Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılmasında ifadə olunur. Burada diqqət bir obyektdən başqasına keçirsə də onlar ümumi məqsədə tabe olan fəaliyyət obyektləri kimi qalır.diqqətin davamlılığı fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə müəyyən edilir. Əgər o müəyyən fəaliyyətin ümumi istiqamətindən kənara çıxmırsa, davamlı diqqət sayılır.
Diqqətin davamlılığı, təsir edən obyektlərin və icra olunan işlərin rəngarəngliyindən, yeniliyindən, zənginliyindən, dinamikliyindən asılıdır. Diqqətin davamlılığı fəaliyyət prosesində adamın fəallığından asılıdır. Bununla bərabər, diqqətin davamlılığına onun marağı, yorğunluq dərəcəsi və s. təsir edir.
Dostları ilə paylaş: |