Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   6   7   8   9   10   11   12   13   ...   64
KITAB inflyasiya

21 

 

FӘSİL 2. İNFLYASİYA 



DӘRӘCӘSİNİN HESABLANMASI 

ÜZRӘ  BEYNӘLXALQ STANDARTLAR 

 

 

Beynәlxalq standartların yaranması 

 

Beynәlxalq standartların hazırlanmasında ilk addım 1925-



ci ildә  Әmәk Statistiklәrinin II Beynәlxalq Konfransı    (İCLS) 

zamanı Beynәlxalq  Әmәk Tәşkilatının qәtnamәsinin qәbulu 

olmuşdur. Daha sonra bu qәtnamә bir daha nәzәrdәn 

keçirilәrәk VI (1947), X (1962), XIV (1987) vә XVII (2003) 

beynәlxalq konfranslarda yenidәn tәsdiq edildi. 

 

İQİ üzrә son tövsiyәlәr metod üzrә  mәcmuәdә  әks 



olunub. 2003-cü ilin Qәtnamәsindә indikatorların müxtәlif 

istifadәçilәrin tәlәblәrinә cavab vermәsi, müxtәlif mal vә 

xidmәtlәri әhatә etmәsi,  coğrafi vә ev tәsәrrüfatları әhatәliliyi, 

hәmçinin qiymәtlәrdәki dәyişikliklәrin ölçülmәsi üzrә düstur әks 

olunub.  Bu mәcmuә  İQİ-nin hesablanması üçün milli 

metodologiyaların formalaşdırılması istiqamәtindә “dayaq 

nöqtәsi” sayılır. Onun әksәr  hissәsi BӘT-in rәsmi  İnternet 

sәhifәsindә yerlәşdirilib. 

 

Mütәrәqqi tәcrübәlәrin mübadilәsi vә mövcud 



problemlәrin hәll edilmәsi üçün güclәrin sәfәrbәr edilmәsi 

mәqsәdilә keçirilәn bir sıra beynәlxalq konfranslarda da İQİ-

nin hesablanması zamanı  tәtbiq edilmәsi tövsiyә olunan 

qәrarlar qәbul edilmişdir.  

 

İQİ-nin hesablanması üçün beynәlxalq standartların 



mövcud olmasına baxmayaraq, hәr bir ölkәdә  tәtbiq edilәn 

metodologiya unikaldır vә digәr ölkәlәrdәki metodo-

logiyalardan fәrqlәnir. Bunun әsas sәbәbi hәmin meto-

dologiyaların milli iqtisadiyyatların xüsusiyyәtlәrinә uyğun-

laşdırılmasıdır. Mәhz bu sәbәbdәn dә bir ölkәdә  tәtbiq edilәn 



22 

 

 



uğurlu metodologiya başqa bir ölkәdә reallığın tam tәhrif 

olunmasına gәtirib çıxara bilәr.  

 

Beynәlxalq standartlara görә,  İQİ-nin hesablanmasında 



tәtbiq edilәn ümumi yanaşmalar aşağıdakılardan ibarәtdir: 

İstehlaka görә

 hesablanmış  İQİ ev tәsәrrüfatları 

tәrәfindәn istifadә olunan istehlak mәhsulları  vә xidmәtlәrinin 

qiymәtlәrindә baş verәn dәyişikliyi göstәrir. Bir sıra ölkәlәrdә 

(Kanada, Böyük Britaniya, İslandiya, Finlandiya, İsveç) bu 

konsepsiya  әsasında  İQİ hesablandıqda mәnzil kimi әsas 

kapitala xidmәtlә bağlı dәyәrlәrin axını da hәmin indeksә daxil 

edilir.  



Malik olma

. Bu konsepsiya әsasında hesablanmış İQİ ev 

tәsәrrüfatının mәhsul vә ya xidmәtlәrin dәyәrini tam ödәyib-

ödәmәmәyindәn vә istifadә edib-etmәmәyindәn asılı 

olmayaraq, sahib olduğu bütün әmtәә  vә xidmәtlәrin 

qiymәtindә baş verәn dәyişikliyi göstәrir. Qeyd edәk ki

Avstraliya vә Yeni Zelandiyada bu konsepsiyadan istifadә 

edilәrәk  İQİ hesablanarkәn ev tәsәrrüfatlarının sahib olduğu 

mәnzilin dәyәrindә baş verәn dәyişikliklәr dә nәzәrә alınır. 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin