Nitqin təsirliliyi onun fəaliyyətiə təhriketmə vəzifəsi ilə bağlıdır. Nitqin təsirliliyi müxtəlif şəkillərdə-inandırma, sübit, təlqin, məsləhət, tapşırıq, təlimat, əmr, qadağan kimi təzahür edir
Danışan və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna münasibətini də əks etdirir. Nitqin ifadəliliyi dedikdə bu cəhət nəzərdə tutulur. Yazılı nitqdə adamın təsir etdiyi cisim və hadisəyə münasibəti bədii ifadələrdə. Müqayisə tərzində, sözlərin məcazi mənasında, cisimlərin qurluşunda və s. təzahür edir. Şifahi nitqdə isə hisslərin ifadəsi yazılı nitqə nisbətən asandır. Çünki şifahi nitq zamanı insanın şərh etdiyi məzmuna münasibəti onun üzünün və bədənin ifadəli hərəkətlərində, səsinin ahəngində, istədiyi vurğularda aydın təzahür edir.
Nitqin xüsusiyyətləri təlim-tərbiyə prosesində böyük əhəmiyyətə malikdir. Müəllimin nitqinin məzmunlu, anlaşıqlı, təsirli və ifadəli olması şagirdlərin elmləri yüksək səviyyədə, möhkəm mənimsəmələrinə, onların təlim-tərbiyə işinin müvəffəqiyyətinə müsbət təsir göstərir.
Dostları ilə paylaş: |