2.Xolerik tipə(coşqun tip)-məxsus şəxslər öz coşqunluğu ilə seçilir. Dərsdə çox vaxt səs salır, kobudluq edir, hətta müəllimin sözünü kəsir. Pərt olduqda və əsəbləşdikdə tez özündən çıxır, dava salır. Tez-tez ucadan danışır. Cəld və səliqəsiz yazır, xətti əyri-üyrüdür. Çox ifadəli sifəti vardır. Maraqları sabit və davamlıdır. Çətinlik meydana çıxdıqda özünü itirmir və onu aradan qaldırmağa çalışır. Xolerik tipə malikn olan adamlarda reaktivlik onun aktivliyindən üstün olur. Ona görə də hövsələsizdir, səbirsiza və tündməcaz olurlar. Onlar ünsiyyət zamanı özlərini ələ ala bilmirlər, məsələlərə kəskin yanaşırlar, səbirsizlik göstərirlər ki, bu da onlarda ünsiyyət çətinliyi yaradır. Bu xüsusiyyətlərinə görə xolerik tipə malik olan adamlar çox vaxt hadisələri obyektiv qiymətləndirə bilmirlər.