3.Fleqmatik tipə(sakit tip)-məxsus şəxslər öz coşqunluğu ilə seçilir.Onu güldürmək, həyacanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir. Ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir. Hərəkətləri, yerişi ləng və astadır. Uşaqlarla çətin dostlaşır. Digər tərəfdən mehriban və istiqanlıdır. Fleqmatik tipə malik olan adamlarda reaktivlik azdır. Səbirli, təmkinli və soyuqqablıdır., emosional oyanıqlığı zəifdir. Tərbiyə işi düzgün qurulduqda, onlarda işgüzarlıq, dözümlülük, hadisələrdən düzgün nəticə çıxara bilmək keyfiyyəti formalaşır. Bəzən isə tənbəllik, əzginlik kimi mənfi xüsusiyyətlər özünü göstərir.