TƏFƏKKÜR HAQQINDA ANLAYIŞ
Maddi aləmin dərk edilməsi duyğu və qavrayışdan başlanır. Lakin idrakın bu ilk mərhələsində gerçəkliyin cisim və hadisələri arasındakı mürəkkəb və çoxcəgətli əlaqə və aslılıqlar, onların mahiyyəti əks etdirilə bilmir. Hissi idrak mərhələsində xarici təsir bilavasitə insan şüurunda konkret cisimlərin obrazlarının yaranmasına gətirib çıxarır. Həmin obrazlar fərdi səciyyə daşıyır. Bu mənada hissi idrakın verdiyi məlumat heç də həmişə dərin və düzgün olmur. Burada hissi idrak materiallarına əsaslanan təfəkkür müstəsna əhəmiyyət kəsb edir.
Təfəkkür, cisim və hadisələrin mahiyyətini, onklar arasındakı əlaqə və aslılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesdir.
Duyğular və qavrayış təfəkkürün mənbəyidir. Bəzən belə güman edirlər ki, hissi idrak qurtardıqdan sonra varlığının məntiqi surətdə dərk edilməsi başlanır. Yəni əvvəlcə duyğu prosesi baş verib qurtarır, bundan sonra təfəkkür fəaliyyətə başlayır. Çünki hissi idrak prosesinin özündə də fikri əməliyyat-təhlil, tərkib, müqayisə və sş iştirak edir. Deməli, duyğu və qavrayışın verdiyi materiallar olmadan təfəkkür fəaliyyəti də mümkün deyildir. Ancaq təfəkkür daha mürəkkəb psixi prosesdir.
Təfəkkür prosesində insan qanunauyğun əlaqələri təsadüfi əlaqələrdən ayırd edir: ayrı-ayrı hallardan ümumi hallara keçir, yəni varlığı ümumiləşmiş halda əks etdirir.
İnsan təfəkkür sayəsində gerçəkliyi daha dərin, tam və dəqiq dərk edir. Təfəkkürün köməyi ilə bbilavasiytə qavranılmayan cisim və hadisələr də dərk olunur. Məsələn, atomun tərkib hissələrini bilavasitə qavramaq mümkün deyildir. Halbuki insanlar onu bilirlər. Bu, vasitəli bilikdir. Beləliklə, təfəkkür varlığın vasitəli inikasıdır.
Varlığın vasitəli inikası bir sıra hallarda zəruri olur. Belə ki, bəzən bizim analizatorlarımız ayrı-ayrı cisim və hadisələri əks etdirmək iqtidarında olmur (məsələn, ultrasəsləri əks etdirə bilmirik). Yaxud ümumən müvafiq analizatorlar olmur (məsələn. Insanda rentgen şüalarını tutan, əks etdirən müvafiq analizatorlar yoxdur). Bəzən də bu və ya digər cisim, hadisəni prinsip etibarilə bilavasitə əks etdirmək mümkün olduğu halda, müasir şəraitdə bunu biz edə bilmirik, çünki hadisə keçmiş tarixi dövrlərdə baş vermişdir. (məsələn, arxeologiya, paleontologiya və ya tarixi hadisələr bu qəbildəndir). Ayrı-ayrı hallarda isə bilavasitə dərk etmək mümkün olduğu halda, o səmərəli hesab edilmir. Məsələn, məsafənin ölçülməsi, cisim temperatur xassələrinin təyin edilməsi və s. Bu zaman müxtəlif vasitələrdən-cihazlardan istifadə olunur. Nəticədə idrak imkanları genişlənməklə, onun adekvatlıq dərəcəsi də artır. Həm də çox zaman cisim və hadisələr arasındakəı əlaqə və münasibətlər asanlıqla sezilə bilmir, onlar mürəkkəb və qapalı olur. Bunu açmaq üçün müxtəlif fikri əməliyyatlardan istifadə olunur. Yəni fikri əməliyyatlar: təhlil, tərkib, müqayisə, ümuniləşdirmə və s. sayəsində idrak hadisədən mahiyyətə doğru cərəyan edir. Başqa sözlə, təfəkkür sayəsində, insan hissi idrakdan məntiqi idraka doğru hərəkət edir və cisimlərin, hadisələrin mühüm əlamətlərini, həm də bəzən bilavasitə dərk edilməsi mümkün olmayan xassələrini, onlar arasındakı qanunauyğun əlaqələri, başlıca münasibətləri əks etdirir. Bununla da təfəkkür idrak prosesində mühüm rol oynayır, idrak hüdudlarını genişləndirir, duyğu və qavrayışın köməyi ilə əldə edilən təcrübə hüdudundan kənara çıxmağa imkan verir. Deməli, təfəkkür cisim və hadisələrin ümumi qanunlarını əks etdirən biliklər sisteminə istinaad edir.
Hissi idrakın materialları əsasında varlığın vasitəli və ümumiləşmiş inikasından ibarət olan təfəkkür idrakın yüksək pilləsini təşkil edib, gələcəyi görmək imkanı verir. Təfəkkür nitqlə vəhdətdədir. O,dil materialları əsasında maddiləşir. Məlumdur ki, dil bilavasitə fikrin gerçəkliyidir. Adam öz-özünə fikirləşəndə də, başqasının fikrini bilmək istəyəndə də, öz fikrini şərh edəndə də mütləq dildən istifadə edir.
Söz maddi8 cisim və hadisələri ümumiləşmiş şəkildə ifadə edən siqnallardır. Cisimlərin özlərinə-birinci siqnallara nisbətən sözlər-ikinci siqnallar varlığı daha ümumi şəkildə əks etdirir. İ.P.Pavlov göstərir ki, nitq siqnalları ümumiləşdirməyə imkan verir, bu da məhz insana məxsus olan ali təfəkkürü təşkil edir.
Nitqlə təfəkkür vəhdətdədir, lakin onlar eyniyyət təşkil etmir. Nitq təfəkkür prosesinin özü deyil. Bir fikri ifadə etmək üçün adam müxtəlif dillərdən istifadə edə bilər. Nitqdən müxtəlif sözlər həmişə köhnəlib çıxır, lakin fikrin ifadə forması –məntiqi qurluşu o qədər də köklü surətdə dəyişilmir. Nitqdə işlənən sözlər həmişə onların həqiqi, dərin məzmununu əks etdirməyə də bilər. Məsələn, kiçik uşaq öz nitqində müxtəlif ifadələrdən istifadə edir, lakin onların həqiqi məzmununu hələ dərk etmir. Nitqin qrammatik quruluşu mövcuddur, bu cəhətdəbn o, fikrin məntiqi ifadəsindən fərqlənir. Nitqdən hamı eyni dərəcədə istifadə edə bilmir. Tələffüz xüsusiyyəti, məntiqi vurğu və s. ilə eyni nitq vahidinə başqa fikri məzmun vermək olar. Eləcə də fikri müxtəlif sözlərlə ifadə etmək mümkündür.
Təfəkkürün mühüm xüsusiyyətlərindən biri də odur ki, o, duyğu, qavrayış və təsəvvürlərə nisbətən çox geniş əhatəyə malikdır.
Təfəkkür də şüur kimi ictimai-tarixi səciyyə daşıyır. Onun nəticələri insanların tarixi təcrübəsində öz əksini tapır. Çünki insan təfəkkürü ilk növbədə cisim və hadisələrin ümumi və mühüm əlamətlərini , eləcə də qanunauyğun əlaqə və münasibətlərini əks etdirir. İnsanın belə belə bir idrak fəaliyyəti nəticələri təfəkkürün formalarında tətbiq olunur.
Təfəkkür məqsədəyönəlmiş idrak prosesdir. Adam fikirləşərkən müəyyən bir məqsədlə düşünür, qarşıya çıxan məsələni, sualı həll etməyə çalışır.
Fəaliyyətin hər bir növü: əmək, təlim, oyun müəyyən sualın, məsələnin, vəzifənin həllini tələb edir. Təfəkkür bu tələblərin ödənilməsi, həmçinin hər bir fəaliyyətin planlaşdırılması və yerinə yetirilməsi üçün zəruridir. Aydındır ki, təfəkkür olmadan tələbələr(şagirdlər) heç bir təlim materialını dərindən dərk etməzlər, onlar sadəcə olaraq qavrayar, mahiyyətini isə bilməzlər. Buna görə də təlim prosesində tələbənin təfəkkürünün inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |