqiblərin əlinə keçməsinə imkan verirdi. Nəticədə, xeyli
xırda vətəgə sahibi tədricən müflisləşib aradan çıxır, yaxud iri kapitalistlərdən asılı
vəziyyətə düşürdü.
Balıq sənayesində istehsalın sürətlə təmərküzləşməsi bir sıra iri
şirkətlərin, səhmdar cəmiyyətlərinin, inhisar birliklərinin yaranmasına səbəb oldu.
1909-cu ildə bir neçə balıq sənayeçisi öz aralarında sindikat müqaviləsi
bağlayaraq «Zaqafqaziya balıq sənayesi» şirkətini təsis etdilər. Onlar özlərinin çay
və göllərdəki vətəgələrini bu şirkətin ixtiyarına verdi, balıq və balıq məhsulları
satışı üzərində inhisar qiyməti qoydular. İkinci belə inhisar birliyi dəniz
balıqçılığında yarandı. «Sila» Xəzər balıq sənayesi şirkətində sindikat müqaviləsi
əsasında birləşən iri vətəgəçi kapitalistlər dənizdə ovlanan balıq və balıq
məhsullarına istədikləri satış qiyməti qoymaqla özlərinin rəqiblərini sıxışdırır,
onların məhsulunu dəyər-dəyməzinə alıb, sonradan baha qiymətə satırdılar.
Balıqçılıqda səhmdar cəmiyyətlərinin təşkilinə hələ XX əsrin lap
əvvəllərində başlanılsa da, bu cəmiyyətlər, əsasən, sənayenin yüksəlişi dövründə,
xüsusən birinci dünya müharibəsi illərində formalaşmış və istehsalatda həlledici
mövqelər tutmuşlar.
Ən iri səhmdar cəmiyyətləri 1913-cü ildə təşkil edilmiş «Rıbak» balıq
sənayesi və ticarəti cəmiyyəti» və 1916-cı ildə təşkil edilmiş «Kaspi—Tağıyev
balıq sənayesi cəmiyyəti» idi. Bu səhmdar cəmiyyətləri bir sıra şirkətləri öz
nəzarəti altına alaraq, xüsusən, dəniz balıqçılığında hakim rol oynayırdılar.
Müharibə illərində cəbhə üçün işləyən «Kaspi—Tağıyev» və «Rıbak» səhmdar
23
cəmiyyətləri balıq və balıq məhsullarının istehsalı və satışını öz inhisarına almış
başlıca birliklər idi.
Otuzdan artıq balıqçılıq şirkətinin və çoxlu fərdi-ailə müəssisələrinin
mövcudluğu şəraitində balıq sənayesinə qoyulmuş kapitalın 2/3 hissəsi — 16
milyon manata qədəri təkcə 7 səhmdar cəmiyyətin payına düşürdü. Balıq və balıq
məhsulları hasilatında iri şirkətlərin, xüsusilə bir neçə səhmdar cəmiyyətin hakim
mövqe tutması sənayenin bu sahəsində kapitalist istehsal münasibətlərinin yüksək
inkişaf etdiyini göstərirdi.
ġərabçılıq müəssisələri, əsasən, üzümçülüyün daha geniş yayıldığı
Yelizavetpol, Şuşa, Göyçay və Şamaxı qəzalarında cəmləşmişdi.
Təmizlənmiş spirt və konyak spirti istehsal edən zavodlar istisna
olunmaqla, şərab emalı müəssisələrinin əksəriyyəti kiçik idi.
1913-cü ildə 1300-dən bir qədər çox şərab zavodu, o cümlədən 7
təmizlənmiş spirt və 7 konyak spirti çəkən zavod vardı.
Həmin dövrdə şərab istehsalı əsrin əvvəllərinə nisbətən üç dəfə
çoxalmışdı. Təkcə çaxır istehsalı 4 milyon vedrədən artıq idi.
Birinci dünya müharibəsi ərəfəsində şərabçılıq müəssisələrində 5500-ə
yaxın fəhlə işləyirdi.
Şərab məhsullarının çoxu Rusiyanın şəhərlərinə göndərilirdi.
Birinci dünya müharibəsi illərində şərabçılıq sənayesi sürətlə geriləməyə
başladı. Hələ müharibənin ilk iki ili ərzində Bakı və Yelizavetpol quberniyalarında
şərabçılıq müəssisələrinin 850-si (65 faizi) bağlandı, istehsal 8 dəfədən də çox
aşağı düşdü.
Əsrin əvvəllərində Azərbaycanda 4 pivə zavodu vardı. Onların ən
böyükləri Bakının Zığ və Forer qardaşlarının Yelenendorf kəndindəki zavodlar idi.
Sonralar zavodların gücü və sayı artdı, pivə istehsalı 20 dəfəyədək çoxaldı. Pivə
yalnız yerli təlabatı ödəyirdi. 1913-cü ildə pivə istehsalı ilə 340 nəfərə qədər adam
məşğul olurdu. Onların 300 nəfəri Bakının payına düşürdü.
Azərbaycanda şərabçılığın inkişafı burada kapitalist istehsalının
möhkəmlənməsi prosesi ilə yanaşı gedirdi. Hələ əsrin əvvəllərində şərabçılıqda bir
neçə şirkət və bir səhmdar cəmiyyəti fəaliyyət göstərirdi.
1903-cü ildə şirkətlərdən birinin Ucardakı şərab-spirt zavodu Bakı
quberniyasında hasil edilən spirtin 40 faizini vermişdi.
1904-cü ildə Şamaxı tacirləri «Ağrıyev qardaşları» şirkətinin Şamaxı
qəzasından başqa, Kürdəmirdə, Ucarda, həmçinin Gürcüstanda, Səmərqənddə,
Buxarada şərab zavodları vardı.
Ən iri şərabçılıq şirkəti «Forer qardaşları» ticarət evi idi. Yelizavetpol
quberniyasında, əsasən, alman koloniyalarında müxtəlif növ istehsalatlarla məşğul
olan Forer qardaşlarının Yelizavetpol şəhərində, Alabaşlıda, Sadıllıda və başqa
yerlərdə müasir avadanlıqla təchiz edilmiş şərab-spirt zavodları, zirzəmiləri, çəllək
zavodu, habelə 12 vaqon yerləşən xüsusi dəmir yol platforması vardı. Şirkətin 10-
24
dan çox şəhərdə ticarət şöbəsi açılmışdı. Onun istehsal etdiyi əla növ şərablar
dünya sərgilərində onlarca qızıl medal almışdı.
Birinci dünya müharibəsi ərəfəsində 10 iri şirkət, xeyli xırda ticarət evi və
iki səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Müharibə illərində daha 3 səhmdar
cəmiyyəti təsis edildi. Bu cəmiyyətlər, başlıca olaraq, neft və başqa sənaye
sahələrində toplanmış kapitalın müdaxiləsi yolu ilə yaradılmışdı.
1916-cı ildə Almaniya ilə müharibə vəziyyətindən istifadə edərək, «Forer
qardaşları» və «Hummel qardaşları» şirkətlərinin keçmiş mülkləri əsasında «Cənub
şərabçılığı» və «Zaqafqaziya şərabçılığı» səhmdar cəmiyyətləri yaradıldı. Üçüncü
səhmdar cəmiyyəti Təhməzov və onun şəriklərinə məxsus idi.
Hər üç cəmiyyətin idarə heyəti Yelizavetpolda yerləşirdi. Güclü maddi və
maliyyə imkanlarına malik olub, banklar tərəfindən müdafiə edilən səhmdar
cəmiyyətləri Azərbaycanın şərabçılıq sənayesində mühüm rol oynayırdılar.
Tütün əhalinin çox tələb etdiyi məmulat növü idi. XX əsrdə tütünün
sənaye istehsalı xeyli genişləndi. Papiros hazırlanması sürətlə artdı.
Ən böyük tütün fabrikləri Bakıda yerləşirdi. Mirzəbekyans qardaşlarına
məxsus fabrik nəinki Azərbaycanda, həmçinin bütün Zaqafqaziyada ən iri müəssisə
idi. Burada 700 nəfərdən çox fəhlə işləyirdi. Fabrikdə orta hesabla ildə 20 min
puda yaxın tütün emal edilir, 200 min ədəddən çox papiros hazırlanırdı. Qalan
fabriklər nisbətən kiçik olub, hərəsində yüzədək, bəzən bir az artıq fəhlə işləyirdi.
Şəhərdə papiros gilizi istehsal edən üç kiçik fabrik vardı. 1914-cü ilin sonunda
Azərbaycanın qəzalarında 200 nəfərdən artıq fəhləsi olan 8 tənbəki (maxorka)
fabriki vardı. Onların 3-ü Nuxada, 3-ü Şamaxıda, 1-i Yelizavetpolda, 1-i
Ağdaşda idi. Şamaxıdakı iki fabrik nisbətən böyük olub, hərəsində 50-60 fəhlə
işləyirdi.
Xam tütün yerli fabriklərdə emal edilir və doğranmış halda Rusiyaya
göndərilirdi.
Birinci dünya müharibəsi illərində tütün məmulatına tələbatın artması ilə
əlaqədar olaraq istehsal xeyli çoxaldı. 1916-cı ildə təkcə Şamaxının tütün fabrikləri
10 min puda yaxın məmulat hazırladı. Müharibə illərində tütün fabrikləri cəbhə
üçün işlədiyinə görə əhalinin tütün məmulatı ilə təminatı xeyli pisləşdi, onun
qiyməti bir neçə dəfə qalxdı.
XX əsrin əvvəllərində dünyanın bütün ölkələrində biyan kökünə böyük
ehtiyac vardı. Rusiyada bu qiymətli bitkinin əsas vətəni Azərbaycan idi.
İmperiyada biyan kökü emal edən 7 zavodun 4-ü burada yerləşirdi. Biyan
kökündən alınmış cövhərdən əsasən yeyinti sənayesində əczaçılıqda, sarı, sarı-
qonur rəngli parçaların istehsalında istifadə olunurdu.
1902-ci ildə Amerika və ingilis kapitalistləri Azərbaycanda biyan kökü
emal edən bütün müəssisələri: Yelizavetpol, Kürdəmir, Ləki və Ucardakı zavodları
öz əllərinə keçirərək şirkət yaratdılar. 1906-cı ildə həmin şirkət Azərbaycanda
25
biyan kökü toplanışı və emalını öz inhisarına alan Amerika-İngiltərə səhmdar
cəmiyyətinə çevrildi.
Azərbaycanda orta illik yaş biyan kökü toplanışı 4,5 milyon puda bərabər
idi. (Biyan quruyandan sonra öz çəkisinin yarıdan çoxunu itirir). Biyan kökü emal
edən müəssisələrdə 250 nəfərdən artıq fəhlə çalışırdı.
Rusiyada biyan məmulatının çox az hissəsindən istifadə edilir, o, əsasən
ixrac olunurdu. Birinci dünya müharibəsi illərində Azərbaycanda biyan kökü
toplanışı xeyli azaldı.
Əsrin əvvəllərində çiyid yağı istehsalına başlandı.
Pambıq təmizlənərkən məhsulun
2
/
3
hissəsi çiyidə çıxırdı.
1902-ci ildə Ləkidə ilk və yeganə çiyid yağı istehsal edən zavod işə
düşdü. 1906-cı ildə Ləki yağ zavodu əsasında «Qafqaz yağ zavodu» səhmdar
cəmiyyəti təsis edildi. Cəmiyyətin əsas kapitalı 250 min manat idi. Onun idarə
heyəti Bakıda yerləşirdi.
Ləki yağ zavodunda pambıqtəmizləmə zavodlarında alınan çiyidin yalnız
25-30 faizi emal edilirdi. 1913-cü ildə zavodda 400 min pud çiyid emal edilərək,
50 min puddan çox yağ, 172 min pud jmıx alınmışdı.
Jmıxın, emal edilməmiş çiyidin böyük hissəsi Rusiyaya və xarici ölkələrə
aparılırdı.
1915-ci ildə yeni təsis edilmiş «Pambıq və yağ səhmdar cəmiyyəti»
«Qafqaz yağ zavodu»nun bütün səhmlərini alaraq, onu öz əlinə keçirdi.
Müharibə illərində hərbi sifarişlərlə əlaqədar olaraq zavodda istehsal xeyli
çoxaldı.
Ümumiyyətlə, yüngül və yeyinti sənaye sahələrində kustar istehsalından
fabrik-zavod istehsalına keçilməsi əmək məhsuldarlığının xeyli artmasına səbəb
olmuşdu.
İstehsalın sürətlə təmərküzləşməsi nəticəsində, müharibəqabağı və
müharibə illərində yüngül və yeyinti sənaye sahələrində hələ 2 minə yaxın fərdi
müəssisənin fəaliyyət göstərdiyi bir vaxtda, 110 şirkət, ələlxüsus 30 səhmdar
cəmiyyəti məhsul buraxılışında üstün mövqe tuturdu.
Kustar istehsalı: Sənayenin inkişafı kustar istehsalına güclü zərbə
vurdu. Bununla belə, kustar sənət növləri hələ özlərinin əvvəlki mövqelərini az-çox
saxlayırdı. Bunlardan biri xalçaçılıq idi.
XX əsrin əvvəllərində Zaqafqaziyada xalça istehsalının 3/4 hissəsi
Azərbaycanda cəmləşmişdi. Burada toxunan xalça və xalılar çoxdan dünya şöhrəti
qazanmışdı.
Xalçaçılığın əsas mərkəzi Şuşa, Quba, Yelizavetpol, Bakı, Cavanşir
qəzaları idi. Qəzaların kəndlərində bir-birindən yaraşıqlı yüksək keyfiyyətli xalça
və xalılar toxunurdu. Lənkəran qəzası kilim istehsalında məşhur idi.
Xalça toxumaq tamamilə qadın sənəti olub, bütün işlər əllə görülürdü.
26
Xalçaçılıq bəzi qəzalarda çox geniş yayılmışdı. Məsələn, 1912-ci ildə
Quba qəzasında olan 111 kənddən 97-sində 40 min nəfər xalça toxumaqla məşğul
idi. Quba xalçaları xarici ölkələrdə təşkil edilən sərgilərdə dəfələrlə nümayiş
etdirilmişdi. Hətta, 1913-cü ildə Berlin sərgisinə xalçalarla bərabər tamaşaçıları
xalçatoxuma sənəti ilə tanış etmək üçün Qubadan iki xalçaçı qadın da
göndərilmişdi.
Xalçaçılıqda istehsalın yüzlərlə kənddə minlərlə evə səpələnməsi xalça
sənayesinin təmərküzləşməsinə, burada kapitalist əsaslarının qərarlaşmasına mane
olurdu.
Azərbaycanda xalçaçılıqla 250-300 min adam məşğul idi. Onların
təqribən 40 min nəfərini peşəkar toxucular təşkil edirdi.
Kustar istehsalında misgərlik mühüm rol oynayırdı. 1913-cü ildə mis
qablar istehsalı ilə 2 mindən artıq adam məşğul olurdu. Onlardan 600 nəfərdən
çoxu usta, qalanları isə usta əlaltısı idi. Miskərlik əsasən Lahıcda cəmləşmişdi.
Ġpək parça emalı, az da olsa, davam etdirilirdi. Nuxa, Şuşa, Yelizavetpol,
Ordubad, Şamaxı şəhərlərində və bəzi kəndlərdə, xüsusən Basqalda kustar yolla
ipəktoxuma geniş yayılmışdı.
1912-1913-cu illərdə Basqal kəndində 1400 ipəktoxuma dəzgahı olan 900
sahibkar sənətkar vardı. Onlar 500 muzdlu ustanın və 203 usta şagirdinin köməyi
ilə ildə 1,8 milyon ədəd kələğayı toxuyurdular.
Həmin dövrdə Yelizavetpolda olan 15 kustar ipək parça emalı
müəssisəsində 200 dəzgah vardı. Burada 500 usta və usta şagirdi çalışırdı.
Yundan müxtəlif məmulatlar hazırlanırdı. Hasil edilən yunun yarıdan
çoxu yerli kustar sənətkarlar tərəfindən işlədilirdi. Şuşada və Qazaxda toxunan
mahud parça fabrik məmulatından heç də geri qalmırdı.
Azərbaycanda boyaqçılıq, dulusçuluq, keçəçilik, zərgərlik, xəzçilik,
dərzilik, papaqçılıq və s. onlarca başqa kustar istehsal sahəsi vardı. Təkcə Bakıda
yüzdən çox dülgərlik, iyirmidən çox çəlləkqayırma emalatxanası işləyirdi.
1913-cü ildə Azərbaycanın kustar sənayesində 150-200 min adam
çalışırdı. Onlardan 64 min nəfərə qədəri sahibkar sənətkar, qalanları isə muzdlu
fəhlə idi.
|