MÖVZU 15. ÜNSİYYƏTİN PSİXOLOGİYASI
Hələ qədim zamanlardan insanlara məlum idi ki, uşaqların çoxu yetim evində tez ölür. 1760-cı ildə ispan yepiskoplarından biri öz gündəliyində yazmışdı: “Yetim evində uşaq kədərli olur və onların bir çoxu kədər çəkdiyi üçün ölür”. Çünki onların ünsiyyət tələbatı ödənilmir.
XIX əsrin sonu-XX əsrin əvvəllərində-dünyanın müxtəlif ölkələrində xüsusi və dövlət yetim evləri şəbəkəsinin genişləndiyi bir şəraitdə belə faktlar diqqəti xüsusilə cəlb etməyə başladı. Kiçik yaşlı yetim uşaqlar arasında, xüsusilə onların həyatının ilk aylarında və ilində, ölüm hadisəsi çox idi. Sağ qalan uşaqlar isə özlərinin ümumi fiziki və psixi inkişafına görə həmyaşıdlarından kəskin surətdə geri qalırdılar. 3 yaşında onlar, danışmır, tərbiyəçilərin sözünə baxmır, özlərini həddindən artıq passiv və ya əksinə, aqressiv aparırdılar.
İkinci dünya müharibəsi illərində isə belə hallar daha geniş miqyasda müşahidə olunurdu. R.Spitsin 1945-ci ildə nəşr olunmuş kitabında bir uşaq evində yaranmış dramatik mənzərə belə təsvir olunur: birinci iki ildə uşaqların 37 faizi tələf olmuşdu. Sağ qalmış 21 uşaqdan ən kiçiyi 2, böyüyü isə 4,1 yaşında idi. Onlardan 5 nəfəri hərəkət etməyi və oturmağı bacarmırdı, ancaq 3 nəfəri köməksiz otura bilirdi, 8 nəfəri başqa adamların köməyilə, 5 nəfəri isə müstəqil surətdə gəzə bilirdi, 12 uşaq özü qaşıqla xörək yeməyi, 20-si isə yeriməyi bacarmırdı. Onların hamısının nitqi inkişaf etməmişdi: 21 uşaqdan 6-sı tamamilə danışmır, 12 nəfəri 2-5 söz tələffüz edir, yalnız bir nəfəri cümlə qura bilirdi.
Pediatrlara və uşaq psixiatrlarına da belə hallar yaxşı bəlli idi.: onlar müşahidə etmişdilər ki, ana və atasından, bacı və qardaşlarından ayrılıqda xəstəxanada müalicə olunan kiçikyaşlı uşaqlar fiziki və psixi cəhətdən cəhətdən normal inkişaf etmirlər. bu faktların ümumiləşdirilməsi əsasında elmdə “qospitalizm” (fransızca hospital-xəstəxana deməkdir) termini əmələ gəlmişdir. Qospitalizm dedikdə, yetim uşaqların, eləcə də anasından, atasından və b. və b. ayrılıqda xəstəxanada müalicə edilən uşaqların fiziki və psixi inkişafında özünü göstərən xüsusiyyətlər özünü göstərən xüsusiyyətlər nəzərdə tutulur.
Psixoloqların böyük əksəriyyəti qospitalizm hadisəsinin təhlili əsasında praktik işçilərin diqqətini kiçik uşaqların fiziki və psixi inkişafında yaxın adamlarla ünsiyyətin rolunu cəlb etmişlər. “Ünsiyyət defisiti”-adamlarla kontaktın azlığı və ya olmaması uşağın inkişafına dramatik surətdə mənfi təsir göstərir.
Heyvanlar arasında böyümüş uşaqlara aid faktları da bura əlavə etmək lazımdır. İnsan uzun müddət tək qaldıqda da onun psixikasında köklü dəyişikliklər baş verir.
K.Marks qeyd etmişdir ki, “fərdin inkişafı onun bilavasitə və ya dolayısı ilə ünsiyyətdə olduğu bütün başqa fərdlərin inkişafı ilə şərtlənir”. Ünsiyyətin isə hamı tərəfindən eyni dərəcədə qəbul edilən ümumi tərifi yoxdur. Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi.
Sovet psixologiyasında da ünsiyyətə müxtəlif təriflər verilmişdi. “İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyətin predmeti başqa adamdan ibarətdir. K.Marks başqa adamı “ən böyük sərvət” adlandırırdı. O, yazırdı ki, insan həmişə “başqa insan kimi ən böyük bir sərvətə...” tələbat hiss edir. Ünsiyyət tələbatı insan tələbatları içərisində xüsusi yer tutur.
L.S.Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. O, göstərirdi ki, uşağın xarici aləmə, hətta ən sadə münasibəti də başqa adama münasibət vasitəsilə əks olunur.
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq (mülahizə, sual, cavab, replika və s.) xüsusi yer tutur. Ünsiyyətin ekspressiv-mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası-bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır. Ünsiyyət əşyavi-hərəki vasitələrinin də rolunu qeyd etmək lazımdır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: a)ünsiyyət məqsədilə istifadə olunan lokomotor və əşyavi hərəkətlər, eləcə də poza; b)başqa adama yaxınlaşma, ondan uzaqlaşma, nəyi isə vermək və ya uzatmaq, onu özünə doğru çəkmək və ya özündən itələmək və s; c)etiraz.
Hər bir baxış və ya təbəssüm öz-özlüyündə deyil, ancaq kommunikativ funksiya daşıdıqda, ünsiyyət vasitəsinə çevrilir. Ekspressiv-mimik jestlərlə əşyavi-hərəki jestlərin ünsiyyət prosesində rolu da eyni deyildir. Təbəssüm, baxış və s. ünsiyyət situasiyasına müvafiq olaraq insanın emosional vəziyyətini ifadə edir. Əşyavi-hərəki jestlər isə mahiyyət etibarilə ünsiyyət aktının ayrı-ayrı elementlərini təsvir edir. Özünün bu xüsusiyyətlərinə görə əşyavi-hərəki jestlər insanların bir-birilə qarşılıqlı təsiri prosesində daha mühüm rol oynayır.
Ümumi şəkildə ünsiyyət situasiyasının iki tipini fərqləndirmək olar. Onlara birgə fəaliyyətdə ünsiyyət və şəxsi (şəxsiyyətə məxsus) ünsiyyət deyilir. Ünsiyyət fəaliyyətlə ayrılmaz vəhdətdir. Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu birgə fəaliyyətin obyekti ilə müəyyən olunur. Bu zaman birgə fəaliyyəti həyata keçirmək üçün yolların axtarılması ünsiyyətin əsas məqsədini təşkil edir.Bir sıra hallarda isə insanlar bir-birinə birgə fəaliyyətin obyekti haqqında deyil, hər hansı bir adam, onun münasibətləri haqqında informasiya verirlər. Bəzən adamın özü ünsiyyətin mövzusuna çevrilir: o, başqalarına özü haqqında danışır. Adamların şəxsiyyətlərarası qarşılıqlı münasibətlərə aid müxtəlif hadisələri öz aralarında mühazirə etməsi hallarına da az təsadüf olunmur. Belə ünsiyyətə şəxsi ünsiyyət deyilir.
Şəxsi ünsiyyətin iki səviyyəsini fərqləndirirlər. Birinci səviyyədə ünsiyyət iki və ya üç adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır. Lakin tədricən emosional ünsiyyət şəraitində adamlar öz nöqteyi-nəzərlərini izah etməyə, bir-birilərini fikirlərini, əməllərini və s. müəyyən mövqelərin qiymətləndirməyə başlayırlar. Bu, şəxsi ünsiyyətin ikinci səviyyəsidir. İnsanların istər bir-birini, istərsə də özlərini dərk etməsində şəxsi ünmsiyyətin ikinci səviyyəsi xüsusilə mühüm rol oynayır.
Müasir psixologiyada ünsiyyətin üç tərəfini-kommunikativ, interaktiv və perseptiv tərəflərini fərqləndirirlər.
İnsanın birgə fəaliyyət prosesində müxtəlif formalarda əlaqə və münasibətlərə girir, əməkdaşlıq edir. qarşılıqlı təsir dedikdə, bu cəhəti nəzərdə tuturlar.
Əgər təsir qarşılıqlıdırsa, həmin prosesdə ən azı iki adam bir-birilə ünsiyyətdədir: onlar nədə isə bir-birinə kömək etmək, nə haqqındasa məsləhət almaq, dərdini bölüşmək, nədə isə razılığa gəlmək və s. üçün bir-birinə müraciət edirlər. İki misalla tanış olaq: a)anasının xoş sözlərinə qulaq asa-asa uşaq gülümsünür, mehriban-mehriban anasına baxır və gəlib başını onun dizləri üstünə qoyur; b)qonşu otaqdan səs gəlir. Uşaq səsə qulaq asır və üzünü pəncərədəki akvariuma sarı çevrilir. O, diqqətlə akvariumdakı qızıl balıqlara baxır.
Birinci halda uşaq hətta bir söz deməsə belə, ünsiyyət aktı göz qabağındadır: biri danışır, o biri isə öz hissləri və hərəkətləri ilə ona cavab verir. İkinci halda isə biz artıq ünsiyyətdən danışa bilmərik, o, uşaqların idrak fəaliyyəti ilə əvəz olunmuşdur.
Qarşılıqlı təsir prosesində söz, hiss və hərəkət özünəməxsus şəkildə birləşir. Bu zaman ünsiyyət birgə fəaliyyətin təşkilinə xidmət edir. Ünsiyyət tələbatı, insanların bir-birinə söz demək tələbatı elə əmək prosesinin özündə əmələ gəlmişdir.
Ünsiyyət prosesində insanlar bir-birilərinə məlumat verərkən, təsir göstərərkən həm də bir-birini qavrayırlar. Sosial persepsiya ünsiyyət prosesinin səmərəli olmasının başlıca şərtlərindən biridir.
Ünsiyyətin kommunikativ, interaktiv və perseptiv tərəfləri vir-birilə vəhdətdədir. Onların bir-birilə vəhdətdədir.
Dostları ilə paylaş: |