Dialoji nitqin köməkçi vasitələri çoxdur. Səsin ahəngi, insanın üzünün və bədəninin ifadəli hərəkətləri dialoqun məzmun və istiqamətinə ciddi təsir edir. həmin ifadəli hərəkətlər danışanın nitqinin daha anlaşıqlı olmasını, onların təsir gücünün artırılmasını şərtləndirir.
Monoloji nitq isə bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsidir. Oun nitqi heç kəs tərəfindən kəsilmir (mühazirəçinin, natiqin və s. nitqi) monoloq fasiləsiz əlaqəli ardıcıl və məntiqi olur. Momoloji nitqin rəvan getməsi üçün danışan adamın verəcəyi məzmunu aydın dərk etməsi, zəngin söz ehtiyatına malik olması
Nitqin emosionallıq xüsusiyyətlərinə, dilin qayda-qanunlarına mükəmməl yiyələnməsi əsas şərtdir.
Nitqin sonralar təşəkkül edən mühüm növü yazılı nitqdir. Bu, əsasən görmə qavrayışı üçün nəzərdə tutulan formadır. Şifahi nitqdən fərqli olaraq yazılı nitqdə hər hansı məlumat yazılı mətn kimi ifa edilir.
Şifahi nitqlə yazılı nitqin bir sıra ümumi və xüsusi cəhətləri var. Funksiya etibarilə yazılı nitq də şifahi nitqin yerinə yetirdiyi vəzifələrə xidmət edir. Lakin şifahi nitqin köməkçi vasitələri: üzün, bədənin ifadəli hərəkətləri, səsin ahəngi və s. çoxdur. Yazılı nitqdə yalnız sözlərin, ifadələrin adekvat surətdə seçilməsi, yerinə yetirilməsi ilə əvəz oluna bilər. Yazılı nitqin yazılı nitqin əmələ gəlməsi və nəticələrinin təsbit olunması mövcud zaman və məkan hududlarından kənara çıxır. Yazılı nitq daha geniş auditoriya üçün nəzərdə tutulur. Həm də onun köməyi ilə insanlar ümumidünya mədəniyyətinə qoşulurlar.
Daxili nitq insanın öz-özünə danışması prosesidir. Daxili nitqdə təfəkkür cərəyan edir, müəyyən məqsəd, niyyət əmələ gəlir, hərəkətlər planlaşdırılır. Daxili nitq tələffüz edilməyən səssiz nitqdir. Daxili nitq xarici nitq əsasında əmələ gəlir, xarici nitqin interiorizasiyası (daxilə köçürülməsi) ilə bağlıdır. Daxili nitqdə bu və ya digər fikir insanın özünə ayid olur., amma onu başqalarına çatdıranda çətinlik yaranır.
Daxili nitqdən xarici nitqə keçmək nitq mədəniyyəti tələb edir. nitq mədəniyyəti inkişaf etməmiş adamlar özləri üçün aydın olan fikri başqaları üçün anlaşıqlı tərzdə ifadə etməkdə, müvafiq sözlər tapmaqda çətinlik çəkirlər.
Nitqin passiv və fəal nitq olmaq üzrə də iki növünü fərqləndirirlər. Passiv nitq dedikdə, başqasının nitqini dinləmək və ya yazdığını oxumaq prosesi nəzərdə tutulur. Fəal nitq isə müəyyən bir fikri başqalarının yazılı və ya şifahi halda məlum etmək prosesidir. Nitqin məzmununa görə insanın tələbatlarını maraq və meyllərini, inam və əqidəsini, xüsusən də sərvət meylini təyin etmək mümkündür.
Hər bir şəxsiyyətin nitq xüsusiyyətləri onun fikri fəaliyyəti prosesində həll edəcəyi məsələlərin xarakterindən asılıdır. Şəxsiyyətin nitqinin aydın, anlaşıqlı, təsirli olması onun bir sıra nitq xüsusiyyətlərindən asılıdır. Nitqin məzmunluluğu nitqdə ifadə olunan fikir və hisslərin həcmi, gerçəkliyə uyğun gəlməsi və əhəmiyyətliliyi ilə təyin olunur. Nitqdə cisim və hadisə haqqında verilən məlumat hərtərəfli, dolğun olduqda belə nitqə məzmunlu nitq deyilir. bu, insanda geniş bilik, biliyi dürüst ifadə etmək məharəti tələb edir.
İfadə edilən fikirlərin dinləyicilər tərəfindən düzgün qavranılması üçün onun anlaşıqlı olması zəruridir. Nitqin anlaşıqlılığı müxtəlif amillərlə şərtlənir. Nitqin anlaşıqlı olması üçün danışan adam aydın və məntiqi danışmalı, şərh edilən müddəanı konkret nümunələr əsasında təhlil etməli dinləyicilərin səviyyəsini nəzərə almalı, əyani vəsaitdən istifadə etməli, sözləri bir mənada işlətməli, eləcə də qrammatik qaydaları gözləməlidir. Nitqin anlaşıqlı olması dinləyicilərin hazırlıq səviyyəsindən də asılıdır.
Dostları ilə paylaş: |