Azərbaycanda psixoloji FİKİRLƏR


MÖVZU 14. XARAKTER HAQQINDA ANLAYIŞ



Yüklə 125,95 Kb.
səhifə54/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   50   51   52   53   54   55   56   57   ...   80
psixologiya

MÖVZU 14. XARAKTER HAQQINDA ANLAYIŞ

Xarakter şəxsiyyətin gerçəkliyə münasibətini ifadə edib, fəaliyyət və rəftarında özünü göstərən mühüm fərdi xüsusiyyətlərin məcmusudur. İnsanlar özlərinin xarakterinə görə də bir-birlərindən fərqlənirlər. Onlar həmişə bir-birilərinin xarakterinə böyük əhəmiyyət verir, özlərinin davranış və rəftarında biri digərinin xarakterini nəzərə alırlar. “Yaxşı adam”, “pis adam” haqqındakı etalon və streotiplər nə qədər ümumi olsa da, onların əsasını insan xarakterləri haqqındakı təsəvvürlər təşkil edir. nağılların, dastanların təhlili göstərir ki, ünsiyyət prosesində xarakterin mühüm rol oynaması insanlara emprik surətdə çoxdan məlum imiş.

Qədim zamanlardan başlayaraq xarakter problemi filosofların, şairlərin, həkimlərin, pedaqoqların diqqətini cəlb etmişdir. Orta əsrlərdə, xüsusilə XVI-XVII əsrlərdə Monten, Labryuyer, laroşfuk kimi mütəfəkkirlər müxtəlif insan tiplərini ustalıqla təsvir etmişlər. N.Tusinin “Əxlaqi-Nasir” əsəri də insan xarakteri sahəsində incə müşahidələrlə zəngindir. Xarakter insanların bir-birini tanıması, başa düşməsi, ünsiyyət problemi idi. Bütün dövrlərdə başqa adamı tanımaq, onun xarakterini müəyyən etmək psixoloji məharətin əsas əlaməti hesab olunmuşdur.

Xarakter insanın ən başlıca fərdi-psixoloji xüsusiyyətlərindən biridir. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri çoxdur. Qabiliyyətlərdə, temperament də şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləridir. Hər bir adamı şəxsiyyət kimi fərdi xüsusiyyətləri vardır. Biz xarakter deyəndə bu xüsusiyyətlərin məcmusunu nəzərdə tuturuq. Xarakter anlayıçşına insanın hər bir xüsusiyyəti daxil edilmir. Əgər hər hansı bir adam ömründə bir dəfə xeyirxahlıq etmişdirsə, biz buna xarakter əlaməti deməyəcəyik. Xeyirxahlıq yalnız davamlı xüsusiyyət kimi özünü göstərəndə bu və ya digər adamın xarakter əlamətinə çevrilir. Xarakter əlamətləri ancaq bu zaman müəyyən bir adam üçün tipik olan davranış tərzini şərtləndirir. Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Onun formalaşması müxtəlif sosial qruplarda (ailədə, dostlar içərisində, əmək və ya tədris kollektivlərində və s.) insan münasibətlərinin xüsusiyyətləri ilə bağlıdır. Uşağın daxil olduğu sosial qrup üçün müxtəlif insan münasibətləri səciyyəvidir. Uşaq bu münasibətlərə daxil olur və onları tədricən mənimsəməyə başlayır. Bu əsasda da onda müxtəlif xarakter əlamətləri əmələ gəlir.

Motivasiya sahəsi xarakterin də formalaşmasında mühüm rol oynayır. Dünyagörüşü və əqidə şəxsiyyətin motivasiya sahəsinin nüvəsini təşkil edir. Xarakter şəxsiyyətin dünyagörüşü və əqidəsindən bilavasitə asılıdır. Psixologiyada bu asılılığı ifadə etmək üçün münasibət anlayışından istifadə edirlər. İnsanın psixi həyatının bütün cəhətləri bu və ya digər dərəcədə onun münasibətləri sistemi ilə bağlıdır. Xarakter əlamətləri də bu zəmində firmalaşır və inkişaf edir. İnsanın xarici aləmə manasibətləri öz əksini onun xarakter əlamətlərində tapır.

Xarakterin özü formalaşdıqdan sonra davranışın təsiri təhrik vasitəsinə çevrilir. İnsan bəzən öz xarakterindən narazı qalsa da, hətta başqalarının mənafeyinə toxunduğu üçün konflikt şəraitinə düşsə belə, başqa cür hərəkət edə bilmir. Onlar bu cəhəti aydın düşür, “xarakterim belədir”, -deyə özlərinə haqq qazandırırlar.

Xarakterin insanı müəyyən tərzdə, hətta bəzən şəraitə uyğun olmayan şəkildə hərəkət etməyə təhrik etməsi nə qədər mürəkkəb səciyyə daşıyırsa-daşısın, o, qanunauyğun hadisədir. Bu qanunauyğunluq isə ancaq şəxsiyyətin motivasiya sahəsi ilə, birinci növbədə, insanda müəyyən əqidənin formalaşması ilə bağlıdır.

Şəxsiyyət üçün tipik davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə əmələ gələn və təzahür edən davamlı fərdi xüsusiyyətin məcmusuna xarakter deyilir.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin