Məmmədrzayev Firdovsi Teymur oğlu
Saxlanma tarixi: 12 yanvar 2011-ci il
İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri
-
Səmədov Dəyanət Ələsgər oğlu
Saxlanma tarixi: 08 yanvar 2011-ci il
İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri
07 oktyabr 2011 ci il tarixində 11 il müddətinə azadlıqdan məhrum edilib.
-
Jurnalist Araz Quliyevlə birlikdə Masallı rayonunda tutulan şəxslərin işi
Jurnalist Araz Quliyevlə birgə həbs edilən bu şəxslərin hamısı inanclı Masallı rayon sakinləridir, onların bəziləri cənab Quliyevin dostları, bir nəfəri - cənab Əliyev Nicat jurnalistin qohumu, digərləri isə tanışlarıdır. Bu şəxslərin bir neçəsi cənab Quliyevə onun baş redaktoru olduğu saytda materialların yayılması üçün məlumatların toplanmasında iştirak ediblər, bir neçəsi 2010-cu ilin sonunda məktəblərdə hicaba qadağa qoyulduqdan sonra keçirilmiş dinc aksiyalarda iştirak etmişdir. Jurnalistin həbs edildiyi gün onunla birgə bu şəxslərdən yalnız Tahirov Ziya birlikdə olub, digər şəxslərdən yalnız Ağalı Rza (o cənab Quliyevlə sentybarın 6-da saxlanılmışdı) eyni gündə, digərləri isə sonradan başqa tarixlərdə həbs ediliblər. Bununla belə onların hamısına Masallı rayonunda folklor festivalı çərçivəsində keçirilən diskoteka zamanı insanlara daş atmaqda və cənab Quliyevə qarşı irəli sürülən digər ittihamlarda təqsirli biliblər. Bu şəxslərin cənab Quliyevə yardımçı olduqları üçün və ondan qisas almaq üçün, o cümlədən ittihamı daha ağır etmək (cinayətin mütəşəkkil dəstə tərəfindən törədildiyini iddia etmək üçün) üçün həbs edildikləri şübhə doğurmur.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin xeyrinə verilmiş ifadələr deyil, şübhəli və suallar doğuran ifadələr daha mötəbər sübut kimi qiymətləndirilmişdir. Məsələn cənab Kazımovun hadisə yerində olduğunu cəmi bir şahid Hacəli Cavadov iddia etsə də, eyni anda həmin ərazidə olduğunu deyən digər şahidlər cənab Kazımovu orda görmədiklərini deyiblər. Bundan əlavə cənab Kazımovun evindən narkotik maddənin tapıldığı iddia edilən axtarış cənab Kazımovun və müdafiəçisinin iştirakı olmadan aparılıb.
Məhkəmənin yekun hökmündən görünür ki, təqsirləndirilən bir sıra şəxslərin konkret olaraq hansı qanunsuz hərəkət etməsi dəqiqləşdirilməyb, baş vermiş ümumi hadisəyə görə qanunsuz olaraq həbs edilmiş şəxslərə uzun müddətli azadlıqdan məhrumetmə cəzaları kəsilmişdir. Təqsirləndirilən şəxslərin bəzilərinə cinayətkar dəstə və ya birlik yaratma ittihamı verilməsi, bəzilərinə isə bu ittihamın veriməməsi, lakin hamısının eyni hadisəyə görə təqsirli bilinməsi ittihamın saxta və tələsik şəkildə hazırlanaraq verildiyini göstərir.
-
Ağalı Rza Qorxmaz oğlu
Saxlanma tarixi: 09 sentyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
-
Ağayev Surac Valeh oğlu
Saxlanma tarixi: 15 sentyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
-
Əliyev Nicat Yasər oğlu
Saxlanma tarixi: 18 sentyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
-
Kazımov Xalid Nofəl oğlu
Saxlanma tarixi: 14 sentyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
-
Kişiyev Namiq Əlisa oğlu
Saxlanma tarixi: 18 sentyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
-
Tahirov Ziya İbrahim oğlu
Saxlanma tarixi: 09 sentyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
RƏY;
2012-ci il sentyabrın 8-də Masallıda dindarların aksiyası zamanı jurnalist Araz Quliyevlə birlikdə 7 dindar da həbs edilib. Öncə onlar xuliqanlıqda ittiham olunublar (CM-in 221.2-ci maddəsi). Sonradan yeni maddələr əlavə olunub: 233 (ictimai asayişin pozulması), 283 (milli ədavətin qızışdırılması), 315.2 (güc tətbiq etməklə polisə müqavimət göstərmək). Bundan əlavə, bəziləri narkotik maddə saxlamaqda ittiham olunub. 2013-cü il aprelin 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi onları təqsirli bilərək müxtəlif müddətə azadlıqdan məhrum edib.
Nə istintaq zamanı, nə də məhkəmədə müttəhimlərin sözügedən maddələr üzrə günahı sübuta yetirilməyib.
-------------------------------------------------------------------------------------------------
05 oktyabr 2012- ci ildə keçirilən “Hicaba azadlıq” aksiyası zamanı həbs edilənlər
2012-ci il oktyabrın 5-də Azərbaycanın paytaxtında 200-ə yaxın dindar Təhsil Nazirliyinin binası qarşısında məktəbə hicabla gəlməyə qadağanın əleyhinə aksiya keçirib. Polis aksiyanı dağıdıb, mitinqçilərə qarşı zorakılıq tətbiq edib. 40-a yaxın aksiya iştirakçısı məsuliyyətə cəlb olunub. Onlar AR CM-in 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili və ya onlarda fəal iştirak) və 315.2-ci (silah tətbiq etməklə polisə müqavimət göstərmək) maddələri ilə ittihan olunublar. Həbs olunanların əksəriyyətinin 2 ildən çox müddətə azadlıqdan məhrum edilməsi məhkəmə hökmünün siyasi sifariş olduğunu göstərir.
-
Ağadadaşov Tərlan Faiq oğlu
Saxlanma tarixi: 5 oktyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.
-
Allahverdiyev Rövşən Hüseyn oğlu
Saxlanma tarixi: 05 oktyabr 2012

Hətəmov İlham Bəhmən oğlu

Kərimov David Tərlan oğlu
Saxlanma tarixi: 05 oktyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.
-
Rzayev Elşad Fikrət oğlu
Saxlanma tarixi: 23 fevral 2013
İttiham: 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 3 iyun 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı 2013-cü ilin avqustunda qüvvədə saxlayıb.
-
Şirəliyev Telman Şirəli oğlu
Saxlanma tarixi: 05 oktyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.
50. Süleymanov Abgül Nemət oğlu 2012-ci ildə 11 il azadlıqdan məhrum edilib.
“Cəfəri heyət” dini icmasının rəhbəri Abgül Süleymanov 2011-ci il avqustun 12-də “Azərbaycana qarşı düşmənçilik fəaliyyəti, xarici dövlət və onun nümayəndəsilə əlbirlik, həmçinin iğtişaşlara, ictimai təhlükəsizliyin pozulmasına və vətəndaşları itaətsizliyə təhriketmə” ittihamı ilə həbs olunub.
2012-ci il avqustun 10-da Ağır Cinayətlər Məhkəməsi A.Süleymanovu AR CM-in 228.1 (odlu silahın, hərbi sursatın qanunsuz əldə edilməsi, saxlanması, gəzdirilməsi), 234 (narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması, gəzdirilməsi) və 283.2.1 (dini düşmənçiliyin qızışdırılması) maddələri ilə təqsirli bilərək 11 il azadlıqdan məhrum edib.
Həm istintaq zamanı, həm də məhkəmədə A.Süleymanov ona qarşı ittihamların saxtalaşdırıldığını bildirib və deyib ki, silah və narkotik maddəni onun üzərinə polislər qoyublar.
A.Süleymanov tanınmış din xadimlərinə qarşı siyasi repressiyaların qurbanıdır.
Jurnalist Nicat Əliyevlə birlikdə 2012-ci ilin mayında tutulan inanclı fəalların işi
Bu iş üzrə həbs edilən şəxslərin bir neçəsi jurnalist Nicat Əliyevlə birgə “Avroviziya 2012” mahnı müsabiqəsi ərəfəsində gey-parad keçiriləcəyi ehtimalı olduğunu və bunun islam dini üçün qəbuledilməzliyinə inanan dindar gənclərdir. Bu şəxslər 2010-cu ilin sonunda Azərbaycanda orta məktəblərdə hicab qadağan edildikdən sonra buna qarşı keçirilmiş dinc etiraz aksiyalarında iştirak ediblər. Bəziləri Nicat Əliyevin baş redaktoru olduğu saytda məqalələrlə çıxış ediblər, informasiyaların toplanmasında yardımçı olublar.
Onlar Nicat Əliyevlə birgə “Avroviziya” ərəfəsində evlərin məhkəmə qərarı və zəruri kompensasiya olmadan sökülməsinə, inanclı şəxslərin şərlənərək həbs edilməsinə, hicabın qadağan edilməsinə və gey-paradın keçirilməsinə etiraz olaraq öz mövqelərini açıq şəkildə yaymaq və təşviq etmək qərarına gəliblər. Onlar ruhanilər Abgül Süleymanov və Tale Bağırovun (hər iki şəxs saxta ittihamlarla həbsdədir) çıxışlarından, Azərbaycan Tibb Universitetinin müəllimi Rəşid Məmmədovun ANS telekanalında LGBT məsələsi ilə bağlı çıxışından, o cümlədən sosial tələblərlə keçirilən müxtəlif etiraz aksiyalarından, bəzi Azərbaycan filmlərindən görüntülərin yer aldığı disklər hazırlayaraq, məhkəmə qərarında qeyd edildiyi kimi, “aşkar surətdə” Bakı şəhərinin müxtəlif yerlərində yaymışlar. Həbs edilən bütün şəxslər istintaqa və məhkəməyə verdiyi ifadələrində bununla öz fikirlərini ifadə etmək məqsədi daşıdıqlarını bildiriblər.
“Eurovision 1” adı ilə və adsız yayılan disklərdəki kadrların və məlumatların dövlət quruluşuna, hakimiyyət orqanlarına qarşı dözümsüzlük və nifrət aşıladığı, çaxnaşma törətməyə yönəldiyi ilə bağlı rəyi 28 iyun 2012-ci ildə dövlət qurumu olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti verib, məhkəmə isə müstəqil ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Bundan əlavə ekspert Məmmədov Nahid Qədir oğlu məhkəmə prosesi zamanı ekspertiza zamanı hansı metodologiyadan istifadə etdiyini, hansı səbəblərə görə disklərdəki materialların neqativ xarakterli olması nəticəsinə gəldiyini izah edə bilməyib, əksər suallara “yadımda deyil”, “xatırlamıram” kimi cavablar verib. Vəkillər ekspertin suallara cavab verməyə hazır olmadığını və ona hazırlaşmaq üçün əlavə vaxtın verilməli olduğunu hakimin diqqətinə çatdıraraq bununla bağlı vəsatət versələr də, hakim vəsatəti təmin etməyib və ekspertin dindirilməsinin başa çatdığını elan edib.
Həbs edilmiş şəxslərə qarşı irəli sürülmüş digər ittihamlar üzrə istintaqın təqdim etdiyi sübutlar yalnız polis əməkdaşlarının və hal şahidlərinin ifadələri olub ki, məhkəmə prosesi zamanı sualları cavablandırarkən ziddiyyətli məqamlar ortaya çıxıb.
Nicat Əliyev və Elvin Nəsirov həbs edilərkən şiddətli işgəncələrə məruz qalıblar, nəticədə Əliyevin iki dişi sındırılıb və qulaq pərdəsi zədələnib. Hər iki şəxs məhkəmədə bu barədə məlumat versə də, hakim Bakı İstintaq Təcridxanasına məktub yazaraq hər iki şəxsin ora köçürülməsi zamanı bədənlərində işgəncə əlamətinin olub-olmamasını öyrənməklə kifayətlənib. Təcridxanadan daxil olan məktubda isə heç bir əlamətin olmadığı bildirilib.
Azadlıqdan məhrum edilən şəxslərdən ikisi – Valeh Abdullayev və Əli Əliyev barəsində ilkin olaraq həbs qətimkan tədbiri deyil, başqa yerə getməmək haqqında iltizam tədbiri seçilsə də, məhkəmə hökmü ilə onlara şərti məhkumetmə tətbiq edilmədi, halbuki mövcud olan hüquq praktikasına görə hər iki şəxs barəsində şərti azadlıqdan məhrumetmə haqqında qərar veriləcəyi ehtimal edilirdi.
-
Abdullayev Valeh Məmmədağa oğlu
Saxlanma tarixi: 9 dekabr 2013-cü il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
-
Camalov Qorxmaz Hüseyn oğlu
Saxlanma tarixi: 18 yanvar 2013-cü il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.
-
Əliyev Əli Etibar oğlu
Saxlanma tarixi: 9 dekabr 2013-cü il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.
-
Hüseynov Elimxan Qurbanxan oğlu
Saxlanma tarixi: 22 may 2012-ci il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.
-
Hüseynov Samir Xanpaşa oğlu
Saxlanma tarixi: 23 may 2012-ci il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.
-
Məmmədov Səfər Rövşən oğlu
Saxlanma tarixi: 9 dekabr 2013-cü il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.
-
Nəsirov Elvin Nurəddin oğlu
Saxlanma tarixi: 20 may 2012-ci il
İttiham: CM-nin 167. 2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.4.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, külli miqdarda törədildikdə), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.
-
Səfərli Ceyhun Zabil oğlu
Saxlanma tarixi: 20 may 2012-ci il
İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəst ə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.4.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, külli miqdarda törədildikdə), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.
---------------------------------------------------------------------------------------------------------------------
-
Elşən Mustafaoğlu (Mustafayev)
Saxlanma tarixi; 17 dekabr 2014- cü il
İttiham; 274- cü maddə (dövlətə xəyanət)
İş üzrə qısa arayış: İlahiyyətçi Elşən Mustafaoğlu 17 dekabr 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, 2014-cü ilin dekab ayının 19-da Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mustafaoğlu CM- nin 274- cü maddəsi ilə (dövlətə xəyanət) ittiham edilir.
E.Mustafaoğlu 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti", 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişlərinin aparıcısı olub.
2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.
Dini camiyədə böyük nüfuza malik Elşən Mustafaoğlu 30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.
İl yarımdan çox istintaqı davam edən Elşən Mustafaoğlunun 2016- cı il iyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayıb. İlahiyyatçının vəkili Əfqan Məmmədov bildirib ki, ibtidai istintaq kobud qanun pozuntuları ilə aparılıb: “Elşən Mustafayevin əməlində heç bir cinayət yoxdur. İş konkret faktlara yox, müstəntiqin fərziyyələrinə əsaslanır. İttiham aktı detektiv əsəri xatırladır. Bu işdə MTN qarşısına məqsəd qoyub ki, Elşən Mustafayevi nəyin bahasına olursa olsun, həbs etsin, onu mənəvi cəhətdən məhv eləsin”.
Vəkilin sözlərinə görə, ilahiyyatçı Azərbaycan dövlətinə qarşı düşmənçilik fəaliyyəti aparmaqda, İran təşkilatına işləməkdə ittiham olunur, amma bu fəaliyyətin konkret nədən ibarət olduğuna dair bir dənə fakt yoxdur: “İttiham aktında yazılıb ki, Elşən Mustafayev 1992-ci ildən İranın SEPAH təşkilatı ilə əməkdaşlıq edir və ona “Mustafa” təxəllüsü verilib. 1992-ci ildə onun 17 yaşı olub. Yəni MTN həmin təşkilatı o qədər savadsız hesab edir? MTN-nin bu cür qeyri-ciddi hərəkətləri təəccüb doğurur. Ehtimal əsasında adamı ittiham edib tuturlar? Mən bu ittiham aktını detektiv janrı kimi oxumuşam”.
Elşən Mustafaoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir, bu ittihamların şər- böhtan olduğunu bildirib. O, məhkəmədə qeyd edib ki, onu 2014-cü ildə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən MTN-nin keçmiş rəhbərliyi Milli Qəhrəman Rövşən Əkbərov, Əlayif Mustafayev və Allahşükür Paşazadə əleyhinə zorla ifadə almağa çalışıblar. E. Musatafaoğlu MTN- də işgəncəyə məruz qaldığını bildirib.
Müstəqil ekspertlər Elşən Mustafaoğlunun həbsini onun dini camiyədə yüksə intelektə və nüfuza malik olması ilə əlaqələndirir və ilahiyyətçi alimin azadlıqdan məhrum edilməsini keçmiş MTN- nin son 10 ildə Azərbaycanda həyata keçirdiyi “vətən xainlərini ifşa etmək” qondarma kampaniyanın tərkib hissəsi hesab edir.
“Nardaran işi” ilə bağlı həbs olunanlar
2015-cı ilin noyabrın 26- da Nardaran qəsəbəsində keçirilən və 6 nəfərin ölümü, həmçinin yaralananların olması ilə nəticələnən xüsusi polis əməliyyatı bu qəsəbədə ilk belə əməliyyat deyil. Birinci dəfə pols dinc qəsəbə sakinlərinə 2002-ci ilin yayında hücum edib. Kənd sakinlərinə qarşı polis hücumu nəticəsində bir nəfər həlak olub, onlarla adam ağır yaralanıb, 40-dan çox adam həbs edilib.
Hüquq müdafiəçiləri həbs edilənləri və Vətənə xəyanətdə (İranın xeyrinə casusluq), dövlət çevrilişi, mütəşəkkil qrupun tərkibində silahl qiyamda iştirak etmək, silah saxlamaqda və s. qanunsuz ittiham olunanları müdafiə edib.
2002-ci ildə irəli sürülən ittihamlar öz təsdiqini tapmadı. Həbs edilən və mühakimə olunan nardaranlılar sonradan əfv olundular və ya öz cəza müddətlərini başa vurdular.
Nardaran sakinlərinə qarşı amansız repressiyalar Azərbaycanda qədim olan Hacı Baxış məscidinin və populyar ziyarətgahın qəsəbə ərazisində yerləşməsi ilə izah edilir. Ölkə məscidlərinin əksəriyyəti Dini İşlər üzrə Dövlət Komitəsinin və şeyxülislamın nəzarətindədir. Lakin Nardarandakı ziyarətgah öz müstəqilliyini qorumaqda davam edir. Məhz həmin məscidlərdə İlham Əliyevin siyasətilə bağlı tənqidlər eşitmək olur.
Müsəlman Birliyi Hərəkatı haqqında məlumat
Müsəlman Birliyi Hərəkatı 11 yanvar 2015-cı il tarixdə Qəhrəmanov Nahid Nəsib oğlu, İsgəndərov Elxan Səyədullah oğlu və Şirvanov Seyfəddin Nurullah oğlunun iştirakı ilə təsis edilib. Birliyin təsisçiləri olan yuxarıda adı çəkilən şəxslər həm də Birliyin İdarə Heyətinin üzvləri seçilib. Qəhrəmanov Nahid Nəsib oğlu İdarə Heyətinin sədri seçilib və Hərəkatın adından qanuni təmsilçilik hüququ ona verilib. Həmin vaxt Taleh Bağırzadə AR CM-nin narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamıyla həbsdə olub.
MBH Nizamnaməsinə görə Azərbaycanın inkişafını arzulayan, müstəqil və azadfikirli şəxslərin birliyidir. Hərəkat öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həmçinin öz Nizamnaməsi əsasında qurur.
Hərəkatın məqsəd və vəzifələrinə insanlar arasında şüurlu vətənpərvərlik, həmrəylik və dini münasibətlərini yaymaq və inkişaf etdirmək, demokratik düşüncə və demokratik həyat tərzinin təbliğ edilməsi və bu dəyərlərin cəmiyyətdə təşəkkül tapması, baş verən ictimai proseslərlə bağlı obyektiv məlumat verilməsi, tərəqqi istəyən gənclərin birgə fəaliyyəti üçün şərait yaradılması, cəmiyyətdə milli-mənəvi-islami dəyərlərin qorunması və inkişafı, gənclərin arasında maarifləndirmə işinin aparılması və s. daxildir.
Hərəkatın əsas fəaliyyət formaları müxtəlif tematikada debatların, mədəni tədbirlərin təşkil edilməsi, idman yarışlarının keçirilməsi, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, gənclər arasında müxtəlif elmi istiqamətlərin inkişaf etdirilməsi, ekoloji tədbirlərin keçirilməsi, sosial araşdırmaların aparılması, kitabların nəşr etdirilməsi, seminarların, simpoziumların, treninqlərin keçirilməsi, öz dövrü nəşrlərinin çap edilməsi daxildir.
Hərəkatın fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir.
Hərəkat qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, sənədlərində qüsurla olduğu iddiasıyla qeydiyyatdan imtina edilib.
MBH ilə bağlı daha ətraflı bu linkdə: http://www.faktxeber.com/azrbaycanda-mslman-birliyi-hrkat-yaradld-_h454703.html
26 noyabrda Nardaranda nə baş verib?
26 noyabr 2015-ci ildə Nardaranda 6 nəfərin ölümü, 4 nəfərin yaralanması və ilkin olaraq 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma baş verib.
Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı (polis serjantı Vüqar Əyyub oğlu Nəsibov və polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev), digər 4 nəfər isə Babayev Əkbər Nazim oğlu, Səfərov Sarvan Şirvan oğlu, Bünyatov Fərayıl Zeynalabdin oğlu və Bünyatov Rəfayıl Zeynalabdin oğlu) qəsəbə sakinidir. (Onlardan biri sonradan xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçiriblər, barrikadalar qurulub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlanıb. Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1-2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu bildirilib.
Daha ətraflı bu linkdə: http://www.azadliq.info/104457.html
Rəsmi mövqe:
Güc strukturlarının yaydığı məlumata görə 26 noyabr 2015- ci ildə Nardaranda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Həbs edilən şəxslər Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi» adlı hərəkat yaratmışlar, Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Dövlət qurumlarının iddialarına görə, silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Nardarandakı əməliyyat prezident İlham Əliyevin nəzarəti altında olub (Güc strukturlarının media üçün birgə açıqlamasından).
Daha ətraflı bu linkdə: http://mia.gov.az/?/az/news/view/884/
Əks mövqe:
Əməliyyat kənd sakini, Hərəkat təsisçilərindən və İdarə Heyəti üzvlərindən biri olan Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun həyat yoldaşının sözlərinə görə Məhərrəmliyin 40 mərasiminə hazırlıq zamanı evdə ehsan verilirmiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət olunmuşdur. Bünyatovanın sözlərinə görə, namaz vaxtı qəflətən DİN Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər, səs bombasından, güllədən istifadə ediblər. Nardaran sakinlərinin sözlərinə görə Taleh Bağırov 20 gün imiş ki qəsəbədə qalırmış. Həmin günü evdə 20 nəfərə yaxın adamın olduğu da bildirilir. Hadisə yerində olan kənd sakinləri əməliyyat zamanı sakinlərdə silah olmadığı və onların silahdan istifadə etmədiklərini və polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyiblər.
Daha ətraflı bu linkdə:
https://www.meydan.tv/az/site/opinion/9623/Nardaranda-at%C4%B1%C5%9Fma-olan-evd%C9%99n-reportaj-(V%C4%B0DEO).htm
Taleh Bağırozadənin, Abbas Hüseynovun və Zakir Mustafayevinin istintaqa verdiyi sonrakı ifadələrindən eləcə də vəkillərinin mediaya verdiyi məlumatlardan aydın olur ki, onlardan fiziki və mənəvi-psixoloji təzyiq mühiti altında, bəzənsə işgəncə verilməklə istintaqın ilkin vaxtlarında etirafedici ifadələr alınıb. Lakin sonradan onlar həmin ifadələri təsdiq etməyiblər və baş vermiş hadisədə rəsmi qurumları ittiham ediblər. İş üzrə digər təqsirləndirilən şəxslərin verdikləri “etirafedici” ifadələrin də işgəncə altında alındığı barədə iddialar var. Digər təqsirləndirlənlərin vəkilləri dövlət hesabına təyin edilmiş vəkillərdir və Azərbaycanda dövlət hesabına təyin olunan vəkillərin xüsusuilə siyasi məzmunlu işlərdə bir qayda olaraq təqsirləndilən şəxsləri formal müdafiə edir və istintaq orqanları ilə fəal əməkdaşlıq edirlər.
Nardaran hadisələrindən əvvəl
Nardaran hadisəsindən əvvəl - 5 noyabr 2015-ci ildə Bakıxanov qəsəbəsində Müsəlman Birliyi Hərəkatının bir qrup fəalı heç bir qanuni əsas olmadan, sadəcə Taleh Bağırzadənin Yasamal rayon Polis İdarəsində polis rəisi tərəfindən fiziki zorakılğa məruz qalmasına etiraz etdikləri üçün inzibati qaydada həbs ediliblər. İsgəndərov Elxan - 15 sutka, Rzayev Sahil- 15 sutka, Osmanov Teymur- 15 sutka, Bunyatov Elvin- 15 sutka, Əhmədov Lətif -10 sutka, Əhməd adlı inanclı - 10 sutka, Əliyev Anar - 30 sutka, Qasimov Elçin - 30 sutka, Yəhyayev Agaəli - 30 sutka, Həbibov Sahib -30 sutka, Vəliyev Niftəli - 20 sutka.
Noyabrın 3-də Tale Bağırzadə Yasamal rayon Polis İdarəsinə çağırılıb, orada milli qəhrəman Mübariz İbrahimovun məzarına yürüş təşkil etməsi niyyəti ilə bağlı dindirilib, orada olarkən namaz qılmaq istəyib, ancaq buna icazə verilməyib, ancaq o, ibadət etməyə başlayıb, bu zaman idarənin rəisi İsgəndər Mehbalıyev və digər polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıb.
Daha ətraflı bu linkdə http://www.azadliq.org/content/article/27344660.html
10 noyabrda “Müsəlman Birliyi” Hərəkatı (MBH) ölkənin vətəndaş cəmiyyəti institutlarına və ölkədə fəaliyyət göstərən diplomatik korpusa müraciət edərək, son zamanlar bu quruma qarşı basqıları pisləyib, qurumun ölkə qanunları çərçivəsində fəaliyyət göstərdiyi və bütün rəhbər sənədlərin qanunvericilik əsasında hazırlandığı qeyd edilib, qeydiyyata alınmaq üçün sənədlərin uyğun struktura təqdim olunduğu vurğulanıb. “Biz illeqal, zorakı qurum deyilik, məqsədimiz sırasında insansevərlik, qanun və ədalətdən kənar heç nə yoxdur”-deyə, müəlliflər bəyan edirlər.
Bəyanat bu linkdə: http://www.contact.az/docs/2015/Social/111000135895az.htm#.V3JW0vl97IU
Ümumilikdə “Nardaran işi” ilə bağlı 87 nəfər şəxs həbs olunub. 7 nəfər axtarışdadır. Onlardan 30 nəfərə yaxının işi bir müddət əvvəl AR CM-nin 228.1-ci maddəsi ilə ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və artıq əksəri barədə ittihamedici hökm çıxarılıb. Taleh Bağırxadə daxil olmaqla 17 nəfərin cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Digər şəxslərlə bağlı cinayət işi üzrə ibtidai istintaq bitib və iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmək üzrədir.
“Müsəlman Birliyi” Hərəkatı fəallarının işi üzrə istintaq zamanı irəli sürülən ittihamlardan heç biri sübuta yetirilməyib, sənədlərlə təsdiqlənməyib.
“Nardaran işi” ilə bağlı həbs olunanlar 4 qrupa bölünür;
-
ci qrup. 5 noyabrdan 26 noyabra qədər həbs olunanlar. Onlar aşağıdakılardır;
-
Qasımov Elçin Kamal oğlu
“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov 2015-ci ilin noyabrın 5- də həbs olunub. Öncə 30 günlük inzibati həbs cəzası ilə cəzalandırılıb. O, inzibatı həbsdə olarkən 26 noyabr 2015- ci ildə Nardaran hadisələri baş verdikdən sonra ona qarşı AR CM-in 13 maddəsilə ittiham irəli sürülüb: 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək), 214.2.1 (mütəşəkkil qrupun tərkibində terror), 214.2.3 (odlu silah tətbiq etməklə terror), 214-2 (terrora açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara çağırışlar və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq), 228.3 (mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz silah dövriyyəsi), 228.4 (qanunsuz odlu silah və qaz balonlarının gəzdirilməsi), 233 (ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkili və iştirak), 278 (hakimiyyətin zorla ələ keçirilməsi), 279.1 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak), 281.2 (mütəşəkkil qrupun tərkibində silahlı qiyamda iştirak) və 283.2.3 (mütəşəkkil qrupun tərkibində dinlərarası ədavətin qızışdırılması).
Elçin Qasımov “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və 2015-ci ilin noyabrında Nardaranda xüsusi əməliyyat zamanı həbs olunanların işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.
Sabunçu rayon Polis İdarəsinin qarşısında həbs edilənlər
Bu qrup noyabrın 5-də Hərəkatın sədr müavini Elçin Qasımov həbs edildikdən sonra Sabunçu rayon Polis İdarəsinin qarşısına cənab Qasımovun hansı səbəbdən həbs edildiyini öyrənmək və onu azadlığa buraxmağa çağırmaq üçün toplaşan şəxslərdən bir qrupu əhatə edir. Bu şəxslər Sabunçu rayon Məhkəməsinin hökmü ilə ittiham edildikləri maddələr üzrə yuxarı həddə azadlıqdan məhrum ediliblər və bu hökmdən apellyasiya şikayəti veriblər.
Qeyd edilən tarixdə həbs edilən şəxslərə qarşı xuliqanlıq və polisə müqavimət ittihamı ilə ittihamlar irəli sürülüb, lakin sonradan bu ittihamlar lğv edilib və onlar polisə müqavimət ittihamı ilə inzibati qaydada həbs ediliblər. Noyabrın 20-də və sonrakı tarixlərdə azadlığa buraxılan şəxsləri sonradan yenidən Nardaran hadisələrinə görə saxlayıblar və yenidən sutkalıq həbslər alıblar. İnzibati həbsdə olarkən onlara qarşı hökm edildikləri maddələr üzrə ittihamlar irəli sürüblər.
Bu qrupa daxil olan dindarlardan biri, daha əvvəl də hicaba qoyulan qadağaya etiraz olaraq keçirilmiş aksiyada iştiraka görə həbs edilib azadlıqdan məhrum edilən Sahil Rzayev verdiyi apellyasiya şikayətində həm özünün, həm də dindar dostlarının polis bölməsində ağır işgəncələrə məruz qaldıqlarını, onların heç bir cinayət törətmədiklərini və dinc şəkildə Elçin Qasımovun həbsinə etiraz etdiklərini qeyd edib, apellyasiya şikayəti mətbuatda yayılıb24.
Bu şəxslər barəsində çıxarılmış hökmdən də görünür ki, onlar ancaq polis əməkdaşlarının ifadələri əsasında azadlıqdan məhrum ediliblər, məhkəməyə təqdim edilən polis idarəsinin qarşısında olan təhlükəsizlik kameralarının görüntülərində də adları çəkilən şəxslərin polisə müqavimət göstərmələri və ya iğtişaşda iştirak etmələri görünmür. Görüntülərdə yalnız bir qrup şəxsin polis idaərsinin qarşısında dayandığı, ərazidə çoxsaylı polis əməkdaşlarının olduğu və dindarlarla bəzi polis zabitləri arasında söhbətin getdiyi, sonradan bu söhbətin polis tərəfindən zor tətbiq edilməsi ilə nəticələnən münaqişəyə çevrildiyi görünür.
-
Bünyadov Elvin Hatif oğlu
Saxlanma müddəti: 05 noyabr 2015-ci il
İttiham: CM-nin 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Cənab Bünyadov “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan şəxslərdən biridir. O Sabunçu rayon Məhkəməsinin (hakim Ağayev Süleyman) hökmü ilə 6 il, 1 ay, 15 gün müddətinə azadlıqdan məhrum edilib.
-
Əhmədov Lətif Süleyman oğlu
Saxlanma müddəti: 05 noyabr 2015-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Cənab Əhmədov “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan şəxslərdən biridir. O Sabunçu rayon Məhkəməsinin (hakim Ağayev Süleyman) hökmü ilə 5 il, 11 ay, 20 gün müddətinə azadlıqdan məhrum edilib.
-
Əliyev Anar Yusif oğlu
Saxlanma müddəti: 05 noyabr 2015-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Cənab Əliyev “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan şəxslərdən biridir. O Sabunçu rayon Məhkəməsinin (hakim Ağayev Süleyman) hökmü ilə 5 il, 11 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Rzayev Sahil Xalid oğlu
Saxlanma müddəti: 05 noyabr 2015-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Cənab Rzayev “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan şəxslərdən biridir. O Sabunçu rayon Məhkəməsinin (hakim Ağayev Süleyman) hökmü ilə 6 il, 05 ay, 15 gün müddətinə azadlıqdan məhrum edilib.
-
Vəliyev Niftəli Əşrəf oğlu
Saxlanma müddəti: 05 noyabr 2015-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Cənab Vəliyev “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan şəxslərdən biridir. O Sabunçu rayon Məhkəməsinin (hakim Ağayev Süleyman) hökmü ilə 5 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
-
Osmanov Teymur Adilxan oğlu
Saxlanma müddəti: 05 noyabr 2015-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Osmanov Teymur “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşanların yanında olub. Məhkəmədə bildirib ki, heç bir zorakalıq etməyib və təsadüfən orda olub. O 03 avqust 2016- cı ildə Sabunçu rayon Məhkəməsinin (hakim Ağayev Süleyman) hökmü ilə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
-
ci qrup. Taleh Bağırzadə daxil olmaqla 26 noyabrda Nardaranda həbs olunanlar daxildir;
-
Bağırzadə Tale Kamil oğlu
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: CM-nin 120.2.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29, 120.2.1 (cinayət törətməyə cəhd, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən), 29, 120.2.3 (cinayət törətməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 29, 120.2.4 (cinayət törətməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (cinayət törətməyə cəhd, iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.12 (cinayət törətməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 28, 214.2.1 (cinayətə hazırlıq, terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 28, 214.2.3 (cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2 (CM-nin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma), 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə,mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 278 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə, mütəşəkkil dəstə tərəfindən) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Taleh Bağırzadə ilə birgə həbs olunan tərəfdarlarının adları;
Qeyd; Bu şəxslər Taleh Bağırzadəyə qarşı irəli sürülən eyni maddələrlə ittiham olunurlar;
-
Fərhad Nəsrəddin oğlu Balayev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
-
Cahad Balahüseyn oğlu Balakişiyev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Abbas Əbdülrəhman oğlu Quliyev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Abbas Hafiz oğlu Tağızadə
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Əlibala Cavad oğlu Vəliyev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Cabbar Əmirxan oğlu Cabbarov
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
İbrahim Məhəmməd oğlu Xudaverdiyev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Rasim Mirzəbala oğlu Cəbrayılov
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Əli Həsrət oğlu Nuriyev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Zakir Tapdıq oğlu Mustafayev
Saxlanma müddəti: dekabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Şamil Adil oğlu Abduləliyev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Aqil Azər oğlu İsmayılov
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Ramin Məhərrəm oğlu Yarıyev
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Etibar Rasim oğlu İsmayılov
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Bəhruz Rahib oğlu Əsgərov
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Abbas Məhəmmədbağır oğlu Hüseynov
Saxlanma müddəti: 26 noyabr 2015-ci il
İttiham: Bax, Taleh Bağırzadənin ittiham olunduğu maddələrə. Ona əlavə olaraq AR CМ-nin 233 (İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham da elan edilib.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
cü qrup. Sabunci rayon məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nardaran kənd sakinləri;
26 noyabr 2015- ci ildə Nardaran qəsəbəsində həyata keçirilmiş xüsusi əməliyyatdan sonra adı çəkilən qəsəbədə “təmizləmə” işləri aparılıb. Qəsəbədə tanınan, nüfuzlu və fəal insanlar, eləcə də öncədən polisin nəzarəti altında olan bir çox şəxslər həbs edilib. Həmin şəxslər digərləri ilə müqayisədə daha yüngül maddələrlə ittiham olunublar. Sabunçu rayon məhkəməsində onlar qarşı daha çox CM-nin 228.1- ci (qanunsuz silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ittiham olunub və 1 il 6 aydan, 4 ilə kimi azadlıqdan məhrum ediliblər.
-
Nühbala Rəhimli Bəhram oğlu
Saxlanma tarixi; 07 dekabr 2015 ci il.
Dostları ilə paylaş: |