Mövzu 13. TEMPERAMENT HAQQINDA ANLAYIŞ
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Temperament nəzəriyyəsi qədim tarixə malikdir. Onun mahiyyəti haqqında ilk təlim hələ e.ə .V əsrdə əmələ gəlmişdir. Temperament haqqında təlimlərin tarixi nə qədər zəngin olsa da, müxtəlif dövrlərdə insan orqanizminin aşağıdakı bioloji sistemləri temperamentin əsası kimi irəli sürülmüşdür:
1.Numoral sistem: antik dünyanın məşhur həkimi Hippokratine (e.ə.460-377) təlimində temperament qan, öd, qara öd,və seliyin bədəndəki nisbəti ilə əlaqələndirilirdi.
2.Somatik sistem: alman psixiatrı E.Kreçmer, amerika alimləri U.Şeldon və S.Stivens temperamenti insan bədəninin quruluşu izə izah edirdilər.
3.Sinir sistemi: insan temperamentini akademik İ.P.Pavlov ali sinir fəaliyyətinin (ASF) tipləri ilə izah edirdi.
Qədim yunanlara (Hippokrat və b.) orqanizmdə 4 cür maye qan (sanqvus), öd (xole), qara öd(meleyna xole) və selik(fleqma) məlum idi. Onlar belə güman edirdilər ki, insanların davranışındakı fərqlər orqanizmdə həmin mayelərin müəyyən nisbətindən asılıdır. Güya orqanizmdə bu mayelərdən b9iriya qan, ya öd, ya qara öd, ya da selik, müasir terminlərlə desək, daha çox bioloji aktivliyə malik olur. Hansı mayenin üstünlük təşkil etməsindən asılı olaraq adamın davranışında özünəməxsus xüsusiyyətlər əmələ gəlir. Qədim yunanlar bəzi adamların coşqun olmasını onların orqanizmində qanın, soyuqqanlı olmasını isə seliyin bioloji cəhətdən daha mühüm rol oynamasını ilə izah edirlər. Onlar bu baxımdan 4 temperament tipini-sanqvinik, xolerik, melanxolok və fleqmatik tipləri fərqləndirirdilər. Bu terminlərin taleyi uğurlu olmuşdur. Onlar yarandıqları gündən müasir dövrə qədər sözün əsl mənasında nəinki psixologiya elmi tarixində vətəndaşlıq hüququ qazanmış, həm də ümumişlək sözlərə çevrilmişdir.
Temperamentin sinir sisteminin xassələri ilə əlaqəsini elm tarixində ilk dəfə akademik İ.P.Pavlov kəşf etmişdir. 20-ci illərin sonu-30-cu illərin əvvəllərində İ.P.Pavlovun tədqiqatları sayəsində temperamentin bioloji əsaslarının öyrənilməsi sahəsində həlledici dəyişikliklər baş verdi.
Akademik İ.P.Pavlov 10 ildən çox apardığı tədqiqatlar nəticəsində sinir sisteminin üç xassəsini müəyyən etmişdi.
1.Oyanma və ləngimənin qüvvəsi (beyin qabığı hüceyrələrinin iş qabiliyyətini, onların dözümlülüyünü müəyyən edir).
2.Onların müvazinət dərəcəsi (oyanma qüvvəsinin ləngimə qüvvəsinə müvafiqlik dərəcəsi və ya onların tarazlığı).
3.Oyanma və ləngimənin mütəhərrikliyi (onların bir-birini əvəzetmə sürəti).
Sinir sisteminin xassələri bir-birilə qarşılıqlı əlaqədədir. Onlar bir-birilə özünəməxsus surətdə uzlaşır və sinir sistemi tipini (və ya ali sinir fəaliyyəti tipini) müəyyən edir. onlar onlar müxtəlif anlayışlar: sinir sistemi tipi fizioloji, temperament tipi psixoloji anlayışdır.
Sinir sistemi tipi terminini akademik İ.P.Pavlov təklif etmişdir. Hal-hazırda fiziologiyada və psixologiyada geniş istifadə olunan bu terminin evristik əhəmiyyəti böyükdür. Temperament tipi sinir sistemi tipi əsasında formalaşır, sinir sistemi tipi temperamentin fizioloji əsasını təşkil edir.
İ.P.Pavlov 4 əsas tip müəyyən etdi. O, 1-ci tipi zirək, 2-ci tipi-sakit, 3-cünü coşqun, 4-cünü isə zəif sinir sistemi tipləri adlandırırdı. Təsnifata görə, bu tiplərin aşağıdakı xassələri vardır:
1.Zirək tip-qüvvətli, müvazinətli, cəld.2.Sakit tip-qüvvətli, müvazinətli, asta.3.Coşqun tip-qüvvətli, müvazinətsiz,.4.Zəif tip-zəif.
Sinir fəaliyyəti tipi orqanizminin təbii xüsusiyyətidir. O, irsiyyətlə şərtlənir, lakin dəyişməz deyildir. Onlar inkişaf edir və həyat şəraitinin təsiri ilə, az da olsüa, dəyişirlər.Temperament tipi sinir sistemi ilə şərtlənir.
Dostları ilə paylaş: |