Azərbaycanda həbsdə olan siyasi məhbuslar hesabat noyabr 2016- cı IL Ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə4/10
tarix22.04.2017
ölçüsü0,72 Mb.
#15287
1   2   3   4   5   6   7   8   9   10

20. Yusifli Asif Qəmbər oğlu

Saxlanma tarixi: 25 dekabr 2014-cü il

İttiham : CM-nin 178.2.4 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmarəsmi sənədləri saxtalaşdırma) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü,

Həbs olunan gün A.Yusifov AXCP-nin Nərimanov şöbəsinin sədri Hacı Abbaslının avtomobili ilə birlikdə ofisə gedib, qayıdarkən sürücü yolda siqaret almaq üçün mağazaya gedib və ordan qayıdanda görüb ki, A. Yusifov avtomobildə yoxdur.



Sonradan məlum olub ki, A.Yusifov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 31 iyul 2015-ci il tarixdə cənab Yusiflinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 09 oktyabr 2015-ci il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Ali Məhkəmə (sədrlik edən hakim Əli Seyfəliyev) cəzanın azaldılaraq 6 ilə endirilməsi barədə qərar qəbul edib.
Cənab Yusifli Qarabağ müharibəsi əlilidir, həbsindən qısa müddət əvvəl ayağından əməliyyat keçirib, himayəsində 2 azyaşlı uşağı var ki, onlardan da biri ağır formalı diabet xəstəliyindən əziyyət çəkir.


21. Əhmədli Fuad Zəfər oğlu



Saxlanma tarixi: 18 avqust 2016-cı il

İttiham: CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: AXCP Xətai Şöbəsi Gənclər Komitəsinin sədri olan cənab Əhmədli Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb, onun evində axtarış aparılıb, axtarış zamanı Fətullah Gülənin çıxışları, “Gülən camaatı” adlandırılan qrupun üzvləri və “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, “fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcılarının aşkar edildiyi bildirilib, gənc fəalın valideynləri bunu təkzib ediblər.
Gənc fəal həbs edilərkən onun yaxınlarına heç bir məlumat verməyiblər, həbsindən 10 gün keçməsinə baxmayaraq bir dəfə də olsun evlərinə zəng etməyib, vəkili isə onunla görüşə bimir, belə ki, cənab Əhmədlini saxlayan DTX –dan vəkilə bildirilib ki, o buradan aparılıb, çünki işin istintaqını Baş Prokurorluq aparır, lakin həbsindən yalnız 10 gün sonra onun elə DTX-nin istintaq təcridxanasında olduğu məlum olub və vəkil onunla görüşə bilib. Sonradan gənc fəal Bakı İstintaq Təcridxanasına köçürülüb.
Cənab Əhmədli social şəbəkələrdə və etiraz aksiyalarında fəallardan olub, 2015-ci il ərzində etiraz aksiyaları ərəfəsində və ya sonar 2 dəfə inzibati qaydada (25 və 10 gün müvafiq ardıcıllıqla) həbsə atılıb.

_____________________________________________________________________
22. Əmirli Faiq Səmidxan oğlu
Saxlanma tarixi: 20 avqust 2016-cı il

İttiham: CM-nin 168.1 (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: “Azadlıq” qəzetinin yayım məsələləri üzrə direktoru, eyni zamanda AXCP sədri Əli Kərimlinin köməkçisi olan cənab Əmirli barəsində avqustun 22-də Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın qərarı ilə 3 ay müddətinə həbs qət-imkan tədbiri seçilib. Ona qarşı irəli sürülmüş ittihamları əsaslandırmaqdan üçün maşınından Gülənlə bağlı ədəbiyyatın tapıldığı iddia edilib. İttiham tərəfi onu Fətullah Gülənin imamı olmaqda, moizələr oxumaqda, bu moizələrin də iğtişaşlara səbəb olmaqda, dini nifrət doğurmaqda və bütün bunları açıq şəkildə etməkdə günahlandırır, halbuki bu addımları göstərən heç bir ilkin sübut məhkəməyə təqdim edilməyib. Cənab Əmirlinin maşınından götürüldüyü iddia edilən kitablar da həbs qət-imkan tədbirinin seçildiyi məhkəmə prosesinə gətirilməyib, ittiham tərəfi həmin kitabların ekspertizaya göndərilməsi ilə əsaslandırsa da, ekspertizanın təyin edilməsi barədə qərarın olmadığını və müdafiə tərəfinin bu qərarla tanış olmadığını bildirib.

f-1. Keçmiş MTN qurbanları- 10
Səid Dadaşbəyli və onunla birgə həbs edilən şəxslərin işi



  1. Ağayev Fərid Nadir oğlu


Saxlanma tarixi: 15 yanvar 2007

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi


  1. Dadaşbəyli Səid Ələkbər oğlu


Saxlanma tarixi: 15 yanvar 2007

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 204.3.1 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 204.3.2 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, külli miqdarda törədildikdə), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 274 (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəsissəsi

Şəxs barədə qısa arayış: Cənab Dadaşbəyli Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və İstehsalın idarə olunması” ixtissası üzrə təhsil alıb. 1992-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1998-ci ildən “Azəri EM-AY Drillinq Flyuids” azərbaycan-amerikan birgə müəssisəsində material-texniki təchizat üzrə kordinator vəzifəsində çalışıb. Kanada hökuməti mütəxəssis fəaliyyəti ilə əlaqədar olaraq ona daimi yaşayış haqqında pasport təqdim etmişdir. Evlidir, 2 azyaşlı uşağı var.



  1. Əliyev Ceyhun Saleh oğlu


Saxlanma tarixi: 15 yanvar 2007

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274 (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi


  1. Əliyev Rəşad İsmayıl oğlu


Saxlanma tarixi: 13 yanvar 2007

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 204.3.1 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 204.3.2 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, külli miqdarda törədildikdə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi


  1. İdrisov Mikayil Qərib oğlu


Saxlanma tarixi: 15 yanvar 2007

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Kərimov Cahangir Ramiz oğlu


Saxlanma tarixi: 15 yanvar 2007

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274 (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi


  1. Kərimov Rasim Rafiq oğlu


Saxlanma tarixi: 20 yanvar 2007

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Qocayev Samir Edik oğlu


Saxlanma tarixi: 17 yanvar 2007

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi


  1. Quliyev Bəybala Yəhya oğlu


Saxlanma tarixi: 13 mart 2007

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Möhbalıyev Emil Nurəddin oğlu


Saxlanma tarixi: 15 yanvar 2007

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəsissəsi


f-2. Dindar məhbuslar- 106

İslam partiyasının üzvləri

M. Səmədovla birgə həbs olunanlar



  1. Səmədov Mövsüm Mərdan oğlu


Saxlanma tarixi: 20 yanvar 2011-ci il

İttiham: Cinayət Məcəlləsinin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Iş üzrə arayış; Səmədov Mövsüm internetdə 2 yanvar 2011 ci il tarixində İlham Əliyevi tənqid edən videorolikın paylaşması onun həbsinin əsas motivi olub . Çəkilişdə Səmədov məsçidlərin baglanmasını, hicab qadagası, hakimiyyəti qəsb etmiş və ölkədə avtoritar rejimin yaradılmasında İlham Əliyevi tənqid edib.

5 – gündən sonra İslam partiasının sədri və onunla birgə bir neçə adamlar həbs edildi , evlərindən silah “aşkarlandı” və qanunsuz çevrilişə hazırlıq ittihamlar irəli sürüldi.



Məhkəmə prosesində onlara qarşı ittiham sübuta yetirlmədi, amma buna baxmayaraq həbs hökmü verildi.




  1. Abbasov Fəramiz Zeynal oğlu


Saxlanma tarixi: 24 yanvar 2011-ci il

İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri



  1. Axundzadə Rufulla Höccətullah oğlu


Saxlanma tarixi: 21 yanvar 2011-ci il

İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri



  1. Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin