§ 1. AZƏRBAYCAN XALQININ MĠLLĠ OYANIġI.
ZƏHMƏTKEġLƏRĠN KÜTLƏVĠ ĠNQĠLABĠ
MÜBARĠZƏSĠNĠN BAġLANMASI.
AZƏRBAYCANLILARIN RUS-YAPON MÜHARĠBƏSĠNDƏ
ĠġTĠRAKI
Milli burjuaziya: Xalqın oyanması və azadlıq mübarizəsinə qalxması
üçün iqtisadi cəhətdən güclü, siyasi cəhətdən yaxşı təşkil olunmuş milli
burjuaziyanın mövcudluğu mühüm şərtdir.
Azərbaycan milli burjuaziyasının müstəmləkə asılılığı şəraitində,
Ümumrusiya bazarının tələbləri əsasında formalaşması onun sosial-siyasi
mövqelərinə qüvvətli təsir etmişdir. Bu özünü, hər şeydən əvvəl, Azərbaycan
burjuaziyasının çoxmillətli tərkibində, iqtisadiyyatın aparıcı sahələrinin əsasən rus,
xarici və erməni kapitalistlərinin əlində cəmləşməsində, milli burjuaziyanın
hüquqsuzluğunda və zəifliyində göstərirdi.
Milli burjuaziya neft sənayeçilərini birləşdirən təşkilatların heç birinin
idarə heyətində təmsil edilmirdi.
Azərbaycanlı sahibkarlar Bakı neft sənayeçiləri qurultayı Şurası (BNSQŞ)
və müharibə dövründə təşkil edilmiş Bakı hərbi-sənaye komitəsi (BHSK) tərkibinə
daxil deyildilər. On illər boyu Şuraya və Komitəyə məşhur erməni kapitalistləri A.
O. və P. O. Qukasov qardaşları başçılıq etmişlər.
Bakı rayonunda Birja cəmiyyətinin daimi seçkili orqanı olan birja
komitəsində milli burjuaziyadan nümayəndə yox idi. Halbuki şəhərdə tacirlərin
yarıya qədərini azərbaycanlılar təşkil edirdi. Birja komitəsinin sədri daim erməni
neft sənayeçisi S. S. Taqianosov olmuşdur. Azərbaycanda fəaliyyət göstərən çoxlu
bank ruslara məxsus idi. (İlk milli bank yalnız 1914-cü ildə Bakıda H. Z. Tağıyev
və M. Nağıyev tərəfindən təsis edilmişdir).
Müstəmləkəçilər rus kapitalistlərinin mənafeyini güdərək, milli ucqarlarda
bəzi sənaye sahələrinin yaradılmasına və inkişafına ciddi müqavimət göstərirdilər.
Milli kapitalın ən görkəmli nümayəndəsi H. Z. Tağıyev ilk toxuculuq fabrikinin
hələ tikintisinə icazə almaqdan ötrü bir neçə il çalışmış, Peterburq və Moskvanın
yüksək rütbəli məmurlarına külli miqdarda «hədiyyələr» verməyə məcbur
olmuşdu. Çünki, yeni fabrikin açılması məşhur milyonçu Morozovun başçılıq
etdiyi rus toxuculuq sənayesinə zərər vura bilərdi. Yaxud, Azərbaycanın xam ipəyi
56
Rusiyanın toxuculuq fabriklərinə, hətta xarici ölkələrə göndərildiyi halda, onun
özündə ipək parça toxuyan müəssisə yox idi və s.
Lakin çarizmin iqtisadiyyat sahəsində ayrı-seçkilik siyasətinə
baxmayaraq, milli burjuaziya daim inkişaf edirdi. Milli burjuaziya neft sənayesində
üstün mövqe tutmasa da, öz kapitalını yüngül və yeyinti sənayesinə, mexaniki
istehsala, ticarətə, tikintiyə və sair sahələrə qoymaqla xeyli sərvət toplamışdı.
Bakıda irili-xırdalı mülk sahiblərinin 80 faizdən çoxunu azərbaycanlı kapitalistlər
təşkil edirdi. Topdansatış ticarətində də onlar mühüm rol oynayırdılar. Xəzər dənizi
vasitəsilə daşınan yüklərin 1/3 hissəsi azərbaycanlı gəmi sahiblərinin payına
düşürdü. Neftdaşıyan yelkənli gəmilərin 60 faizi onlara məxsus idi.
XX əsrin əvvəllərində milli kapitalın Hacı Zeynalabdin Tağıyev, Musa
Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqa görkəmli nümayəndələri
vardı. Bunların bir qismi, o cümlədən H. Z. Tağıyev, Ş. Əsədullayev, M. Muxtarov
əhalinin yoxsul təbəqələri içərisindən çıxmış və çətin həyat yolu keçmişlər. Yalnız
xoşbəxt təsadüf nəticəsində - özlərinin icarəyə götürdükləri torpaq sahələrində
neftin fontan vurması ilə əlaqədar olaraq varlanmışlar.
H. Z. Tağıyev (1823—1924-cü illər) milli burjuaziyanın ən görkəmli
nümayəndəsi idi. Keçən əsrin sonlarınadək, əsasən, iri neft sənayeçisi kimi məşhur
olmuşdur. 1896-cı ildə «H. Z. Tağıyev» neft şirkəti o zaman fəaliyyət göstərən 90
şirkətin içərisində ən çox—32 milyon puddan artıq—bütün hasilatın 8,3 faizi qədər
neft çıxarmışdı. Az sonra, Tağıyev, şirkətin milyon manat dəyərində 20 faizlik
səhmini özündə saxlayıb, onu beş milyon manata satdı və çoxsahəli sahibkarlıq
fəaliyyətinə keçdi. Neft sənayesində toplanmış nəhəng kapital ona xalq
təsərrüfatının başqa sahələrində, ticarətdə mühüm mövqelər tutmağa imkan verdi.
XX əsrin əvvəllərində Tağıyev Zaqafqaziyada ilk pambıq-parça
kombinatının əsasını qoymuş məşhur fabrikant, iri mülk və torpaq sahibi, tacir və
bankir kimi tanınmışdı. Xəzərdə çoxlu gəmisi, şərikli iki doku şəhərdə xeyli
yaşayış binası, mağazaları, un dəyirmanı, onlarca iri balıq vətəgəsi, qəzalarda
minlərlə desyatin torpağı və müxtəlif istehsal sahələri vardı. Tağıyev ticarət
firmasının Bakıda və Rusiyanın bir sıra şəhərlərində, həmçinin Ənzəlidə (İranda)
nümayəndəlikləri (kontorları), iri yük anbarları vardı. Tağıyev Bakıda ilk milli
bank təsis etmişdi. O, şəhərdə fəaliyyət göstərən bir neçə mərkəzi rus bankı və
onun filiallarının idarə heyəti üzvü, bir sıra səhmdar müəssisəsinin sədri və ya sədr
müavini seçilmişdi.
H. Z. Tağıyev böyük mesenat, maarifçi və xeyriyyəçi idi. Xalqın mədəni
inkişafı və savadlanması üçün çox işlər görmüşdü. İlk milli teatr binası,
ambulatoriya, ilk rus-müsəlman qız məktəbi onun pulu ilə tikilmişdi. «Kaspi»,
«Həyat» qəzetləri, «Füyüzat» jurnalı onun vəsaiti ilə çıxırdı. Onun pulu hesabına
bir neçə təqaüd təsis edilmişdi. O, Azərbaycanda və Rusiyada fəaliyyət göstərən
bir sıra xeyriyyə cəmiyyətlərinin sədri və ya üzvü idi. Bir neçə məktəb və digər
mədəni-maarif müəssisəsinə himayədarlıq edirdi. Çoxlu azərbaycanlı gənc, o
57
cümlədən N. Nərimanov, Əlimərdanbəy Topçubaşov, Həsən bəy Ağayev onun
yardımı ilə Rusiyanın və xarici ölkələrin ali məktəblərində təhsil almışdılar.
Tağıyev xeyriyyəçilik işlərinə milyon manatdan artıq pul xərcləmişdi.
Azərbaycanda, Rusiyada, həmçinın bəzi xarici ölkələrdə geniş
xeyriyyəçilik fəaliyyəti Tağıyevə nəinki müsəlman xalqları arasında, həm də rus
hökumət dairələrində böyük hörmət qazandırmışdı.
Ona birinci kildiya taciri dərəcəsi, ələlxüsus, o dövrdə ən nüfuzlu sayılan
həqiqi mülkü müşavir rütbəsi verilmişdi. (Azərbaycanda bu rütbəni alan təkcə E.
Nobel idi). Senatın xüsusi fərmanı ilə H. Z. Tağıyev irsi dvoryan təsdiq edilmişdi.
O, Rusiyanın bir sıra yüksək dövlət orden və medalları ilə, həmçinin xarici
ordenlərlə təltif olunmuşdu.
XX əsrin əvvəllərində neft sənayesində milli burjuaziyanı, əsasən, Ş.
Əsədullayev və M. Nağıyev təmsil edirdi. Onlar 20 milyon puda qədər - milli
kapitalın payına düşən neftin 80 faizini çıxarırdılar. Onların neft emalı zavodları və
neftdaşıyan gəmiləri vardı. İllik dövriyyəsi milyon manatlarla hesablanan geniş
ticarət əməliyyatları aparırdılar. Ş. Əsədullayevin şirkəti Rusiyada yüzə yaxın və
daha çox neft anbarı olan dörd iri şirkətdən biri idi.
Ş. Əsədullayev, M. Nağıyev, M. Muxtarov, həmçinin milli burjuaziyanın
bir sıra başqa nümayəndələri xeyriyyəçilik işlərində yaxından iştirak edirdilər.
Milli burjuaziyanın inkişafı Azərbaycan zəhmətkeşlərinin sosial həyatında
müsbət rol oynayırdı. Belə ki, milli sahibkarlar özlərinin müəssisələrində işləməyə,
ilk növbədə, azərbaycanlı fəhlələri götürürdülər. Bu, Azərbaycanlı fəhlələrin
güzəranının bir qədər yaxşılaşmasına, onlarda ictimai fəhlə şüurunun
formalaşmasına səbəb olmaqla yanaşı, həm də çarizmin və qeyri-azərbaycanlı
kapitalistlərin fəhlələrə münasibətdə yürütdükləri milli ayrı-seçkilik siyasətinə
güclü zərbə vururdu.
Yelizavetpolda, Nuxada milli kapitalın iqtisadi cəhətdən nisbətən güclü
bəzi nümayəndələri istisna edilərsə, ümumiyyətlə, Azərbaycanda milli
burjuaziyanın çox böyük kütləsini xırda sahibkarlar təşkil edirdi. Xırda burjuaziya
iri milli kapitalın güclü təsiri altında idi.
Milli burjuaziyanın iqtisadi cəhətdən getdikcə qüvvətlənməsi
Azərbaycanın çoxmillətli burjuaziyası daxilində rəqabəti daha da gücləndirirdi.
Milli kapitalın inkişafı yolunda erməni burjuaziyası daha böyük maneə idi. Erməni
burjuaziyası iqtisadi cəhətdən Zaqafqaziyada ən qüvvətli olub, nisbətən zəif gürcü
və Azərbaycan milli kapitallarını sarsıtmaq hesabına öz mövqelərini daha da
möhkəmləndirməyə çalışırdı. Erməni kapitalı Azərbaycan xalq təsərrüfatının bir
sıra mühüm sahələrində, o cümlədən neft sənayesində üstün mövqe tuturdu. Neft
sənayesində Mantaşov, Lianozov, Qukasovlar, Mirzoyevlər və başqa erməni
kapitalistləri hasilatın xeyli hissəsinə sahib idilər. 1912-ci ildə təkcə Mantaşovun
şirkəti milli burjuaziyanın istehsal etdiyi qədər - 24 milyon pud neft çıxarmışdı.
Rusiyanın içərilərinə doğru soxulmağa başlayan erməni milli kapitalının
58
nümayəndələri hökumət dairələrinə yaxın olub, siyasi cəhətdən nüfuzlu idi.
Azərbaycan və erməni burjuaziyası arasındakı iqtisadi rəqabət getdikcə daha da
genişlənərək, ictimai-siyasi xarakter alır və gələcək milli toqquşmalar üçün zəmin
yaradırdı. Gənc Azərbaycan burjuaziyası iqtisadi cəhətdən zəif olduğu kimi, siyasi
cəhətdən də yetişməmişdi. Birinci rus inqilabına qədər onun nəinki siyasi partiyası,
hətta az-çox aydın siyasi platforması da yox idi.
Milli burjuaziya, xüsusən onun yuxarı təbəqəsi sahibkarlıq fəaliyyətində
ayrı-seçkiliyin olmasından, azərbaycanlı kapitalistlərə ruslarla eyni hüquq
verilməməsindən, şəhər özünüidarəsində milli nümayəndəliyə say məhdudiyyəti
qoyulmasından və sairdən özünün narazılığını bildirsə də, çarizmə qarşı
münasibətdə loyal mövqedə dayanır, siyasi passivlik göstərirdi.
Odur ki, XX əsrin əvvəllərində Azərbaycan zəhmətkeşlərinin çarizmə,
müstəmləkəçilərə qarşı hərəkatı genişləndiyi zaman bu hərəkata başçılıq edə
biləcək heç bir milli siyasi təşkilat, partiya yox idi. Halbuki bu zaman çarizmə
qarşı başlıca siyasi qüvvə kimi çıxış edən RSDFP Azərbaycanda özünün
təşkilatlarını yaradıb, yerli zəhmətkeşlər arasında iş aparırdı.
Milli Ģüurun oyanması. Azadlıq ideyaları: XIX əsrin axırlarında neft
sənayesinin sürətli inkişafı nəticəsində Azərbaycanın Rusiya və Avropanın bir sıra
ölkələri ilə əlaqələri xeyli genişləndi. Milli burjuaziyanın açıq-görən
nümayəndələri xaricdə olarkən bir daha yəqin etdilər ki, Azərbaycanın iqtisadi-
ictimai geriliyinin başlıca səbəblərindən biri onun özünün kifayət qədər ziyalı
kadrlarının olmamasıdır.
Çar hökuməti digər müsəlman ucqarlarında olduğu kimi, Azərbaycanda
da ali, həmçinin orta təhsil ocaqlarınım açılmasına icazə vermirdi. Ali təhsil almaq
üçün Rusiya və ya xarici ölkələrə getmək lazım idi.
Artıq XIX əsrin axırı—XX əsrin əvvəllərində xeyli azərbaycanlı gənc
Azərbaycandan kənardakı ali məktəblərdə təhsil alıb vətənə qayıtmışdı. Bunlar,
əsasən, bəy-xan, həmçinin burjua ailələrindən çıxmışdılar. Onların arasında varlı
xeyriyyəçilərin vəsaiti ilə oxuyan aztəminatlı azərbaycanlı gənclər də vardı.
Peterburq, Moskva, Kiyev və Rusiyanın digər şəhərlərində, həmçinin Avropanın
Fransa, Almaniya, İngiltərə kimi qabaqcıl kapitalist ölkələrinin iri mədəniyyət
mərkəzlərində təhsil illəri azərbaycanlı tələbələrin ictimai-siyasi şüurunun
formalaşmasında mühüm rol oynadı.
Avropanın qabaqcıl, mədəni ölkələrində xalqın tarixinin öyrənilməsinə,
onun dilinin, adət və ənənələrinin qorunub saxlanmasına, elm və mədəniyyətinin
inkişafına milli hökumətlərin xüsusi qayğı göstərməsi azərbaycanlı gənclərə əyani
surətdə sübut etdi ki, xalqın mənəvi yüksəlişi yalnız onun milli-siyasi azadlığı
şəraitində mümkündür. Müstəmləkə əsarətindən qurtarmaq üçün hər şeydən əvvəl,
xalqın oyanması, onun milli özünüdərketməsi lazımdır.
Hələ XIX əsrin axırlarında milli şüurun oyanışı sahəsində bəzi addımlar
atılmışdı. Mütərəqqi fikirli ədiblər, maarifçilər və başqa ziyalılar xalqın tarixini,
59
mədəni irsini araşdırmağa başlamış, onu milli süstlükdən xilas etməyin yollarını
tapmağa çalışmışlar. Bu elə bir dövr idi ki, nəinki savadsız adamlar, hətta
ziyalıların çoxu öz mənşəyini bilmir, milləti isə hər kəs istədiyi kimi: «tatar»,
«Qafqaz tatarları», «müsəlman», «tuzems» və s. adlandırırdılar.
Belə bir şəraitdə H. Zərdabi, C. Məmmədquluzadə, M. Ə. Sabir, N.
Nərimanov, Ə. Haqverdiyev və digər demokratik ziyalıların maarifçilik ideyaları,
onların orta əsr qalıqlarını tənqid edən ədəbi-publisistik yazıları milli oyanışa güclü
təsir göstərdi.
Bu cəhətdən H. Z. Tağıyevin vəsaiti ilə rus dilində çıxan «Kaspi» qəzeti
müəyyən rol oynayırdı. 1897-ci ildən Əlimərdan bəy Topçubaşovun redaktor
olduğu həmin qəzetin ətrafında Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağayev, Haşım bəy Vəzirov və başqa demokratik ziyalılar birləşdilər. Onun
səhifələrində milli hərəkatın bu və ya digər məsələlərinə dair məqalələr dərc edildi.
XX əsrin əvvəlində, milli hərəkat hələ aydın forma almadığı zaman, rus
azadlıq hərəkatında geniş vüsət tapmış liberal və sosial-demokrat ideyaları
Azərbaycanda milli şüurun formalaşmasına güclü təsir etdi. Ziyalıların bir hissəsi,
xüsusən Rusiyada və Qərbi Avropada təhsil alanlar içərisində liberalizm baxışları
möhkəmləndi. Milli-demokratik hərəkatın Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağayev, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli kimi liberal əhval-
ruhiyyəli xadimləri meydana çıxdı.
Milli-azadlıq hərəkatının fəal xadimi olmuş bir sıra mütərəqqi ziyalılar, o
cümlədən Məmməd Əmin Rəsulzadə özlərinin ilk ictimai-siyasi fəaliyyətlərinə
sosial-demokratiyanın sıralarında başlamışlar. Azərbaycan ziyalılarını sosial-
demokrat hərəkatına cəlb edən, birincisi, RSDFP-nin Rusiyada mütləqiyyətə qarşı
açıq mübarizə aparan güclü siyasi təşkilat olması, ikincisi, bu partiyanın II
qurultayında millətlərə öz müqəddəratını təyin etmək hüququ verən qərarın qəbul
edilməsi idi. M. Ə. Rəsulzadə gənc ziyalıların sosial-demokrat hərəkatına
qoşulmalarının səbəbini izah edərək sonralar yazırdı ki, «Müasir sosializmdə onlar
çarizmə qarşı mübarizədə etibarlı olmasa da, hər halda ən əlverişli müttəfiqi
görürdülər».
XX əsrin əvvəllərində Rusiyada baş verən mühüm ictimai-siyasi
hadisələrin təsiri altında milli tərəqqi, demokratiya və azadlıq haqqında ideyalar
qəti şəkildə formalaşdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və başqa
ziyalıların milli dirçəlişə və azadlığa çağıran ideyaları meydana gəldi.
Əli bəy Hüseynzadə (1864-1940-cı illər) Peterburq və İstanbulun ali
məktəblərində təhsil almışdı.
Xalqı ilk dəfə açıq surətdə «hürriyyət və müsavat»a (azadlıq və
bərabərliyə) çağıran Ə. Hüseynzadə məqsədə çatmağın başlıca vasitəsi olaraq türk
birliyi (ittihadi-türk) ideyasını irəli sürdü. O, bütün müsəlman türk xalqlarının
müstəmləkə əsarətində olmasının, onların son dərəcə iqtisadi-mədəni geriliyinin
başlıca səbəbini bu xalqların parçalanmış vəziyyətində görürdü.
60
Onun türk birliyi ideyasının pantürkizmlə heç bir əlaqəsi yox idi.
Millətlərin hüquq bərabərliyini qəbul edən, habelə bütün türk xalqlarını Türkiyənin
başçılığı altında birləşdirmək çağırışına biganə qalan bu ideyanın mərkəzində sırf
milli azadlıq məsələləri dururdu. Türk xalqlarının tarixən formalaşmış mənşə, dil,
dini etiqad və bu kimi soykök oxşarlıqlarına əsaslanan türk birliyi
müstəmləkəçilərə qarşı mübarizədə vahid, ümumtürk cəbhəsi təşkil etməli idi.
Ə. Hüseynzadənin türk xalqlarının tərəqqisi ideyası «türklük,
müsəlmanlıq və avropalılıq» prinsiplərinə əsaslanırdı.
«Türklük» dedikdə, ayrıca mənşəyə mənsub olan türk tayfa və xalqlarının
hələ lap qədimdə yaranmış müstəqil dövlətlərinin yenidən baş qaldıracağı ehtiva
olunurdu.
Ə. Hüseynzadə müsəlmanlığı milli tərəqqinin mənəvi əsası hesab edirdi.
O, İslam dininin humanizminə toxunaraq göstərirdi: «İslamiyyətin məqsədi
istiqlaliyyəti - insaniyyədir. Çünki islamiyyət bir dindir ki, millət və milliyyət
tanımaz». Əli bəy İslamı paklığa, sosial ədalətə çağıran bir din kimi
səciyyələndirərək qeyd edirdi ki, faizi və müamiləçiliyi, hər növ inhisarı haram
buyuran islamiyyətin millətçilik və kapitalizmlə heç bir əlaqəsi yoxdur. O, qeyri-
müsəlman ölkələrində müsəlmanlara qarşı xoşagəlməz münasibətin bir səbəbini
orada Quranın kəlamlarına yaxşı bələd olmamaları ilə əsaslandırırdı.
Əli bəy milli tərəqqidə avropalılığı Avropada bu və ya digər xalqın, dinin
çərçivəsindən çıxıb, ümumbəşəri əhəmiyyət kəsb edən mədəniyyətlərinin əsaslarını
İslam dininin qanunlarını nəzərə almaqla, Azərbaycanda tətbiq etməkdə görürdü.
Azadlığı mədəniyyətin, tərəqqi və təkamülün ən qəvi
*
mühərriki
adlandıran Ə. Hüseynzadə milli və dini fərqlərindən asılı olmayaraq, bütün xalqları
azadlığa çağırırdı. O, birinci rus inqilabına Azərbaycan xalqının milli-azadlıq
hərəkatına təkan verən qüvvə kimi baxırdı.
Ə. Hüseynzadə sinfi bərabərsizliyin əleyhinə çıxırdı. O, «əmələnin əlilə
hasil olan sərvəti-milliyyəni bir neçə sərmayədar arasında bölüşdürmək üçün
şərtlər, qanunlar ixtira» edənləri məzəmmətləyərək, göstərirdi ki, «məzlum olan
sinifləri zalım siniflərin təcavüzatından azad etmək», «yersiz, yurdsuz
əkinçilərimizə» torpaq vermək, kasıbların həyat şəraitini yaxşılaşdırmaq lazımdır.
Əhməd bəy Ağayev (1869-1939-cu illər) əvvəlcə Peterburqda, sonra
Fransada Parisin Sarbonna universitetində ali təhsil almışdı. İxtisasca hüquqşünas
idi. Beş dildə sərbəst danışırdı. O, vaxtilə Böyük Fransa inqilabının elan etdiyi
«Azadlıq, bərabərlik, ədalət» prinsiplərinə qızğın tərəfdar idi. Xarici, rus və yerli
mətbuatda milli və dini məsələlərə dair bir sıra məqalələrlə çıxış etmişdi.
Ə. Ağayev birinci rus inqilabı ərəfəsində müsəlman müstəmləkə
xalqlarının vəziyyətini səciyyələndirərək deyirdi: «Rusiyada biz müsəlmanlar,
əslində, lazımsız artıq yükük. Biz yaşamırıq, ancaq sürünürük... Nəhəng, cansız
*
qəvi – qüvvətli
61
vücud kimi səssiz-səmirsiz, susaraq uzanmışıq». O, milli istiqlaliyyətə nail olmağın
başlıca şərti kimi mədəniyyət və maarifin tərəqqisini ön plana çəkirdi. Bunun üçün
isə, Quranın kəlamlarını dərindən öyrənib, onlara əməl etməyi və Avropanın
mədəni xalqlarının ən yaxşı ənənələrini mənimsəməyi, oradakı elmi və texniki
nailiyyətlərlə yaxından tanış olmağı bütün müsəlman xalqlarına tövsiyə edirdi.
Müxtəlif millətlərə mənsub olan müsəlman xalqlarının mənşəyində,
dilində,
adət-ənənələrində
tarixən
formalaşmış
fərqlərin
və
başqa
özünəməxsusluqların, əlahiddəliyin mövcudluğu şəraitində, Ə. Ağayev həmin
xalqların istisnasız qail olduqları İslam dininə onları azadlıq uğrunda birgə
mübarizəyə səfərbər edən vahid qüvvə kimi baxırdı. O göstərirdi ki, müsəlman
xalqlarının dirçəliş və tərəqqisi bu xalqlar arasında «yeganə fəal qüvvə olan din
vasitəsilə» mümkündür.
İctimai-siyasi hadisələrə münasibətdə İslam qanunlarına istinad edilməsi
panislamizmə əsla meyl demək deyildi. Əhməd bəyin İslam amilinin əsaslarını bu
dinin humanist, yüksək əxlaqi keyfiyyətləri təşkil edirdi.
O, Qərbin və Rusiyanın antiislam təbliğatına qarşı ciddi mübarizə
aparmağı, müsəlman ölkələrini müstəmləkə asılılığından, milli-siyasi iflasdan
qurtarmağı qarşıya başlıca məqsəd olaraq qoyurdu. Ə. Ağayev deyirdi: «Əgər
işlərimiz bu günkü kimi getsə, şübhəsiz ki, müsəlman aləmi məhv olmağa qadirdir;
ən azı siyasi cəhətdən... Bunu gözümüzün qabağında müstəqilliyini itirmiş
müsəlman dövlətlərinin timsalında daha aydın görə bilərik». O, ümummüsəlman
birliyinə unitarizm məqsədlərindən tamamilə uzaq olan, milli istiqlaliyyətin
zəmanəti kimi baxırdı.
Ə. Ağayev dini və milli ayrı-seçkiliyin əleyhinə çıxaraq deyirdi ki, «din
və məzhəb heç vaxt nifaq və ayrılığa səbəb olmayıb və olmaz». Milli
münasibətlərdə hər hansı millət özünə ehtiram tələb etməklə bərabər, başqa
milliyyətlərdən olanlara da hörmət bəsləməlidir.
O, dövlətin bacarıqsız, ləyaqətsiz adamların əlində olduğu istibdad
üsulunu pisləyir, «hakimiyyətin xalqın əlində olduğu», xalq tərəfindən seçilmiş
adamların idarə etdiyi dövlət quruluşuna tərəfdar çıxırdı.
«Azadlıq şüurun cövhəridir» deyən Əhməd bəy qeyd edirdi ki, azadlıq hər
şeydən əvvəl, «sərbəst düşünmək və düşündüyünü sərbəst, səmimi söyləməkdir».
Yüksək humanizm mədəniyyətinə malik olan Ə. Ağayev insanın nəinki fikirlərinə,
onun şəxsiyyətinə də hər yerdə hörmət göstərilməsini tələb edirdi. O deyirdi ki,
«İstər kasıb olsun, istər dövlətli, istər kiçik olsun, istər böyük, istər mənsəb sahibi
olsun, istər mənsəbsiz—madam ki, insandır,—hörmətə layiqdir».
Ə. Ağayev hələ birinci rus inqilabından əvvəl, cəmiyyətin yüksək əxlaqi
keyfiyyətlərə malik adamlara böyük ehtiyacı olduğu bir zamanda, milli
burjuaziyanın yenə də siyasi gerilikdən çıxmağa səy göstərməməsini, onun meşşan
və lovğa təbiətini ciddi tənqid edirdi. Göstərirdi ki, müsəlman dövlətlilərinin çoxu
öz vəzifələrini anlamırlar, belələri hətta dumaya işləmək üçün yox, şan-şöhrət üçün
62
üzv olurlar. Məhz bunun nəticəsidir ki, 1905-ci il hadisələrindən sonra Əli bəydə
sosial-demokratiyaya rəğbət hissi oyanmağa başladı. Proletariatın çarizmə qarşı
inqilabi mübarizədə qətiyyətliliyi və cəsarətliliyi onu razı salırdı. Xalqın inqilabi
hərəkata qoşulmasını milli oyanışın əlaməti hesab edirdi.
Fəhlələrin kütləvi inqilabi mübarizəsinin baĢlanması: Azərbaycan
zəhmətkeşləri rus müstəmləkəçilərinə və istismarçılara qarşı daim mübarizə
aparmışlar.
Hələ XIX əsrin axırlarında Azərbaycanın bir sıra şəhərlərində fəhlələrin
ilk çıxışları baş vermişdi. Bunlar, başlıca olaraq, kiçik və qeyri-mütəşəkkil iqtisadi
tətillərdən ibarət idi.
Rusiyada proletariatın çarizmə və istismarçılara qarşı inqilabi
mübarizəsinin qüvvətlənməsi Azərbaycanda fəhlə hərəkatına güclü təkan verdi.
XX əsrin başlanğıcında Bakı, Yelizavetpol və Gədəbəydə ilk sosial-
demokrat dərnəkləri meydana gəldi. Bu dərnəklərin yaradılmasında Rusiyadan
Qafqaza sürgün edilmiş inqilabçılar və iş dalınca buraya gələn rus fəhlələri mühüm
rol oynayırdılar.
Bu dövrdə çoxmillətli Bakı proletariatı fəhlə və sosial-demokratiya
hərəkatının ön sıralarında gedirdi. 1901-ci ildə Bakıda 15 sosial-demokrat dərnəyi
vardı. Bu dərnəklərin işinə, ümumiyyətlə inqilabi hərəkata rəhbərlik etmək üçün
həmin ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı.
1901-çi ilin sentyabrında sosial-demokrat «İskra» qəzetinin xaricdən
Təbriz vasitəsilə Bakıya gətirilən nömrələrini çoxaldıb Rusiyaya göndərmək üçün
burada gizli «Nina» mətbəəsi təşkil edildi. (Mətbəə 1906-cı ilin əvvəllərinə qədər
fəaliyyət göstərmiş, sonra Peterburqa köçürülmüşdür).
Fəhlələrin çıxışları getdikcə daha mütəşəkkil şəkil alırdı. Onlar təkcə
iqtisadi tələblərlə kifayətlənmir, siyasi tələblər irəli sürürdülər.
1902-ci il aprelin 21-də Bakıdakı müəssisələrin 5 min fəhləsi əllərində
«Rədd olsun mütləqiyyət!», «Yaşasın siyasi azadlıq!» sözləri yazılmış şüarlar
apararaq nümayiş etdilər. Bu ilk siyasi nümayiş çox çətinliklə yatırıldı.
1903-cü il martın 2-də Bakı proletariatının böyük nümayişi oldu.
Əllərində qırmızı bayraqlar tutaraq gedən nümayişçilər çarizmə qarşı mübarizəyə
çağırırdılar. Nümayişçilərin üzərinə hücum edən kazaklar hətta uşaqlara və
qocalara aman vermədən, onları döydülər, ələ keçən fəhlələri həbs etdilər. Hər iki
tərəfdən yaralananlar oldu. Nümayiş polis və soldatların gücü ilə yatırıldı.
Həmin il martın axırlarında RSDFP-nin Qafqaz İttifaq Komitəsi yaradıldı.
Aprelin 27-də Bakı müəssisələrinin 10 mindən artıq fəhləsi Bir may
nümayişinə çıxdı. Onların arasında qadınlar da vardı. Nümayiş silah gücünə
yatırıldı. 12 nəfər ağır yaralandı. Onlarca qabaqcıl fəhlə həbs edildi.
1903-cü il iyulun 4-də ilk ümumbakı tətili baş verdi.
63
İyulun 1-də erməni kapitalisti Xatisovun Bibiheybətdəki mexaniki
emalatxanasında işləyən fəhlələrin tətili şəhərdə ümumi tətilin başlanması üçün
siqnal oldu. Müəssisələrin 50 minə yaxın fəhləsi işi dayandırıb tətil etdi.
Fəhlələr tərəfindən seçilmiş tətil komitəsi öz tələblərini hazırlayıb
sahibkarlara verdi. Həmin tələblərin içərisində 8 saatlıq iş günü, 1903-cü ilin 2
mart və 27 aprelində nümayişlər zamanı həbs olunanların azad edilməsi, bu
nümayişlərdə iştirak etmək üstündə işdən qovulanların öz yerlərinə qaytarılması,
əmək haqqının artırılması və başqa tələblər vardı.
Tətilçilərin tələbləri rədd edildi. Çar hökuməti onlara qarşı ciddi cəza
tədbirlərinə əl atdı. Bakı tətili haqqında qəzəblə: «Ümumrusiya miqyasındakı hərc-
mərcliyin bu yuvasını məhv etmək lazımdır» - deyən Rusiya daxili işlər naziri
Plevenin bilavasitə əmri ilə şəhərə qoşun yeridildi.
Tətilçilərin bir qismini şallaqların zərbəsi altında zorla işə çıxmağa
məcbur etdilər. Onları vəhşicəsinə döydülər, xeyli tətilçi şəhərdən sürgün olundu,
yüzlərlə qabaqcıl fəhləni tutub həbsxanaya saldılar.
Fəhlələrin sıralarına soxularaq, onları yalnız iqtisadi mübarizə aparmağa
çağıran, əslində isə, gizli polis üçün işləyən zubatovçular iyun tətili günlərində
tamamilə ifşa edildilər. Fəhlə hərəkatı fəallarının bir çoxu onların danosu ilə ələ
keçmişdi.
İyulun 22-də tətil yatırıldı. Tətil nəticəsində kapitalistlərə xeyli ziyan
dəydi. Onlar bəzi kiçik güzəştlərə getməyə məcbur oldular.
Ümumbakı iyun tətili azərbaycanlı fəhlələrin siyasi şüurunun
oyanmasında mühüm rol oynadı, onların daha böyük kütlələr halında çıxışlarının
əsasını qoydu. Bu tətil Zaqafqaziyada və Rusiyanın cənubunda tətil hərəkatının
yüksəlməsinə səbəb oldu.
Bu zaman sosial-demokratiyanın daxilində bolşeviklərlə menşeviklər
arasında fəhlə hərəkatında hegemonluq uğrunda mübarizə son dərəcə kəskinləşdi.
1904-cü ilin yayında Şendrikov qardaşlarınin başçılıq etdiyi opportunist
təşkilat geniş fəaliyyətə başladı. Şendrikovçular öz sələfləri zubatovçular kimi,
fəhlələri yalnız iqtisadi tələblərlə kifayətlənməyə çağırır, əks təqdirdə, hətta
fitnəkarlıq törətməkdən də çəkinmirdilər.
Bu zaman «Daşnaksütyun» partiyasının və «Daşnak tələbə ittifaqı»nın
Bakıda şöbələri separatçılıq və millətçilik təbliğatını xeyli gücləndirdilər. Onlar
ermənilərlə azərbaycanlılar arasında nifaq salmağa çalışır, tələbə-gənclər, xüsusən
gimnaziyada oxuyanlar arasında milli eqoizm toxumu səpirdilər.
1904-cü ilin axırlarında RSDFP Bakı Komitəsinin nəzdində müsəlman
ziyalıları tərəfindən sosial-demokrat «Hümmət» təşkilatı yaradıldı. Onun baniləri
Mir Həsən Möhsümov (1882-1907-ci illər), Məmməd Əmin Rəsulzadə (1884—
1955-ci illər) və Məmmədhəsən Hacınski (1875—1931-ci illər) idi. 1905-ci ildən
təşkilata Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Soltanməcid Əfəndiyev, Bünyad
Sərdarov və başqa bolşeviklər daxil oldular.
64
«Hümmət»in əsas məqsədi Azərbaycanda, eləcə də Rusiyanın müxtəlif
yerlərində yaşayan müsəlmanları inqilabi hərəkata cəlb etmək idi. Bu zaman ana
dilində təbliğat və təşviqata böyük ehtiyac vardı.
M. Ə. Rəsulzadə başda olmaqla bir qrup hümmətçi inqilabi mübarizəyə
eyni zamanda milli-azadlıq hərəkatının ayrılmaz hissəsi kimi baxırdı. Bu cəhətdən
onlar qeyri-azərbaycanlı sosial-demokratlarda» fərqlənirdilər.
Lakin «Hümmət» təşkilatının milli əsaslarda təşkil edilməsi, onun çox
zaman müstəqil fəaliyyət göstərməsi, M. Ə. Rəsulzadə başda olmaqla bir qrup
hümmətçinin RSDFP sıralarına daxil olmaqdan imtina etməsi partiya mərkəzində,
xüsusən partiyanın Qafqaz komitəsində yaxşı qarşılanmırdı. Bu komitənin üzvü İ.
Stalin partiyadan kənarda qalan hümmətçilərin hətta fiziki cəhətdən məhv ediləcəyi
ilə hədələmişdi.
M. Ə. Rəsulzadə «Hümmət» təşkilatının 1904-1907-ci illərdə bir-birini
əvəz edən «Hümmət», «Dəvət qoç», «Təkamül» və «Yoldaş» qəzetlərinin rəhbər
və redaktorlarından biri olmuşdur. Bu qəzetin səhifələrində S. M. Əfəndiyevin, M.
Əzizbəyov va başqa bolşeviklərin bütün millətlərin zəhmətkeşlərini mütləqiyyətə
və istismarçılara qarşı mübarizəyə çağıran məqalələri ilə yanaşı, M. Ə. Rəsulzadə,
M. H. Hacınski və başqa hümmətçilərin milli birliyə çağıran yazıları da dərc
olunurdu.
1904-cü il dekabrın 13-də Bakı fəhlələrinin ikinci ümumi tətili başladı.
Həmin gün «Hümmət»in Azərbaycan dilində «Rədd olsun mütləqiyyət!», «Yaşasın
azadlıq!» sözləri ilə bitən intibahnaməsi buraxıldı. Tezliklə şəhərdə tətil edənlərin
sayı 50 min nəfərə çatdı.
Tətilə rəhbərdik etmək üçün P. Caparidze, İ. Fioletov və A. Stopanidən
ibarət tətil komitəsi yaradıldı. Tətil komitəsinin işində, ümumiyyətlə, tətilin
hazırlanıb keçirilməsində Məmməd Məmmədyarov, Xanlar Səfərəliyev,
Soltanməcid Əfəndiyev və başqa azərbaycanlı inqilabçılar yaxından iştirak
edirdilər.
Tətil komitəsi tərəfindən fəhlələrin 34 maddədən ibarət tələbləri
hazırlandı. Tələblərin içərisində: 8 saatlıq iş günü, həftəlik məcburi istirahət günləri
verilməsi, fəhlə və sahibkarlardan ibarət mədən münaqişə komitələri yaradılması,
ictimai sığorta, müdiriyyətin təqsiri uzündən, yaxud 1 May günlərində tətillə
əlaqədar olaraq işlənilməyən vaxtın əmək haqqının ödənilməsi, fəhlələrin işə
qəbulu və işdən çıxarılmasında onların numayəndələrinin iştirak etməsi və s. vardı.
Tətillə əlaqədar olaraq şəhərdə həyat ölgünləşmişdi. Müəssisələr və
nəqliyyat işləmirdi.
Fəhlələri xırda güzəştlərlə aldadıb, tətili dayandırmaq cəhdləri baş
tutmadı. Çar hökuməti zorakı tədbirlərə əl atdı. Şəhərdə hərbi vəziyyət elan edildi,
dəmir yol və hökumot idarələrində qoşun yerləşdirildi.
65
Balaxanıda tətilçiləri silah gücünə işləməyə məcbur etdikdə, polislə qanlı
toqquşma baş verdi. 15 tətilçi öldürüldü. Öldürülənlərin dəfn mərasimi möhtəşəm
siyasi nümayişə çevrildi.
Tətili yatırmaq üçün bir sıra fitnələrə əl atıldı. Daşnakların köməyi ilə
milli nifaq salmağa cəhd göstərildi. Qoşunların işə qarışması üçün mədənlərdə
yanğınlar törədildi. Təkcə dekabrın son həftəsi ərzində iki yüzdən artıq buruq
yandırıldı. Bu fitnəkarlıqların törədilməsində tətilçilərin siyasi mübarizəsinin
kəskinliyindən narazı qalan şendrikovçular yaxından iştirak edirdilər.
Tətilin inadla davam etdirilməsi nəticəsində milyon manatlarla zərər
çəkən neft sənayeçiləri və çar hökuməti, nəhayət, güzəştə getməyə məcbur oldular.
1904-cü il dekabrın 30-da fəhlələrlə sahibkarlar arasında ilk müştərək
müqavilə imzalandı. Fəhlələr bu müqaviləni «mazut konstitusiyası» adlandırdılar.
Dekabrın 31-də Bakı proletariatının ikinci ümumi tətili qalibiyyətlə başa çatdırıldı.
Fəhlələrin vəziyyəti bir qədər yaxşılaşdı. Onların əmək haqqı 20 faiz
artırıldı, 9 saatlıq iş günü qoyuldu, fəhlələrin tətil etdiyi günlərin maaşı ödənildi,
müəssisələrdə fəhlələrin mənafeyini müdafiə etmək üçün mədən-zavod
komissiyalarının təşkilinə başlandı və s.
Tətil bir daha göstərdi ki, yaliız vahid mərkəz tərəfindən rəhbərlik edilən
mütəşəkkil, həmrəy mübarizə qələbə ilə nəticələnə bilər. Bakı proletariatının
çarizm və kapitalistlər üzərində dekabr qələbəsi Rusiyanın çox yerində tətil
hərəkatına güclü təkan verdi.
Kəndli çıxıĢları: Kənddə sinfi mübarizə getdikcə qüvvətlənirdi. 1901 -
1903-cü illərdə Bakı qəzasının Buzovna, Zığ, Əhmədli və Maştağa kəndlərində,
Şamaxı qəzasının Nəvahi kəndində, Yelizavetpol və Naxçıvan qəzalarında
kəndlilərin çıxışları baş verdi
1903-cü ildə Yelizavetpol qəzasında Qarabulaq kəndinin kəndliləri
məmur və hakimlərin zülmündən cana gələrək, köçüb Burcalar adlanan dərədə
məskən saldılar. Əvvəlki zalımları onlardan yenə də əl çəkmədikdə, burcalılar Dəli
Aslan Həsən oğlunun başçılığı ilə qaçaq dəstəsi düzəldib, onların üzərinə
göndərilən 300 kazaka qarşı ciddi müqavimət göstərdilər. Burcalılar uzun müddət
silahlı mübarizə apardılar.
Həmin qəzada Dəli Əli Məhərrəm oğlunun başçılıq etdiyi qaçaqlar
hökumət quvvələrinə qarşı bir neçə cəsarətli hücumlar etdi. 1904-cü ilin mayında
Dəli Əlinin qaçaq dəstəsi Bittili kəndi yaxınlığında strajniklərin bir bölüyü ilə
döyüşə girib, onları qaçmağa məcbur etdi.
1904-cü ilin dekabrında Lənkəran qəzasında qaçaq dəstəsi məmurların
evlərinə hücum etdi.
Azərbaycanlıların rus-yapon müharibəsində iĢtirakı: 1904-1905-ci
illərdə Rusiya ilə Yaponiya arasında müharibə başlandı. Çarizm qalibiyyətli
müharibə vasitəsilə özünün bir sıra imperialist planlarını həyata keçirmək və
Rusiyada dərinləşməkdə olan inqilabi böhranın qarşısını almaq ümidində idi.
66
Bu müharibədə azərbaycanlı topçu zabitləri polkovnik Səməd bəy
Mehmandarov (1855-1931-ci illər), kapitan Əliağa Şıxlinski (1863-1943-cü illər),
süvari alayı komandiri Hüseyn xan Naxçıvanski (1863-1919-cu illər), mayor
İbrahim ağa Usubov (1872-1920-ci illər), poruçik Ağababa Sadıqov (1875-1905-ci
illər), poruçik Zülfüqar Bağırbəyov (1874-1916-cı illər) və başqaları iştirak
etmişlər. Topçu zabiti Ağababa Sadıqov Port-Artur uğrunda gedən döyüşlərdə
qəhrəmancasına həlak olmuşdur.
Döyüşlərdə, xüsusən Port-Arturun müdafiəsi zamanı göstərdikləri şücaətə
görə S. Mehmandarov, Ə Şıxlinski, H. Naxçıvanski bir sıra orden və üstü yazılı
qızıl qılıncla təltif edildilər. S. Mehmandarova general-mayor, Ə. Şıxlinskiyə
polkovnik, İ. Usubova podpolkovnik rütbəsi verildi.
Müharibədə çarizmin dalbadal məğlubiyyətə uğraması Rusiyada, o
cümlədən Azərbaycanda inqilabi böhranı daha da dərinləşdirdi.
Dostları ilə paylaş: |