Lətifov Asif Aydın oğlu
Saxlanma tarixi: 29 avqust 2012-ci il
İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələri
Saxlandığı yer: 9 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Lətifov Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) zabiti, prezidentin mühafizəçisi olub, 17 il Xüsusi Təyinatlı "Beta" dəstəsində xidmət edib. Bu müddət ərzində dəfələrlə mükafatlara layiq görülüb. 2011-ci il martın 5-də cənab Lətifovun həmin gün hava limanında birgə xidmət etdiyi həmkarı Emin Ələkbərov tabeçiliyində olan patronu itirib, cənab Lətifov isə patronu tapıb. Ziddiyyətdə olduğu üçün patronu “Beta” dəstəsinin komandirinə yox, DXMX Müfəttiş Təşkilat İdarəsinə təhvil verib, bu hadisədən 4 gün sonra, o, Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi əsas gətirilərək işdən azad edilib. “Beta” dəstəsinin komandiri Fikrət Rzayevlə cənab Lətifov arasında ziddiyyət sonuncunun XDMX-də baş verən qanunsuzluqlara, xüsusən “Beta” dəstəsinin komandiri Fikrət Rzayevin qanunsuz əməllərinə etiraz etməsi nəticəsində yaranıb. Fikrət Rzayev hər ay “Beta” dəstəsinin üzvlərindən 30 manat tələb etmiş, cənab Lətifov buna etiraz edərək XDMX-nin Müfəttiş Təşkilat İdarəsinə şikayət etmişdir. İşdən çıxarılmağı ilə barışmayan cənab Lətifov həm bu, həm də üzləşdiyi digər qanunsuzluqları ictimailəşdirməyə başlamış, müxalifət və müstəqil qəzetlərdə müsahibələr və yazılarla çıxış etmiş, bir neçə dəfə ictimaiyyət üçün mətbuat konfransları keçirmişdir. O, XDMX-nin rəhbərliyini məhkəməyə vermişdir.
Bir neçə dəfə xəbərdarlıq alan cənab Lətifov tənqidlərindən və ictimailəşdirmə fəaliyyətindən vaz keçmədiyi üçün, üstündən 1 il 3 ay ötməsinə baxmayaraq, patronun itməsi və sonradan cənab Lətifov tərəfindən tapılması hadisəsi onun əleyhinə yönəldilmiş, o, patronun qəsdən oğurlanmasında və vəzifələrini aşmaqda ittiham edilərək, barəsində Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılmışdır.
Cənab Lətifov 2013-cü il yanvarın 28-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun 17 iyul 2013-cü il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən qüvvədə saxlasa da, Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun 27 mart 2014-cü il qərarı ilə cənab Lətifovun cəzası 4 il 6 aya endirilmişdir.
Məhkəmə prosesində dindirilən şahidlərin heç biri faktiki olaraq patronun cənab Lətifov tərəfindən oğurlandığını sübut edən ifadələr işlətməmişlər, onlar patronun itməsinə deyil, onu cənab Lətifov tərəfindən oğurlanmasına inandıqlarını, başqa heç bir halda patronun itməsinin mümkün olmadığını bildirmişlər. Ümumilikdə oğurlanma faktını sübut edəcək heç bir dəlil nə istintaqda, nə də məhkəmədə araşdırılmayıb, hökm üçün cənab Lətifovun həbsində maraqlı olan və XDMX-də iş yerini itirmək istəməyən şəxslərin şahid ifadələri əsas götürülmüşdür
İsmayıllı işi ilə bağlı
-
İbrahimov Vasif Ədalət oğlu
Saxlanma tarixi: 25 fevral 2013-cü il
İttiham: CM-nin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri
Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi
İş üzrə qısa arayış: Cənab İbrahimov İsmayıllı rayonunda baş verən haqsızlıqlara qarşı cıxış edən və bu haqsızlıqlara görə tənqidlər səsləndirən sakinlərdən biri olub. Heç bir müxalifət partiyasının üzvü olmasa da, ölkədə, xüsusən yaşadığı İsmayıllı rayonunda yerli icra strukturlarına müxalif olub. Cənab İbrahimov sahibkarlara qarşı təzyiqlər, onların günlərlə işıqsız qalması, sahibkarlara məxsus mağazaların qapadılması, o cümlədən müxtəlif sosial problemləri ANS telekanalı və çap mətbuatı vasitəsilə ictimailəşdirmiş, İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllıya rayonun müxtəlif yerlərində olan qanunsuzluqlar və sosial problemlər barədə məlumatlar ötürmüş, bunların nəticəsində cənab İbrahimov yerli icra strukturlarının hədəfinə çevrilmişdir.
Cənab İbrahimov İsmayıllı etirazlarının başlandığı gün, yəni yanvarın 23-də əraziyə gəlmiş jurnalistlərə müsahibə vermiş və müsahibəsində “Çıraq” otelinin tikintisini qanunsuz adlandırmış, otelin olduğu tikilidə 35 aztəminatlı ailənin məskunlaşmasına baxmayaraq onların oradan məcburi çıxarıldığını, bu işdə yerli strukturlarının iştirak etdiyini bildirərək yerli icra qurumlarını tənqid etmişdir31. Müsahibəsinin efirə verilməyən hissəsində o icra başçısı və sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin oğlunun bu hadisələrdə günahkar olduğunu bildirmişdir.
Cənab İbrahimov etirazlar və qarşıdurmalarda birbaşa iştirak etməmiş və o, ilk günlər deyil, hadisədən 1 ay sonra yerli icra strukturlarının təkidi ilə həbs edilmiş və ona qarşı ittihamlar irəli sürülmüşdür.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsi cənab İbrahimov barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.
-
Səfərov Rüfət Eldar oğlu
Saxlanma tarixi: 08 sentyabr 2016
İttiham: CM-in 311.3.2-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, təkrar törədildikdə) maddəsi
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğlu olan cənab Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. 2015-ci ilin dekabrında kütləvi ədalətsizliyə, qanunsuzluqlara və insan hüquqlarının pozulmasına görə vəzifəsindən istefa verib və bu barədə Baş Prokurora məktub göndərib. Məktub onun tərəfindən həm də mətbuat vasitəsilə ictimaiyyətləşdirilib. Sosial şəbəkə vasitəsilə cənab Səfərov müxalifətə keçdiyini və bundan sonra haqsızlığa qarşı mübarizə aparacağını bildirib.
Cənab Səfərovun bu addımından qısa müddət sonra 2016-cı il yanvarın 15-də ona qarşı ittiham irəli sürüldü və barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qət-imkan tədbiri seçildi. Həbsindən sonra onun iş otağında, kirayədə qaldığı mənzildə axtarış aparılmış, kompüter və telefonu götürülmüşdü. Yanvarın 22-də isə Binəqədi rayon Məhkəməsi həbs qət-imkan tədbirini ev dustaqlığı qət-imkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul etdi.
Cənab Səfərovun siyasi bəyanat verərək tutduğu vəzidən uzaqlaşdıqdan dərhal sonra onun barəsində cinayət işinin açılması ona qarşı siyasi motivli işin qurulduğunu göstərir. Bundan başqa ittihama görə cənab Səfərovun rüşvət aldığı iddia edilən bütün şəxslər Zərdab rayonunda fəaliyyət göstərən vəzifəli şəxslərdir (Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilov, Zərdab rayon Elektrik Şəbəkəsinin məsul işçisi Ələmdar Abbasov, Zərdab rayon Baytarlıq İdarəsinin əməkdaşı Mansur Pənahov, Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Eldəniz Abdullayev) , onlar 2014-cü ildə rüşvət verdikləri ilə bağlı şikayətləri məhz cənab Səfərov vəzifəsindən istefa verdikdən sonra tədqim ediblər. İlkin məhkəmə prosesində cənab Səfərovun vəkili rüşvət verən vəzifəli şəxslərin barəsində xüsusi qərar çıxarılaraq onların məsiuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi barədə vəsatət versə də, bu vəsatət təmin edilməyib. Bu faktın özü göstərir ki, ittiham saxtalaşdırılıb, əks halda rüşvət verən şəxslər də cinayət məsuliyyətinə cəlb edilməli idilər, belə ki, qanunvericiliyə görə rüşvət vermə də cinayət hesab edilir.
Məhkəmə prosesləri zamanı şahidlər kəskin ziddiyyətli ifadələr veriblər. Vəkil şahidlərin güya cənab Səfərovun rüşvət istədiyini görmələri barədə ifadələrindən sonra onların da cinayəti bilib gizlətmə cinayətinə yol verdikləri üçün məsuliyyətə cəlb edilmələri üçün araşdırmanın aparılması üşün xüsusi qərarın çıxarılması barədə vəsatət verib. Lakin bu vəsatət də təmin edilməyib.
İş üzrə adı keçən şahidlərdən biri Babək Hacıyev istintaqa verdiyi ifadəni məhkəmədə təsdiqləməyib və bildirib ki, prokurorluqda ona hazır mətn veriblər və o da oxumadan onu imzalayıb, məhkəmə zamanı məlum olub ki, bu ifadə cənab Səfərovun əleyhinədir, güya o Baytarlıq İdarəsinin əməkdaşından rüşvət aldığını Babək Hacıyevə özü deyib. Digər şahid , rayon Baytarlıq İdaərsinin əməkdaşı Şaiq Əliyev cənab Səfərovun rüşvət aldığını görmədiyini, bu barədə yalnız eşitdiyini bildirib.
Cənab Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Asim Hacıyev) 08 sentyabr 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edildi.
Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Cənab Səfərov və vəkili son söz üçün vaxt istəsələr də hakim onların bu xahişini təmin etməyib.
i. Ömürlük məhkumlar – 14 nəfər
Ömürlük həbs kimi cəza tədbirinin nəzərdə tutulduğu yeni Cinayət Məcəlləsi 2000-ci ildə qüvvəyə minib. 2000-ci ilədək mövcud olan köhnə Cinayət Məcəlləsində ömürlük həbs cəzası nəzərdə tutulmamışdı, ölüm hökmü və maksimum 15 ilədək azadlıqdan məhrumetmə cəzası vardı. Odur ki, 2000-ci ilədək ölüm hökmünə məhkum edilənlərin hamısı təkrar mühakimə olunmalıydı, onların barəsində ölüm cəzasının məhkəmə prosesi və məhkəmə hökmü olmadan ömürlük həbs cəzası ilə əvəz edilməsi qanunsuzdur.
Keçmiş XTPD zabitləri – 6 nəfər
147. Əmiraslanov Elçin Səməd oğlu – 1996-cı ildə ömürlük həbsə məhkum edilib
148. Kazımov Arif Nəsir oğlu – 1996-cı ildə ömürlük həbsə məhkum edilib
149. Kərimov Dəyanət Kərim oğlu – 1994-cü ildə ömürlük həbsə məhkum edilib
150. Mustafayev Həsən Hüseyn oğlu - 1996-cı ildə ömürlük həbsə məhkum edilib
151. Poladov Səfa Alim oğlu – 1996-cı ildə ömürlük həbsə məhkum edilib
152. Tahirov Əliyusif Damət oğlu - 1996-cı ildə ömürlük həbsə məhkum edilib
“Qaranquş” hərbi dəstəsinin keçmiş üzvləri - 3 nəfər
153. Qaibov İntiqam Yusif oğlu– 1996-cı ildə ömürlük həbsə məhkum edilib
154. Məmmədəliyev Sahib Nurəddin oğlu– 1993-cü ildə ömürlük həbsə məhkum edilib
155. Şahmuradov Yaşar Xasay oğlu – 1993-cü ildə ömürlük həbsə məhkum edilib
Keçmiş baş nazir Surət Hüseynovun işi üzrə mühakimə olunanlar – 5 nəfər
156. İsmayılov Rəşid Nurulla oğlu – 1998-ci ildə ömürlük həbsə məhkum edilib
157. Kərimov Kəramət Paşa oğlu– 1997-ci ildə ömürlük həbsə məhkum edilib
158. Mustafayev Elşad Teyyub oğlu– 1995-ci ildə ömürlük həbsə məhkum edilib
159. Mustafayev Мəqsəd Teyyub oğlu – 1995-ci ildə ömürlük həbsə məhkum edilib
160. Hüseynov Maqsud Vaqif oğlu – 1994-cü ildə ömürlük həbsə məhkum edilib
Əlavə 1. İşləri araşdırma altında olan məhbuslar
Bu kateqoriyaya daxil olan hazırda məhbus həyatı yaşayan, həbsində müəyyən siyasi çalarlar və mülahizələr olan şəxslərlə bağlı araşdırmalar aparılır. Onların həbsi, istintaqı və haqqında çıxarılan məhkəmə hökmləri zamanı yol verilən pozuntuların siyasi məhbus kriteriyalarına uyğun olub- olmaması araşdırılıb qərar veriləcək;
Hazırda işi araşdırma altında olan işlər aşağıdakılardır;
Mehdi Padarov, Nəriman Abbasoğlu və digərləri- 2012- ci ildə Bakıda keçirilmiş Evrovizion mahnı yarışması öncəsi MTN tərəfindən həbs edilən 29 nəfərlik “mütəşəkkil dəstə”- nin üzvləri
Mirsamir Sahib oğlu Həsənov - Keçmiş MTN tərəfindən 2014- cı ildə həbs olunub, 274- cü maddə ilə ittiham olunub. 13 il müddətə azadlıqdan məhrum edilib.
Hafiz Vəliyev- Keçmiş MTN tərəfindən həbs olunmuş iş adamı.
Ramiz Sarıyev, Rövşən Əsədov və digərləri- Gəncədə 01 dekabr 2015- ci ildə Müsəlman Birliyi Hərəkatının tərəfdarlarına qarşı keçirilən əməliyyatla bağlı istintaq altında olanlar.
Cahangir Hacıyev və onunla bərabər həbs olunan- Azərbaycan Beynəlxalq Bankının bəzi işçiləri
Babaverdiyev İlqar Ramazan oğlu və digəriləri- Keçmiş MTN tərəfindən həbs olunmuş “nurçu” cərəyanın üzvləri
Nəticə. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda insanların ictimai, siyasi, dini, hüquq müdafiə, bloggerlik, jurnalist və s. fəaliyyətinə, ifadə azadlığına, sərbəst toplaşmaq və s. azadlıqlarının məhdudlaşdırılmasına görə həbs olunması, onların əsassız ittihamlara və ədalətsiz məhkəmə hökmlərinə məruz qalması prosesi davam edir. Hakimiyyət istənilən şəxsi çox asanlıqla şərləyib həbs edir və onu heç bir əsas olmadan uzun müddətə həbsdə saxlayır. Azərbaycan hazırda siyasi məhbusların sayına görə Avropanın aparıcı ölkələrindən biridir. Ölkə həbsxanalarında 160 siyasi məhbus var, reallıqda isə onların sayı daha çoxdur. Ölkədə siyasi repressiyaların aradan qaldırılması, siyasi təqiblərə son verilməsinə ciddi ehtiyac var.
Tövsiyyələr. Azərbaycan hakimiyyəti ictimai- siyasi, dini, jurnalist, hüquq müdafiə və s. fəaliyyətinə görə şərləyib həbs etdiyi insanları qeyd- şərtsiz azad etməlidir. Ölkədə fərqli düşünən insanların təqibinə son qoymalı, ifadə və sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməlidir.
Beynəlxalq təşkilatlar həbsdə olan siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan hökümətinə təzyiqləri artırmalıdır.
Yerli hüquq müdafiə təşkilatları ölkədə repressiayaların durdurulması, həbsdə olan siyasi məhbusların hüquqlarının müdafiə işinin gücləndirilməsi üçün öz səylərini artırmalıdır.
Əlavə 2. Azərbaycanda həbsdə olan siyasi məhbus siyahısını dəstəkləyən vətəndaş cəmiyyəti fəalları;
Cəmil Həsənli- Milli Şuranın sədri
Mehman Əliyev- Turan İnformasiya Agentliyinin direktoru
Əvəz Zeynallı- “Xural” qəzetinin baş redaktoru
Hacı Rövşən Əhmədli- Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü
Eldəniz Quliyev- Ziyalılar Birliyinin sədri
Hilal Məmmədov- keçmiş siyasi məhbus, hüquq müdafiəçisi
Samirə Ağayeva- Hüquq müdafiəçisi
Namizəd Səfərov- vəkil
Elçin Həsənzadə- jurnalist
Nəsimi Məmmədli- ictimai fəal
Taleh Xasməmmədov- hüquq müdafiəçisi, keçmiş “vicdan məhbusu”
İdrak Abbasov- jurnalist
Məlahət Nəsibova- QHT rəhbəri
İlqar Nəsibov- ictimai fəal
Ataxan Əbilov- siyasi mühacir
Natiq Adilov- jurnalist
Vahid Məhərrəmli- ekspert
İsa Sadıqov- siyasi- mühacir
Fərəc Kərimli- Musavat başqanın müavini
Rauf Mirqədirov- jurnalist, keçmiş siyasi məhbus
Qənimət Zahid- “Azadlıq” qəzetinni baş redaktoru
Yeganə Abbasova- jurnalist
Məhəmməd Məcidli- keçmiş “vicdan məhbusu”
Yadigar Sadıqlı- Musavat partiyasının başqan müavini, keçmiş siyasi məhbus
Zümrüd Yağmur- yazıçı
Gözəl Bayramlı- AXCP sədrinin müavini
Emin Hüseynov- RATİ sədri
Tofiq Yaqublu- Musavat partiyası başqanın müavini, keçmiş siyasi məhbus
Pərviz Həşimli- jurnalist, keçmiş ciyasi məhbus
Tural Abbaslı- keçmiş “vicdan məhbusu”
Yalçın İmanov- vəkil
Azad Mursaliyev- QHT rəhbəri və digələri
Dostları ilə paylaş: |